Məhkəmə qərarları › İş №2(107)-867/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-867/2022

14.06.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-867/2022 14.06.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı zəruri su yolunun bərpası, süni maneələrin aradan qaldırılması və cavabdehlərin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı və ailə üzvlərinin Ağdaş rayonunun Aşağı Nemətabad kəndində ümumi birgə mülkiyyətlərində olan 0,25 ha həyətyanı torpaq sahəsinə cavabdehlərin istifadəsində olan torpaq sahəsindən gələn su yolunun (su arxının) həmin kənddə yaşayan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 yaşadıqları evin həyətindən iddiaçının vəsaiti hesabına boru vasitəsilə torpağın altından keçməklə bərpa olunması və cavabdehlər tərəfindən həmin su yolundan sərbəst istifadə etmələrinə yaradılan süni maneələrin aradan qaldırılması qət edilmişdir. Qətnamədən narazı qalan cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. Ağdaş Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qərardadı ilə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlərin vəkili və nümayəndəsi Vəkil Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsindən 10 may 2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Kollegiya apellyatorun iştirakı olmadan prosesin keçirilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya instansiya məhkəməsi təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək hesab edir ki, apellyasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 357-363-cü maddələrinin tələblərinə cavab vermədiyindən, verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, mülki işin materiallarında görünür ki, Ağdaş Rayon Məhkəməsinin 21 aprel 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qərardadı ilə cavabdehlərin vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsindən 10 may 2022-ci il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Lakin iş materiallarından müəyyən edilir ki, Cavabdeh2 birinci instansiyası məhkəməsinin hazırki iş üzrə 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsini 21 mart 2022-ci il tarixdə qəbul etdiyindən onun həmin qətnamədən apellyasiya şikayəti verməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş son müddət 21 aprel 2022-ci il tarix olmuşdur. İddiaçı tərəfindən ikinci dəfə verilmiş apellyasiya şikayəti xx.xx.2022-ci il tarixdə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Göründüyü kimi cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən apellyasiya şikayəti ikinci dəfə verildi halda 19 gün müddət ötürülməklə verilmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya şikayəti oxunaqlı olmamaqla müxtəlif şiriftlərdən istifadə olunmaqla tərtib edilmişdir ki, bu da apellyasiya şikayətində yazılanları anlaşılmaz etmişdir. İş materiallarınadan müəyyən edilir ki, birinci instansiya məhkəməsi qeyd edilən halları araşdırmadan, apellyasiya şikayətinin verilməsinin gecikmə səbəbini müəyyən etmədən, cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən qətnamədən apellyasiya şikayəti vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmədən, bir sözlə apellyasiya şikayətinin MPM-ə uyğunluğunu yoxlamadan şikayəti baxılması üçün apellyasiya məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin; 362-ci maddəsinə əsasən apellyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. 363.1 və 363.1.3-cü maddələrin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Yuxarıda sadalanan qanunvericiliyin tələbindən görünür ki, apellyasiya şikayəti işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Şikayətin baxılmağa qəbul edilməsi və yaxud geri qaytarılması məsələləri də məhz həmin məhkəmədə həll edilir. Bununla belə, apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Təkrar yoxlamanın məqsədi birinci instansiya məhkəməsinin yol verdiyi səhvlərin aradan qaldırılmasına, apellyasiyası mümkün olmayan şikayətlərin qarşısının alınmasına xidmət edir. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hətta ilkin mərhələdə mümkün sayılmış apellyasiya şikayəti, aparılmış araşdırmalar zamanı sonradan da qəbul olunmamış hesab oluna və qeyri-mümkün sayıla bilər. Kollegiya hesab edir ki, istər birinci instansiya, istərsə də apellyasiya məhkəməsi tərəfindən buraxılmış səhvin davam etdirilməsi mülki mühakimə icraatının hamılıqla qəbul edilmiş prosessual qənaət prinsipinə ziddir. Beləliklə məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamədən apellyasiya şikayəti vermək üçün müddətin buraxılmasına hüquqi qiymət vermədən, Mülki Prosesual Məcəllənin 364-cü maddəsində nəzərdə tutulan hərəkətləri həyata keçirmədən, verilmiş apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlamadan apellyasiya şikayətini baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərmişdir. “Cavid Nurəddin oğlu İsmayılzadənin şikayəti ilə əlaqədar bəzi məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 13 fevral 2007-ci il tarixli Qərarında göstərilmişdir ki, konstitusiya şikayətilə bağlı konstitusiya məhkəmə icraatının predmeti olan mülki iş üzrə qəbul olunmuş məhkəmə aktları ilə işin mahiyyət üzrə düzgün həll edilib-edilməməsi məsələsinə toxunmayaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət verilməsi qaydalarını, habelə məhkəmə aktlarının qanuni qüvvəyə minməsi anını tənzimləyən normalarının təhlil olunması zəruridir. Həmin Qərarda məhkəmə aktlarından (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) müvafiq instansiyalara şikayətlərin verilə bilməsi hüququ öz təsdiqini tapmış, lakin onun zamana görə qeyri-müəyyən hədlərdə deyil, yalnız Mülki Prosessual Məcəllədə nəzərdə tutulan konkret müddətlərə riayət olunmaqla həyata keçirilməsi şərtləndirilmişdir. Qanunverici Mülki Prosessual Məcəllədə qanunsuz və əsassız məhkəmə aktları ilə (qanuni qüvvəyə minmiş məhkəmə aktları da daxil olmaqla) pozulmuş hüquqların səmərəli bərpası mexanizminin yaradılması məqsədilə belə aktlara apellyasiya və kassasiya instansiyası məhkəmələrində yenidən baxılması prosedurlarını müəyyənləşdirmiş və həmin aktların mübahisələndirilməsini bir sıra şərtlərlə, o cümlədən şikayətin (ərizənin) verilməsi müddətlərinə riayət edilməsilə əlaqələndirmişdir. Yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kоllegiyаsı hesаb edir ki, Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti üzrə hazırki vəziyyətdə аpellyаsiyаnın mümkünlüyü üçün əsаslаr оlmаdığınа görə аpellyаsiyа şikayəti qəbul olunmamış hesab edilməli və mülki iş Mülki Prosessual Məcəllənin 357-363-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadından kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsаsən və Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin 263-264, 366, 400, 402-403 və 405-ci mаddələrinin tələblərini rəhbər tutаrаq, məhkəmə kоllegiyаsı Qərаrааldı: Ağdaş Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli, 2(014)-18/2022 saylı qətnaməsindən iş üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 vəkili və nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş prosessual müddətə hüquqi qiymət verilməsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi üçün Ağdaş Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar