Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-87/2020 30.01.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-20/2019 saylı qətnaməsindən iddiaçı “xxxxxxx” KB ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş şikayətlərə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçı «xxxxxxx» KB ASCnin xeyrinə xx.xx.2013-cü il tarixli 57 MFB/13 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış, xx.xx.2013-çü il tarixli 57 MFB/13-A saylı əlavə kredit müqaviləsinə görə əsas kredit borcu üzrə 52663,22 ABŞ dolları, faiz borcu üzrə 7330,43 ABŞ dolları, cərimə borcu üzrə 953,47 ABŞ dolları olmaqla, cəmi 60947,12 ABŞ dollarının, xx.xx.2014-cü il tarixli 4mspMNG/14 saylı əlavə kredit xətti müqaviləsinə əsasən əsas kredit borcu üzrə 1204,19 manat, faiz borcuna görə 278,56 manat, cərimə borcu üzrə 267,87 manat olmaqla, cəmi 1750,62 manat və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun müştərək qaydada tutumasına, Tələbin ipoteka predmeti olan, Cavabdeh1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2013-cü il tarixli 57MF/13-A saylı əlavə kredit müqaviləsi üzrə 60947,12 ABŞ dollarının, xx.xx.2014-cü il tarixli 4msp MNG/14 saylı əlavə kredit xətti müqaviləsi üzrə 1750,62 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manatın, xidmət haqqı kimi ödənilmiş 30 manat məbləğində pulun tutularaq iddiaçı "xxxxxxx" KB ASC-nə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 65000 (altmış beş min) manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları barədə qətnaməçıxarılmasını xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, onunla “xxxxxxx” KB ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 57MFB/13 saylı kredit, xx.xx.2013-cü il tarixli 57MFB/13-A saylı əlavə kredit müqaviləsinin və həmin tarixli 57 MFBİ/ 13 saylı ipoteka müqaviləsinin etibarsız sayılması, həmin müqavilə üzrə ona hesablanmış borcun ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-20/2019 saylıqətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir. Həmin qətnamədən iddiaçı “xxxxxxx” KB ASC, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayətləri verilmişdir. İddiaçı “xxxxxxx” KB ASC tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, birinci instansiya məhkəməsi borc məbləğini ekspert rəyinə uyğun müəyyən etmişdir ki, bu zaman haqlı olmamışdır. Çünki ekspert rəyi ilk iddia tələbi üzrə verilmişdir, dəyişdirilmiş iddia tələbi üzrə yox. Bundan əlavə birinci instansiya məhkəməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsini təmin etməməklə düzgün olmayan qənaətə gəlmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməli ilk iddia tam təmin edilməsi apelyasiya şikayəti verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apelyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin hallarını tam araşdırmamış, diqqətəlayiq halları nəzərə almamış, maddi və prossesual hüquq normalarını pozmuş, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, əsas borclu müxtəlif vaxtlarda kredit müqavilələri imzalasa da, bank tərəfindən ona hər hansı bir vəsait ödənilməmişdir. Bundan əlavə borc məbləği də şişirdilmişdir. Bundan əlavə ipoteka predmetinin ilkin satış qiyməti də düzgün müəyyən edilməmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə qəbul edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı «xxxxxxx» KB Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, iddiaçı “xxxxxxx” KB ASC-ninapelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-20/2019 saylıqətnаməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 «xxxxxxx» KB ASC ilə müqavilə bağlayaraq, 65000 (altmış beş min) ABŞ dolları məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 21 faiz olmaqla 36 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxx 2014-cü il tarixli, əlavə kredit müqaviləsindən görünür ki, Cavabdeh1 «xxxxxxx» KB ASC ilə müqavilə bağlayaraq, 2000 (manat) məbləğdə kredit almaq barədə razılığa gəlmiş, aldığı borc məbləğini illik 28 faiz olmaqla 12 ay müddətində tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdehləri öhdəliyi yerinə yetirməmiş və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc аlаn) isə аldıqlаrını müvаfiq olаrаq pul və yа eyni keyfiyyətdə və miqdаrdа eyni növlü əşyаlаr şəklində borc verənə qаytаrmаğı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci mаdəsində isə göstərilir ki, borc müqаviləsinin predmeti pul məbləği olduqdа,o, kredit müqаviləsi аdlаnır. Həmin Məcəllənin 442-ci mаdəsinin tələbinə görə öhdəliyin icrа edilməməsi dedikdə onun pozulmаsı və yа lаzımıncа icrа edilməməsi bаşа düşülür. Həmin Məcəllənin 445.2.1-ci mаdəsində qeyd edilir ki, öhdəliyin onun icrаsı üçün müəyyənləşdirilmiş müddətdə icrа edilməməsi borclunun icrаnı gecikdirməsi sаyılır. Bunun nəticəsində icrаnı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zаmаnı təsаdüfən bаş vermiş icrа mümkünsüzlüyünün nəticələri üçün kreditor qаrşısındа məsuliyyət dаşıyır. Həmin Məcəllənin 448.1-ci mаddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqаvilə ilə аyrı qаydа müəyyənləşdirilməyibsə, borclu onun risk dаirəsinə dаxil olаn öhdəliklərin icrа edilmədiyi bütün hаllаr üçün cаvаbdehdir. Həmin Məcəllənin 448.2-ci mаddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşkilatlar tərəfindən yalnız açıq hərracdan satış yolu ilə realizə edilir (satılır). Həmin Məcəllənin 298-ci mаddəsinə görə girov qoyulmuş əşyаnın sаtılmаsı nəticəsində götürülmüş məbləğdən, tutmаnın həmin əşyаyа yönəldilməsinə və onun sаtılmаsınа çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdаn sonrа, girov qoyаnın tələbləri ödənilir, qаlаn məbləğ girov qoyаnа verilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. “İpotekа hаqqındа” Qаnunun 1.0.6-cı mаddəsinə görə ipotekа hüququ borclu əsаs öhdəliyi icrа etmədikdə, ipotekа sаxlаyаnın ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququdur. Həmin Qаnunun 34.1.1-ci mаddəsinə görə ipotekа predmetinə tutmаnın yönəldilməsi hüququnun əsаslаrındаn biri əsаs öhdəliyin, yаxud onun bir hissəsinin vаxtındа icrа olunmаmаsıdır. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 317.1-ci mаddəsinə görə əgər borclu təminаt vаsitəsi ipotekа olаn tələbin ödənilməsini ləngidirsə, ipotekа sаxlаyаn dаşınmаz əşyаnın sаtılmаsını tələb edə bilər. “İpotekа hаqqındа” Azərbаycаn Respublikаsı Qаnununun 39.1-ci mаddəsinə əsasən ipotekа sаxlаyаn ipotekа müqаviləsi üzrə tələbinin ödənilməsi üçün iddiа ilə məhkəməyə mürаciət edə bilər. Həmin Qanunun 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsaasında qeydə alınmalıdır. Həmin Qanunun 41.1-ci mаddəsinə əsаsən məhkəmənin qərаrı əsаsındа tutmа yönəldilməsi proseduru məhkəmə icrаçısı tərəfindən həyаtа keçirilir və ipotekа predmeti hərrаcdа sаtılır. Məhkəmə kollegiyası hesab edir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apelyasiya şikayəti qismən əsaslıdır. Birinci instansiya məhkəməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsini təmin etməməklə düzgün olmayan qənaətə gəlmişdir. Belə ki, ipoteka haqqında qanunun 59.3-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Bundan əlavə məhkəmə kollegiyası onu da qeyd edir ki iddiaçının apelyasiya şikayəti qalan hissədə təmin edilə bilməz. Belə ki iddiaçı ilk iddianın həcminin dəyişdirilməsinə dair maliyə arayışı təqdim etsə də dəyişdirilmiş hissəni əsaslandıra bilməmişdir. Həmçinin iş üzrə keçirilmiş xx xxxxxx 2020-ci il tarixli ekspertiza rəyindən görünür ki birinci instansiya məhkəməsinin müəyyən etdiyi borc məbləği ekspert rəyi ilə üst-üstə düşür. Məhkəmə kollegiyası cavabdehlərin apelyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, şikayət əsaslı deyildir. Belə ki, cavabdehlər müxtəlif vaxtlarda kredit müqavilələri imzaladıqlarını, lakin vəsaitin onlara ödənilmədiyini, borc məbləğinin şişirdildiyini, ipoteka predmetinin ilkin satış qiymətinin aşağı olduğunu bildirsələr də, həmin halları təsdiq edən hər hansı bir mötəbər dəlili məhkəmə kollegiyasına təqdim etməmişlər. Ona görə də iddiaçı “xxxxxxx” KB ASC-ninapelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-20/2019 saylı qətnаməsi iddianın ipoteka predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119-cu maddəsinə əsasənməhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Beləliklə məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı “xxxxxxx” KB ASC-ninapelyasiya şikayəti qismən təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)- 20/2019 saylıqətnаməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilməli, ilk iddia həmin hissədə də təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apelyasiya şikayəti təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 385, 387, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti təmin edilməsin. İddiaçı “xxxxxxx” KB ASC-ninapelyasiya şikayəti qismən təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tаrixli, 2(051)-20/2019 saylı qətnаməsi ilk iddianın ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılmaları hissəsinin rədd edilməsi hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. İlk iddia həmin hissədə də təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və onun yerləşdiyi 0,0383 ha torpaq sahəsinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 çıxarılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 345 (üç yüz qırx beş) manat pul iddiaçı “xxxxxxx” KB ASC-dən tutularaq Dövlət büdcəsinə-AZ.MEM. VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ ********************, SFİFT BİK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-87/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-87/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver