Məhkəmə qərarları › İş №2(107)-874/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-874/2021

14.04.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-874/2021 14.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cəmaləddin qızının Cavabdeh qarşı «uşağın müalicəsinə çəkilən xərclərin ödənilməsi» tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qətnaməsindən apellyasiya şikayəti vermişdir. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərardadı ilə Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2021-ci il tarixli, 2(035)-78/2021 saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə Cavabdeh geri qaytarılması qərara alınmışdır. Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərardadından şikayət verərək Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə işin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir Zərdab Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərаrdаdı ilə Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərardadından verdiyi şikayət mülki iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbardar edilmələrinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci mаddəsinə əsаsən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayəti vermək hüququndan bəhs edən MPM-in 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Apellyasiya şikayətinin verilmə müddətindən bəhs edən MPM-in 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. MPM-in 363.1.3-ci maddəsinə əsasən apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, qaytarılır. MPM-in 364-cü maddəsinə əsasən apellyasiya şikayətini aldıqdan sonra birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Prosessual müddətlərlə bağlı məsələləri tənzimləyən MPM-in 128.1-ci maddəsinə əsasən, prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar məhkəmə tərəfindən təyin edilir. MPM-in 130.1. maddəsinə müvafiq olaraq, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. MPM-in 133.1-ci maddəsinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə sənədlərinin çatdırılması və rəsmi qaydada verilməsi hallarını tənzimləyən MPM-in 135.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. MPM-in 135.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. MPM-in 135.3-cü maddəsinə əsasən, məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. Bundan əlavə oxşar münasibətləri nizama salan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2007-ci il 13 fevral tarixli Qərarında göstərilmişdir: “İmperativ xarakterə malik prosessual müddətlərlə bağlı qaydaların tələblərinə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququnun həyata keçirilməsi zamanı riayət edilməsi vacib şərtlərdən biridir. Belə ki, MPM-nin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə prosessual hərəkətləri etmək hüququ keçmiş olur.”. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx xxxxxx 2006cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın. Hazırda öyrənilən iş materiallarından bəlli olur ki, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qətnamənin çıxarışının surəti xx xxxxxxx 2020-ci ildə məhkəmə qəbzinə imza etdirməklə Cavabdeh təqdim edilmişdir. Eləcədə, həmin iş materialları ilə müəyyən edilir ki, Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qətnaməsi xx.xx.2020-ci ildə məhkəmə qəbzinə imza etdirməklə Cavabdeh təqdim edilmişdir. Hazırda, cavabdeh xx.xx.2020-ci il tarixli məhkəmə qəbzində olan imzanın ona məxsus olmadığını qeyd etsədə, məhkəmə kollegiyası şikayətçinin bu dəlillərini inandırıcı qəbul etmir. Çünki, cavabdeh tərəfindən icra edilmiş, onun tərəfindən mübahisələndirilməyən iş materiallarının 33-cü vərəqində olan vəsatətdəki imzaya, iş materiallarının 45-ci vərəqində məhkəmə qəbzində olan imzaya, hazırkı iddianı qəbul etməsi ilə bağlı ərizəsində olan imzaya, məhkəmə qətnaməsindən çıxarışın alınmasını təsdiq edən xx.xx.2020-ci il tarixli məhkəmə qəbzində olan imzaya və son olaraq cavabdehin mübahisələndirdiyi məhkəmə qətnaməsinin alınmasını təsdiq edən xx.xx.2020-ci il tarixli məhkəmə qəbzində olan imzaya vizual şəkildə baxdıqda, bu imzaların cavabdeh tərəfindən icra edildiyi mübahisə doğurmur. Digər tərəfdən nəzərə alsaq ki, cavabdeh bilavasitə məhkəməyə ərizə təqdim edərək, uşağın qulaq daxili eşitmə cihazının alınmasına görə lazım olan 750 manatın ondan alınaraq iddiaçıya verilməsinə etiraz etməmişdir, belə olan halda kollegiya cavabdehin məlum məhkəmə qətnaməsini aldğını təsdiq edən xx.xx.2020-ci il tarixli məhkəmə qəbzində olan imzanın ona məxsus olmadığını bildirməsi kimi dəlillərini, sonuncunun məhkəmə qətnaməsinin icrasının uzatmaq məqsədi daşımasına dəlalət edən xüsusatlar kimi qəbul edir. Göründüyü kimi, cavabdeh qətnamənin surətini vaxtında almasına baxmayaraq, qətnamədən heç bir üzürlü səbəb olmadan vaxtında apellyasiya şikayəti verməmiş, apellyasiya şikayətini xx xxxxxx 2021-ci il tarixdə məhkəməyə təqdim etmişdir. Həmçinin, Cavabdeh Zərdab Rayon Məhkəməsinin xx xxxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair vəsatəti apellyasiya şikayətinə əlavə etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi şikayəti təmin etməməklə haqlı olmuşdur. MPM-in 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə yuxarıda qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, şikayət əsassız olduğundan təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollgiyası göstərilənlərə əsaslanaraq və MPM-in 263-264, 357, 360, 398.0.1, 400 və 402-405-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(035)-78/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayəti verilə bilməz

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar