Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-874/2024 04.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Yevlax Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(039)-1/2024 saylı qərardadından iddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiаçı İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək cavabdehlərdən 4705,43 ABŞ dolları - bundan 3336,41 ABŞ dolları əsas, 1098,90 ABŞ dolları faiz, 270,12 ABŞ dolları cərimə və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(039)-1/2024 nömrəli qətnaməsi ilə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 24 oktyabr 2014-cü il tarixli 1464/İ14USD saylı kredit müqaviləsi üzrə 3336,41 ABŞ dolları əsas borc ödəniş gününə Azərbaycan manatına olan məzənnə nisbətində manatla, habelə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(039)-1/2024 saylı qətnaməsindən iddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X5 apellyasiya şikayəti vermişdir. Yevlax Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli qərardadı ilə Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(039)-1/2024-cü il nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov tərəfindən verilmiş xx.xx.2024cü il tarixli apellyasiya şikayəti Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilmədiyindən iddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru X3 qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət onunla əsaslandırmışdır ki, apellyasiya şikayəti qanunvericiliyin müəyyən etdiyi tələblərə uyğun tərtib edilmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyənolunmuş lazımi məzmunda tərtib edilmişdir. Məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etməməklə əsassız qərardad qəbul etmişdir. Belə ki, tərtib edilmiş **********169 saylı xx.xx.2024-cü il tarixli apellyasiya şikayətində şikayətin verildiyi apellyasiya instansiyası məhkəməsinin adı, apellyasiya şikayəti verən şəxsin qanuni nümayəndəsi, şikayət olunan məhkəmə qətnaməsi haqqında məlumat, işin halları, maddi hüquq və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, apellyasiya şikayəti verən şəxsin tələbi apellyasiya şikayətinə əlavə edilmiş sənədlər, apellyasiya şikayətin imzalanması, tarix və möhür öz əksini tapmışdır. Göründüyü kimi, iddiaçı şikayətin məzmunu ilə bağlı tələblərə əməl etmiş, işin hallarını 2 saylı Əlavədə göstərilmiş apellyasiya şikayətinin formasına uyğun tərtib etmişdir. Bundan başqa tərtib edilmiş apellyasiya şikayətində Yevlax Rayon Məhkəməsinin 2(039)-1/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsində düzgün hesab edilməmiş konkret əsaslar göstərilmişdir. Məhkəmə qətnamə qət edərkən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına istinad etsə də, cavabdehin borcunun Fərmanın təsirinə düşməsini təsdiqləyən hər hansı sübuta əsaslanmamışdır. Ona görə də Yevlax Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(039)-1/2024 saylı qərardadının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 15 mart 2024-cü il tarixli, 2(039)-1/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(039)- 1/2024 saylı saylı qərardadı ləğv edilməli, iddiaçı ləğv prosesində olan “DəmirBank ASCnin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondunun Yevlax Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(039)-1/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, iddiaçı apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmişdir. İddiaçı şikayətin məzmunu ilə bağlı tələblərə əməl etməmişdir. İddiaçı şikayətində işin hallarını 2 saylı Əlavədə göstərilmiş Apellyasiya şikayətinin formasına uyğun göstərməmişdir. Kollegiya belə qənaətə gəlir ki, Yevlax Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(039)-1/2024 saylı qərardadından iddiaçı ləğv prosesində olan “DəmirBank ASCnin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu tərəfindən verilən şikayətin geri qaytarılması barədə qərardad qəbul edərkən düzgün nəticəyə gəlməmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu qanunvericiliyin müəyyən etdiyi tələblərinə əməl etmiş, şikayət Mülki Prosessual Məcəlləyə 2 saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət əsaslıdır. Ona görə də, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(039)-1/2024 saylı qərardadı ləğv edilməli, iddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondunun Yevlax Rayon Məhkəməsinin 6 fevral 2024-cü il tarixli 2(039)-1/2024 saylı qətnaməsindən verilmiş apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəllənin 398.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi şikаyətə bаxıb qərаrdаdı tаm və yа qismən ləğv edib, yаxud dəyişib işi birinci instаnsiyа məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Azərbaycan Respublikası MPM-nin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398, 399 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı ləğv prosesində olan “DəmirBank ASC-nin ləğvedicisi Əmanatlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli, 2(039)-1/2024 saylı qərardadı ləğv edilsin. Apellyasiya şikayəti icraata qəbul edilməklə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına verilsin. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-874/2024
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-874/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver