Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-875/2025 29.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X4 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında (Şəki Məhkəmə Kompleksində) apellyasiya qaydasında yazılı icraatda baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏNETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair mülki iş üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsi təmin edilməmişdir. Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən şikayət verilmişdir. Həmin şikayət üzrə qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 04 avqust 2025-ci il tarixli qərardadı ilə Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilməmiş və həmin şikayət Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269.3-cü maddəsinin tələblərinə uyğun olaraq işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 269-cu maddəsinin tələblərinə əsasən, qərardadan verilmiş şikayətə - qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır (maddə 269.1), şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir (maddə 269.2) və əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403- 1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir (maddə 269.3). Həmin Məcəllənin 397.1-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 269.3cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Həmin Məcəllənin 397.2-ci maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 397.2-ci maddəsinin tələblərinə uyğun olaraq Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxılmasını mümkün saymışdır. Qərardaddan verilən şikayətə qarşı yazılı etiraz verilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, aşağıdakıları etmək hüququ vardır: - məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək (maddə 398.0.1); qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək (maddə 398.0.2); qərardadı tam və ya qismən ləğv edib, qərardadla həll edilməli olan məsələni həll etmək (maddə 398.0.3); qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək (maddə 398.0.4). Məhkəmə kollegiyası, şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilməli və aşağıda təsvir olunanlara əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsinin təmin edilməməsinə dair qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadı tam ləğv edilərək, həmin ərizəyə birinci instansiya məhkəməsində yenidən baxılması məqsədilə 2(025)-469/2011 nömrəli mülki iş materialları Qəbələ Rayon Məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materialları və iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin aşağıda qeyd olunan konkret halları müəyyən olunur: - Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2 qarşı “borcun tutulması” barədə iddia tələbi qismən təmin edilərək, həmin qətnamədə qət olunmuşdur ki: “ İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X1 07R000003917 saylı kredit müqaviləsi üzrə 5359,86 ABŞ dolları məbləğində kredit borcu, 392,92 ABŞ dolları məbləğində faiz borcu və 4247,22 ABŞ doları məbləğində cərimə olmaqla, cəmi 10.000 ABŞ dolları məbləğində borc Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş gününə müəyyən edilmiş məzənnəsinə uyğun olaraq manat ekvivalentində hesablanmaqla, həmçinin iddia verilən zaman ödənilmiş 20 manat dövlət rüsumu alınaraq, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin.” - Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra həmin Qətnamə əsasında icra vərəqəsi tərtib edilərək, icra olunması üçün 16 dekabr 2011-ci il tarixli məktubla icra edilməsi üçün Maraqlı şəxsnə göndərilmişdir. - Maraqlı şəxs icra məmuru tərəfindən “icra sənədinin qaytarılması” barədə qəbul edilmiş 24 aprel 2025-ci il tarixli qərarla Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədi “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə istinad olunmaqla, yəni “tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi üzrə borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə icra sənədi icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılır” əsası ilə icra edilmədən Qəbələ Rayon Məhkəməsinə geri qaytarılmışdır. - İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Maraqlı şəxs “icra sənədinin qaytarılması” barədə 24 aprel 2025-ci il tarixli qərarı ilə razılaşmayıb, xx.xx.2025-ci il tarixli ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsini xahiş etmişdir. - Qəbələ Rayon Məhkəməsinin hakimi X5 həmin ərizəyə baxılması üçün tərəflərin və Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan, yəni ərizəyə baxılması üçün məhkəmə iclası təyin etmədən və proses iştirakçılarını iclasa dəvət etmədən qəbul etdiyi 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsini təmin etməmiş və həmin qərardadda öz mövqeyini “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsi ilə, yəni “... qanuna görə icra sənədi sayılan sənəd ləğv edildikdə icra sənədi üzrə icraata xitam verilir” əsası ilə əsaslandırmışdır. - Həmin qərardaddan narazı qalan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə qərardaddan şikayət verərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(025)-469/2011 saylı qəraradadını ləğv еdərək, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(025)- 469/2011 saylı icra sənədinin yenidən icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Göründüyü kimi, yuxarıda təsvir olunan işin konkret hallarına əsasən müəyyən olunur ki, Qəbələ Rayon Məhkəməsinin hakimi tərəfindən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsinə müvafiq məhkəmə iclası təyin edilmədən və proses iştirakçıları və qərarı qəbul etmiş icra məmuru məhkəmə iclasıbna dəvət edilmədən baxılmışdır. Yəni, məhkəmə tərəfindən iddiaçının məlum ərizəsinə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin, o cümlədən də ərizəni vermiş iddiaçının nümayəndəsinin və məlum qərarı qəbul etmiş icra məmurunun və yaxud, Maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakı ilə baxılmamış və eyni zamanda, məhkəmə - həmin icra sənədi üzrə İcra İşinin materiallarını İcra və Probasiya Şöbəsindən tələb edərək tədqiq etmədən, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)- 469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsinin rədd edilməsi barədə 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardad qəbul etmişdir. Həmçinin, Maraqlı şəxs “icra sənədinin qaytarılması” barədə 24 aprel 2025-ci il tarixli qərarı “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 23.1.3-cü maddəsinə (icra sənədinin qaytarılmasını tənzimləyən maddə) əsasən qəbul edilməsinə baxmayaraq, məhkəmə 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadında İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsinin rədd edilməsini - “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.3-cü maddəsi (icraata xitam verilməsinin əsasları və qaydasını tənzimləyən maddə) ilə əsaslandırmışdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun icra sənədinin qaytarılmasını nizamlayan normaları (maddələri): 23.1. Tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi aşağıdakı hallarda icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır: 23.1.1. tələbkarın ərizəsi əsasında; 23.1.2. borclu hüquqi şəxsin ünvanını və ya borclu fiziki şəxsin yaşayış yerini, borclunun əmlakının olduğu yeri müəyyən etmək və yaxud bank və ya digər kredit təşkilatlarında, elektron pul təşkilatlarında ona məxsus pul vəsaitlərinin və başqa qiymətli şeylərin olması barədə məlumat əldə etmək mümkün olmadıqda (borclunun və ya onun əmlakının bu qanunla nəzərdə tutulan hallarda axtarışı istisna olmaqla) və ya ləğv olunan hüquqi şəxsin əmlakı tələbkarın tələblərinin təmin edilməsi üçün yetərli olmadıqda; 23.1.3. borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə; 23.1.4. tələbkar icra sənədi icra olunarkən borclunun satılmamış əmlakını qəbul etməkdən və ya borcludan alınmış müəyyən əşyaları götürməkdən imtina etdikdə; 23.1.5. tələbkar öz hərəkətləri (hərəkətsizliyi) ilə icra sənədinin icrasına mane olduqda. 23.2. Tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. 23.3. İcra sənədinin qaytarılması bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar müraciət etdikdə sənəd yenidən icraya yönəldilir. Bu Qanunun 23.1-ci maddəsində nəzərdə tutulan əsaslar aradan qalxdıqdan sonra tələbkar icra qeydinin icrası üçün yenidən aidiyyəti icra qurumuna müraciət edə bilər. Bu hallarda icra qurumu icra qeydini icraata qəbul etməli və bu Qanunla nəzərdə tutulan tədbirləri görməlidir. 23.3-1. Bu Qanunun 23.1.1-ci maddəsinə əsasən icra sənədinin qaytarılması barədə tələbkarın ərizəsi əsasında borclunun tələb yönəldilmiş əmlakının elektron hərracda satılması ilə bağlı sifariş ləğv edildiyi halda, tələbkar icra sənədinin yenidən icraya yönəldilməsi barədə 6 ay müddətində müraciət edə bilməz. 23.4. İcra sənədi bu Qanunun 23.1.1-ci maddəsində göstərilən əsasa görə qaytarıldıqda, bu Qanunun 80-ci maddəsində nəzərdə tutulmuş avans ödəməsi tələbkara qaytarılır. 23.5. İcra sənədi bu Qanunun 23.1.2‒23.1.5-ci maddələrində göstərilən əsaslara görə qaytarıldıqda, avans ödəməsindən icra hərəkətlərinin həyata keçirilməsinə çəkilən xərclər çıxıldıqdan sonra onun qalan hissəsi tələbkara qaytarılır. 23.7. İcra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Beləliklə də, məhkəmə kollegiyası, yuxarıda təsvir olunanlara əsasən belə nəticəyə gəlir ki, Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilməli və Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadı tam ləğv edilərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsinə birinci instansiya məhkəməsində yenidən baxılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238-253, 263, 264, 395-398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ: Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadından İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət qismən təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsinin təmin edilməməsinə dair qəbul edilmiş Qəbələ Rayon Məhkəməsinin 17 iyul 2025-ci il tarixli 2(025)-469/2011 nömrəli qərardadı tam ləğv edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin “Qəbələ Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(025)-469/2011 nömrəli qətnaməsi əsasında verilmiş icra sənədinin yenidən icraya yönəldilərək, icra olunması üçün Maraqlı şəxsnə göndərilməsi” barədə ərizəsinə birinci instansiya məhkəməsində yenidən baxılması məqsədilə 2(025)- 469/2011 nömrəli mülki iş materialları Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir və qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-875/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-875/2025
29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver