Məhkəmə qərarları › İş №2(107)-876/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-876/2022

07.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-876/2022 07.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1 iştirakı ilə, Qax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(024)-492/2016 tаrixli qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-492 saylı məhkəmə əmrinə əsasən Qax rayonu Turaclı kəndində yaşayan Cavabdeh1 və ünvan 1 ünvanında yaşayan Cavabdeh2 birgə qaydada 693.52 manat əsas borc. 43.30 manat faiz borcu, 69.47 manat cərimə borcu, bildirişlərin göndərilməsi üzrə poçt xidməti xərcləri 5 manat və 21 manat məbləğində ödənilmiş dövlət rüsumu olaraq cəmi 832.29 manat məbləğində pulun alınaraq kreditor “X4 Azərbaycan^QSC- nə verilməsi əmr edilmişdir. Borclu Cavabdeh2 xx.xx.2022-ci il tarixdə Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-492 saylı məhkəmə əmrinə etiraz edərək əmrin ləğv edilməsini işin iddia icraatına keçirilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(024)-492/2016 saylı qərardadına əsasən borclu Cavabdeh2 Qax rayon Məhkəməsinin 28 aprel 2016-cı il tarixli 2(024)-492 saylı məhkəmə əmrinə verdiyi etiraz təmin edilməməsi, etiraz ərizəsinin ona əlavə olunmuş sənədlərlə birlikdə borclu Cavabdeh2 geri qaytarılması qərara alınmışdır. Borclu Cavabdeh2 Qax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(024)-492 saylı qərardadından şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Qax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(024)-492/2016 saylı qərardadı ilə hakim Atabəy Kiçibəyovun onun barəsində qəbul etdiyi məhkəmə əmrinin ləğv edilməsi barədə ərizəsi müddət ötürüldüyü üçün rədd edilmişdir. Çünk o əmrdən şikayət müddətini ötürməmişdir. Əmrdən xəbəri olmamış, bank may ayının əvvəlində əmrin şəklini telefonda ona göstərmişdir. İş materiallaırnda onun əmri alması barədə heç bir sübut yoxdur. Göstərdiklərini nəzərə alaraq məhkəmədən xx.xx.2022-ci il tarixli 2(024)-492/2016 saylı qərardadın ləğv edilib ərizəsinin təmin edilməsini, əks təqdirdə şikayətin baxılmaq üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli 2(024)-492/2016 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, iş üzrə Qax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(024)- 492/2016 saylı qərardadı ləğv edilməli və mülki iş Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-492/2016 saylı məhkəmə əmrinə borclu Cavabdeh2 verdiyi etiraza baxılması üçün Qax Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi şikayəti qaytararkən qərardadını onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Qax Rayon Məhkəməsinin 22(024)-492/2016 saylı əmri 28 aprel 2016-cı il tarixdə çıxarılmış və poçt vasitəsi ilə həmin tarixdə tərəflərə göndərilmişdir. Həmçinin məhkəmə əmri icraya yönəldilmişdir. Borclu Cavabdeh2 məhkəmə əmrinin surətini vaxtında almış və məhkəmə əmrinə verdiyi etiraz məhkəməyə 6 il 8 gün müddətdən sonra, yəni 06 may 2022-ci il tarixdə daxil olmuşdur. Bununla belə iş materialları ilə borcluların yaşadıqları ünvana ünvan 2 poçt vasitəsilə göndərilməsi sübut olunduğundan məhkəmə, məhkəmə əmrinə etirazın verilməsi müddətinin borclu tərəfindən buraxılması səbəblərinin üzürsüz olması qənaətinə gəlmiş və Cavabdeh2 tərəfindən məhkəmə əmrinə etiraz vaxtında verilmədiyindən Qax Rayon Məhkəməsinin 2(024)- 492/2016 saylı, 28 aprel 2016-cı il tarixli məhkəmə əmrinin ləğvindən imtina olunaraq etiraz ərizəsi geri qaytarılmışdır. Kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi etirazı təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. Belə ki, kollegiya iş materiallarını araşdıraraq müəyyən etdi ki, məhkəmə əmrinin borcluya göndərilməsinə dair iş materiallarında məktub olsa da (səh. 23) lakin məktubun göndərilməsinə dair reyestr və xəbərnamə iş materiallarında yoxdur. Yəni iş borclunun məhkəmə əmrini rəsmi qaydada alması iş amterialları ilə təsdiqlənmir. Bu isə onu göstərir ki, əmr borcluya rəsmi qaydada göndərilməmişdir. Ona görə də kollegiya hesab edir ki, Qax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(024)-492/2016 tаrixli qərardadı ləğv edilməli, yeni qərardad qəbul edilməli və mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. MPM-in 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 395-400, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Qax Rayon Məhkəməsinin 06 may 2022-ci il tarixli 2(024)-492/2016 tаrixli qərardadı ləğv edilsin. Yeni qərardad qəbul edilsin. Qax rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(024)-492 saylı məhkəmə əmrinə borclu Cavabdeh2 verdiyi etiraza baxılması üçün mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul еdildiyi аndаn qüvvəyə minir. Qərаrdаddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar