Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-876/2023 30.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı BOKT "xxxx" MMC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı borc tələbinə dаir mülki iş üzrə (Açar sözlər: borc tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi ilə, İddiаçı BOKT "xxxx" MMC-nin cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı borc tələbinə dаir mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(014)- 107/2023 nömrəli qətnaməsindən iddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 14 iyul 2021-ci il tarixində bağlanmış AgFQK-2478 saylı Kredit Müqaviləsinə əsasən borcluya illik faiz dərəcəsi 28.50% olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 3300 (üç min üç yüz) AZN məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 14 iyul 2021-ci il tarixində ZMAgFQK-2478 saylı zaminlik müqaviləsi bağlanmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiаçı BOKT "xxxx" MMC cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qаrşı «borc» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 2971.59 (iki min doqquz yüz yetmiş bir 59 qəpik) manat əsas borc, faiz borcu üzrə 1459.77 manat və cərimə üzrə 2.62 manat olmaqla, cəmi 4433.98 manat məbləğində borcun və ödənilmiş 49.72 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 14 iyul 2021-ci il tarixində bağlanmış AgFQK-2478 saylı Kredit Müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlanacaq) əsasən borcluya illik faiz dərəcəsi 28.50% olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 3300 (üç min üç yüz) AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə uyğun olaraq, borclu əsas borc və kreditdən istifadəyə görə hesablanmış faiz borcu üzrə Kredit müqaviləsinə 1 saylı Əlavədə göstərilmiş ödəniş cədvəlinə əsasən əsas və faiz borcu üzrə hər ay orta hesabla 115.96 (yüz on beş 96 qəpik) AZN olmaqla, cəmi 5565.82 (beş min beş yüz altmış beş 82 qəpik) AZN məbləğində ödəniş etməli olduğu halda, bu günə qədər yalnız 1134.46 (bir min bir yüz otuz dörd 46qəpik) AZN (əsas və faiz borcu üzrə) məbləğində ödəniş etmişlər. Borclular bu barədə dəfələrlə şifahi və yazılı xəbərdar olunmaqlarına baxmayaraq, yuxarıda göstərilən Kredit müqaviləsinin şərtlərini pozaraq Kredit müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəlikləri lazımınca və vaxtında yerinə yetirməmişdir. Kredit müqaviləsinin 5.2- ci bəndinə əsasən, borclular kreditin ödənilməsi üzrə öhdəliyi vaxtında yerinə yetirmədiyi və cədvəldə göstərilən kreditdən istifadəyə görə faizi və krediti ödəmədiyi təqdirdə, borclular kreditorun xeyrinə gecikdirmiş əsas məbləğin 0.1 %-i məbləğində dəbbə pulunu (cəriməni) hər yubanma günü üçün ödəməyə borcludurlar. Belə ki, 20 oktyabr 2022-ci il tarixli Maliyyə arayışına əsasən Kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyən borcluların bu günə 2971.59 (iki min doqquz yüz yetmiş bir 59 qəpik) manat əsas borc, faiz borcu üzrə 1459.77 manat və cərimə üzrə 2.62 manat olmaqla, cəmi 4433.98 manat məbləğində borcu yaranmışdır. Həmin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında 14 iyul 2021-ci il tarixində ZMAgFQK-2478 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən cavabdeh zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə zamin iddiaçı qarşısında cavabdeh ilə eyni həcmdə məsuliyyət daşıyır.
4. İddiаçı BOKT "xxxx" MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddiasının təmin edilməsini xahiş etmişdir.
5. Cаvаbdеh Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirdi ki, qeyd olunan kredit müqaviləsinə əsasən bankdan kredit götürmüşdür. Həmin kredit üzrə fazilər çox olduğuna görə kreditini ödəyə bilməmişdir. Kredit borcunu ödəyəcəyini bildirdi.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə Cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun iddiaçı qarşısında yuxarıda göstərilən məbləğdə icra edilməmiş pul öhdəliyi vardır. İddiaçının təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələbin əsaslı olduğunu təsdiq edir. Qeyd edilənlərə və Mülki Məcəllənin 425, 427, 442, 448 və 739-cu maddələrinin göstərişinə əsaslanaraq məhkəmə hesab edir ki, həmin pul Cavabdeh2 tutulmalıdır. Belə ki, iddiaçının (bankın) təqdim etdiyi sübutlar borcun düzgün hesablandığını təsdiq edir, cavabdeh isə məhkəməyə iddia tələbini təkzib edəcək heç bir sübut təqdim etməmişdir. Göstərilən xüsusatlara əsasən məhkəmə hesab edir ki, iddiaçı verdiyi kreditin və kreditə hesablanmış faizlərin ödənilməmiş hissəsini tələb etməkdə haqlıdır.
7. Məhkəmə, eyni zamanda digər Cavabdeh1 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, onun kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, qeyd edilən kredit məbləğinin və həmin məbləğə hesablanmış faiz və cərimə borcunun ödənilməsi üçün məsuliyyət daşıyır.
8. Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(014)-107/2023 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia təmin olunmuş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2975.08 manat, faiz borcu üzrə 312.08 manat olmaqla cəmi 3287.16 (üç min iki yüz səksən yeddi manat on altı qəpik) manat pul və 49.72 manat məbləğində ödənilmiş dövlət rüsumunun alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 448, 470, 472 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İş materialları ilə müəyyən edilir ki, BOKT "xxxx" MMC tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli 207/QK saylı maliyyə arayışından məlum olur ki, borclu Cavabdeh2 əsas borc üzrə 2971.59 (iki min doqquz yüz yetmiş bir 59 qəpik) manat, faiz borcu üzrə 1459.77 manat və cərimə üzrə 2.62 manat olmaqla, cəmi 4433.98 manat məbləğində borcu vardır.
11. İş materialları ilə müəyyən edilir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 14 iyul 2021-ci il tarixində bağlanmış AgFQK-2478 saylı Kredit Müqaviləsinə əsasən borcluya illik faiz dərəcəsi 28.50 % olmaqla 48 ay müddətinə, 0 ay güzəşt müddəti olmaqla, Kredit müqaviləsi üzrə cəmi 3300 (üç min üç yüz) AZN məbləğində kredit verilmişdir.
12. İş materialları ilə müəyyən edilir ki, 14 iyul 2021-ci il tarixli ZMAgFQK-2478 saylı zaminlik müqaviləsinə əsasən BOKT "xxxx" MMC ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır.
13. İş materialları ilə müəyyən edilir ki, BOKT "xxxx" MMC tərəfindən verilmiş 24 may 2022-ci il tarixli son bildirişdən məlum olur ki, Cavabdeh2 və Cavabdeh1 vaxtı keçmiş qalıq kredit borcunun tez bir zamanda ödənilməsi tələb olunmuş, əks halda kredit borcunun məcburi icrası ilə əlaqədar məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-1896/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır.
15. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/245 saylı ekspert rəyindən məlum olur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 14 iyul 2021-ci il tarixli, AgFQK-2478 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 20 dekabr 2022-ci il tarixinə BOKT "xxxx" MMC olan borcu 3287.16 manat müəyyən edilir. O cümlədən əsas borc üzrə 2975.08 manat, faiz borcu üzrə 312.08 manat.
16. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən BOKT "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, BOKT "xxxx" MMC tərəfindən borclular Cavabdeh2 və Cavabdeh1 qarşı borc tələbinə dair iddia ərizəsi ilə Ağdaş rayon Məhkəməsinə müraciət etdikdən sonra Cavabdeh2 üç dəfə (xx.xx.2022, xx.xx.2023, xx.xx.2023 tarixlərdə) ödəniş etmişdir. Hal-hazırda borclular Cavabdeh2 və zamini Cavabdeh1 BOKT "xxxx" MMC-nə əsas borc 2871.59 manat, faiz borcu üzrə 1159.77 manat, cərimə üzrə 2.62 manat və 49.72 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla cəmi 4083.70 (dörd min səksən üç manat 70 qəpik) manat məbləğində qalıq borcları vardır.
17. Qətnаmədən nаrаzı qаlаn iddiaçı BOKT "xxxx" MMC аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
18. İddiaçı BOKT "xxxx" MMC apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, işin qeyd edilən faktkiki halları təsdiq edir ki, birinci instansiya məhkəməsi mülki qanunvericiliyin müvafiq normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında təsbit edilmiş hüquqi mövqeyə görə faiz borcunu kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan qalıq məbləğdə, yəni kredit ödəniş qrafiki üzrə 1459,77 manat həcmində, əsas borc 2971,59 manat məbləğdə təmin etməli idi. Birinci instansiya məhkəməsi faiz borcunu azaldaraq 312,08 manat, əsas borcu 3,49 manat artıraraq 2975,08 manat müəyyən etməklə səhvə yol vermişdir. İşin faktiki halları təsdiq edir ki, birinci instansiya məhkəməsi 2,62 manat cərimə məbləğini ləğv etməklə Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsini tətbiq etməyərək səhvə yol vermişdir.
19. BOKT "xxxx" MMC borc tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etdikdən sonra Cavabdeh2 tərəfindən üç dəfə ödəniş edilmiş, hazırki tarixə borclular Cavabdeh2 və zamini Cavabdeh1 2871,59 manat əsas, 1159,77 manat faiz, 2,62 manat cərimə və 49,72 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4083,70 (dörd min səksən üç manat yetmiş qəpik) manat məbləğində qalıq borcları vardır. Qeyd olunan faktiki hallar cavadehlər Cavabdeh2 və Cavabdeh1 krediti ödəmə qabiliyyətinin olduğunu, öhdəliyi icra etməməsinin Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən öhdəliyin məzmununun hərəkətdən çəkinmək təşkil etdiyini təsdiq etsə də, birinci instansiya məhkəməsi tərəfindən bu faktiki halllara lazımi hüquqi qiymət verilməmişdir.
20. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(014)- 107/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
22. İddiаçı BOKT "xxxx" MMC-nin nümayəndəsi, cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1-ci maddəsində göstərilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində kreditora vurduğu zərər üçün və gecikdirmə nəticəsində təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.1-ci maddəsinə əsasən əgər borclu öhdəliyin icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd edirsə, kreditor müqavilənin icrası əvəzinə dəbbə pulu ödənilməsini tələb edə bilər. Əgər kreditor borcluya cərimə ödənilməsini tələb etdiyini elan edərsə, öhdəliyin icra edilməsi barədə tələb istisna olunur. Əgər kreditorun icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, o tutulmalı olan cəriməni zərərin minimum məbləği kimi tələb edə bilər. Bununla kreditorun digər zərərin tutulması hüququ istisna edilmir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
25. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
26. Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(014)- 107/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.
28. Əvvəla, birinci instansiya məhkəməsinin hazırki qtnaməsinin nəticə hissəsində iddianın təmin edildiyi qeyd edilmiş, lakin təmin edildiyi göstərilən borc məbləği iddia tələbindən az olmuşdur. Qətnamənin əsaslandırıcı hissəsini də nəzərə aldıqda, belə nəticəyə gəlmək olur ki, hazırki qətnamə ilə iddia qismən təmin olunmuşdur.
29. İkinci, hazırki iş üzrə iddia tələbi cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 2971.59 (iki min doqquz yüz yetmiş bir 59 qəpik) manat əsas borc, faiz borcu üzrə 1459.77 manat və cərimə üzrə 2.62 manat olmaqla, cəmi 4433.98 manat məbləğində borcun və ödənilmiş 49.72 manat dövlət rüsumu tutularaq BOKT "xxxx" MMCnin xeyrinə ödənilməsi barədə olmuş, məhkəmə tərəfindən ekspertiza təyin edilmiş, “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/245 saylı ekspert rəyində iş materiallarında olan hesabdan çıxarış məlumatları və 14 iyul 2021-ci il tarixli, AgFQK-2478 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh2 20 dekabr 2022-ci il tarixinə BOKT "xxxx" MMC olan borcu 3287.16 manat - o cümlədən əsas borc üzrə 2975.08 manat, faiz borcu üzrə 312.08 manat müəyyən edilmişdir. Göründüyü kimi, iddia tələbində 2971.59 manat əsas borc tələb edildiyi halda, ekspert rəyində daha artıq məbləğ - 2975.08 manat göstərilmiş, məhkəmə iddia tələbinin həcminin artırılması barədə ərizə verilməməsinə baxmayaraq, iddia tələbindən kənara çıxmaqla ekspert rəyində göstərilmiş daha artıq məbləğdə əsas borcu təmin etmişdir.
30. Üçüncü, məhkəmə iddiada tələb olunan 2.62 manat cərimə borcunu təmin etməmiş, lakin qətnamədə gəldiyi nəticə ilə bağlı heç bir əsaslandırma aparmamışdır.
31. Göstərilənlərə əsasən kollegiya belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 385.1.1, 385.1.3 və 385.1.4-cü maddələrinin tələblərinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi əsasları ilə Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(014)-107/2023 nömrəli qətnaməsi ləğv edilməlidir.
32. Məhkəmə kollegiyası iddia tələbinə münasibət bildirərək qeyd edir ki, “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 9/245 saylı ekspert rəyi sübut kimi qəbul edilməli, rəydə göstərilən əsas borc məbləği iddiada tələb olunan əsas borc məbləğindən artıq olduğundan iddia tələbi həcmində - 2971.59 manat məbləğində təmin olunmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Faiz borcuna münasibətdə kollegiya hesab edir ki, iddia ekspert rəyində göstərilən həcmdə - 312.08 manat təmin edilməlidir. Cərimə borcuna gəldikdə kollegiya qeyd edir ki, Mülki Məcəllənin 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltma səlahiyyəti versə də, cərimə borcunu tamamilə silmə səlahiyyəti verməmişdir. Hazırki iddia tələbində BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında 14 iyul 2021-ci il tarixində bağlanmış AgFQK-2478 saylı Kredit Müqaviləsinin 5.2-ci bəndinə əsaslanmaqla 2.62 manat cərimə borcu tələb edildiyi nəzərə alındıqda, kollegiya hesab edir ki, hazırki işə Mülki Məcəllənin 467-ci maddəsinin tətbiq edilməsinə əsas yoxdur. Ona görə də, iddiada tələb olunan 2.62 manat cərimə borcu da təmin edilməlidir.
33. İddiaçının nümayəndəsinin birinci instansiya məhkəməsinə təqdim etdiyi 11 aprel 2023-cü il tarixli arayışda BOKT "xxxx" MMC borc tələbinə dair iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət etdikdən sonra Cavabdeh2 tərəfindən üç dəfə - xx.xx.2022; xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərdə - ödəniş edilməsi, həmin tarixə borclular Cavabdeh2 və zamini Cavabdeh1 2871,59 manat əsas, 1159,77 manat faiz, 2,62 manat cərimə və 49,72 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4083,70 (dörd min səksən üç manat yetmiş qəpik) manat məbləğində qalıq borclarının olduğu göstərilmişdir. Hazırki iş üzrə keçirilmiş ekspertiza tədqiqatı nəticəsində Cavabdeh2 xx.xx.2022-ci il tarixə olan borcu müəyyən edilmişdir ki, həmin hesablamanın da tərkibinə borclunun iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra xx.xx.2022-ci ildə ödədiyi ödəniş də daxil olmuşdur. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsas borca münasibətdə həmin arayışda göstərilmiş məbləğdə əsas borcu təmin etməli olduğu halda, bunu etməmiş, cavabdeh isə qətnaməni həmin hissədə mübahisələndirməmişdir. Bu hal ona dəlalət edir ki, cavabdehlərin iddia ərizəsi ilə məhkəməyə müraciət edildikdən sonra ödədikləri və hazırki iş üzrə qətnamə qəbul edilərkən nəzərə alınmamış ödənişləri qətnamənin icrası mərhələsində nəzərə alınmalıdır.
34. Hazırki iş üzrə iddia tələbi 4433.98 manat həcmində olduğu halda, hazırki qətnamə ilə 3286.29 manat təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq – 36.7 manat həcmində cavabdehdən alınmalı, qalan hissəsi isə iddiaçının özünə aid edilməlidir. (3286.29x100/4433.98=74%; 49.72x74%=36.7)
35. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən düzgün nəticəyə gəlmədiyindən, qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə iddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(014)-107/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2971.59 manat, faiz borcu üzrə 312.08 manat, cərimə üzrə 2.62 manat olmaqla, cəmi 3286.29 manat pul və 49.72 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilməlidir.
36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı BOKT "xxxx" MMC tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 17 aprel 2023-cü il tarixli 2(014)-107/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada əsas borc üzrə 2971.59 manat, faiz borcu üzrə 312.08 manat, cərimə üzrə 2.62 manat olmaqla, cəmi 3286.29 manat pul və 36.7 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq BOKT "xxxx" MMC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçının özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.