Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-880/2023 27.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə (Açar sözlər: iddia- pul tələbi, sübutetmə yükü) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X1 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(014)-641/2023 saylı qətnaməsindən İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, yazılı icraat qaydasında bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı MMC Cavabdeh qarşı borcun tələbinə dair sadələşdirilmiş icraat qaydasında kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli, 1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi “Hyundai Elantra minik” markalı, **-GA-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək günlük 55 (əlli beş), ümumilikdə 495 (dörd yüz doxsan beş) manat olmaq şərtiylə icarəyə verilmişdir. Cavabdeh tərəfindən nəqliyyat vasitəsinə zərər dəymiş və dəymiş zərər qarşılanmamışdır. Belə ki, cavadbeh Cavabdeh xx.xx.2022-ci il tarixində nəqliyyat vasitəsini təhvil verən zaman avtomobilin mühərrik hissəsində nasazlıq hiss olunmuş və nəqliyyat vasitəsi dərhal evakuator vasitəsi ilə servis mərkəzinə aparılmış və mühərrikin sıradan çıxması diaqnozu qoyulmuşdur. Mütəxəssis tərəfindən avtomobilə dəymiş zərər 2330 (iki min üç yüz otuz) manat məbləğində qiymətləndirilmişdir. Cavabdeh nəqliyyat vasitəsini təhvil verən zaman borcu tez bir zamanda ödəyəcəyi barədə söz vermişdir. Birinci instansiya məhkəməsində icraat Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(014)-641/2023 saylı qətnaməsi ilə (hakim C.Sultanov) İddiaçı MMC-nin Cavabdeh qarşı borcun tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərcləri iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SN №1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən həmin tarixdə Cavabdeh MMC tərəfindən “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində təhvil götürülən zaman nəqliyyat vasitəsinin mühərrik sistemində nasazlıq aşkar olunması qeyd olunsa da, avtomobilin təhvil verilərkən qüsurlu olmasına dair aktın 2-ci bəndini cavabdeh imzalamamış, aktı imzalamaqdan imtina etməkdən imtina etməsi qeyd olunmamış, onun imzalamaqdan imtina etməsi də digər şəxslərin imzaları ilə təsdiq olunmamışdır. Bu da aktın həmin punktunun sonradan doldurulmasına dair məhkəmədə əsaslı şübhələr yaradır. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində isə avtonəqliyyat vasitəsiin icarəçidə olduğu müddətdə onun mühərrik, transmissiya (anaqabaq körpü, ötürmələr qutusu) digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyətin icarəçinin daşımağı göstərilsə də, hazırkı halda qüsurun avtomobilin icarəçidə olduğu vaxtda baş verməsini təsdiq edən heç bir mötəbər (və ya tərəflərin hər ikisinin bu halı təsdiq edən) sənəd mövcud deyildir. Belə olan halda isə cavabdehin iddiaçıya zərər vurması təsdiq olunmur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SN №1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən həmin tarixdə Cavabdeh MMC tərəfindən “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində təhvil götürülən zaman nəqliyyat vasitəsinin mühərrik sistemində nasazlıq aşkar olunması qeyd olunsa da, avtomobilin təhvil verilərkən qüsurlu olmasına dair aktın 2-ci bəndini cavabdeh imzalamamış, aktı imzalamaqdan imtina etməkdən imtina etməsi qeyd olunmamış, onun imzalamaqdan imtina etməsi də digər şəxslərin imzaları ilə təsdiq olunmamışdır. Bu da aktın həmin punktunun sonradan doldurulmasına dair məhkəmədə əsaslı şübhələr yaradır. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində isə avtonəqliyyat vasitəsiin icarəçidə olduğu müddətdə onun mühərrik, transmissiya (anaqabaq körpü, ötürmələr qutusu) digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyətin icarəçinin daşımağı göstərilsə də, hazırkı halda qüsurun avtomobilin icarəçidə olduğu vaxtda baş verməsini təsdiq edən heç bir mötəbər (və ya tərəflərin hər ikisinin bu halı təsdiq edən) sənəd mövcud deyildir. Belə olan halda isə cavabdehin iddiaçıya zərər vurması təsdiq olunmur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh tərəfindən İddiaçı MMCyə məxsus “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobilə 2330 (iki min üç yüz otuz) manat məbləğində zərər vurulması işin materialları ilə müəyyən edilmir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 1096 və 1097.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 76.1, 14.2, 217.4, 217.3 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, birinci intansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkilə araşdırılma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməyərək düzgün olmayan, əsassız, qanunsuz və qərəzli qətnamə qəbul edilmişdir. Qeyd edilir ki, nəqliyyat vasitəsi tərəflərindən təhvil götürülən zaman akt tərtib olunmuş, və həmin aktda nəqliyyat vasitəsində qüsur olduğu qeyd olunmuşdur. Əlavə olaraq xx.xx.2022-ci il tarixində müstəqil ekspert tərəfindən zərər aktı tərtib olunmuşdur. Belə ki, sözü gedən tarixdə nəqliyyat vasitəsi cavabdehin ixtiyarında olmuşdur. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(014)-641/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş edirlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023cü il tarixli, 2(014)-641/2023 saylı qətnaməsinin ləğv edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(014)-641/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, SN №1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən həmin tarixdə Cavabdeh MMC tərəfindən “Hyundai Elantra” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil icarəyə verilmiş, xx.xx.2022-ci il tarixli akta əsasən həmin nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində təhvil götürülən zaman nəqliyyat vasitəsinin mühərrik sistemində nasazlıq aşkar olunması qeyd olunsa da, avtomobilin təhvil verilərkən qüsurlu olmasına dair aktın 2-ci bəndini cavabdeh imzalamamış, aktı imzalamaqdan imtina etməkdən imtina etməsi qeyd olunmamış, onun imzalamaqdan imtina etməsi də digər şəxslərin imzaları ilə təsdiq olunmamışdır. Bu da aktın həmin punktunun sonradan doldurulmasına dair məhkəmədə əsaslı şübhələr yaradır. Tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində isə avtonəqliyyat vasitəsinin icarəçidə olduğu müddətdə onun mühərrik, transmissiya (ana-qabaq körpü, ötürmələr qutusu) digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyətin icarəçinin daşımağı göstərilsə də, hazırkı halda qüsurun avtomobilin icarəçidə olduğu vaxtda baş verməsini təsdiq edən heç bir mötəbər (və ya tərəflərin hər ikisinin bu halı təsdiq edən) sənəd mövcud deyildir. Apellyator verdiyi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci intansiya məhkəməsi tərəfindən mülki işə baxılarkən hərtərəfli, tam, obyektiv şəkildə araşdırılma aparılmamış, tərəflərin çəkişmə, bərabərlik prinsipləri pozmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilməyərək düzgün olmayan, əsassız, qanunsuz və qərəzli qətnamə qəbul edilmişdir. Qeyd edirik ki, nəqliyyat vasitəsi tərəflərindən təhvil götürülən zaman akt tərtib olunmuş, və həmin aktda nəqliyyat vasitəsində qüsur olduğu qeyd olunmuşdur. Əlavə olaraq xx.xx.2022-ci il tarixində müstəqil ekspert tərəfindən zərər aktı tərtib olunmuşdur. Belə ki, sözü gedən tarixdə nəqliyyat vasitəsi cavabdehin ixtiyarında olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə qiymət verərək qeyd edir ki, apellyasiya şikayətinin dəlili əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. İşin materiallarında olan İddiaçı MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, xx.xx.2022-ci il tarixli, 1017 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən Cavabdeh icarəyə verilmiş, **-GA-*** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” minik markalı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixində təhvil götürülən zaman nəqliyyat vasitəsinin mühərrik sistemində nasazlıq aşkar olunmuşdur. Həmin aktın 2-ci bəndində avtomobil təhvil verilərkən akt cavabdeh tərəfindən imzalanmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin 8.2-ci bəndində isə avtonəqliyyat vasitəsinin icarəçidə olduğu müddətdə onun mühərrik, transmissiya (ana-qabaq körpü, ötürmələr qutusu) digər hissə və mexanizmlərində dağılma və ya hər hansısa bir qüsur baş verərsə məsuliyyətin icarəçinin daşımağı göstərilsə də, hazırkı halda qüsurun avtomobilin icarəçidə olduğu vaxtda baş verməsini təsdiq edən heç bir mötəbər (və ya tərəflərin hər ikisinin bu halı təsdiq edən) sənəd mövcud deyildir. Belə olan halda isə cavabdehin iddiaçıya zərər vurması təsdiq olunmur. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçının apellyasiya şikayəti təmin edilməməli və Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(014)-641/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdaş Rayon Məhkəməsinin 27 aprel 2023-cü il tarixli, 2(014)-641/2023 saylı qətnaməsi İddiaçı MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-880/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-880/2023
27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver