Məhkəmə qərarları › İş №2(107)-880/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-880/2025

30.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-880/2025 30.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2, Cavabdeh3 və X6 qarşı ziyan tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyan tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), X7 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2, Cavabdeh3 və X6 qarşı ziyan tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-223/2025 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. İddiaçı Cavabdeh1 2300 manat vəsaitin və ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsini tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh1 qarşı ziyan tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 2300 manat vəsaitin, ödənilmiş dövlət rüsumunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə yazılı ərizə təqdim edərək, Cavabdeh1 ilə bərabər, Cavabdeh2, Cavabdeh3 və X11 da iddiaya cavab verməli şəxslər olduğundan, onların da cavabdeh qismində işə cəlb edilməsini və onlardan da müştərək qaydada 2300 manat vəsaitin, ödənilmiş dövlət rüsumunun, vəkil xidmətinə ödənilmiş 200 manat vəsaitin tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 12 dekabr 2024-cü il tarixli 2(051)-2492/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı ziyan tələbinə dair mülki iş üzrə Cavabdeh2, Cavabdeh3 və X11 cavabdeh qismində işə cəlb edilmiş, Cavabdeh2, Cavabdeh3 və X6 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsi qərara alınmışdır.

3. İddia tələbi belə əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Həmin cinayət işi üzrə Cavabdeh1 3 epizod üzrə ona 4250 manat ziyan vurduğu müəyyən olunmuşdur. Həmin vaxt Cavabdeh1 başqa şəxslərə də ziyan vurması halı mövcud idi, onun qohumları Cavabdeh2, Cavabdeh3 və Yasin Hüseynov ondan xahiş etmişlər ki, 4250 manat puldan 1950 manat pulu ödəsinlər, qalan məbləği qohumları qısa müddətə ona qaytaracaqlar. Məhz qohumlarının təkidi ilə 1950 manat pulu alıb borcun tam ödənilməsi barədə ərizəni məhkəməyə təqdim etmişdir. Ancaq hazırkı müddətə qədər həmin 2300 manat pulu ona ödəməmişdir. Əvvəllər telefon zənglərinə cavab verib pulu qaytaracaqlarını bildirsələr də, hazırda qəti şəkildə telefonlarına cavab vermirlər. Cavabdeh1 cəza alsa da, vurduğu ziyanı ödəmir. Bu səbəbdən mənəvi iztirab keçirir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 iddiaçıya qarşı 3 epizod üzrə ümumilikdə 4250 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Ona görə də cavabdeh Hüseynov X8 Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək qəti olaraq 2 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İddiaçı həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinə məhkəmədə baxılan vaxt iddiaçı məhkəməyə Cavabdeh1 tərəfindən vurulmuş ziyanın tam şəkildə ödənildiyinə, ondan şikayət və tələbinin olmamasına dair notariusda təsdiq edilmiş ərizə təqdim etmişdir. Məhkəmə hökm çıxararkən iddiaçının ərizəsinə istinad etmiş və cəza təyin edərkən nəzərə almışdır. Hökmdən qanunda nəzərdə tutulmuş müddət ərzində heç bir tərəf apelyasiya şikayəti verməmiş, hökm qanuni qüvvəyə minmişdir. Bununla belə iddiaçı 3il 11 aydan sonra ziyan tələbinə dair iddia irəli sürmüş, cavabdeh tərəf isə iddianı qəbul etməmişdir.

5. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-223/2025 nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia rədd edilmiş, İddiaçı Cavabdeh1, cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 və Cavabdeh3 qarşı 2300 manat vəsaitin, tutulub ona ödənilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələrinə istinad etmişdir.

7. Qətnаmədən nаrаzı qаlаn İddiaçı nümayəndəsi və vəkili Vəkil аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

8. İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Cavabdeh1 tamah niyyətilə etibarından sui-istifadə və aldatma yolu ilə əmlakını ələ keçirtməyə görə Mingəçevir Şəhər Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli, 1(051)-100/2021 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2, 178.2.4-cimaddəsi ilə təqsirli bilinib 2 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Həmin cinayət işi üzrə Cavabdeh1 3 epizod üzrə mənə 4250 manat ziyan vurduğu müəyyən olunmuşdur. Həmin vaxt Cavabdeh1 başqa şəxslərə də ziyan vurması halı mövcud idi, onun qohumları Cavabdeh2, Cavabdeh3 və Yasin Hüseynov məndən xahiş etmişlər ki, 4250 manat puldan 1950 manat pulu ödəsinlər, qalan məbləği qohumları qısa müddətə ona qaytaracaqlar. Məhz Cavabdeh1 qohumlarının təkidi ilə pulun bir hissəsinin qısa müddətə sonradan ödənilməsinə razılıq vermişdir. Ancaq hazırki müddətə qədər həmin 2300 manat pulu ona ödəməmişdir. Əvvəllər telefon zənglərinə cavab verib pulu qaytaracaqlarını bildirsələr də hazırda qəti şəkildə telefonlarına cavab vermirlər. Ancaq Cavabdeh1 anası ilə olan telefon danışığını yazmışdır. Bununla əlaqədar Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və cavabdehlərdən 2300 ( iki min üç yüz ) manat vəsaitin, ödənilmiş dövlət rüsümunun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci iltarixli qətnaməsi ilə onun Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı 2300 manat vəsaitin tutulub ona ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Əvvəla, o, 3 il 11 ay deyil, 2 il 11 ay müddətindən sonra hazırki iddianı qaldırmışdır. Məhkəməyə sübut qismində Cavabdeh1 anası Cavabdeh3 ilə olan telefon danışığının səsyazmasını təqdim etmişdir. Hansı ki, həmin səs yazısının Cavabdeh3 məxsus olmasını hec bir kəs mübahisələndirməmişdir. Digər tərəfdən Məhkəmə ziyan vuranın Raif Hüseynov olmasına istinad edərək iddianı rədd edərkən nəzərə almamışdır ki, digər cavabdehlər Hüseyn və Cavabdeh3 ona zərər vurmuş şəxslər deyillər. O Cavabdeh1 münasibətdə ziyanın ödənilməsinə dair ərizə vermişdir. Digər cavabdehlərlə bağlı göstərmişdir ki, həmin şəxslər qalan 2300 manat pulu özləri ödəyəcəklərinə dair öz üzərlərinə öhdəlik götürdüklərindən onlara qarşı iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir. Hesab edir ki, o iddianı Cavabdeh1 qarşı qaldırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1096.1, 1096.2, 1097.1-ci maddələri ilə əsaslandırırdısa, digər cavabdehlərə münasibətdə məhkəmənin həmin maddələrə əsasən iddianı rədd etməkdə haqlı olmamışdır. Cavabdeh1 qarşı iddianı ona cinayət işi üzrə vurulmuş ziyan üzrə qaldırmışdırsa, Hüseyn və Fəridə Hüseynovlara qarşı öhdəliyin verilməsi ilə əsaslandırdığından məhkəmənin bu qənaəti əsassız olmuşdur. Məhkəmə səs yazısında 2300 manat ifadəsinin eşidilmədiyini bildirsədə məhkəmə iclasında səslərinməzmununmüəyyən edilməsi ilə bağlı məhkəmə ekspertizası kecirilməsi barədə vəsatətimi də müzakrə etməmiş, verilmiş səs yazısını tədqiq etmədən səs yazılarını nəzərə almamışdır. Halbu ki, həmin səs yazıları 2021-ci ilin dekabr ayında deyil, artıq üzərlərinə götürdüklər i öhdəliyi icra etmədikdən sonra yaranmış vəziyyətlə əlaqədar onlara ödənişlə bağlı möhlət vermə ilə bağlı oısada məhkəmə həmin səs yazılarının “yalnız yalvarış və təsəlli xarakterli ifadələr işlətmişdir” kimi qiymətləndirərkən nəzərə almamşdır ki, 2021-ci ildə yekunlaşmış iş üzrə Cavabdeh3 hansı səbəbdən mənimlə yalvarış və təsəlli xarakterlı danışıq aparmışdır. Məhkəməyə təqdim etdiyi səs yazısı və şahid ifadələri ilə o öz təsdiqini tapmışdır ki, 2021-ciildən sonra da onun Cavabdeh1 valideynləri ilə arasında ödənilməmiş öhdəlik münasibətləri qalmışdır. Məhkəmə isə bu halları nəzərə almamışdır.

9. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)- 223/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-223/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etdi.

12. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2-ci maddəsinə əsasən, başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. 21.1-ci maddəsinə görə, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

15. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

18. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

19. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. İddiaçı nümayəndəsi və vəkili Kərimli X4 Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-223/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən, hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür.

23. Prosessual qanunvericilik sübut etmə yükünün tələb edən tərəfin üzərində olduğu barədə ümumi prinsipi əks etdirsə də, iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarında, habelə mübahisəyə tətbiq edilməli olan digər hüquq normalarında tərəflərdən hansının işin hansı hallarını sübut etməli olması barədə fərqli qaydalar müəyyən oluna bilər. Bu baxımdan hər bir mübahisənin qanuni həllinə imkan verən sübutetmə yükünün düzgün müəyyən olunması işin qanuni həlli baxımından vacib əhəmiyyətə malikdir.

24. Apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.

25. Belə ki, iş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmündən görünür ki, Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cavabdeh1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə olduğu 15 (on beş) gün CM-nin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının bir günə iki gün bərabər tutulmaqla, ona təyin edilmiş 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2 il 11 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Həmin cinayət işi üzrə Cavabdeh1 3 epizod üzrə İddiaçı ümumilikdə 4250 manat maddi ziyan vurmaqla dələduzluq etdiyi müəyyən edilmişdir. İşə əlavə olunmuş zərərçəkmiş şəxslər X15, İddiaçı, X13, X9, X1, X19, X10, X16, X12 və X3 ərizələrindən görünür ki, onlara dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayətləri və tələbləri yoxdur.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmü ilə Cavabdeh1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2 il 11 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh1 3 epizod üzrə İddiaçı ümumilikdə 4250 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. İddiaçı ona dəymiş ziyanın tam ödənildiyi, təqsirləndirilən şəxs Cavabdeh1 heç bir şikayət və tələbinin olmadığına dair məhkəməyə ərizə təqdim etmiş, həmin ərizə işə əlavə olunaraq Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(051)-100/2021 saylı hökmündə sübut növü kimi qəbul edilmişdir. Bu da onu deməyə əsas verir ki, cavabdehin iddiaçıya vurduğu maddi ziyan tam həcmdə ödənilmişdir. Ona görə də iddiaçının Cavabdeh1 və cavabdeh qismində cəlb edilmiş şəxslərə qarşı maddi ziyanın ödənilməsi ilə bağlı tələb hüququ yaranmamışdır.

27. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.

28. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-223/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 12 iyun 2025-ci il tarixli, 2(051)-223/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar