Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-881/2023 14.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı birgə nikah dövründə olan borcun yarısının bölünməsi tələbinə dair ilk, cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızının İddiaçı qarşı əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı borcun ümumi əmlaka yönəldilməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə (Açar sözlər: birgə borcun bölünməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X7 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X12, cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızının, onun nümayəndəsi və vəkili Vəkil1 və üçüncü şəxs X13 iştirakları ilə, İddiaçı cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı birgə nikah dövründə olan borcun yarısının bölünməsi tələbinə dair ilk, cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızının İddiaçı qarşı əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi tələbinə dair qarşılıqlı və müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı borcun ümumi əmlaka yönəldilməsi tələbinə dair iddia ərizələri ilə bağlı mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)-122/2023 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı və Mahmudova (Məhərrəmova) İnci Əlican qızı xx.xx.2010-cu il tarixdə evlənmişlər. Birgə nikahlarından Əsnad və Abdulqadir adlı uşaqları anadan olmuşdur. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış 23 avqust 2010-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil İƏD üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. X2 Sübhan Fərzalı oğluna qarşı 111000 manat borcun və 300 qram qızıl tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X16 verilməsi qət edilmişdir. İddiaçı Mahmudova (Məhərrəmova) İnci Əlican qızı ilə birgə evlilik dövründə "xxxx" ASC ilə bağlanmış qarşılıqlı razılaşma əsasında 386-L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 1221 markalı traktor, 1473-L/14 nömrəli müqavilə üzrə 1 ədəd TS-24 markalı taxılsəpən, 478-L/16 nömrəli müqavilə üzrə 1 ədəd New Holland TC5050 taxılyığan kombayn, 652-L/16 nömrəli müqavilə üzrə 1 ədəd AGVM 23 markalı taxılsəpən və 1472- L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 892 markalı traktor lizinqə götürmüşdür. Daha sonra qanunvericiliyə uyğun olaraq qeyd olunan texnikalara 40 faiz güzəşt tətbiq edilərək 2146-GL/16 nömrəli və 526-GL/18 nömrəli gözəşt müqavilələri imzalanmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilələr üzrə 2022-ci ilin 25 yanvar tarixinədək 80372 (səksən min üç yüz yetmiş iki) manat ödəniş edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızına qarşı birgə nikah dövründə olan borcun yarısının bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, mediasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X22 ona qarşı 111000 manat borcun və 300 qram qızıl tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X16 verilməsi qət edilmişdir. Hazırda həmin qətnamə Ağdaş rayon İcra və probasiya şöbəsində icra edilməkdədir. Qeyd edir ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə evlənmişlər. Birgə nikahlarından Əsnad və Abdulqadir adlı uşaqları anadan olmuşdur. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış 23 avqust 2010-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil İƏD üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş 01 mart 2011-ci il təvəllüdlü X20 və 29 avqust 2012-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı 14 iyul 2021-ci il tarixdən başlayaraq 01 mart 2011-ci il təvəllüdlü X20 və 29 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İnci özü də yaxşı bilir ki, o aylıq qazancı ailəsinin dolanışına güclə çatırdı. Necə ola bilər ki, o bu qədər qisa bir müddət ərzində əmlaklar əldə etmişdir. Bunun sadə cavabı var, bütün bu əldə etdiyi əmlakları həmkəndliləri Neymət Hacıyevdən aldığı borclar hesabına olubdur. Bunu İnci də hətta bütün Dəhnəxəlil kənd sakinləri də bilir ki, onun pula ehtiyacı olduqda Neymətdən borc alırdı. Belə ki, ailələrinin Neymətlə bağlılığı uzun illərə bağlıdır. Atası Neymətin və qardaşlarının kirvəsi, Neymətin atası isə onun və qardaşlarının kirvəsi olub. 1999-2000-ci illərdən qardaşı Nurlan ilə, 2005-də digər qardaşı, 2007-ci ildən onunla Neymət işləməyə başlayıb. Neymətin öz qardaşlarının ayrı biznesləri olduğundan onların vaxtı olmadığı üçün qardaşlar Neymətin biznesini idarə etmişdirlər. Neymətdən təxminəm son 10 il ərzində küllü miqdarda borc alaraq həmin məbləğlərə özünə texnika almış, evinin tikilməsi, təmiri və ailəsinin digər tələbatlarını ödəmək üçün xərcləmişdir. Aldığı texnikanı işlədə bilmədiyi üçün yenidən Neymətin oğluna alqı-satqı etmişdir. Pulunu da borclu olduğu pulun əvəzinə almamış, həmin pullar Neymətə olan borcdan çıxılmışdır. Belə olduğu üçün Neymətə aldıqları borcun qalıq hissəsini ödəməkləri mümkün olmamışdır. İnci hətta bütün yuxarıda qeyd etdiklərini, yəni onun Neymətə borcunun olmağını İncinin ona qarşı qaldırdığı "Əmlak” tələbinə dair iddiasına xx.xx.2022-ci il tarixdə Ağdaş rayon Məhkəməsinin inzibati binasında baxılan zaman da bildirmişdir. O zaman belə İnci bütün qeyd etdiklərinin qarşısında susmuşdur. (Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsindəki izahatı.) Buna görə də hesab edir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ondan tutulan 91000 (doxsan bir min) manat miqdarında borcun birgə nikah dövründə əldə olunduğu üçün həmin borcun yarısı Cavabdeh tutularaq ona ödənilməlidir.
4. Cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızı İddiaçı qarşı əmlakın alınmasına çəkilmiş xərclərin bölünməsi tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalı traktorun alınması üçün "xxxx" ASC-yə ödənilmiş vəsaitin bölünərək 70000 manat hissəsinin uşaqların onun yanında qalması nəzərə alınaraq cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətanamə çıxarılmasını xahiş etmişdir.
5. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdeh İddiaçı ilə xx.xx.2010-cu ildə rəsmi nikaha daxil olub evlənmişlər. Birgə nikahlarından uşaqları xx.xx.2011-ci il təvəllüdlü X23 və xx.xx.2012-ci il təvəllüdlü X5 anadan olmuşdur. Ağdaş rayon Məhkəməsinin 2(014)-47/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Birgə yaşadıqları dövrdə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2146-GL/16 nömrəli müqavilə ilə 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalı traktorun alınması üçün birgə qazanclarından 70000 manatdan artıq vəsait xərclənmişdir. Onun həmin əmlakın ½ hissəsinə istifadə hüququnun tanınması tələbi təmin edilməmişdir. Hazırda cavabdehin əmlakların alınması ilə bağlı az miqdar borcu qalmışdır. Dəfələrlə "xxxx" ASC-yə ödənilmiş vəsaitə dair sorğu versə də, həmin məlumatı əldə edə bilməmişdir.
6. Müstəqil tələb irəli sürən üçüncü şəxs X22 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı borcun ümumi əmlaka yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı borcları üzrə müəyyən edilmiş 91000 manat məbləğində pulun İddiaçı və X17 ümumi əmlaklarına yönəldilməklə həmin əmlakların satış dəyərindən tutularaq X16 ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki tələbinin irəli sürülməsinə səbəb İddiaçı ilə X25 arasında olan əmlak bölgüsü, əsas isə mübahisə predmeti olan əmlakların onun vəsaiti hesabına əldə edilməsidir. Bu barədə Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mövcuddur. Cavabdehlərdən İddiaçı bu faktı və həqiqətləri (borcu) təsdiq etdiyi halda digər cavabdeh İnci Mahmudova bunu inkar edərək fikrini əsassız arqumentlərlə əsaslandırır. Belə ki, o İddiaçıla birgə nikahda olduqları dövrdə 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalıı traktorun alınması üçün birgə qazanclarından 70000 manatdan artıq vəsait xərcləndiyini iddia etsə də, iddia tələbinin əsasını heç bir faktla təsdiq edə bilmir. Belə ki, X26 Məhərrəmovla birgə nikahda olduğu dövr ərzində gəlirlərinin nədən ibarət olmasını, tələbində iddia etdiyi texnikaların alınması üçün külli miqdarda vəsaiti hansı şəkildə əldə etdiklərinə dair heç bir dəlil təqdim etmir və bununla da qarşılıqlı iddiasının qanuni əsaslarını isbat edə bilmir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasında və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəl sürülən dəlilllərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Həqiqətlər və faktiki hallar isə onun iddia etdiyi formada olmuşdur. İddiaçı və İnci Mahmudovanın birgə nikah dövründə əldə etdiklərini iddia etdiyi əmlaklar onların birgə gəlirləri yox, ailə ehtiyaclarına sərf etdikləri İddiaçı öhdəliklərinə daxil olan ondan alınmış borc əsasında alınmışdır. Həmin faktlar və borcun mövcudluğu Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmişdir. Eyni zamanda Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onun vəsaiti hesabına alınmış və ailə ehtiyacları üçün istifadə edilmiş texnikalar və borc əvəzinə ona satılmış əmlak cavabdehlərin birgə əmlakı kimi onlar arasında bölünmüşdür. Hazırda həmin borc cavabdehlər tərəfindən müştərək qaydada iddia tələblərində göstərilmiş əmlaklar və Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş əmlakların dəyəri hesabından tutularaq ona ödənilməlidir. İddia tələbini əsası kimi göstərə bilər ki, cavabdehlərin iddia etdikləri texnikaların alınması üçün onların şəxsi vəsaitləri olmamış, həmin texnikalar onun şəxsi təsərrüfatında istifadə etmək üçün dəyəri ondan alınmış borc pul hesabına ödənilməklə İddiaçı adına rəsmiləşdirilmişdir. Hər ay ödənilən lizinq ödənişləri də onun təsərrüfatında əldə edilən gəlirlər hesabına ödənilmişdir. Cavabdeh İddiaçı tərəfindən ondan alınmış borclar öhdəliklər üzrə əldə etydiyi pul vəsaitini birgə nikah dövründə ailə ehtiyacları üçün istifadə edərək qeyd edilən əmlakları əldə etmişdir. Həmin əmlaklar ona məxsus təsərrüfatlarında istifadə edilmişdir. Rayon ərazisində məlumatlı şəxslər həmin texnikaların faktiki ona məxsus olduğunu, istifadəyə ehtiyaclarnın olduğu təqdirdə ona müraciət etdiklərini təsdiq edə bilərlər.
8. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məhkəmə iclasında izahatında və təqdim etdiyi etiraz ərizəsində bildirdi ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun, mediyasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumunun X14 alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlk öncə onu qeyd edir ki, iddia tələbi daha əvvəl baxılan (Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qanuni qüvvəsini almış qətnaməsi) iş üzrə qəbul olunmuş qətnamə sonra baxılan iş üçün preyudisial əhəmiyyət daşıyır. Azərbaycan Respublikası MPM-nin 82.1-ci maddəsində qeyd edilir ki, hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin qətnamədən X17 (xx.xx.2022-ci il tarixli Mediyasiya prosesinin tətbiqi barədə təklifim) xəbəri var. Bundan sonra X25 xəyalı varlanmaq qərarına gələrək onun iddiasına qarşı heç bir hüquqi əsası olmayan qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxıl səpənə, 1 ədəd kombayna, 1 ədəd AGVM 23 markalı taxıl səpənə və 1 ədəd Belarus 892 markalı tarktorun alınması üçün "xxxx" ASC-nə ödənilmiş vəsaitin bölünərək 70000 manat hissəsinin uşaqların onun yanında qalması nəzərə alınaraq cavabdeh İddiaçı alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddiada sübutlar Azərbaycan Respublikası Banklar Haqqında Qanunun 41-cimaddəsinin tələbləri kobud surətdə pozulmaqla əldə edilməyə çalışılmışdır. Həmin sübutlar Azərbaycan Respublikası MPM-nin 76.3-cü maddəsinə əsasən Qanunu pozmaqla əldə edilmiş sübutlar olduğundan onların istifadə olunmasına yol verilmir. Bundan başqa aşağıda qeyd etdiyi qanun normalarına əsasən X25 tərəfindən verilmiş qarşılıqlı iddianın icraata qəbul edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququ konstitusiya hüquq və azadlıqlarının təminatlarından biridir. Konstitusiyanın müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququ ilk növbədə iddianın qaldırılması ilə həyata keçirilir. Hüquq subyektlərinin həll edilməsi üçün məhkəməyə müraciət etdikləri mübahisələrin dairəsi kifayət qədər genişdir. İddialar bir-birindən maraqlı şəxslərin - proses tərəflərinin adları ilə, iddiaçının müdafiəsini xahiş etdiyi subyektiv maddi hüquqlarla, məhkəmə müdafiəsi üçün müraciət etməyin əsası olmuş hallarla fərqlənirlər. Qüvvədə olan prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası (məsələn, MPM-nin 53, 153-cü maddələri). Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir. Prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti-iddiaçının əldə etməyə çalışdığı maddi Nimətdir: pul məbləği, qeyriyaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ-hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasını Qarşılıqlı iddia qarşılıqlı tələbin ödənilməsinə yönəldiyi təqdirdə qəbul olunur. Qarşılıqlı iddianın qəbul olunmasının digər şərti ondan ibarətdir ki, belə iddianın təmin olunması ilkin iddianın tam və ya qismən təmin olunmasını istisna edir. Bu əsasla müxtəlif iddialar irəli sürülə bilər. Qarşılıqlı iddia iddiaçının dəlillərinin dəf edilməsinə yönəlir. Qarşılıqlı iddia bilavasitə ilkin iddianı mahiyyəti üzrə təkzib etməsə də, onun təmin olunmasını imkansız edir. İlkin iddia təmin olunduğu təqdirdə qarşılıqlı iddia təmin oluna bilməz. X8 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsi ilə tanış olduqda belə qənaətə gəlir ki, o qarşılıqlı iddia ərizəsinin “Xahiş etdi” hissəsində ilkin iddiaya münasibət bildirmədiyindən ilkin iddianı qəbul edir. Qanunun tələblərinə zidd olaraq X25 qarşılıqlı iddia verməklə əsassız varlanmaq niyyətindədir. Onun verdiyi qarşılıqlı iddia onun hazırki iddia tələbi ilə heç bir hüquqi kəsişməsi yoxdur. Qarşılıqlı və ilk iddia arasında qarşılıqlı əlaqə yoxdur. Onlara birlikdə baxılması mübahisələrin konkret hallarından asılı olaraq məqsədə müvafiq hesab edilə bilməz. Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq, Azərbaycan Respublikası MPM-nin 156-cı maddəsinə əsasən məhkəmədən X25 tərəfindən verilmiş qarşılıqlı iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili X24 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək ilkin iddianın təmin edilməsini qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.
10. Məhkəmə iclasında Şahid3 izahatında Neymət Hacıyevin torpaq sahələrində 4 ildir ki, Kombayn işlətdiyini, əmək haqqısının Nimət tərəfindən ödənildiyini, istifadə etdiyi texnikaların sahibi kimi Niməti tanıdığını, kombaynların harda və nə zaman sürülməsi ilə bağlı göstərişləri Nimətdən aldığını, həmin texnikaların Sübhanın deyil, Nimətin olduğunu, Sübhanın Nimətlə əvvələr işlədiyini, halhazırda işləmədiyini bildirdi.
11. Məhkəmə iclasında Şahid2 izahatında Neymət Hacıyevin torpaq sahələrində Traktor sürücüsü kimi işlətdiyini, əmək haqqısı Nimət tərəfindən ödənildiyini, həmin traktorun harda və nə zaman sürülməsi ilə bağlı göstərişləri Nimətdən aldığını, həmin texnikaların Sübhanın deyil, Nimətin olduğunu, Sübhanın Nimətlə əvvələr işlədiyini, halhazırda işləmədiyini bildirdi.
12. Məhkəmə iclasında Şahid1 izahatında Neymət Hacıyevin torpaq sahələrində Traktor sürücüsü kimi işlətdiyini, Sübhanın onların işinə nəzarət etdiyini, son illər X27 məxsus təsərüfatda işləmədiyini bildirdi.
13. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı və Mahmudova (Məhərrəmova) İnci Əlican qızı xx.xx.2010-cu il tarixdə evlənmişlər. Birgə nikahlarından Əsnad və Abdulqadir adlı uşaqları anadan olmuşdur. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış 23 avqust 2010-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil İƏD üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından anadan olmuş 01 mart 2011-ci il təvəllüdlü X20 və 29 avqust 2012-ci il təvəllüdlü X3 anası Cavabdeh yanında saxlanılması, cavabdeh İddiaçı 14 iyul 2021-ci il tarixdən başlayaraq 01 mart 2011-ci il təvəllüdlü X20 və 29 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. İddiaçı ailəsini dolandırmaq məqsədi ilə uzun müddətdir ki, tanıdığı və yanında işlədiyi X9 birgə elilik dövründə, yəni 2013-cü il tarixdən başlayaraq 2019-cu il tarixədək 191000 (yüz doxsan bir min) manat borc almış, həmin pullara özünə texnika almış, evini tikdirmiş, həmin evi təmir etdirmiş və ailəsinin digər tələbatlarını ödəmişdir. Aldığı texnikanı işlədə bilmədiyi üçün yenidən Neymətin oğluna alqı-satqı etmişdir. Pulunu da Neymətə borclu olduğu 191000 (yüz doxsan bir min) manat pulun əvəzinə almamışdır. Bundan sonra X2 Sübhan Fərzalı oğluna qarşı 111000 manat borcun və 300 qram qızıl tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X16 verilməsi qət edilmişdir. İddiaçı Mahmudova (Məhərrəmova) İnci Əlican qızı ilə birgə evlilik dövründə "xxxx" ASC ilə bağlanmış qarşılıqlı razılaşma əsasında 386-L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 1221 markalı traktor, 1473-L/14 nömrəli müqavilə üzrə 1 ədəd TS-24 markalı taxılsəpən, 478-L/16 nömrəli müqavilə üzrə 1 ədəd New Holland TC5050 taxılyığan kombayn, 652-L/16 nömrəli müqavilə üzrə 1 ədəd AGVM 23 markalı taxılsəpən və 1472- L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 892 markalı traktor lizinqə götürmüşdür. Daha sonra qanunvericiliyə uyğun olaraq qeyd olunan texnikalara 40 faiz güzəşt tətbiq edilərək 2146-GL/16 nömrəli və 526-GL/18 nömrəli gözəşt müqavilələri imzalanmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilələr üzrə 2022-ci ilin 25 yanvar tarixinədək 80372 (səksən min üç yüz yetmiş iki) manat ödəniş edilmişdir. Hazırda həmin müqavilələri üzrə 32800 (otuz iki min səkkiz yüz) manat əsas borc öhdəliyi və Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-201/2020 nömrəli qətnaməsi üzrə 50 (əlli) manat cərimə və 25.80 (iyirmi beş manat səksən qəpik) manat dövlət rüsumu Ağentliyə ödənilməmişdir
14. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını ətraflı şəkildə araşdıraraq hesab edir ki, ilkin iddia tələbi əsaslı olduğundan təmin edilməli, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pul, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pul və İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməlidir. Bundan başqa məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı qeyd edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, birgə nikah dövründə lizinq predmetini təşkil edən əmlak üçün aparılmış lizinq ödənişləri ümumi gəlirlər hesabına həyata keçirildiyindən həmin ödənişlərin yarısı 40186 (qırx min bir yüz səksən altı) manat pul İddiaçı tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilməli, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 300 manat pulun 150 manatı Mahmudova (Məhərrəmova) İnci Əlican qızının özünə aid edilməli, qalan 150 manat hissə isə ilkin iddiaçıdan qarşılıqlı iddiaçının xeyrinə tutulmalıdır.
15. Məhkəmə müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdehlər İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı borcun ümumi əmlaka yönəldilməsinə dair iddia tələbi əmlak ümumiliyinə son qoyulduğundan həmin tələb rədd edilməlidir.
16. Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)-122/2023 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) ilk iddia təmin olunmuş, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pul Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməsi, İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, İddiaçı birgə nikah dövründə əldə olunmuş əmlakn alınmasına çəkilən xərcin yarısı olan 40186 (qırx min bir yüz səksən altı) manat məbləğində pulun tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilməsi, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən qarşılıqlı iddia ərizəsi verilməsi üçün ödənilmiş 300 (üç yüz) manat məbləğində pulun 150 (yüz əlli) manatının Mahmudova (Məhərrəmova) İnci Əlican qızının özünə aid edilməsi, qalan 150 (yüz əlli) manat hissənin isə İddiaçı tutularaq Mahmudova (Məhərrəmova) İnci Əlican qızına ödənilməsi, müstəqil tələb irəli sürən üçüncü şəxs X11 cavabdeh İddiaçı və Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı “borcun ümumi əmlaka yönəldilməsi” tələbinə dair iddia tələbinin rədd edilməsi qət edilmişdir.
17. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 213, 222, 224, 225, 385, 386, 439, 529, 739, 740, 747, 748-2, 748-10, 1091 və 1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
18. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, “evlilik dövründə alınmış pul vəsaitinin qalıq borcunun bölünməsi” mübahisə üzrə xx.xx.2022-ci il tarixində, keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə xx.xx.2022-ci il tarixində şəxsən məlumatlandırılmışdır. İlkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində pulu İddiaçı Fərzəli oğlu tərəfindən ödənmişdir.
19. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-47/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia tələbi qismən təmin edilmiş, İddiaçı ilə Cavabdeh arasında qeydə alınmış 23 avqust 2010-cu il tarixdə Ağdaş RİHB-nin Dəhnəxəlil İƏD üzrə nümayəndəliyi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 nömrə ilə qeydə alınmış nikah pozulsun. Tərəflərin birgə nikahından anadan olmuş 01 mart 2011-ci il təvəllüdlü X20 və 29 avqust 2012-ci il təvəllüdlü X1 İnci Əlican qızının yanında saxlanılsın. Cavabdeh İddiaçı 14 iyul 2021-ci il tarixdən başlayaraq 01 mart 2011-ci il təvəllüdlü X20 və 29 avqust 2012-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə sabit pul məbləğində 120 manat aliment tutularaq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.
20. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-831/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, Ağdaş rayon Dəhnəxəlil kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan cavabdeh İddiaçıdan cehiz əmlakları: Mebel 1500 man, mebel üçün xrustallar, servis (madonna, bagemalar, lepkalı qabları)-1500 man, uşaq yatağı 380 man, şkaf 1 ədəd 150 man, tək nəfərlik 2 ədəd yataq 100 man., stolu və stul dəsti 420 man, yorğan-döşək 7 dəst 300 man, qazan dəstləri- 3 dəst 145 man, mətbəxtdə istifadə olunan xırda ləvazimatlar(qab-qacaq) 500 man, ayaqqabı şkafı (asılqanlı) 120 man, xalça bir ədəd 150 man, xalça daroşka 2 ədəd 80 man, pərdə 4 ədəd 600 man, smavar 1 ədəd 140 man, manqal 50 man, divan dəsti 950 man, televizor plazma (samsung) 850 man, televizor üçün altlıq 350 man, kiçik masa (jurnalni) 200 man, yataq dəsti 2200 man, yataq dəsti qız uşağı üçün 1250 man, yataq dəsti oğlan uşağı üçün 1250 man, mətbəx mebeli bağlanma 2800 man, mətbəx mebeli üçün qaz sobası 250 man, mətbəx mebeli üçün qabyuyan(moyka) 70 man, paltaryuyan 430 man, ankastr 450 man, mikrodalğalı soba (west) 280 man, soyuducu samsung 1470 man, mətbəx jaluzu 120 man, çilcıraq 2 ədəd (zal və otaq üçün) 350 man, tozsoran (west) 250 man, qazan dəsti (qranit) 260 man, qazan dəsti (keramika) 245 man, qazan dəsti (ikili) 180 man, qazan dəsti( tuj) 120 mant, qaşıq-bıçaq dəsti çamadan 200 mant, belndr (istifadə olunmamış) 45 man, mikser (istifadə olunammış) 80 man, ətçəkən maşın 100 man, balıq tavası qoşa 140 man, məcməyi (podnos) dəsti (nikkel) 120 man, xalça 1 ədəd 350 man, xalça balaca 2 ədəd 100 man, xalça 1 ədəd 500 man, yataq üstü (pokrıval) 2 cüt 140 man, uşaq üçün yataq üstü (pokrıval) 2 cüt 80 man, divan örtüyü 2 ədəd 120 man, maydador 320 manat dəyərində əşyalar naturada, naturada olmadıqda isə onların dəyəri alınaraq iddiaçı Cavabdeh verilməsi, Ağdaş Rayonu, Dəhnəxəlil kəndində yerləşən, İddiaçı xüsusi mülkiyyətində olan ümumi sahəsi 214.3 kv.m olan 1 mərtəbəli fərdi yaşayış evinin, həmçinin 0.45 ha həyətyanı torpaq sahəsinin (Daşınmaz əmlakın reyestr nömrəsi **********21-10301, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2019-cu il) ½ hissəsində iddiaçı Cavabdeh paylı mülkiyyət hüququ müəyyən edilməsi, “HowoZZ3317N3867W” markalı **-BG-*** və “Nissan Navara” markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin alqı-satqısından əldə olunmuş 68000 (altmış səkkiz min) manatın yarısı 34000 (otuz dörd min ) manat cavabdehdən alınıb iddiaçıya verilməsi, Ağdaş rayonu, Dəhnəxəlil kəndində yerləşən, ümumi sahəsi 89.0 kv.m olan, 1 mərtəbəli fərdi yaşayış evi 5000 manat məbləğində dəyərləndirilərək onun yarısı 2500 (iki min beş yüz) cavabdehdən alınıb iddiaçıya verilməsi, 1 ədəd kotanın dəyəri 2000 AZN müəyyən edilərək onun yarısı 1000 (min) AZN pul şəklində alınaraq iddiaçıya ödənilməsi, ödənilmiş 261.40 manat dövlət rüsumunun yarısı yəni 130.70 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.
21. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-1225/2022 saylı qətnamənin surətindən məlum olur ki, iddia qismən təmin edilmiş, cavabdeh İddiaçı 91000 manat miqdarında borc və 300 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X16 verilməsi qət edilmişdir.
22. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli MİHO/1.2.2-2022-656 saylı məktubdan məlum olur ki, "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2146-GL/16 nömrəli müqavilə ilə 1 ədəd Belarus 1221 markalı traktora, 1 ədəd TS-24 markalı taxılsəpənə, 1 ədəd kombayn taxılyığana, 1 ədəd AGVM 23 markalı taxılsəpənə və 1 ədəd Belarus 892 markalı traktor vətəndaşın istifadəsinə verilmişdir. Hazırda həmin lizinq müqavilələri üzrə ümumi borc məbləği 32800 AZN təşkil edir ki, əsas məbləğ üzrə 8156 AZN həcmində gecikdirilmiş borc məbləği mövcuddur. Eyni zamanda bildirilirki, 386-L/14 nmrəli lizinq müqaviləsi üzrə 1 ədəd kotan vətəndaşın mülkiyyətinə verilmişdir.
23. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-22-2/2-413/2023 saylı məktubdan məlum olur ki, "xxxx" ASC ilə İddiaçı arasında qarşılıqlı razılaşma əsasında 386-L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 1221 markalı traktor, 1473-L/14 nömrəli müqavilə üzrə 1 ədəd TS-24 markalı taxılsəpən, 478-L/16 nömrəli müqavilə üzrə 1 ədəd New Holland TC5050 taxılyığan kombayn, 652-L/16 nömrəli müqavilə üzrə 1 ədəd AGVM 23 markalı taxılsəpən və 1472- L/14 nömrəli müqavilə üzrə 1 ədəd Belarus 892 markalı traktor lizinqə götrülmüşdür. Daha sonra qanunvericiliyə uyğun olaraq qeyd olunan texnikalara 40 faiz güzəşt tətbiq edilərək 2146-GL/16 nömrəli və 526-GL/18 nömrəli güzəşt müqavilələri imzalanmışdır. İddiaçı tərəfindən qeyd olunan müqavilələr üzrə 2022-ci ilin 25 yanvar tarixinədək 80372 (səksən min üç yüz yetmiş iki) manat ödəniş edilmişdir. Hazırda həmin müqavilələri üzrə 32800 (otuz iki min səkkiz yüz) manat əsas borc öhdəliyi və Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-201/2020 nömrəli qətnaməsi üzrə 50 (əlli) manat cərimə və 25.80 (iyirmi beş manat səksən qəpik) manat dövlət rüsumu Ağentliyə ödənilməmişdir.
24. Qətnаmədən nаrаzı qаlаn İddiaçı, Cavabdeh və müstəqil tələb irəli sürən üçüncü şəxs X21 аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
25. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı İnci Mahmudovanın tələb etdiyi mübahisə predmeti olan əmlak hazırda da lizinq obyektidir. Həmin əmlakın (lizinq obyektinin) mülkiyyətçisi "xxxx" ASC-dir. Qeyd edilən lizinq ödənişlərinin vaxtında ödənilməməsi ilə əlaqədar Şəki Kommersiya Məhkəməsinin 2- 2(117)-201/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi də mövcuddur ki, (iş materiallarında olan "xxxx" ASC-nin məhkəmə sorğusuna cavab məktubunda istinad edilib) həmin qətnaməyə görə lizinq ödənişlərinin lizinq alanın təqsiri səbəbindən ödənilmədiyi üçün lizinq alandan (İddiaçı) əsas və faiz borcları üzrə pulun tutulması qət edilmişdir.
26. Qarşılıqlı iddia tələbinin əsasını təşkil edən lizinqə ödənilmiş pul vəsaiti birgə nikah dövründə ümumi vəsait hesabına ödənilsə belə, həmin vəsait iddiaçı və cavabdehin ümumi birgə xərclərinə daxil olmuşdur. Qarşılıqlı iddia tələbinin əsası (əmlakın alınmasına çəkilmiş xərclərə dair tələb) üzrə qanuni əsaslar olduğu halda bu tələb hüququna cavabdeh İddiaçı da malikdir. Lakin həmin əmlaka birgə nikah müddətində mülkiyyət hüquqları əldə edilmədiyi üçün ümumi paylı mülkiyyətə daxil deyil. Həmin əmlakların alınmış borc vəsaiti hesabına əldə edilməsi, eyni tərəflər arasında bir dəfə mübahisə predmeti olması, həmin əmlaklara dair lizinq verənin lizinq alana qarşı iddia tələbinin olması iş materiallarında olan sənədlərlə təsdiq edilir. Belə olan halda qarşılıqlı iddiaçı İnci Mahmudovanın hazırki iddia tələbi üzrə aşağıda qeyd edilən əsas və səbəblərə görə subyektiv hüququ olmamışdır.
27. Ağdaş rayon məhkəməsinin 2(014)-1225/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə İddiaçı birgə nikah dövründə əldə etdiyi əmlakların Nimət Hacıyevdən alınmış borclar hesabına alındığı və hazırda Nimət Hacıyevə 91.000 manat borcunun olduğu təsdiq edilmişdir. Ağdaş rayon məhkəməsinin e-2(014)-831/2022 saylı, xx.xx.2022 tarixli qətnaməsi ilə qarşılıqlı iddiaçı İnci Mahmudova tərəfindən İddiaçı qarşı hazırki mübahisə predmeti olan əmlaklara (texnikalara) “istifadə hüququnun tanınması və qiymətləndirilərək ikidə bir payının pul şəklində ona ödənilməsi” tələbi təmin edilməmişdir. Eyni predmet barəsində təkrar hazırki qarşılıqlı iddia tələbini vermişdir. Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-201/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi ilə hazırki qarşılıqlı iddia tələbinin əsasını təşkil edən əmlaklar üzrə lizinq alanın (İddiaçı) öhdəliklərini icra etməməsi səbəbindən ondan əsas və faiz borcu üzrə pul tutulmuşdur.
28. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki Kollegiyalarının xx.xx.2021 tarixli 01/2021 saylı “Mülki qanunvericiliyin lizinq müqaviləsinə dair münasibətləri tənzimləyən bəzi normalarının tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair” qərardadı ilə təsdiq edilmişdir ki, Mülki qanunvericiliyin həm lizinq müqaviləsinə verilən anlayışından, həm də lizinq münasibətlərinin iştirakçılarının dairəsindən göründüyü kimi, lizinq, lizinq predmeti olan əmlaka müvəqqəti istifadə və sahibliyi nəzərdə tutur. Lizinq müqaviləsi üzrə istifadə müddəti başa çatdıqda həmin əmlak ya sahibinə qaytarılır, ya istifadə müddətini uzadlıır, ya da mülkiyyət hüququ ilə əldə edilir.
29. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)- 122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
30. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Ağdaş rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli qətnaməsi üzrə mülki işdə onun adı tərəf kimi keçməmişdir. Bu səbəbdən həmin qətnamə üzrə müəyyən edilmiş hallar ona münasibətdə sübut edilmiş hesab edilə bilməz. İddiaçı 3-cü şəxs Nimət Hacıyevə 91000 (doxsan bir min) manat borclu olduğunu bildirsə də, Nimət Hacıyevin məhkəməyə təqdim etdiyi şahidlər texnikaların Nimət Hacıyevə məxsus olduğunu bildirmişlər. Bu isə həm İddiaçı, həm də Nimət Hacıyevin doğru danışmadığına, məhz Cavabdeh əmlak tələbinə dair iddia qaldırması ilə əlaqədar yalandan görünüş üçün razılaşdırılmış haldır. İddiaçı etiraf etdiyi borc münasibətlərinin məhkəmə müstəvisinə hansı səbəbdən gətirilməsi də məhkəməyə aydın olmuşdur. Məhkəmədə İddiaçı iddia etdiyi vəsaitin ailə məsrəflərinə xərclənməsi öz təsdiqini tapmamışdır. Hesab edir ki, İddiaçı birgə nikah müddətində əldə etdikləri əmlakın bölünməsinə manne olmaq üçün dostu Nemət Hacıyevlə hazırki iddianı birləşərək qaldırması məhkəməyə aydın olsa da, işə obyektiv baxılmadığından qanuni qətnamə həmin hissədə qəbul olunmamışdır.
31. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)- 122/2023 nömrəli qətnaməsinin ilk iddiaya münasibətdə ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
32. Müstəqil tələb irəli sürən üçüncü şəxs X21 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı birgə nikah dövründə əldə etdiyi əmlakların ondan alınmış borclar hesabına əldə etdiyi öz təsdiqini tapmışdır. Həmin əmlaklar (texnikalar) ona məxsus təsərrüfatlarında istifadə edilmişdir. Məhkəmə baxışı zamanı həmin texnikaların sürücüləri də şahid qismində iştirak edərək, idarə etdikləri texnikaların sahibi kimi onu tanıdıqlarını, işlərinə görə əmək haqqını da ondan aldıqlarını bildirmişdirlər. Məhkəmə qətnaməsini əsaslandırarkən, maddi hüquq norması kimi AR Ailə Məcəlləsinin 41.2. maddəsinə istinad etsə də, onun iddia tələbinin həmin normanın dispazisiya şərtlərinə uyğun olduğu halda, həmin normaları iddia tələbini rədd etdiyi halda tətbiq etmişdir.
33. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)- 122/2023 nömrəli qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməsi hissəsində ləğv edilməsini və qarşılıqlı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
35. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili X24 özlərinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
36. Məhkəmə kollegiyasının iclasında cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızı və onun nümayəndəsi və vəkili Vəkil1 özlərinin verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
37. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs X21 özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
Tətbiq edilən hüquq
38. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər 222.4. Birgə mülkiyyətin digər mülkiyyətçiləri razılıq vermədikdə borclu ayrıca birgə mülkiyyətçiyə olan tələbini əvəzləşdirə bilməz. 224.1. Paylı və ya birgə mülkiyyət mülkiyyətçisinin başqa əmlakı kifayət etmədikdə onun kreditoru borclunun ümumi əşyadakı payına tutmanın yönəldilməsi üçün həmin payın ayrılmasını tələb edə bilər. 224.2. Əgər payın naturada ayrılması mümkün deyildirsə və ya paylı və ya birgə mülkiyyətin qalan iştirakçıları buna etiraz edirlərsə, kreditorun ixtiyarı var ki, borclunun öz payını bazar qiyməti ilə ümumi mülkiyyətin qalan iştirakçılarına satmasını və satışdan əldə edilmiş vəsaitin borcun ödənilməsinə yönəldilməsini tələb etsin. Ümumi mülkiyyətin qalan mülkiyyətçiləri borclunun payını almaqdan imtina etdikdə kreditorun ixtiyarı var ki, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini məhkəmə qaydasında tələb etsin. Borclunun ümumi mülkiyyət hüququndakı payı ipoteka predmeti olduqda, həmin paya tutmanın yönəldilməsi “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir. 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. 225.5. Ərin (arvadın) öhdəlikləri üzrə tutma onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına bu şərtlə yönəldilə bilər ki, nikah kontraktında ayrı qayda nəzərdə tutulmuş olmasın. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanm 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 747.1. Lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. 748-2.1. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir. 748-2.5. Maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. 748-10.1. Lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
39. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 32.1-ci maddəsində qeyd edilir ki, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.1. onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 41.1. Ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ərarvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. 41.2. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar.
40. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin Plenumunun xx.xx.2021ci il tarixli qərarı
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri
42. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
43. Hər üç tərəf Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)- 122/2023 nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ilk iddianı tam və qarşılıqlı iddianı qismən təmin, üçüncü şəxsin iddiasını rədd edərkən ilk iddianın təmin edilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmır.
45. Məhkəmə kollegiyası ilk olaraq, iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən texnikalar hal-hazırda onun deyil, "xxxx" ASC-nin mülkiyyətində olması, bu səbəbdən də tərəflərin birgə mülkiyyətinə aid olmaması barədə dəlilləri əsaslı deyildir. Ona görə ki, Cavabdeh qarşılıqlı iddia ərizəsində "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 2146-GL/16 nömrəli müqavilə ilə sonuncuya verilmiş 1 ədəd Belarus 1221 markalı traktor, 1 ədəd TS-24 markalı taxılsəpən, 1 ədəd kombayn taxılyığan, 1 ədəd AGVM 23 markalı taxılsəpən və 1 ədəd Belarus 892 markalı traktorun deyil, həmin texnikalar üçün göstərilən müqavilə üzrə "xxxx" ASC-yə ödənilmiş vəsaitin bölünməsini xahiş etmişdir. Birgə nikah dövründə ər-arvaddan hansının adına rəsmləşdirilməsindən asılı olmayaraq onlar üçün ümumi öhdəliklər yaradan əqdlər əsasında əldə edilmiş vəsaitlər hesabına, o cümlədən, birgə nikah dövründə ərin və ya arvadına adına bağlanmış ipoteka krediti müqaviləsi əsasında əldə olunmuş daşınar və daşınmaz əşyalar ər-arvadın ümumi əmlakını təşkil edir və ər-arvadın əmlakının qanuni rejiminə uyğun olaraq onlar arasında bölünür. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən isə kredit müqaviləsi üzrə öhdəliklərdə həmin vəsait hesabına əldə olunmuş əşyadakı paylara uyğun olaraq əmlakın passiv qismi kimi tərəflərə aid edilir. Kollegiya qeyd edir ki, hazırki halda, tərəflər birgə nikah münasibətlərində olarkən birgə əmlaklar hesabına lizinq müqaviləsi ilə bağlı ödənişlər edilmiş, lakin ödəniş tam olmadığından, müqavilə predmeti olan texnikalar mülkiyyətə keçməmişdir. Hazırki halda isə, ödənişlər tamamlanacağı vəziyyətdə belə həmin texnikalara mülkiyyət hüququnu əldə edəcək olan şəxs İddiaçıdur. Belə olan halda, cavabdeh birgə əmlaklar hesabına edilmiş ödənişlərin ona düşən hissəsini tələb etməkdə haqlıdır. O cümlədən, cavabdeh məhkəmə iclaslarında iddiaçıya təklif etmişdir ki, lizinq müqavilələri üzrə qalan ödənişlər cavabdehin özü tərəfindən edilsin və nəticədə texnikalar iddiaçının mülkiyyətinə keçsin, bundan sonra isə həmin texnikalar birgə mülkiyyət olaraq bölünsün. Lakin iddiaçı həmin təklifə də razı olmamışdır. Kolelgiya hesab edir ki, bu hal iddiaçının birgə nikah müddətində bağlanmış və birgə vəsait hesabına ödənişlər edilmiş texnikaların tək mülkiyyətçisi olmaq niyyətindədir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 27-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, Şəki Kommersiya Məhkəməsinin e-2-2(117)-201/2020 saylı, xx.xx.2020 tarixli qətnaməsi ilə Aqroservis” ASC ilə İddiaçı arasında bağlanmış 2146-GL/16 nömrəli və 526-GL/18 nömrəli güzəşt müqavilələri üzrə cavabdeh İddiaçı 5686 manat əsas və 50 manat cərimə borcunun tutulması barədə olmuşdur ki, daha sonra bu qətnamənin 23-cü bəndində göstərilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-22-2/2-413/2023 saylı məktubda həmin və digər müqavilələr üzrə ödənilmiş və qalıq borcların məbləği əhatəli şəkildə göstərilmişdir.
46. Məhkəmə kollegiyası müstəqil tələb irəli sürən üçüncü şəxs X13 apellyasiya şikayətinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Birinci instansiya məhkəməsi müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını əmlak ümumiliyinə son qoyulduğu əsası ilə rədd etmişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı və Mahmudova (Məhərrəmova) İnci Əlican qızı arasındakı nikah xx.xx.2022-ci ildə pozulmuş, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-831/2022 saylı qətnaməsi ilə ər-arvadın ümumibirgə mülkiyyətində olan əmlaklar bölünmüşdür. Göründüyü kimi. Hal-hazırda iddiaçı və cavabdehin ümumibirgə mülkiyyətində olan əmlak mövcud deyildir. Bundan başqa işdən görünür ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı X16 verilməsi qət edilmişdir. Yəni, İddiaçı X16 borcu olduğunu təsdiq edən məhkəmə qətnaməsi qəbul edilərkən belə hazırki iş üzrə iddiaçı və cavabdehin ümumi birgə mülkiyyətində olmuş əmlaklar bölünmüşdü və tərəflər arasında ümumi mülkiyyət mövcud deyildi. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia tələbini həmin əsasla rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə 91000 (doxsan bir min) manat miqdarında borc və 300 (üç yüz) manat dövlət rüsumunun İddiaçı alınaraq X16 verilməsi qət edilmişdir. Həmin pulun hansı şəkildə və ya borclunun hansı əmlakı hesabına ödəniləcəyi məsələsi həmin qətnamənin icrası qaydasında icra məmuru tərəfindən həll ediləcək məsələdir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilir ki, kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə əmlakın bölgüsü həyata keçirilir. Qeyd olunduğu kimi, bəzi əsaslar üzrə ərin (arvadın) öhdəliyi şəxsi xarakterli olmaqla fərdi məsuliyyətə səbəb olur. Məhz şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Kollegiya qeyd edir ki, hazırki işdə ər-arvadın ümumi əmlakının bölünməsi daha öncəki məhkəmə qətnaməsi ilə həll edilmişdir. O cümlədən, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş borcun ödənilməsinə borclunun şəxsi əmlakının kifayət edib-etməməsi ilə bağlı da üçüncü şəxs tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Üçüncü şəxs hazırki işdə irəli sürdüyü iddiasını əsasən hazırki iş üzrə cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızının qarşılıqlı iddiasının əsassızlığı ilə bağlı arqumentlərlə əsaslandırmış və qarşılıqlı iddiada tələb olunan texnikaların ondan alınan borc hesabına alındığını vurğulamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı X16 borcunun ödənilməsi məhkəmə qətnaməsi ilə qət edildiyindən, hazırki iş üzrə qarşılıqlı iddianın təmin edilərək lizinq müqaviləsi üzrə ödənilmiş vəsaitin İddiaçı alınmasının üçüncü şəxs X11 maraqlarına və mənafelərinə hansı şəkildə toxunduğu müəyyən edilmir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır.
47. Məhkəmə kollegiyası cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, həmin apellyasiya şikayətinin dəlilləri əsaslıdır. Belə ki, cavabdeh apellyasiya şikayətinin dəlilləri ilk iddianın rədd edilməsinə yönəlmiş və məhkəmədən qətnamənin ilk iddiaya aid hissədə ləğv edilərək həmin iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının ilk iddiası İddiaçı X16 91.000 manat borcunun olması ilə bağlı Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qətnaməsinə əsaslanmışdır. Həmin qətnamədən görünür ki, X2 Sübhan Fərzalı oğluna qarşı iddia qaldıraraq 111.000 manat pulun və 300 qram qızılın həmin iş üzrə cavabdehdən alınaraq ona verilməsini xahiş etmiş, daha sonra həmin pulun 20.000 manatını cavabdehin ödədiyini etiraf etmişdir. Həmin iş üzrə iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə uzun illər yaxın ünsiyyətdə olmuş, birlikdə xeyli müddət işləmişlər. Bu səbəbdən də cavabdeh onun etibarını qazanmış və hər zaman ona inanmışdır. Cavabdeh illərlə ondan şəxsi biznesini və təsərrüfatını qurmaq niyyəti ilə borc pul almış, qurduğu biznesini batıraraq maddi ziyanlıq etmişdir. O isə hər zaman cavabdehə maddi-mənəvi arxa dəstək olmuşdur. Aldığı borcları da ona pul olaraq deyil, şəxsi təsərrüfatında ona öz əməyi ilə köməklik edərək evəz etmişdir. Bu illərlə belə davam etmişdir. Cavabdeh həmçinin ondan nisyə təqribən 1 kiloqram qızıllar almış, qiymət artan kimi onu pula çevirərək qazanc əldə edəcəyinə onu inandırmışdır. O, cavabdehə çox etibar etdiyi və inandığı üçün heç zaman ondan şübhə etməmişdir. xx.xx.2015-ci ildə cavabdeh ondan aldığı qızılları qayınatası Mahmudov Əlicanın evində, şəxsi seyfində saxladığını, həmin evdən də müəmmalı şəkildə oğurlandığını bildirmişdir. Aylarla cinayətkar, oğru axtarılsa da heç kim tapılmamışdır. Onun 1 kiloqram qızılı da yox olmuşdur. Ardından cavabdeh qızıla ehtiyacı olduğunu, həyat yoldaşının yanında biabır olduğu bildirirək ondan yenə 300 qram qızıl almış və qızılın qiyməti artan kimi satıb borcunu qaytaracağına onu inandırmışdır. Cavabdeh ondan 2013-cü ilin fevral ayında “Nissan Navara” markalı avtomobil almaq üçün 30000 (otuz min) manat, həmin ilin aprel ayında “Howo” markalı yük maşını almaq üçün 65000 (altmış beş min) manat, 2014-cü ildə Dəhnəxəlil kəndində 0,45 ha torpaq sahəsi almaq üçün 10000 (on min) manat, Dəhnəxəlil kəndində 2014-cü ildə aldığı 0,45 ha torpaq sahəsində ev tikdirmək məqsədi ilə 2017-2019-cu illər ərzində ümumilikdə 50000 (əlli min) manat, 2014cü ildə "xxxx" ASC-dən “Belarus 1221” markalı traktorun ilkin ödənişi üçün 7000 (yeddi min), “Belarus 892” markalı traktorun ilkin ödənişi üçün 5000 (beş min), 2014-cü ildə “TS- 24” markalı taxılsəpənin, “AGVM-23” markalı taxılsəpənin ilkin ödənişi üçün və 1 ədəd kotan almaq üçün isə 20000 (iyirmi min) manat 2016-cı ildə kombayn almaqdan ötrü ilkin ödəniş üçün 25000 (iyirmi beş min), borc almışdır. Cavabdeh 2015-ci ildə Ağdaş rayonundakı evini sataraq ona olan ümumi borcundan 21000 (iyirmi bir min) manat ödəmişdir. Cavabdeh 2019-cu ilədək ondan ehtiyacı olduğu 191000 (yüz doxsan bir min) manat pul almışdır. Bununlada ona 191000 (yüz doxsan bir min) manat borcu yaranmışdır. 2019-cu ildə yasanan hadisələri nəzərdən keçirib cavabdehlə aralarındakı borca görə yazılı müqavilə bağlamaq qərarına gəlmişdir. Müqavilədən sonra borcun əvəzi olaraq 2 il ərzində bir neçə ay yanında işləyərək borcundan əmək haqqı ilə əvəzləyərək 12000 (on iki min) manat ödəniş etmişdir. Bundan sonra da cavabdehdən ona olan borcunu istəməyə başlamışdır. xx.xx.2021-ci ildə cavabdeh ona olan ümumi borcundan ödəmək məqsədi ilə Nissan Navara markalı avtomobili və Howo markalı yük maşınını 68000 manat borc əvəzinə oğlu Qəhrəmanov Aslana sataraq borcundan ödəmişdir. Cavabdehdən yerdə qalan 111000 (yüz on bir) manat borcunu istədiyi zaman, tezliklə, bir neçə ay ərzində qaytaracağına onu əmin edərək sözlər vermişdir. O, iddianın əsası olaraq 10.2019-cu il tarixli qəbzə istinad etmişdir. Cavabdeh iddianı borca aid hissədə etiraf etmiş və bu əsasla 91.000 manat pulun ondan alınaraq həmin iş üzrə iddiaçıya ödənilməsi qət edilmişdir. 300 manat qızıla aid hissə sübut olmadığından rədd edilmişdir. Həmin qətnamədən nə iddiaçı, nə də cavabdeh tərəfindən apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı o da müəyyən edilmişdir ki, həmin iş üzrə Mahmudova (Məhərrəmova) İnci Əlican qızı işə cəlb edilməmiş, daha sonra Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qətnaməsindən maraqlarına toxunan şəxs olaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı Nimət Hacıyevin cavabdehə qarşı qaldırdığı iddia onun hüquqlarına toxunur. Belə ki, iddiaçı öz ərizəsində cavabdehlə uzun illər yaxın ünsiyyətdə olduğunu və bu səbəbdən onun etibarını qazandığını cavabdehin həmçinin ondan 1 kiloqram qızıl aldığını, qiymət artan kimi onu pula çevirərək gəlir əldə edəcəyini və ona olan borcunu qaytaracağını bildirmişdir. Həmçinin cavabdeh xx.xx.2015-ci il tarixdə iddiaçıdan aldığı qızılların qaynatası Əlican Mahmudovun evindən şəxsi seyfindən oğrandığını, aylarla cinayətkarı axtarsalar da, onu tapmaq mümkün olmadığını bildirmişdir. Həmçinin onunla cavabdeh arasında boşanma, ev, torpaq və əmlak bölgüsü olduğunu, onun evdən gedən zaman qızılları özü ilə apardığını bildirmişdir. Belləliklə iddiaçı cavabdehə dəfələrlə borc verdiyini və cavabdehin ona 111000 manat borcu olduğunu bildirmiş və onun da bundan xəbərdar olmağını göstərmişdir. Bununla da hesab etmişdir ki, gələcəkdə ona qarşı iddia qaldırılmasına dostu ilə birgə hüquqi zəmin yaratmışlar. Hesab edir ki, iddiaçının göstərdiyi qızıllar heç bir vaxt mövcud olmamış, həmin qızıllar onun atasının evində saxlanılmamış, atasının seyfindən belə bir qızıllar oğurlanmamış, avtomobillərin alınması üçün heç bir vaxt iddiaçı Nimət Hacıyevdən pul alınmamış, tərəflər arasında bağlanmış borc müqaviləsi onların nikahının pozulması barədə iddianın qaldırılmasından sonra baş tutmuş, görüntü üçün sənədləşdirilmiş, əsl niyyət həmin əmlakların birgə qazanılmış əmlak kimi onların arasında bölünməsinə mane olmaq olmuşdur. Məhkəmə iclasında cavabdeh Sübhan Məmmədov iddiaçıya 81000 manat pul borclu oldğunu etiraf etsə də məhkəmə məhz iş üzrə yekun qərara özü gəldiyini təsdiq etmək məqsədilə həmin məsələni qabartmamışdır. Məqsədi isə bununla onu təsdiq etmişdir ki, iddia görünüş üçün deyil, mübahisə tərəflər arasında çəkişmə prinsipi əsasında qərar qəbul etmişdir. Əvvəla cavabdeh həmin borcdan xx.xx.2021-ciildə 68000 manat vəsaiti aldığını göstərirsə, dostlar arasnda bu qədər etibar varsa, məhkəmə qətnaməsi hansı görüntü üçün çıxarılır. Həmin avtomobillər isə məhz onunla cavabdeh arasında bölünməli olan əmlaklardı ki, iddiaçı və cavabdeh birləşərək həmin əmlakları özgəninkiləşdirmişdilər. Məhkəmə iş üzrə onun adının dəfələrlə çəkilməsini görməsinə baxmayaraq onun hüquqlarına toxunaraq onu iş üzrə cəlb etməmişdir. Hər bir halda hazırki qətnamə onun üçün heç bir preyudisial əhəmiyyəti yoxdur. Ancaq hazırki şikayətiylə ona toxunan məsələlərə etirazını bildirir. Həmin apellyasiya şikayəti elektron kabinet vasitəsilə verilmədiyindən və müddət ötürüldüyünə görə Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)- 1225/2022 nömrəli qərardadı ilə geri qaytarılmış, həmin qərardaddan verilmiş şikayət isə Şəki Apellyasiya Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli 2(107)-1513/2022 nömrəli qərardadı ilə təmin edilməmiş, Ağdaş Rayon Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Maraqlarına toxunan şəxs Mahmudova (Məhərrəmova) İnci Əlican qızı tərəfindən yenidən elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, həmin apellyasiya şikayəti də Ağdaş Rayon Məhkəməsinin 5 dekabr 2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qərardadı ilə müddətin ötürülməsi səbəbilə geri qaytarılmışdır. Göstərilənləri nəzərdən keçirərək məhkəmə kollegiyası hesab edir ki, X22 ilə İddiaçı arasında borcla bağlı əslində hər hansı mübahisə olmamışdır. Mülki Prosessual Məcəllənin 4.1 və 5.1-ci maddələrinin mənasına görə, fiziki və hüquqi şəxslərin qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququ o, halda əmələ gəlmiş olur ki, onların qanunla qorunan öz hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək zərurəti yaranmış olsun; məhkəmədə isə iş o, halda başlanılır ki, hər hansı fiziki və yaxud hüquqi şəxs məhz pozulmuş hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etsin. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qətnaməsi həmin qətnamədən apellyasiya şikayəti verilmədiyindən qanuni qüvvəsini almışdır. Maraqlarına toxunan şəxs Mahmudova (Məhərrəmova) İnci Əlican qızı isə apellyasiya şikayəti versə də, prosessual qaydalara riayət etməməsi səbəbilə şikayəti geri qaytarılmışdır. O cümlədən, həmin iş üzrə iddiaçı iddia ərizəsində ondan alınan borc məbləğlərinin sərf edildiyi yerləri göstərsə də, bununla bağlı işdə heç bir sübut olmamışdır. İddiaçı borcu olduğunu etiraf etmiş, borcun necə xərclənməsi barədə heç bir söz bildirməmişdir. Borcun alınması barədə iddia yalnız İddiaçı etirafına və 2019-cu il tarixli qəbzə əsaslanmaqla təmin edilmişdir. Kollegiya belə nəticəyə gəlir ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(014)-1225/2022 nömrəli qətnaməsi ilə qət edilmiş 91.000 manat borc məbləği ilə bağlı məsələ X22 ilə İddiaçı arasında olmaqla, Mahmudova (Məhərrəmova) İnci Əlican qızına və İddiaçı ilə Mahmudova (Məhərrəmova) İnci Əlican qızı arasındakı nikaha hər hansı əlaqəsinin olması müəyyən edilmir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiyasıya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında göstərilmişdir ki, ərlə arvadın mülkiyyəti iki hüquqi rejimdə mövcud olur: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış etdiyi halda, onların hər birinin şəxsi mülkiyyətinin yaranması əsaslarından biri isə müvafiq payın qanun və ya vərəsəlik üzrə keçməsidir. Öhdəliklərə münasibətdə isə qeyd edilməlidir ki, şəxsi xarakterli öhdəliklər (aliment öhdəliyi, üçüncü şəxslərə vurulmuş ziyan üzrə öhdəliklər və s.) ər-arvadın ümumi əmlakının tərkibinə daxil olmamaqla ərin və ya arvadın şəxsi məsuliyyətinə səbəb olur. Nikah dövründə əldə edilmiş şəxsi xarakter daşımayan əmlak öhdəlikləri isə ər-arvadın ümumi öhdəliklərini təşkil edir. Odur ki, nikah dövründə yaranmış borc işin hallarından asılı olaraq ərin (arvadın) şəxsi öhdəliyi və ya ər-arvadın ümumi birgə öhdəliyi hesab edilir. Nikah dövründə məhz ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əmələ gəlmiş öhdəliklərin ər-arvadın ümumi öhdəliklərini təşkil etməsi ilə bağlı hüquqi yanaşma bir sıra dövlətlərin, o cümlədən Rusiya Federasiyası, Ukrayna Respublikası, Qazaxstan Respublikasının məhkəmə təcrübəsində də mövcuddur. Belə ki, qeyd edilən ölkələrdə də ərin və ya arvadın əldə etdiyi kreditin məhz ailə ehtiyacları üçün sərf olunduğu müəyyən edildiyi halda həmin kredit üzrə öhdəlik ər-arvadın ümumi əmlakına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, ümumi əmlak aktivindən fərqli oiaraq birgə nikah dövründə ərin və ya arvadın götürdüyü öhdəliyə münasibətdə onun ümumi öhdəlik olduğu barədə qanuni prezumpsiya tətbiq edilmir. Əgər öhdəliyin tərəfi yalnız ər-arvaddan biridırsə, yaranmış borc o zaman ümumi hesab olunur ki, öhdəliyin tərəfi olan ər (arvad) öhdəlik üzrə əldə edilənlərin ailənin ehtiyacları üçün sərf olunduğunu sübut etsin, yaxud bu fakt işin mübahisə olunmayan halı olsun. Qeyd olunan faktiki prezumpsiya ilk növbədə ondan irəli gəlir ki, borclu ər (arvad) və öhdəliyin iştirakçısı olmayan ər (arvad) əldə olunmuş vəsaitin nəyə xərcləndiyini sübut etmək üçün tamamilə fərqli imkanlara malik olurlar. Belə ki, məhz borclu ər (arvad) pulun xərclənməsində bilavasitə iştirak edir, ona görə də onun həmin məbləğin ümumi ailə ehtiyacları üçün sərf olunmasını sübut etmək üçün dəlillər əldə etmək imkanı olur. Digər ər (arvad) isə borcun olmasından xəbərdar olmaya bilər, ona görə də, onun ərinin (arvadının) həmin məbləği şəxsi ehtiyacları üçün sərf etdiyini sübut etmək imkanları çox məhduddur, bir çox hallarda isə qeyri-mümkündür. Nikah dövründə əldə olunmuş əmlakın ümumi mülkiyyət hesab olunması barədə qanuni prezumpsiyanın ər-arvadın öhdəliklərinə tətbiq edilməməsi barədə yanaşma Ailə Məcəlləsinin ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmənin yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilməsini nəzərdə tutan 41.1 -ci maddəsində də əks olunur. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə ərin (arvadın) öhdəlikləri üzrə ödəmənin onların ümumi əmlakına yönəldilməsinə o zaman yol verilir ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ərarvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edilsin. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən həmin halı sübut etmək yükü götürülmüş borcun ailənin ümumi ehtiyaclarına sərf olunduğunu iddia edən tərəfin üzərinə düşür. Qeyd olunan yanaşma Mülki Məcəllənin ərin (arvadın) öhdəlikləri üzrə tutmanın onun mülkiyyətində olan əmlaka, habelə onun ərlə arvadın ümumi əmlakındakı payına yönəldilməsi mümkünlüyünü nəzərdə tutan 225.5-ci, öhdəliyə əsasən kreditor qarşısında məsuliyyətin borclunun üzərinə düşdüyü barədə 385.1 -ci, öhdəliyin tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmaması barədə 387.3- cü maddələrinin tələbləri ilə bir daha təsdiq olunur.
48. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən ilk iddianın təmin edilməsi hissəsində düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, qətnamə qəbul edilərkən həmin hissədə maddi və prosessual hüquq normaları pozulduğuna görə İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli, Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməli, müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməməli. iş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023cü il tarixli 2(014)-122/2023 nömrəli qətnaməsi “ilk iddianın təmin edilməsi, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pul Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməsi, İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməsi” hissələrində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, İddiaçı cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, mediasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair ilk iddiası rədd edilməli, İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu onun özünə aid edilməli, qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X21 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli 2(014)-122/2023 nömrəli qətnaməsi “ilk iddianın təmin edilməsi, cavabdeh Mahmudova (Məhərrəmova) İnci Əlican qızından Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 (qırx beş min beş yüz) manat pulun tutularaq İddiaçı xeyrinə verilməsi, ilkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Fərzəli oğlu tərəfindən ödənmiş 50 manat məbləğində pul Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməsi, İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu Mahmudova (Məhərrəmova) İnci Əlican qızından tutuaraq İddiaçı Fərzəli oğluna ödənilməsi” hissələrində ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh Məhərrəmova (Mahmudova) İnci Əlican qızına qarşı Ağdaş rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş 91000 (doxsan bir min) manat miqdarında birgə nikah dövründə əldə olunmuş borcun yarısı olan 45500 manat pulun, mediasiya xərci olan 50 manat məbləğində pulun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş 277 manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair ilk iddiası rədd edilsin. İddiaçı Fərzəli oğlu tərəfindən iddia ərizəsinin verilməsi üçün ödənilmiş 227 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə mübahisələndirilən qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.