Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-882/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi, sübutetmə yükü, əsassız varlanma, kəsici müddət) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi, İddiaçı vəkili Vəkil3, Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 139000 (yüz otuz doqquz min) ABŞ dolları pulun (ekvivalenti manatla 236300 AZN), 15000 (on beş min) manat pulun, əldə çıxmış fayda olan 63000 (altmış üç min) manat pulun və 606 (altı yüz altı) manat dövlət rüsumunun, ümumilikdə 314906 (üç yüz on dörd min doqquz yüz altı) manat pulun cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, keçmiş qaynatası X4, 2014-cü ilin iyun ayından başlayaraq, həmin ilin dekabr ayınadək, 139.000 (yüz otuz duqquz min) ABŞ doları və 15.000 (iyirmi min) manat pulu borc olaraq vermiş və bu günədək həmin pulu X7 ona qaytarmamışdır. 2013-cü ildə, o, qaynatası Telman Əhmədovgildə qonaq olarkən, o, demiş ki, Oğuz-Şəki yolunun üstündə olan və işlətdiyi kafe köhnə, balaca və şəraitsiz vəziyyətdədir, orada müasir restoran tikib yaxşı pul qazanmaq olar. Telmana təklif edib ki, 24.000 (iyirmi dörd min) ABŞ dollarına aldığı 6 sot torpağı satıb əldə olunmuş pulla restoranın tikintisinə başlasın, özü də həmin ilin sentyabr ayında qayıdıb Azərbaycan Respublikasına gələcək və tikintiyə lazım olan əlavə pulu verəcək. Telmam Əhmədovla telefon vasitəsi ilə danışarkən, ona bildirmiş ki, onun torpağını satıb, restoranın tikintisinə başlayıb, hətta restoranın lahiyyəsi barədə də ona məlumat verib. Bu minvalla Restoranın tikintisi üçün Telmana 139.000 (yüz otuz doqquz min) ABŞ dolları pul və əlavə 15.000 (on beş min) manat vermişdir. Restoran fəaliyyətə başladıqdan sonra Telman ona 21000 (iyirmi bir min) manat pul vermişdir. Daha sonra isə 1000 manat pul ödəmişdir. Bundan sonra Telman ona pul ödəməyi dayandırmışdır. O, pulu almaq üçün 21 noyabr 2020-ci il tarixdə polisə müraciət etmiş, Qəbələ rayon polis şəbəsinin istintaq bölməsində 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərar qəbul edilmişdi. Telman Əhmədovun ondan pul almasını qismən etiraf etməsinə baxmayaraq, həmin qərarla, Telman Əhmədovun ondan 139.000 (yüz otuz doqquz min) ABŞ doları və 15.000 (onbeş min) manat pul alması və həmin məbləğin qaytarılmaması tam təsdiqini tapmışdır. 29 avqust 2021-ci il tarixdə Telman Əhmədov dünyasını dəyişmişdi. Telman Əhmədov dünyasını dəyişdikdən sonra, onun həyat yoldaşı Cavabdeh3, qızları; Cavabdeh1, Cavabdeh4 və kürəkəni Cavabdeh2 onun əmlaklarını, o cümlədən onun pulu ilə tikilən restoranı işlətməyə başladılar. Bununlada, həmin şəxslər faktiki olaraq Telman Əhmədovdan qalan əmlaklara sahibliyi və isttfadəni həyata keçirirlər. Ona görə də Telmanın ona olan borcunu onlardan tələb edir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli 2(025)-332/2022 saylı qətnaməsi ilə (E.İsayev) iddia tələbinin qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 50000 (əlli min) manat məbləğində pul vəsaiti və 606 (altı yüz altı) manat dövlət rüsumu olmaqla, cəmi 50606 (əlli min altı yüz altı) manat pulun tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qəbul edilmiş 19 dekabr 2020-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərara əsasən X7 barəsində Azərbaycan Respublikasının 178-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərara əsasən cavabdeh X2 rayon Polis şöbəsində verdiyi izahatda ona məxsus köhnə kafeni söküb yerində kürəkəni İddiaçı pul vəsaiti hesabına yeni müasir tipli restoran tikərək gələcəkdə həmin restoranı birlikdə işlədib şərikli qazanc əldə etmək barədə İddiaçı ilə şifahi razılığa gəldiyini, ümumilikdə ondan tikintiyə xərcləmək üçün 50000 (əlli min) manat pul aldığını, gələcəkdə maddi vəziyyəti pisləşəndə və yaxud öldükdə nəvəsi Emil üçün obyekt olduğunu etiraf etmişdir. Qəbələ rayonu İcra Hakimiyyəti Başçısının Nic qəsəbə inzibati Ərazi dairəsi üzrə nümayəndəliyinin 11 oktyabr 2021-ci il tarixli, 892/31 saylı məktubun əsasən X7 xx.xx.2021-ci il tarixdə vəfat edənə kimi Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatda olmaqla arvadı Cavabdeh3 və qızı Cavabdeh1 ilə bir yerdə yaşamışdılar. X3 ölümündən sonra onun təsərrüfatını, fərdi yaşayış evini və torpaq sahələrini arvadı Cavabdeh3 və qızı X8 idarə edir. Nic qəsəbə ərazisində olan "Restoran" kimi fəaliyyət göstərən obyektini isə kürəkəni Cavabdeh2 tərəfindən idarə olunur". Qəbələ rayonu Nic Bələdiyyəsinin 12 oktyabr 2021ci il tarixli, 105 saylı məktubuna əsasən X7 xx.xx.2021-ci il tarixdə vəfat edənə kimi Qəbələ rayonunun Nic qəsəbəsində qeydiyyatda olmaqla arvadı Cavabdeh3 və qızı Cavabdeh1 ilə bir yerdə yaşamışdılar. X3 ölümündən sonra onun təsərrüfatını, fərdi yaşayış evini və torpaq sahələrini arvadı Cavabdeh3 və qızı Cavabdeh1 idarə edir. Nic qəsəbə ərazisində olan "Restoran" kimi fəaliyyət göstərən obyekti isə kürəkəni Cavabdeh2 tərəfindən idarə olunur". Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddiaçı 2014-ciü ildə dəqiq məlum olmayan tarixdə Qəbələ rayonu Nic qəsəbə sakini X7 və kürəkəni, həmin vaxtlar Rusiya Federasiyasında yaşayan və ticarətlə məşğul olan Oğuz rayonu Kərimli kənd sakini İddiaçı arasında sonuncunun pul vəsaiti hesabına Telman Əhmədova məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən köhnə tipli kafeni sökərək, yerində müasir tipli restoran tikməklə gələcəkdə həmin restoranı birlikdə işlədərək, şərikli qazanc əldə edəcəklərinə dair razılığa gəldikdən sonra 2014-cü ilin iyun ayından başlayaraq həmin ilin dekabr ayına kimi İddiaçı hissə-hissə sərf etdiyi pul vəsaiti hesabına Telman Əhmədova məxsus sökülmüş köhnə kafenin yerində yeni, müasir tipli restoranın tikintisi başa çatmışdır. Bundan sonra, Telman Əhmədov restoranı birlikdə işlədərək şərikli qazanc əldə edəcəkləri barədə İddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək, sonuncunun vəsaiti hesabına tikilmiş restoranı 6 il ərzində tək işlədərək əldə olunan qazancı da özünə götürməsinə baxmayaraq, İddiaçı Telman Əhmədovla arasındakı yaxın qohumluq münasibətinə görə ona qarşı hər hansı iddia irəli sürməmişdir. Lakin 2018-ci ildən arvadı Pərvanə Məmmədova ilə aralarında yaranmış ailədaxili mübahisələr zəminində qayınatası Telman Əhmədovla da münasibətləri pozulduğundan, Rusiya Federasiyasında ticarətlə bağlı işləri zəiflədiyi və maddi vəziyyəti pisləşdiyindən İddiaçı onun pul vəsaiti hesabına tikilmiş restoranı tək işlədərək qazanc əldə etdiyi dövrlər üçün Telman Əhmədovdan icarə haqqı istəmişdir. Həmçinin bundan sonra restoranı işlətdiyi hər ay üçün icarə haqqı verməsi, icarə haqqı verə bilməyəcəyi təqdirdə restoranı başqa şəxsə icarəyə verəcəyi, bunlar mümkün olmadıqda isə restoranın tikintisinə sərf etdiyi pul vəsaitini geri qaytarması barədə Telman Əhmədovdan tələb etmişdir. T.Əhmədov pulu qaytarmaqdan imtina etdiyindən İddiaçı hüquq mühafizə orqanlarına müraciət etmək qərarına gəlmişdir. Qəbələ rayon Polis şöbəsində verdiyi izahatda Telman Əhmədov ümumilikdə İddiaçı tikintiyə xərcləmək üçün yalnız 50000 (əlli min) manat pul aldığını etiraf etmiş etmişdir. X7 29 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Hazırda İddiaçı 139000 (yüz otuz doqquz min) ABŞ doları pulun (ekvivalenti manatla 236.300 AZN), 15000 (on beş min) manat pulun, əldə çıxmış fayda olan 63000 (altmış üç min) manat pulun və 606 (altı yüz altı) manat dövlət rüsumunun, ümumilikdə 314906 (üç yüz on dörd min doqquz yüz altı) manat pulun cavabdehlər - X3 vərəsələri Cavabdeh3, Cavabdeh1, Cavabdeh4 və Cavabdeh2 müştərək qaydada tutulmasını tələb edir. Cavabdehlər iddia tələbini qəbul etmirlər. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh X3 hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən X4 verilmiş 50000 (əlli min) manat məbləğində pul, iddiaçıya X3 vərəsələri - Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 alınaraq qaytarılmalıdır. Məhkəmə həmçinin pul məbləğinin X3 vərəsələrindən tələb olunması ilə bağlı bildirir ki, hazırda miras qoyanın - X3 əmlakından sonuncunun vərəsələri - arvadı Cavabdeh3, qızı Cavabdeh1 və qızı Cavabdeh4 istifadə edirlər. Bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəllənin vərəsəliklə bağlı tələblərinə əsasən X3 öhdəlikləri üzrə məsuliyyəti onun vərəsləri - arvadı Cavabdeh3, qızı Cavabdeh1 və qızı Cavabdeh4 daşıyırlar. Həmçinin məhkəmə iddia tələbinin Cavabdeh2 (mərhum X1) qarşı olan hissəsi ilə bağlı qeyd edir ki, Cavabdeh2 hazırda X3 vərəsəsi hesab olunmadığından iddia tələbi ona qarşı olan hissədə əsassızdır. Məhkəmə cavabdehlərin vəkili və nümayəndəsi Nümayəndə2 iddia müddətinin tətbiq edilməklə iddia tələbinin rədd edilməsi barədə ərizəsinə hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən hazırki iddia ərizəsi ilə bağlı iddia müddəti ötürülməmiş, ərizə qanunvericiliklə müəyyən edilmiş müddət ərzində məhkəməyə verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 50000 (əlli min) manat məbləğində pul vəsaiti və 606 (altı yüz altı) manat dövlət rüsumu olmaqla, cəmi 50606 (əlli min altı yüz altı) manat pul tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091, 1092.1, 1306.1, 1146-cı maddələri, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi, Mülki Məcəllənin 373, 373.2, 373.3, 373.4, 373.5, 377.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçının apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasına gəldikdən sonra o, 2014-cü ilin sentyabrından başlayaraq həmin ilin dekabrınadək birinci dəfə Telman Əhmədova 20000 (iyirmi min) ABŞ dolları, ikinci dəfə 25000 (iyirmi beş min) ABŞ dolları, üç, dörd və beşinci dəfə hər dəfə 20000 (iyirmi min) ABŞ dolları və axırıncı dəfə 15000 (on beş min) manat pul vermişdir. Həmin pullardan birinci dəfə verdiyi 20000 (iyirmi min) ABŞ dollarını RF-dan özü ilə gətirmişdir. 65000 (altmış beş min) ABŞ dolları pulu Rusiyada yaşayan və taxta biznesi ilə məşğul olan dostu Arazın vasitəsilə ilə onun Xanlar rayonunda yaşayan Mobil adlı qohumundan 3 dəfəyə götürmüş, hətta hər dəfə pulu götürməyə əmisi oğlu Sadiqlə onun avtomobili ilə getmişlər. 20000 (iyirmi min) ABŞ dolları pulu da əmisi oğlu Sadiqdən borc götürərək Telmana vermişdir. Sonuncu dəfə verdiyi 15000 (on beş min) manat pulu isə yenə əmisi oğlu Sadiqin adına Qəbələ şəhərində fəaliyyət göstərən “Nikoil” bankdan kredit götürüb Telmana vermişdir. Telmana hər dəfə restoranın tikintisi üçün pul verəndə əmisi oğlu Sadiq də yanında olmuşdur. Sonuncu dəfə Sadiqin adına kredit götürüb verdiyi 15000 manat pulun banka geri ödənişlərini onunla qarşılıqlı razılığına əsasən Telman restorandan əldə etdiyi qazanc hesabına geri ödəməli idi. Çünki bütün xərcləri o çəkmişdir. 2014-cü ilin dekabr ayında restoranın tikintisi başa çatmışdır. Restoranın içərisinə lazım olan stol, stul və digər əşyalarını Telmanla birlikdə sifariş verib, sonra 2015-ci ilin yanvar ayında RF-na qayıtmışdır. 2016-cı ildə əmisi oğlu Sadiq ona zəng vurub adına götürülmüş kreditdən Telman cəmi 4-5 ay pul ödədiyini yerdə qalan pulu ödəmədiyini, bu barədə Telmanla danışanda Telmanın onu kobudlayaraq “get pulu kimə vermisən onda da al” dediyini bildirdi. Aradan 7 il keçsə də Telman Sadiqdən götürülən həmin kredit pulunu Sadiqə ödəməmişdir. Sadiq isə həm nəğd şəkildə verdiyi 20000 (iyirmi min) ABŞ dolları pulu, həm də kredit kimi alınmış və Sadiq tərəfindən ödənilib qurtarmış 15000 manat pulu geri tələb etmişdir. İşləri Rusiyada alınmadığına görə 2018ci ilin fevral ayında birdəfəlik Azərbaycana qayıtmışdır ki, restoranı işlətdiyinə görə Telmandan icarə haqqı alsın, ailəsini dolandırsın. Bu barədə Telmana demiş, ondan restoranı işlətdiyi 5 il (60 ay) müddətin hər ayı üçün 500 manat olmaqla cəmi 30000 (otuz min) manat tələb etmişdir. O həmin məbləği verməyə söz versə də ona cəmi 21000 (iyirmi bir min) manat vermişdir. 2019-cu ildə Telmana demişdir ki, restoranı başqa adama icarəyə verib. 2019-cu ildə Telmana demişdir ki, restoranı başqa adama icarəyə verir. Çünki Telman aylıq icarə haqqını tam vermirdi və deyirdi ki, qazanc yoxdur. Fikri vardı ki, restoranı başqa adama ayı 1000 manata icarəyə verib, həmin puldan 500 manat da Telmana versin, o da dolansın. 2019-cu ilin fevral və mart aylarında Telman ona 2 ay, hər aya görə 500 manat olmaqla cəmi 1000 manat ödəmiş, sonra demişdir ki, qazanc azdır icarə pulunu ödəyə bilmir. O da Telmana demişdir ki, onda restorandan çıx, onu başqa adama icarəyə verir. Telman isə bildirdi ki, çıxmayacaq, ölənə kimi restoranı işlədəcək, öləndən sonra da restoran onun oğlu Emilə qalacaq. Belə olduqda o, Telmandan restoranın tikintisi üçün ona verdiyi 139000 (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pulu qaytarmasını tələb etmişdir. Lakin o, pulu qaytarmaqdan qəti imtina etmişdir. Restoranın tikintisi üçün Telmana verdiyi 139000 (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pulu ondan almaq üçün 21 noyabr 2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qəbələ rayon PŞ-də şikayəti üzrə müəyyən araşdırmalar həyata keçirildikdən sonra həmin iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 19 dekabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Şikayəti ilə əlaqədar aparılan araşdırma zamanı Telman Əhmədov ondan 139000 (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pulu aldığını qismən etiraf etsə də iş materialları ilə həmin məbləği alması və geri qaytarmaması öz təsdiqini tapmışdır. Ona olan borcu qaytarması ilə bağlı danışıqlar aparıldığı müddətdə 29 avqust 2021-ci il tarixdə Telman Əhmədov vəfat etmişdir. Restoranın tikintisi ilə əlaqədar aldığı 65000 (altmış beş min) ABŞ dollarını ödəmək üçün RF-da olan evini banka girov qoyaraq 105 (bir yüz beş min) ABŞ dolları kredit götürüb borcumu ödəmişdir və hazırda həmin ev də bankda girovdadır. Telman Əhmədova verdiyi 139000 (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pulu ala bilmədiyi 7 il ərzində istifadə etsə idi indiyə kimi ən azı 100000 (bir yüz min) manat pul qazanardı. 7 il ərzində həmin restoran icarədə olsaydı o, 84000 (səksən dörd min) manat gəlir əldə edərdi. Telman Əhmədov isə bu müddətdə ona cəmi 21000 (iyirmi bir min) manat icarə haqqı ödəmişdir. Bununlada müəyyən olunur ki, Telman Əhmədov minimum ona 63000 (altmış üç min) manat maddi ziyan vurmuşdur və bu məbləğ əldən çıxmış faydadır. Telman Əhmədov vəfat etdikdən sonra onun həyat yoldaşı Cavabdeh3, qızları Cavabdeh1, Cavabdeh4 və kürəkəni Cavabdeh2 onun əmlaklarını, o cümlədən onun pulu hesabına inşa edilmiş restoranı işlətməyə başlayıblar. Bununla da həmin şəxslər faktiki olaraq Telman Əhmədovdan qalan əmlaklara sahibliyi və istifadəni həyata keçirirlər. İş materiallarından da göründüyü kimi mərhum X7 mən İddiaçıv oğlundan 139000(bir yüz otuz doqquz min) ABŞ dolları və 15000(on beş min) manat pulu nəqd şəkildə almış, həmin pula Qəbələ rayon Nic qəsəbəsi ərazisində sahibkarlıq obyekti olan “Restoran” inşa etmiş, 7 il müddətində restoranı işlədərək gəlir əldə etmiş, nə aldığı 139000(bir yüz otuz doqquz min) ABŞ dolları və 15000(on beş min) manat pulu, nə də əldə edilən gəlirdən ödəməli olduğu 63000(altmış üç min) manat pulu ona ödəməmişdir. Qeyd edilən hal X3 özünün qismən etirafı ilə yanaşı, şahid ifadələri və iş materiallarında mövcud olan digər sübutlarla da tam sübut olunmuşdur. X3 ondan 139000 (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pulu nəğd şəkildə aldığı halda onun hüquqi varislərinin ona cəmi 50000 (əlli min) manat pul qaytarmalı olması işin hallarına və həqiqətə uyğun deyildir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)- 332/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, iddia ərizəsinin mahiyyətindən görünür ki, iddiaçının X7 ilə gəldikləri razılığa görə onun verdiyi vəsaitlə iş qurulmalı və ondan hər iki tərəf fayda götürməli idi. Lakin T.Əhmədov ona heç bir vəsait qaytarmamış, yalnız icarə haqqının əvəzi olaraq 22000 manat qaytarmışdır. Hazırkı mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 8 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia tələbini rədd etməli idi. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda cavabdehlərin hər hansı ərizə verməyinə zərurət yoxdur. İş materiallarına, iddia ərizəsnə və iddiaçının məhkəmə iclasında verdiyi izahatlara nəzər yetirəndə məlum olur ki, guya iddiaçı 2014-cü ilin iyun-dekabr aylarında T.N.Əhmədova 139000 ABŞ dolları və 15000 manat pul vermiş, T.N.Əhmədov isə həmin puldan heç nə qaytarmamış və yalnız icarə haqqının dəyərini ödəmişdir. Hansı ki, iş materiallarında iddiaçının cavabdehə pul verməsi barədə heç bir sübut mövcud deyildir. İşin materiallarında ümumiyyətlə cavabdehlərin mirası qəbul etmələri, ümumiyyətlə Telman Əhmədovdan miras qalıb-qalmadığı müəyyən edilmir. Hətta bu barədə vəsatət verilərək iddia ərizəsinin baxılmamış saxlanılması xahiş olunsa da heç bir hüquqi əsaslandırma olmadan vəsatəti təmin edilməmişdir. Məhkəmə bu normaya istinad edərkən hesab etmişdir ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Normadan da göründüyü kimi qanunverici tələb hüququ verdiyi şəxsi kreditor adlandırır. İşin hallarından isə iddiaçının kreditor olması təkzib olunur. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallardan biri və ən əsası iddiaçının irəli sürdüyü tələbi əsaslandıran halların araşdırılması idi. Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qəbul edilmiş 19 dekabr 2020-ci il tarixli“ cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda X3 Qəbələ rayon Polis şöbəsində verdiyi izahatda 50000 (əlli min) manat pul aldığını, gələcəkdə maddi vəziyyəti pisləşəndə və yaxud öldükdə nəvəsi Emil üçün obyekt olduğunu etiraf etdiyini yazmaqla kifayətlənmiş və həmin pulu qaytarmağını qeyd etsə də məhkəmə qətnamədə həmin hissəyə toxunmamışdır. Bundan əlavə X3 hərəkətlərini əsassız varlanma kimi qiymətləndirilmiş 50000 (əlli min) manat məbləğində pulun iddiaçıya qaytarılmasını təmin etmişdir. Lakin məhkəmə qanunvericiliyin məcburi tətbiq edilməli normalarını tətbiq etməmişdir. Məcəllənin 1095-ci maddəsinə görə əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Hazırki mübahisə üzrə də məhkəmə bu maddənin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 10 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia tələbini rədd etməli idi. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda mənim hər hansı ərizə verməyinə zərurət yox idi. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir (Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2020 tarixli 2(102)-3230 saylı qərarındakı mövqeyi). Göründüyü kimi iddiaçının X4 verdiyini iddia etdiyi 139000 ABŞ dolları və 15000 manat vəsait 2014-cü ilin sonlarında yəni dekabr ayında verilmişdir. İddiaçı isə hal-hazıradək mübahisələndirilməmiş, yalnız X7 vəfat etdikdən sonra məhkəməyə müraciət etmişdir. Məhkəmə işin bu hallarını obyektiv araşdırmadan birtərəfli qaydada yalnız iddia ərizəsinə və iddiaçının dəlillərinə uyğun qətnamə qəbul etmişdir. Qeyd edilənləri nəzərə alaraq Qəbələ Rayon Məhkəməsinin 2(025)-322/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili Vəkil3 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın tam təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsi, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 saylı qətnaməsinin qismən ləğv edilməsi, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquqa Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2-ci maddəsinə əsasən öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. 447.7-ci maddəsinə əsasən müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 04 iyun 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günü və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günü mirasın açıldığı vaxt kimi müəyyən edir. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1151.1 və 1153-cü maddələri). Qanunvericiliyin tələbindən göründüyü kimi, şəxsi xarakterli hüquq və vəzifələr miras qoyanın vərəsələrinə vərəsəlik qaydasında keçmir. Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər isə vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, iddiaçı tərəf qətnamənin ləğv, cavabdeh tərəf isə qətnamənin qismən ləğv edilməsini tələb edir. Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 saylı qətnaməsini apelyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, işə, işdə iştirak edən şəxslərdən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş hər hansı birinin iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdırsa, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə məhkəmə baxışı iclası 25 aprel 2022-ci il tarixə, saat 14:30-a təyin edilmiş, lakin bu barədə işdə iştirak edən cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməmiş və işə onun iştirakı olmadan məhkəmə tərəfindən baxılmışdır. Bu hal isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2 və 387.2.2-ci maddələrinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsasdır. Düzdür iş materiallarında cavabdehlərin vəkili və nümayəndəsi kimi Nümayəndə2 iştirakı qeyd edilmiş olsada, ancaq iş materiallarında olan orderin surətindən görünür ki, həmin order kserosurət olmaqda lazımi qaydada təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən Yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini nəzərdə tutur. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 2(025)-332/2022 saylı, 25 aprel 2022-ci il tаrixli qətnаməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı keçmiş qaynatası X7 ilə 2014cü ilin iyun ayından başlayaraq iddiaçının qoyduğu vəsait və cavabdehin restoran işini təşkil etməsi ilə tərəflərin birgə fəaliyyətə dair razılaşmaları olmuş və hər iki tərəf bu ortaqlıqdan səmərəli nəticə əldə etmək istəmişlər. Bununla belə, tərəflərin birgə fəaliyyəti uğurlu şəkildə davam etməmiş və ortaqlığı dayandırmalı olmuşlar. Tərəflərin razılaşdıqları birgə fəaliyyətdə cavabdehin öz öhdəliyini pozması aşkardır, lakin iddiaçının üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsinə dair mötəbər sübutlar müəyyən olunmamışdır. Cavabdeh, razılaşmaya zidd şəkildə restoranın gəlirindən ədalətli şəkildə istifadə etməmiş, birgə fəaliyyətin normal axarına maneçilik törətmişdir. Müqavilə tərəfləri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və qanunvericiliyin tələblərinə uyğun şəkildə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidirlər. Hər bir tərəf öhdəlikləri icra edərkən müqavilənin yerinə yetirilməsinə zəmin yaratmalı, bunun üçün birgə hərəkət etməli və ortaq məqsədinə çatmağa maneçilik törədə biləcək, öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Hazırkı işdə cavabdehin öz üzərinə götürdüyü öhdəlikdən kənara çıxması yuxarıda qeyd edildiyi kimi təsdiq olunur. Qarşılıqlı öhdəliklərdə isə müqavilənin bir tərəfi əqddən irəli gələn öhdəliklərini icra etmirsə, müqavilənin digər tərəfinin müvafiq şərtlərə riayət etməklə, müqavilədən imtina edərək düşdüyü zərərin əvəzini tələb etməsi qanunvericiliyə uyğundur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia tələbi və apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Kollegiya gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır; İş materialları və tərəflərin izahatları ilə müəyyən edilir ki, iddiaçı keçmiş qaynatası X7 ilə 2014-cü ilin iyun ayından başlayaraq, Telman Əhmədova məxsus Qəbələ rayonu Nic qəsəbəsində yerləşən köhnə tipli kafeni sökərək, yerində müasir tipli restoran tikməklə gələcəkdə həmin restoranı birlikdə işlədərək, şərikli qazanc əldə edəcəklərinə dair razılığa gəldikdən sonra 2014-cü ilin iyun ayından başlayaraq həmin ilin dekabr ayına kimi X15 Ağazadənin hissə-hissə (53000 manat) sərf etdiyi pul vəsaiti hesabına Telman Əhmədova məxsus sökülmüş köhnə kafenin yerində yeni, müasir tipli restoranın tikintisi başa çatmışdır. Bundan sonra, Telman Əhmədov restoranı birlikdə işlədərək şərikli qazanc əldə edəcəkləri barədə İddiaçı qarşısında götürdüyü öhdəliyə əməl etməyərək, birgə vəsait hesabına tikilmiş restoranı tək işlədərək əldə olunan qazancdan razılaşmada nəzərdə tutulmuş qaydada istifadə etməmişdir. İddiaçıya birgə fəaliyyətdən 22000 (iyirmi iki min) manat pul verilmişdir. İş materiallarında olan 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan görünür ki, Telman Əhmədov iddiaçıdan 53 000 manat pul aldığını etiraf etmişdir. Qaytardığına dair isə hər hansı bir sübut növü aşkar edilməmişdir. 12000+torpaq satıb+10000 dollar+10000 manat+6000 manat +5000 manat +sonuncu dəfə isə 3000 manat, cəmi isə 53000 manat pul aldığı müəyyən edilir. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür. X16 53 000 manat pulun iddiaçıya qaytarması 19 dekabr 2020-ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan müəyyən edilmir. Telman Əhmədov əsassız varlanmış şəxs olduğundan 53 000 manat pul onun vərəsələri Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası iddia tələbinin qalan hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia qalan hissədə təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X10 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Elçin onun əmisi oğludur. Bir gün söhbət zamanı Elçin bildirib ki, Qəbələ rayonu Nic qəsəbəsində yerləşən qaynatası, onun da əvvəllər tanıdığı Telman adlı şəxsin köhnə kafesini söküb orada müasir tipli restoran tikmək qərarına gəliblər. Bu işi görməyə Telmanın pulu olmadığına görə danışıqları belə olub ki, tikintiyə pul vəsaitini Elçin ödəyəcək, Telman tikinti işlərinə nəzarət edəcək, restoran tikildikdən sonra birlikdə işlədib qazanc əldə edəcəklər və ya restoran gələcəkdə oğlu Emilin qazanc yeri olacaq. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X17 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, təxminən 2014-cü ildə yay aylarının sonu payızın əvvəllərində Qəbələ rayonu Nic qəsəbəsində həmin qəsəbənin sakini Telman adlı şəxsə məxsus sökülmüş köhnə kafenin yerində tikilən müasir tipli restoranın tikintisində başlamışdır. Elçin tez-tez restorana gələrək tikinti ilə maraqlanırdı. Məlum olmuş ki, o, Telmanın kürəkənidir. Orada işləyən ustaların və fəhlələrin danışıqlarından məlum olurdu ki, Telman restoranı həmin Elçin adlı kürəkəninin sərf etdiyi pulla tikir, yəni obyekt Elçinin qoyduğu pul hesabına tikilirdi. Lakin iddiaçı tərəfindən pulun Telmana verilməsinin şahidi olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X11 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, mərhum X5 əvvəlcədən tanımışdır. O, Qəbələ rayonu Nic qəsəbəsində kafe işlədirdi. 2014-cü ildə kafenin yerində müasir tipli restoranın tikintisində başlamışdır. Həmin tikinti ərazisinə arabir gedirdi. Telmanın kürəkəni - Oğuz rayonu Kərimli kənd sakini və həmin vaxt Rusiyada yaşayan Elçin adlı şəxsi də qeyd etdiyi restoranın tikintisində gələrkən görüb tanımışdır. Belə ki, Elçin teztez restorana gələrək tikinti ilə maraqlanırdı. Telman ona demişdir ki, restoranı həmin Elçin adlı kürəkəninin sərf etdiyi pulla tikir, yəni obyekt Elçinin qoyduğu pul hesabına tikilirdi. O şəxsən iddiaçı tərəfindən pulun Telman adlı şəxsə verilməsinin şahidi olmamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən X6 məhkəmə prosesində verdiyi izahatında bildirmişdir ki, Qəbələ rayonu Nic qəsəbə sakini Telman Əhmədovu 20 ildən artıqdır ki, tanıyır. Təxminən 6-7 il bundan əvvəl təxminən 2014-cü ilin yay aylarında dəqiq xatırlamadığı tarixdə Telmanla Nic qəsəbəsində görüşəndə sonuncu ona bildirdi ki, köhnə tikilidən ibarət kafesini söküb, yerində müasir tipli böyük restoran tikmək qərarına gəlib, özünün tikinti işlərindən anlayışı olmadığı üçün tikinti işlərini aparan ustalara nəzarət etməyi ondan xahiş etdi. Əvəzində zəhmət haqqı olaraq tikinti başa çatana kimi aylıq ona 200-300 manat pul verəcəyini, hətta santexnika işlərini şəxsən onun özünə gördürəcəyini bildirdi. Oğuz rayonu Kərimli kənd sakini Elçin Məmmədovu da həmin restoranın tikintisi zamanı tanıdı və orada bildi ki, o Telmanın kürkənidir. Restoranın tikintisi başa çatdıqda Telman tikintiyə nəzarət etməsi, eləcə də santexnika işlərini görməsi müqabilində hissə-hissə hər dəfəsində 200 və ya 300 manat olmaqla cəmi ona 1100 və ya 1200 manat pul verdi. Elçin ona bildirmişdir ki, restoranın tikintisinə təxminən 150000 (bir yüz əlli min) manat pul xərcləyib, bütün tikintinin pulunu Telmana o verib, lakin münasibətləri pisləşdikdən sonra Telman bunu inkar edərək onun pulunu qaytarmayıb, həmçinin restoranı şərikli işlətmələrinə razı olmamışdır. Şahid ifadələrindən də göründüyü kimi şahidlər iddiaçı tərəfindən pulun Telmana şəxsən verilməsinin şahidi olmamışdır. Ona görə də kollegiya hesab edir ki, şahid ifadələri iddianın tam təmin edilməsi üçün yetərli deyildir. Qanunvericiliyin tələbinə görə isə şahid ifadələri digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Belə bir sübutu isə iddiaçı tərəf məhkəmələrə təqdim edilməmişdir. İddiaçının apellyasiya şikayətinə münasibət bildirərkən kollegiya hesab edir ki, şikayət qalan hissədə əsassızdır. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın təmin edilməsi barədə iddiaçının apellyasiya şikayətindəki dəlilləri məhkəmə iclasında öz təsdiqini qismən tapdığından şikayət qismən əsaslıdır. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəf iddia ərizəsində qeyd etdiyi məbləğdə pulun Telman Əhmədova verilməsinə dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti və iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Eyni zamanda kollegiya iddia tələbinin cavabdeh kürəkən Cavabdeh2 münasibət bildirərək hesab edir ki, iddia tələbi ona münasibətdə təmin edilə bilməz. Belə ki, Cavabdeh2 hazırda X3 vərəsəsi hesab olunmadığından iddia tələbi ona qarşı olan hissədə əsassızdır. Məhkəmə Kollegiyası cavabdehlərin apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir və bildirir ki, həmin dəlillər formal mülahizələrə əsaslanır. Belə ki, cavabdehlər apellyasiya şikayətinin ilk dəlillərində qeyd edir ki, hazırkı mübahisə üzrə də məhkəmə bu qanunvericiliyin tələbini nəzərə almalı və iddiaçının əsassız varlanma obyektini qaytarmaq hüququnun məlum olduğu vaxtdan 8 ilə yaxın müddət keçdiyini nəzərə alaraq iddia tələbini rədd etməli idi. Sözügedən müddət isə kəsici müddət olduğundan bu halda cavabdehlərin hər hansı ərizə verməyinə zərurət yoxdur. Kollegiya şikayətin həmin dəlili ilə razılaşmır. Mülki Məcəllənin 1095-ci maddəsinə əsasən Əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan ən geci iki il sonra müddətin keçməsinə görə qüvvədən düşür. Qalan hallarda müddətin keçməsi ümumi göstərişlərə uyğun müəyyənləşdirilir. Qnunvericiliyə əsasən müddətin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İş materialları ilə müəyyən edilir ki, Restoranın tikintisi üçün Telmana verdiyi 139000 (bir yüz otuz doqquz min) ABŞ dolları və 15000 (on beş min) manat pulu ondan almaq üçün 21 noyabr 2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Qəbələ rayon PŞ-də şikayəti üzrə müəyyən araşdırmalar həyata keçirildikdən sonra həmin iş üzrə “Cinayət işinin başlanmasının rədd edilməsi” barədə 19 dekabr 2020-ci il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi iddiaçı öz hüququnun pozulduğunu 21 noyabr 2020-ci il tarixdə Qəbələ Rayon Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etdiyi vaxtdan bilmişdir. Yəni borclu tərəfdən öz öhtəliyinin yerinə yetirilməsini tələb etmiş, boclu tərəf isə öz öhtəliyini yerinə yetirməkdən imtina etdiyi üçün iddiaçı verdiyi pulu keçmiş qaynatasından ala bilməyəcəyini görmüş və dərhal polisə müraciət etmişdir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 27 yanvar 2022-ci il tarixdə müraciət etmişdir. Yəni hüquqnun pozulduğunu bildiyi vaxtdan 1 il 2 ay sonra məhkəməyə müraciət etmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayətin dəlilləri bu hissədə əsassızdır. Şikayətin digər dəlili ondan ibarətdir ki, işin materiallarında ümumiyyətlə cavabdehlərin mirası qəbul etmələri, ümumiyyətlə Telman Əhmədovdan miras qalıbqalmadığı müəyyən edilmir. Hətta bu barədə vəsatət verilərək iddia ərizəsinin baxılmamış saxlanılması xahiş olunsa da heç bir hüquqi əsaslandırma olmadan vəsatəti təmin edilməmişdir. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə də razılaşmır. Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Telman Əhmədovun mülkiyyətində olan torpaq sahəsində restoran tikilməsi Telman Əhmədovun həmin restorana gözlənilən mülkiyyət hüququnun olması işin mübahisə edilməyən tərəfidir. Daha sonra cavabdehlər həmin restoranın işlətmədiklərini qeyd etmirlər. Eyni zamanda vərəsəlik şəhadətnaməsinin almadıqlarını qeyd edirlər. Halbuki mirası qəbul etmək üçün vərəsəlik şəhadətnaməsinin alınması məcburi şərt deyildir. Yuxarıda qeyd edildiyi kimi mirası faktiki idarəçiliyə qəbul edildiyi vaxtdan artıq miras vərəsənin mülkiyyətidir. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Ona görə də kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Bundan başqa kollegiya qeyd edir ki, şəhadətnamə alınmamasına görə iddia ərizəsinin baxılmamış saxlanılmasına əsaslar mövcud deyildir. Yəni vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması İddiaçı Telman Əhmədovun öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır. Şikayət bu hissədə də əsassızdır. Daha sonra şikayətdə Qəbələ Rayon Polis Şöbəsinin müstəntiqi polis mayoru Tural Hüseynov tərəfindən qəbul edilmiş 19 dekabr 2020-ci il tarixli“ cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarda X3 Qəbələ rayon Polis şöbəsində verdiyi izahatda 50000 (əlli min) manat pul aldığını, gələcəkdə maddi vəziyyəti pisləşəndə və yaxud öldükdə nəvəsi Emil üçün obyekt olduğunu etiraf etdiyini yazmaqla kifayətlənmiş və həmin pulu qaytarmağını qeyd etsə də məhkəmə qətnamədə həmin hissəyə toxunmamışdır. Kollegiya hesab edir ki, şikayət bu hissədə də əsassızdır. Sübutetmə vəzifəsinin bölgüsü baxımından öhdəliyin icra edildiyini sübut etmə vəzifəsi öhdəlik daşıyan şəxsə aiddir, odur ki, alınmış pulun qaytarıldığını sübut etmə vəzifəsi pul alan şəxsin üzərinə düşür. X16 53 000 manat pulun iddiaçıya qaytarması 19 dekabr 2020ci il tarixli "Cinayət işinin başlanmasının rədd edilməsi haqqında" qərardan, eyni zamanda iş materialları ilə təsdiq edilmir. Şikayətin digər dəlili ondan ibarətdir ki, qeyd edilən qərar üzrə toplanmış materiala nəzər yetirəndə Telman Əhmədov izahat vermədən öncə latın qrafikası ilə oxuyub yazmaqda çətinlik çəkməsini bildirdiyi müəyyən edilir. Mütəxəssisin iştirakı olmadan kompyuterdə yazılmış izahata imza etdirilmişdir. Hansı ki, şəxs latın qrafikası ilə oxuya bilmədiyi halda ona öz ifadəsi elan olunsa belə çap edilən mətn formasının həmin məzmunda olub-olmaması şübhə doğurur. Məhkəmə kollegiyası şikayətin həmin dəlili ilə də razılaşmır. Yuxarıda adı keçən qərar 19 dekabr 2020-ci il tarixdə qəbul edilmişdir. Telman Əhmədov isə 29 avqust 2021-ci il tarixdə ölmüşdür. Keçən 9 ay müddətində isə Telman Əhmədov həmin qərarı mübahisələndirməmişdir. Yəni latın qrafikası ilə yaza bilməsəydi həmin qərarı mübahisələndirmək hüququ vardır. Ancaq iş materiallarından görünür ki, Telman Əhmədov həmin qərarla razılaşaraq onu mübahisələndirməmişdir. Ona görə də kollegiya hesab edir ki, şikayət həmin hissədə də əsassızdır. Beləliklə məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almamışdır. Ona görə də cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 saylı qətnaməsi tamamilə ləğv edilməli, yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddia ərizəsi qismən təmin edilməli, 53 000 manat pul Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 alınaraq iddiaçıya ödənilməlidir. İddia ərizəsi qalan hissədə təmin edilməməlidir. Cavabdehlər qətnamənin dövlət rüsumunun tutulmasına aid hissəsini mübahisələndirmədiklərindən 606 (altı yüz altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Qəbələ Rayon Məhkəməsinin 25 aprel 2022-ci il tarixli, 2(025)-332/2022 saylı qətnaməsi tamamilə ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 53 000 manat pul alınaraq İddiaçı ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. 606 (altı yüz altı) manat dövlət rüsumu cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh4 tutularaq İddiaçı ödənilsin. Qətnamədən, iddiaçı, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(107)-882/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-882/2022
25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver