Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-882/2023 30.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dаir mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və cаvаbdеh Cavabdeh1 iştirakları ilə, İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı vurulmuş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dаir mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023cü il tarixli 2(014)-325/2023 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi ilə Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən torpaq sahəsi Cavabdeh1 tərəfindən İddiaçı satılmışdır. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(107)-2004/2021 nömrəli qətnaməsi ilə (hakimlər - Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, mübahisəli torpaq sahəsinin 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçılara qaytarılması qət edilmişdir. Hal-hazırda iddiaçının cavabdehlərə məxsus torpaq sahəsi istifadəsində olduğu zaman ərzində həmin əmlaka çəkdiyi xərclər və alqı-satqı müqaviləsi üzrə verdiyi pul tələb olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş maddi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən ona satılmış lakin sonradan hüquqmüəyyən edici sənədləri ləğv edilmiş 2 il sahibliyndə, istifadəsində və səlahiyyətində olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0.05 ha) torpaq sahəsində apardığı tikilinin məhkəmə qərarı olmadan dağıdılması nəticəsində ona dəymiş 12.595 manat məbləğində maddi ziyanın əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, hazırki işdə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ağdaş rayon Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Ağdaş Rayon Məhkəməsinə müraciət edərək, mübahisəli torpağın alqı-satqı müqaviləsinin, reyestr qeydiyyatının və onun əsasında verilmiş çıxarışın ləğvi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ağdaş Rayon Məhkəməsinin 23 iyul 2021-ci il tarixli 2(014)-1146/2021 nömrəli qətnaməsi ilə (hakim C.Sultanov) iddia rədd edilmişdir. Həmin qətnamədən Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti vermiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 01 dekabr 2021-ci il tarixli 2(107)- 2004/2021 nömrəli qətnaməsi ilə (hakimlər - Ə.Məcidov (sədrlik edən və məruzəçi), M.Əsədli və A.Məmmədov) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia təmin edilərək, mübahisəli torpaq sahəsinin 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmiş, mübahisəli torpaq sahəsinin iddiaçılara qaytarılması qət edilmişdir. O, Şəki Apellaysiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti versə də, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2141/2022 nömrəli Qərarı ilə onun kassasiya şikayəti təmin edilməmiş və Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 nömrəli iş üzrə 01 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Yuxarıda qeyd edilən məhkəmə qətnamələri ilə də müəyyən edildiyi kimi, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ləğv edilməklə 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə İddiaçı verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarış, çıxarışın verilməsinə əsas olmuş 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqı-satqı müqaviləsi etibarsız hesab edilmiş, Həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmişdir. Bununla da 2017ci ildən mülkiyyətində, sahibliyində və istifadəsində olan Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsi Cavabdeh1 və Cavabdeh2 qaytarılmışdır. O 2017-ci ildən qohumlarından olan Cavabdeh1 sözügedən torpaq sahəsinə alqı-satqı üçün 8000 (səkkiz min) pul vermiş və 2 il bundan əvvəl həmin torpaq sahəsi sahibliyində olarkən ora 20 metr uzunluğunda divar tikdirməyə başlamış, ora dəmir qapı qoydurmuşdur. Bunların hamısı Ağanın iştirakı ilə olmuşdur. Torpağı alarkən Ağa divarın çəkilməsinə köməklik edəcəyini bildirsə də, kömək etməmişdir. Divarın tikilməsi üçün 1 həftə usta işlətmiş, ustaların bazarlığı, yeməsi işməsi kimi xərcləri qarşılamışlar. Divarın tikilməsi üçün bünövrə qazdırmışlar, 800 ədəd kubik, 70 kisə sement, 1 kamaz maşını qum almışlar. Torpaq mübahisəsi olmadan niyyəti 25 metr uzunluğunda barı çəkmək idi, lakin məhkəmə mübahisələri ilə Cavabdeh1 ona etdiklərini danaraq divarın çəkilib tamamlanmasına izin verməmişdir. Ağa ilə mübahisələri müxtəlif orqanlarda davam etmişdir. Ağdaşda polis şöbəsində tədqiqatçlıların da yanında olmuş, onlar da gəlib baxmış və haqsızlıq olduğunu bildirmişdirlər, lakin mülki mübahisə olduğundan bir nəticə alınmamışdır. Ağa bununla kifayətlənməyib qoyduğu qapının kilidini dəyişdirmiş, tikdirdiyi divarını yıxmış və ona 12 595 (on iki min beş yüz doxsan beş) manat ziyan vurmuşdur. Qeyd edilənləri Cavabdeh1 əmisi X5, divarı tikən ustalar Şahid3, Şahid2, Şahid4, X4 da təsdiqləyə bilərlər. Belə ki, Şahid3 və Şahid2 8 gün işləyib 25 metr uzunuğunda divar üçün bünövrə qazıb və divar hörüblər-onlara 570 manat vermiş, Şahid4, X4 torpağın bünövrəsinin qazılması və karkas tökülməsi işinə baxmış və onlara 5 gün işlədikləri müqabilində 350 manat vermiş, 800 ədəd kubik, 70 kisə (hər kisəsi 50 kq) sement işlənib (525 manat), 1 kamaz maşını qum işlənib (150 manat), dəmir qapının hazırlanması, qapı üçün dəmir avadanlığın alınması və qapının qoyulmasına 1000 manat vermiş, həmin yerə su çəkdirmiş və bunun üçün 400 manat vermiş, usta və fəhlələrin yeməkləri üçün 300 manatlıq bazarlıq etmiş, torpağın sənədləşmə işləri üçün notariusa 500 manat xərcləmiş və torpağın satılması üçün Ağdaş Rayon Notariusunda Ağaya 5 000 manat pul, torpağın satılması zamanı isə əmisinin yanında (şahid X5) 3 000 manat pul vermişdir. Beləliklə onun torpaq alqı-satqısı zamanı mülkiyyətində olan torpağın sənədləşməsinə, divar tikilməsinə ümumilikdə 12595 manat pulun çıxıb və bu pul cavabdehlər tərəfindən ona qaytarılmalıdır. Torpaq sahəsinin sənədləşməsində uyğunsuzluqlar olması məhkəmə qətnamələri ilə təsdiq edilsə də, bunun onun günahı olmaması, torpağın ona satılması, istifadəsinə verilməsi, orada divar tikilməsi işin danılmayan həqiqətləridir və ona dəymiş ziyan cavabdehlər tərəfindən qaytarılmalıdır.
4. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətanmə çıxarılmasını xahiş etdi.
5. İddiaçı vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, mübahisə yeri özünə məxsusdur, iddiaçılar tərəfindən ona heç bir ödəniş olunmamışdır, torpaq sahəsini satmamışdır. İddiaçının iddia tələbində göstərmiş olduğu təmir və tikinti işləri onun öz vəsaiti əsasında özü tərəfindən görülmüş, özü usta olduğundan divarı və barını özü çəkmişdir. Buna görə də iddiaçının iddia tələbi əsassız və qanunsuz olduğundan rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqısatqı müqaviləsi etibarsız hesab edildiyindən, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən ödənilmiş 5000 manat pul və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsi zamanı dəymiş zərərin əvəzi olan 1758.47 manat pul Cavabdeh1 tutularaq İddiaçı verilməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir
8. Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 nömrəli qətnaməsi ilə (hakim Nizam Əliyev) iddia qismən təmin olunmuş, Cavabdeh1 5000 manat və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsinə görə dəymiş zərər kimi 1758.47 manat pulun tutularaq İddiaçı verilməsi, ödənilmiş dövlət rüsumunun 60 manatının iddiaçıya aid edilməsi, 68 manatının isə Cavabdeh1 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 157, 337, 1091, 1096 və 1097-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanılan müqavilədən məlum olur ki, "xxxx" ASC-nin Ağdaş sukanal sahəsi ilə İddiaçı İlyas qızı arasında müqavilə bağlanmışdır.
11. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 4 ünvanında yerləşən 0.05 hektar torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh2 mülkiyyətindədir.
12. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 iyul 2017-ci il traixli etibarnamənin surətindən məlum olur ki, Cavabdeh2 2 ay müddətinə Şahid1 etibarnamə verilmişdir.
13. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışdan məlum olur ki, torpaq üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyetsrində 81 nömrəli reyetr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. Yüklülük haqqında məlumata əsasən xx.xx.2017-ci il 10:56:58 tarixinə olan məlumata əsasən məhdudiyyət və yüklülük qeydiyyata alınmayıb.
14. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 ilə İddiaçı arasında müqavilə bağlanmışdır.
15. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən məlum olur ki, ünvan 4 ünvanında yerləşən 0.05 hektar torpaq sahələri xüsusi mülkiyyət hüququ əsasında İddiaçı mülkiyyətindədir.
16. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş F.Səfərov küç 35 ünvanında qeydiyyatda olan Cavabdeh1 tərəfindən Notariat kontoruna verilmiş xx.xx.2017-ci il tarixli 7E-4113 saylı ərizənin surətindən məlum olur ki, arvadı Cavabdeh2 məxsus olan Ağdaş şəhəri Karvan Yolu küç 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan torpaq sahəsinin satılmasına razılıq vermişdir.
17. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmuş, Ağdaş rayon məhkəməsinin 23 iyul 2021-ci il tarixli, 2(014)-1146/2021 nömrəli qətnaməsi ləğv edilməli, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqısatqı müqaviləsi əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində reyestrdə qeydə alınmış reyestr qeydiyyatı, torpaq sahəsinə aid torpaq sahəsinin plan və ölçüsünün və bu barədə İddiaçı verilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən seriya nömrəsi 1164497, reyestr nömrəsi **********47 olan torpağa çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilmiş, 28 iyul 2017-ci il tarixli AN-İ № ******* nömrəli Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən, ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsinin alqısatqı müqaviləsi etibarsız hesab edilmiş, həmin müqavilə əsasında ƏMDX yanında DƏDRX-nin 17 saylı Ərazi İdarəsində İddiaçı adına qeydə alınmış reyestr qeydiyyatı və həmin müqavilə əsasında İddiaçı adına verilmiş bütün sənədlər ləğv edilmiş, Ağdaş şəhəri, Karvan Yolu küçəsi, ev 28A ünvanında yerləşən ümumi sahəsi 500 kv/m olan (0,05 ha) torpaq sahəsi iddiaçılar Cavabdeh1 və Cavabdeh2 qaytarılması qərara alınmışdır.
18. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(102)-2141/2022 saylı qərarın surətindən məlum olur ki, cavabdeh İddiaçı kassasiya şikayətinn təmin edilməməsi, Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)- 2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
19. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 07-48/21 saylı mütəxəssis rəyindən məlum olur ki, ünvan 7 ünvanda yerləşəən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş Daş hasara və metal darvazanın sökülməsi zamanı dəymiş zərərin bərpa edilməsi xərci 1312.19 AZN, söküntü səbəbindən dəymiş xərc 446.27 AZN cəmi ümumi xərclər yekun olaraq 1758.47 AZN olması müəyyən edilmişdir.
20. Qətnаmədən nаrаzı qаlаn İddiaçı və Cavabdeh1 аpellyаsiyа şikаyətləri vermişlər.
Apellyasiya şikayətinin dəlilləri
21. İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Şahid3 və Şahid2 8 gün işləyib 25 metr uzunluğunda divar üçün bünövrə qazıb və divar hörüblər, onlara 570 manat vermiş, Şahid4, X4 torpağın bünövrəsinin qazılması və karkas tökülməsi işinə baxıblar və onlara 5 gün işlədikləri müqabilində 350 manat vermiş, 800 ədəd kubik, 70 kisə (hər kisəsi 50 kq) sement işlənib -525 manat, 1 kamaz maşını qum işlənib - 150 manat, dəmir qapının hazırlanması, qapı üçün dəmir avadanlığın alınması və qapının qoyulmasına 1000 manat vermiş, həmin yerə su çəkdirmiş və bunun üçün 400 manat vermiş, usta və fəhlələrin yeməkləri üçün 300 manatlıq bazarlıq etmiş, torpağın sənədləşmə işləri üçün notariusa 500 manat xərcləmiş və torpağın satılması üçün Ağdaş Rayon Notariusunda Ağaya 5000 manat pul vermiş, torpağın satılması zamanı isə əmisinin şahid X3 yanında 3000 manat pul vermişdir. Beləliklə onun torpaq alqı-satqısı zamanı mülkiyyətində olan torpağın sənədləşməsinə, divar tikilməsinə, suyun çəkilməsinə, qapının qoyulmasına ümumilikdə 12595 manat pulu çıxıb və bu pulu cavabdehlər ona qaytarmayıb. O, bununla bağlı məhkəməyə müraciət etsə də, işə baxan birinci instansiya məhkəməsi göstərdiklərini nəzərə almamış, şahid ifadələrini tam dinləməmiş, şahid ifadələrində dedikləri öz əksini tapdığı halda Cavabdeh1 5000 manat və ünvan 3 ünvanında yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş daş hasara və metal darvazanın sökülməsinə görə dəymiş zərər kimi 1758.47 manat pul olmaqla ümumilikdə 6758.47 manat pulun tutularaq ona qaytarılmasını qət etmiş, qalan hissədə iddianı qanunsuz olaraq təmin etməmişdir.
22. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 07-48/21 saylı mütəxəssis rəyindən “ünvan 7 ünvanda yerləşən həyətyanı torpaq sahəsinə gedən yolun kənarı ilə çəkilmiş Daş hasar və metal darvazanın sökülməsi zamanı dəymiş zərərin bərpa edilməsi xərcinin 1312.19 AZN, söküntü səbəbindən dəymiş xərcin 446.27 AZN cəmi ümumi xərclərin isə yekun olaraq 1758.47 AZN olması müəyyənedildiyi qeyd edilir. Bu doğru deyildir. Divar çəkilməsi və usta pulu, su çəkilməsi və usta pulu, qapı hazırlanması, qoyulması, material (kubik, qum, sement) usta pulu həmçinin həmin ustalara edilən yemək içmək üçün bazarlıq pulu ekspertizada əks etdirilməmişdir. Məhkəmə məntiqi olaraq hesab edə bilərdi ki, 20 metr divarın çəkilməsi, dəmir qapı qoyulması, su çəkilməsi, usta pulu, material pulu və ustaların yemək pulu 1758 manat edə bilməzdi. Lakin məhkəmə bunları nəzərə almadan qətnamə çıxarmışdır ki, bu da qanunsuzdur.
23. Məhkəmədən yenidən görülən işlər və tələb üzrə çəkilən xərclərlə bağlı yenidən ekspertiza keçirilməsini xahiş edir.
24. Birinci instansiya məhkəməsində işə baxılarkən məhkəməyə şahid kimi təqdim etdiyi Cavabdeh1 əmisi X3 və usta X2 şahid kimi apellyasiya instansiya məhkəməsində dindirilmələrinə, həmçinin birinci instansiya məhkəmsində şahid kimi dindirilən şəxslərin yenidən apellyasiya instansiyası məhkəməsində dindirilmələri üçün məhkəməyə çağırılmalarına göstəriş verilməsini xahiş edir.
25. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)- 325/2023 nömrəli qətnaməsinin iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddianın həmin hissədə də təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
26. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, xx.xx.2023-cü il tarixində məhkəmə prosesi saxtakarlıq üzərində qurulmuşdur. Hakim işə bir tərəfli baxmaqla ona özünü ifadə etməyə heç bir imkan veməmişdir. Ancaq qarşı tərəfə yəni İddiaçı yön öyrətməklə keçmişdir. Ona iddia olunan 12595 manatı təsdiq edən heç bir yazılı sənəd olmadığı halda ona 6758.47 manat pulun kəsilməsini elan etdi. O etiraz etsə də ki, “Heç bir sübut olmadan mənə qarşı haqsızlıq edirsiniz” ona kinayə ilə demişdir ki, “Xoşun gəlmir get Apellyasiya məhkəməsinə ver. Mən kimə nə qərar verəcəyimi özüm yaxşı bilirəm”. Məhkəmə xx.xx.2023-cü ildə keçməsinə baxmayaraq xx.xx.2023-cü ildə məhkəmənin qərarını zorla da olsa Orxan Qarayevdən alıb xx.xx.2023-cü ildən şifahi işlə tanış olmaq istədiyini bildirmişdir. xx.xx.2023-cü ildə rəsmi qaydada ərizə formasında xahiş etmişdir. Dəfələrlə Ağdaş rayon Məhkəməsində olmağına baxmayaraq, hakim mülki iş protokolları ilə onu tanış etməmiş və qeyd yazmağa şərait yaratmamışdır. Bundan başqa qətnamənin tam mətnini ona təqdim etməmişdir.
27. Ona görə də, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)- 325/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və işə birinci instansiya məhkəməsində baxılması zamanı prossessual normaların kobud pozulmasına yol vermiş Ağdaş rayon məhkəməsinin hakimi Nizam Əliyev barəsində xüsusi qərardad çıxarılmasını və hakim barəsində çıxarılmış xüsusi qərardadı intizam icraatının başlanması üçün Apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən məhkəmə hüquq şurasına göndərilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
29. Məhkəmə kollegiyasının iclasında İddiaçı özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə kollegiyasının iclasında cаvаbdеh Cavabdeh1 özünün verdiyi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
31. Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 nömrəli qətnaməsindən hər iki tərəf apellyasiya şikayəti verdiyindən, iddiaçı iddianın təmin edilməmiş hissəsini mübahisələndirərək həmin hissədə qətnamənin ləğv edilməsini xahiş etdiyindən, cavabdeh isə ümumilikdə qətnamənin ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən iddianın təmin edilmiş və edilməmiş hissələrində hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
37. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hazırki iş üzrə iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.7, 337.5, 1091 və 1097-ci maddələri təşkil edir. Bu qətnamənin 32-ci bəndindən göründüyü kimi, Mülki Məcəllənin 157.5-ci maddəsinin tələbinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. İddiaçı əmlak onun istifadəsində olduğu müddətdə mübahisəli həyətdə divar inşa etmiş və qapı qoymuş, beləliklə yaxşılaşdırmalar etmişdir. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin hasar və qapı hazırki iş üzrə cavabdehlər tərəfindən sökülməklə iddiaçıya zərər vurulmuşdur. 337.5-ci maddəsinin tələbinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 1091.2-ci maddəsinin tələbinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Bu qətnamənin 1-ci bəndində göstərilənlər işin mübahisələndirilməyən hallarıdır. Həmin bənddən göründüyü kimi, mübahisəli torpaq sahəsi iddiaçıya satılmış, daha sonra həmin müqavilə məhkəmə qətnaməsi ilə etibarsız hesab edilmişdir. Əqd etibarsız hesab edildikdən sonra torpaq sahəsi əvvəlki sahibinə qaytarılmış, lakin əqd əsasında verilmiş pul iddiaçıya qaytarılmamışdır. Şəki Apelyasiya Məhkəməsi Mülki kollegiyasının hal-hazırda qüvvədə olan 2(107)- 2004/2021 saylı iş üzrə xx.xx.2021-ci il tarixli qətnaməsinin əsaslandırıcı hissəsində həmin iş üzrə cavabdeh İddiaçı etibarsız əqd nəticəsində həmin iş üzrə iddiaçılar cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 hər hansı məbləğdə pul ödəməsinin təsdiq edilmədiyi göstərilmişdir. Kollegiya bununla bağlı qeyd edir ki, hazırki iş üzrə müəyyən edilmişdir ki, İddiaçı əri Şahid1 mübahisəli alqı-satqı müqaviləsi üzrə Cavabdeh2 təmsil etdiyindən həmin 5000 manat pul da Şahid1 vasitəsilə Cavabdeh1 verilmişdir. Həmin müqavilə üzrə isə Cavabdeh1 tərəf olmamışdır. Ona görə də, sonuncu bu cür varlanmaya haqq qazandıran qanuni əsas olmadan həmin pulu özündə saxlamaqla, nəticə etibarilə, əsasız varlanmışdır. İddiaçı hazırki tələbində Cavabdeh1 5000 manatdan başqa, 3000 manat da pul verdiyini göstərsə də, bu hal işin halları ilə təsdiq edilməmişdir. Beləliklə, iddiaçı tələbində qismən haqlı olmuşdur.
38. Cavabdehin apellyasiya şikayəti ilə bağlı kollegiya qeyd edir ki, cavabdeh şikayətində işin mahiyyəti ilə bağlı heç bir arqument gətirməmiş, hakimin məhkəmə iclasındakı davranışları ilə bağlı mülahizələr qeyd etməklə kifayətlənmişdir ki, nə həmin mülahizələrdə, nə də iş materiallarında hazırki işin nəticəsinə təsir göstərəcək heç bir prosessual pozuntu aşkar edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 387.1-ci maddəsinə görə prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Bu qətnamənin 37-ci bəndində göstərilən səbəblərdən məhkəmə iddianı qismən də olsa təmin etməkdə haqlı olduğundan hazırki işdə Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 387.1-ci maddəsində göstərilən hal aşkar edilmir.
39. İddiaçının apellyasiya şikayəti ilə bağlı kollegiya qeyd edir ki, iddiaçı iddiasının təmin edilməmiş hissəsində qətnaməni mübahisələndirir. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən məhkəməyə bu qətnamənin 19-ci bəndində göstəilmiş "xxxx" MMC-nin İddiaçı ünvanmış xx.xx.2021-ci il tarixli 07-48/21 saylı mütəxəssis rəyi təqdim edilmiş və həmin rəy məhkəmə tərəfindən sübut kimi qəbul edilmişdir. İddiaçı şikayətində özünün verdiyi həmin rəyi mübahisələndirmiş və “divar çəkilməsi və usta pulu, su çəkilməsi və usta pulu, qapı hazırlanması, qoyulması, material (kubik, qum, sement) usta pulu həmçinin həmin ustalara edilən yemək içmək üçün bazarlıq pulu”nun ekspertiza rəyində əks etdirilmədiyini iddia etmişdir. Məhkəmə kollegiya mübahisəli mütəxəssis rəyini nəzərdən keçirərək qeyd edir ki, rəyin tədqiqat prosesinin təsviri hissəsində əks olunmuş cədvəldə 20 mm qalınlıqda hasarın sökülməsinə, həmçinin bərpasına istifadə olunacaq mişar daşı, sement və qumun qiymətləri, darvazanın quraşdırılmasına və bunun üçün ehtiyac duyulacaq sement və qum-çınqıla xərclənəcək pullar, həmçinin, mühəndis xərcləri (yəni usta pulu) aydın şəkildə göstərilmişdir. İddiaçı ustaların yemək içmək pulunun nəzərə alınmadığını qeyd edir ki, mübahisəli ekspert rəyində yuxarıda göstərilən xərclərdən başqa nəqliyyat xərcləri və nəzərdə tutulmayan xərclər də hesablanmışdır. Göründüyü kimi, mütəxəssis rəyində göstərilənlərin şübhə ilə qarşılanması üçün heç bir əsas mövcud deyildir. İddiaçı şikayətində çəkdiyi xərcləri sadalasa da, həmin qiymətləri təsdiq edəcək heç bir sübut təqdim etməmişdir.
40. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
41. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilməmiş, cavabdehin apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmasın. Ağdaş Rayon Məhkəməsinin 18 aprel 2023-cü il tarixli 2(014)-325/2023 nömrəli qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilməmiş, cavabdehin apellyasiya şikayətinə münasibətdə iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.