Məhkəmə qərarları › İş №2(107)-884/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-884/2024

01.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-884/2024 01.08.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması, dəbbə pulu, ekspertiza məsələləri) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı xxxxnın nümayəndəsi X2 iştirakı ilə, İddiaçı xxxxnın Cavabdeh qarşı xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə qalıq borc məbləğinin borc alandan tutulması tələbinə dair mülki iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(037)-68/2024 saylı qətnaməsindən iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı xxxx iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları təşkil edən cərimə borcu, cəmi 5799.88 ABŞ dolları məbləğində pul vəsaiti, dövlət rüsumunun ödənilməsi üzrə 118.61 manat məbləğində çəkilmiş xərclər və 0.40 manat məbləğində xidmət haqqının əvəzinin Cavabdeh iddiaçı ASC “Xalq” Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xxxx iddiasını onunla əsaslandırmışdır ki, ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə,kreditdən istifadəyə görə illik 18% ödənilməsi şərtilə, 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC “Xalq” Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi dalan 2-də yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı, 230.5 kv.m ümumi,119 kv.m yaşayış,111.5 kv.m yardımçı sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********28615/ip nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi ilə Bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş, Cavabdeh ASC “Xalq” Bankının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi – 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin tutulması, 29.229 ABŞ dolları 40 sent məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manatın,sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, İsmayıllı şəhəri, H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 101850.00 manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Əsədullah Məmmədov, Cavabdeh, Rahib Məmmədov, Gülşən Məmmədova, Vüsalə Məmmədova, Esmira Məmmədova, Behbud Məmmədov, Ləman Məmmədova, Tutu Məmmədova, Sənan Məmmədli, Onur Məmmədli, Yusif Məmmədli, Rüfət Məmmədov, Vüsal Məmmədov və Vüsalə Nadirovanın fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin 06 may 2015-ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Bank və Əsədullah Məmmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli, 2(107)-12/2020 nömrəli qətnaməsi ilə Əsədullah Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, 06 may 2015-ci il tarixli, **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62.000 manat məbləğində müəyyən edilməsi,qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin xidmət haqqı kimi 200 manatın Əsədullah Məmmədovdan alınaraq Azərbаycаn Respublikаsı Respublika Xammal və Əmtəə Birjası «Tərəqqi» MMC-yə verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(102)-1164/2021 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-12/2020 nömrəli iş üzrə 1 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış etmiş fərdi yaşayış evi üzərində ipotekaya xitam verilmişdir. Sözügedən qətnamə ilə qət edilmiş məbləğdən başqa Cavabdeh hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən (iddia tələbi həcminin artırılması barədə ərizə nəzərə alınmaqla), yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş 748,14 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə Cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək bu məbləğ 623,95 ABŞ dolları təşkil edir. Yuxarıda göstərilənlərdən başqa qeyd etmək istəyir ki, kredit müqaviləsi üzrə əsas borc həmin müqavilə ilə nəzərdə tutulmuş kreditin qaytarılma müddəti bitdikdən uzun müddət sonra qaytarıldığından Bank həmin müddətdə ona qaytarılmalı olan pul vəsaitindən istifadə edə bilməmiş və bunun nəticəsində əldən çıxmış fayda qismində zərərə uğramışdır. ASC “Xalq” Bank ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən həmin müqavilə tərəflərin öz üzərinə götürdükləri öhdəliklərin tam icra edilməsi anına qədər qüvvəsini saxlayır və bu şərt Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsində ifadə olunmuş normaya tam uyğundur. Bu normanın hüquqi mahiyyəti bir daha “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında öz təsdiqini tapmışdır. Həmin qərarda Konstitusiya məhkəməsi qeyd edir ki: “Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir”. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Konstitusiya məhkəməsinin həmin qərarın nəticə hissəsində ifadə etdiyi hüquqi mövqeyinə görə kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Konstitusiya məhkəməsi yuxarıda qeyd edimiş əsaslardan çıxış edərək daha sonra həmin qərarda növbəti hüquqi mövqeyini ifadə edərək, göstərir ki, “kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.” Bundan əlavə, müvafiq qərarda qeyd olunur ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.” Qeyd olunana əsasən, Bank məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən əsas borcun tam şəkildə qaytarıldığı tarixə kimi faizlər formasında əldən çıxmış faydanın hesablanmasında yuxarıda göstərilmiş faiz dərəcəsini (illik 5%) əldə rəhbər tutmağı əsaslı hesab edir. Müvafiq hesablanma aparıldıqdan sonra qətnamənin qəbul edildiyi tarixdən (xx.xx.2018-ci il) iddia ərizəsinin əsas borcun tam şəkildə qaytarıldığı tarixədək (xx.xx.2023-cü il) olan dövr üçün müvafiq məbləğ 4427,79 ABŞ dolları təşkil edir. Cavabdeh xx.xx.2022-ci il tarixli ərizə ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə iddia müddətinin xx.xx.2022-ci il tarixdə başa çatdığını nəzərə alaraq iş üzrə iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hesab edir ki, Cavabdeh qeyd edilən ərizəsi əsassızdır. Belə ki, AR Mülki Məcəlləsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2). Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1). Göründüyü kimi qanunvericilik iddia müddətinin axımının kəsilməsi halı üçün iki şərt müəyyənləşdirmişdir. 1-ci şərtmüəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi; 2-ci şərt- borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. ASC “Xalq” Bankı Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə “xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə xx.xx.2017-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2017-cı il tarixdə kəsilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırki iş üzrə isə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə yenidən başlamışdır. Belə ki, Mülki iş üzrə Ali Məhkəmənin yekun məhkəmə qərarı həmin tarixdə qəbul edilmişdir. Bundan başqa onuda bildirmək istəyir ki, Cavabdeh “iddia müddətinin tətbiqi barədə ərizəsi”ndə də qeyd edildiyi kimi (1-ci səh. sonuncu abzas) borc alan tərəfindən “2018-2023-cü illərdə kredit müqaviləsi üzrə “külli miqdarda” pul ödənilmişdir”. Bu da iddia müddətinin axımının kəsilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş 2-ci şərtin də tam şəkildə ödənilməsini sübut edir. Belə ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş borc arayışında da borc alan tərəfindən həmin tarixlərdə edilmiş ödənişlər öz əksini tapmışdır. Borc alan tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödənişn tarixi isə xx.xx.2023-cü il tarixidir ki, həmin tarixdə borc alan tərəfindən 2130 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Yuxarıda qeyd edilən maddi normaların tələblərindən çıxış edərək bildirir ki, kredit müqaviləsi üzrə iddia müddənin axımı sonuncu dəfə kredit müqaviləsi üzrə ödənişin edildiyi tarixdə (xx.xx.2023) kəsilmiş və həmin tarixdən sonra yenidən başlamışdır. Hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edildiyindən, hesab edir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 (üç) illik iddia müddəti ötürülməmişdir. Cavabdeh xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə ASC “Xalq” Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2018ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları məbləğində cərimə borcu yaranmışdır. Ona görə də cavabdehdən iddiaçının xeyrinə xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi,xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları təşkil edən cərimə borcu, cəmi 5799.88 ABŞ dolları məbləğində pul vəsaiti, dövlət rüsumunun ödənilməsi üzrə 118.61 manat məbləğində çəkilmiş xərclər və 0.40 manat məbləğində xidmət haqqı məbləğinin tutulmasını tələb edir və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(037)-68/2024 saylı qətnаməsi ilə (hakim İ.Hüseynov) iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh iddiaçı xxxxnın xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 3355.65 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin, 77.04 manat dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərinin və 0.40 manat xidmət haqqı məbləğinin tutulması, ödənilmiş dövlət rüsumunun məbləğinin qalan hissəsinin iddiaçı ASC “Xalq” Bankının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı xxxxndan və Cavabdeh müştərək qaydada 7 mart 2024-cü il tarixli №3-16-16/2-9/85/2024 nömrəli ekspert rəyinə əsasən 50 manat (əlli) manat ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu- 142595,büdcə səviyyəsinin kodu-3,SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab - AZ 41NAB Z********************, SWİFT BİK CTREAZ22,Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN- **********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı bankla cavabdeh arasında xx.xx.2015-ci il tarixdə **********28615 nömrəli kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 24000 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə 48 ay ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ipoteka predmeti olan İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi dalan 2-də yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2015-ci il tarixli, **********28615/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İddaçı bankın iddiası üzrə əsas məbləğ üzrə borc, faiz məbləği üzrə borc və dəbbə pulu iddia tələbinə uyğun olaraq qismən təmin edilmiş və həmin tələbin ipoteka predmetinə yönəlməsinə dair qətnamə çıxarılmışdır. Qətnamədən iddiaçı bank və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı bank tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)05/2018 nömrəli qətnaməsi dəyişdirilmişdir. Cavabdeh Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli 2(102)-1164/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)- 12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış etmiş fərdi yaşayış evi üzərində ipotekaya xitam verilmişdir. Birinci instansiya məhkəməsi qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsinin iclasında müəyyən edilmişdir ki, iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya 48 ay müddətinə, kreditdən istifadəyə görə illik 18 % ödənilməsi şərtilə, 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə Cavabdeh öhdəliklərinin lazımi qaydada yerinə yetirilməsini təmin etmək məqsədilə ASC “Xalq” Bankı ilə Cavabdeh arasında sonuncuya məxsus İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi dalan 2-də yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı, 230.5 kv.m ümumi,119 kv.m yaşayış,111.5 kv.m yardımçı sahədən ibarət 11 nömrəli fərdi yaşayış evinin ipoteka qoyulması barədə xx.xx.2015-ci il tarixli **********28615/ip nömrəli sonrakı ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə Bank “xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi və satışdan sonra ipoteka predmeti olan fərdi yaşayış evindən çıxarma haqqında” iddia tələbi ilə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsi ilə Bankın iddiası kredit borcunun tutulmasına dair hissəsi qismən təmin edilmiş,Cavabdeh ASC “Xalq” Bankının xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 21091,24 ABŞ dolları əsas borc, 8038,16 ABŞ dolları faiz borcu, 100.00 ABŞ dolları penya olmaqla cəmi – 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin tutulması, 29.229 ABŞ dolları 40 sent məbləğinin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manatın, sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, İsmayıllı şəhəri, H.B.ünvan 1 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Cavabdeh məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsinin və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin açıq hərracda satılması, ipoteka ilə yüklü edilmiş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 4 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiymətinin 101850.00 manat müəyyən olunması, ipoteka predmetinin satışından əldə olunan vəsait həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla 29.229 ABŞ dolları 40 sent məbləğinin, məhkəməyə müraciət etmək üçün ödənilmiş 30,00 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 30,00 manat və sənədlərin notariat qaydasında təsdiq edilməsinə görə ödənilmiş 17 manat məbləğinin ödənilməsinə yönəldilməsi, ipoteka ilə yüklü edilmiş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 3 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi, 119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evi açıq hərracda satıldıqdan sonra Əsədullah Məmmədov, Cavabdeh, Rahib Məmmədov, Gülşən Məmmədova, Vüsalə Məmmədova, Esmira Məmmədova, Behbud Məmmədov, Ləman Məmmədova, Tutu Məmmədova, Sənan Məmmədli, Onur Məmmədli, Yusif Məmmədli, Rüfət Məmmədov, Vüsal Məmmədov və Vüsalə Nadirovanın fərdi yaşayış evini bir ay ərzində tərk etmədikləri halda həmin şəxslərin fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin 06 may 2015ci il tarixli **********18615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən başlayaraq iddiaçının tələblərinin ipoteka predmeti hesabına faktiki təmin edilməsi tarixinədək əsas borc məbləğinə illik 18% dərəcəsi ilə hesablanan faizlər formasında əldən çıxmış faydanın əvəzinin və illik 15% dərəcəsi ilə hesablanan penyanın ipoteka predmeti hesabına iddiaçının xeyrinə tutulmasına dair hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı Bank və Əsədullah Məmmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 iyul 2020-ci il tarixli, 2(107)-12/20 nömrəli qətnaməsi ilə Əsədullah Məmmədov tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, ASC “Xalq” Bankı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 nömrəli qətnaməsinin dəyişdirilməsi, 06 may 2015-ci il tarixli, **********8615/ip nömrəli ipоtekа müqаviləsinə uyğun оlаrаq ipоtekа qоyulmuş, Əsədullah Məmmədova məxsus olan, İsmayıllı şəhəri H.B.ünvan 2 ünvanında yerləşən 0,06 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərindəki 1 mərtəbəli, 6 otaqlı 230.5 kv.m ümumi,119 kv.m yaşayış və 111.5 kv.m yardımçı sahədən ibarət fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti 62.000 manat məbləğində müəyyən edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, qiymətləndirmənin xidmət haqqı kimi 200 manatın Əsədullah Məmmədovdan alınaraq Azərbаycаn Respublikаsı Respublika Xammal və Əmtəə Birjası «Tərəqqi» MMC-yə verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən Cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli,2(102)-1164/2021 nömrəli qərarı ilə, kassasiya şikayəti təmin edilməmiş,Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-12/2020 nömrəli iş üzrə 1 iyul 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh 1 oktyabr 2021-ci il tarixdə qətnamə üzrə banka olan borcunu tam ödəyərək ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evini yüklülükdən azad etmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. 01 oktyabr 2021-ci il tarixdə qətnamə üzrə banka olan borcun tam ödənilməsinə baxmayaraq, xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borc, xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 4427.79 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzi, xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları təşkil edən cərimənin ödənilmədiyini göstərən iddiaçı bank həmin məbləğlərin də cavabdehdən bankın xeyrinə tutulmasını xahiş etmişdir. Mülki iş materiallarında olan iddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsindən görünür ki, bank cavabdehə 48 ay müddətinə illik faiz dərəcəsi 18 faiz olmaqla 24000 ABŞ dolları məbləğində kredit verilmişdir. Birinci instansiya məhkəməsi bankın kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış 748.14 ABŞ dolları məbləğində adi faizlər üzrə borcunu tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış və ödənilməmiş 748.14 ABŞ dolları məbləğində adi faizlər üzrə borc məbləğinin Cavabdeh tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbinin həmin hissəsi əsassızdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcun qaytarılmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Birinci instansiya məhkəməsi bankın iddia tələbi ilə məhkəməyə müraciət etdiyi xx.xx.2018-ci il tarixindən məhkəmə qətnaməsinin çıxarıldığı xx.xx.2018-ci il tarixinədək hesablanmış 623.95 ABŞ dolları məbləğində cəriməni tələb etməkdə haqlı olmasına dair dəlilini əsaslı hesab etmir və iddianın xx.xx.2018-ci il tarixindən xx.xx.2018-ci il tarixinədək kredit üzrə ödənilməsi gecikdirilmiş məbləğə illik 18% dərəcəsi ilə hesablanmış 623.95 ABŞ dolları məbləğində cərimənin tutulması hissəsinə də münasibət bildirərək qeyd edir ki, iddia tələbi həmin hissədə də əsaslı deyildir. Belə ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsinin müddəti 06 may 2019cu il tarixdə bitmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2018ci il tarixindən məhkəmə qətnaməsinin çıxarıldığı xx.xx.2018-ci il tarixinədək hesablanmış 623.95 ABŞ dolları məbləği təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 100 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər,əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, Bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş materiallarından müəyyən edildiyi kimi İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 saylı qətnaməsində tutulması qət edilmiş xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni 22 iyun 2023-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Bu baxımdan iddia tələbinin xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixinə qədər illik 5% dərəcəsi ilə hesablanmış zərər (əldən çıxmış fayda) hissəsində iddia tələbi ilə qismən razılaşan məhkəmə qeyd edir ki, iddiaçı kredit müqaviləsinin müddəti bitəndən sonrakı dövr üçün əldən çıxmış faydanın tutulması barədə tələbini əsaslandıran halları, yəni məhz cavabdeh tərəfindən vaxtında qaytarılmamış kredit vəsaitindən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyan vurulduğunu təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan iddiaçı həmin dövr üçün də cavabdehdən məhz illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləği tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mülki işin obyektiv,hərtərəfli və tam araşdırılması məqsədilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və rəyin verilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsinə dair xx.xx.2023-cü il tarixli qərardadın icrası üzrə verilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-9/85/2024 nömrəli ekspert rəyində göstərilmişdir ki, xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək ödənilməmiş əsas kredit borcu məbləğinə illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğ 3355.65 ABŞ dolları təşkil edir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-9/85/2024 nömrəli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir,bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da,məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir və iddiaçı tərəfindən ekspertiza rəyində qeyd edilənləri təkzib edə biləcək digər bir dəlil təqdim etməmişdir. Belə olan halda məhkəmə qeyd edir ki, cavabdehin iddiaçı bank qarşısında xx.xx.2019-cu il tarixindən (kredit müqaviləsinin müddətinin bitdiyi tarix) xx.xx.2023-cü il tarixədək banka ödəməli olduğu illik 5 faiz dərəcəsi ilə hesablanmış məbləğin müəyyən edilməsində Məhkəmə Ekspertizası Mərkəzinin 07 mart 2024-cü il tarixli 3-16-16/2-9/85/2024 nömrəli ekspert rəyində göstərilən illik 5 faiz dərəcəsi ilə müəyyən olunmuş 3355.65 ABŞ dolları məbləğ əsas götürülməlidir. Qeyd olunan əsaslara görə birinci instansiya məhkəməsi qərara gəlmişdir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh iddiaçı xxxxnın xeyrinə həll olunma gününə tətbiq olunan dərəcədə Yeni Azərbaycan manatı məzənnəsi ilə hesablanmaqla xx.xx.2015-ci il tarixli **********28615 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixindən xx.xx.2023cü il tarixə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5% dərəcəsi ilə hesablanmış 3355.65 ABŞ dolları məbləğində əldən çıxmış faydanın əvəzinin tutulmasına dair hissədə təmin edilməlidir. Eyni zamanda aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul tərəflərdən müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab–büdcə təsnifatının kodu - 142595, büdcə səviyyəsinin kodu - 3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi,kod-210005,VÖEN-**********,müxbir hesabAZ41NABZ********************,SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CTRE********************) ödənilməlidir. Birinci instansiya məhkəməsi Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir (maddə 373.2).Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə,habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir (maddə 380.1). Göründüyü kimi qanunvericilik iddia müddətinin axımının kəsilməsi halı üçün iki şərt müəyyənləşdirmişdir.1-ci şərtmüəyyənləşdirilmiş qaydada iddianın irəli sürülməsi; 2-ci şərt- borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etməsi. ASC “Xalq” Bankı Cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə “xx.xx.2015-ci il tarixli,**********28615 nömrəli kredit müqaviləsi üzrə kreditorun tələblərinin təmin edilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında” iddia tələbi ilə xx.xx.2017-ci il tarixdə İsmayıllı Rayon Məhkəməsinə müraciət etmişdir. Belə olan halda iddia müddətinin axımı xx.xx.2017-cı il tarixdə kəsilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380.2-ci maddəsinə əsasən, fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Hazırki iş üzrə isə iddia müddətinin axımı xx.xx.2021-ci il tarixdə yenidən başlamışdır. Belə ki, Mülki iş üzrə Ali Məhkəmənin yekun məhkəmə qərarı həmin tarixdə qəbul edilmişdir. Cavabdeh “iddia müddətinin tətbiqi barədə ərizəsi”ndə də qeyd edildiyi kimi (1-ci səh.sonuncu abzas) borc alan tərəfindən “2018-2023-cü illərdə kredit müqaviləsi üzrə “külli miqdarda” pul ödənilmişdir”. Bu da iddia müddətinin axımının kəsilməsi üçün qanunvericilikdə müəyyənləşdirilmiş 2-ci şərtin də tam şəkildə ödənilməsini sübut edir. Belə ki, bank tərəfindən məhkəməyə təqdim edilmiş borc arayışında da borc alan tərəfindən həmin tarixlərdə edilmiş ödənişlər öz əksini tapmışdır. Borc alan tərəfindən kredit müqaviləsi üzrə sonuncu ödənişn tarixi isə xx.xx.2023-cü il tarixidir ki, həmin tarixdə borc alan tərəfindən 2130 ABŞ dolları məbləğində ödəniş həyata keçirilmişdir. Kredit müqaviləsi üzrə iddia müddənin axımı sonuncu dəfə kredit müqaviləsi üzrə ödənişin edildiyi tarixdə (xx.xx.2023) kəsilmiş və həmin tarixdən sonra yenidən başlamışdır. Hazırkı iddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü il tarixdə təqdim edildiyindən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş 118.61 manat dövlət rüsumu məbləğinin 77.04 manatı və çəkilmiş xərcə görə 0.40 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalı,ödənilmiş dövlət rüsumunun qalan 41.57 manatı isə iddiaçının özünə aid edilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddia tələbi üzrə borc məbləği xarici valyuta ilə göstərildiyindən qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 21.2, 385.1, 386.1, 421.2, 421.3, 442, 443, 445.2.1, 445.7, 448.1, 448.2, 449.1, 462.1, 439.1, 739.1, 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.1, 217.2, 217.3, 217.4, 218.1, 372.1, 372.6, 372.7, 402.1-cu maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin qətnamənin ləğv edilməsini və Bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)- 05/2018 saylı qətnaməsi ilə qət edilmiş məbləğdən başqa cavabdehin hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş 748,74 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Bundan əlavə cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək bu məbləğ 623,95 ABŞ dolları təşkil etmişdir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərkən işi tam və hərtərəfli araşdırmamışdır. Belə ki, iş barəsində ekspertiza təyin edilərkən ekspert qarşısında cərimə ilə bağlı sual qoyulmadığından cərimənin hesablanmasına ekspert tərəfindən münasibət bildirilməmişdir. Bundan əlavə, ekspertiza qarşısında qoyulan suallar xx.xx.2018-xx.xx.2018 (faiz) və xx.xx.2019-xx.xx.2023 tarixləri (əldən çıxmış fayda) aralıqlarında hesablanmış faiz və əldən çıxmış fayda məbləğlərinə aiddir. Məhkəmə qərar qəbul edərkən əsas borc məbləğinə illik 5%-lə hesablanmış əldən çıxmış faydaya münasibətdə ən azından məhkəmə qətnaməsinin qəbul edildiyi tarixdən, yəni xx.xx.2018-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək olan müddəti nəzərə almalı idi. Ekspert qarşısında sual qoyulmadığına görə də xx.xx.2018-xx.xx.2023-cü il tarixləri arasında hesablanmalı əldən çıxmış faydaya dair münasibət bildirilməmişdir. Halbuki iddiaçı ASC “Xalq” bankının iş üzrə məhkəmədə iddia qaldırarkən sübut kimi məhkəməyə təqdim etdiyi maliyyə arayışı məhz həmin dövrü əhatə edir. Ona görə də İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(037)-68/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 59.30 (əlli doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı xxxxnın nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsini, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(037)-68/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 59.30 (əlli doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh məhkəmə kollegiyası iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7 ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən cərimə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, cərimə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Cərimə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Hüququn tətbiqinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarı: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında qeyd edilir ki, Mülki Məcəllənin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsinə görə, bank və ya başqa kredit təşkilatı əqdlə nəzərdə tutulmuş həcmdə və şərtlərdə pulun (kreditin) borcluya verilməsi öhdəliyini, borclu isə bu məbləğin qaytarılması və faizlərin ödənilməsi öhdəliyini öz üzərinə götürür. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Lakin kredit müqaviləsində müəyyən edilmiş qaydada və müddətdə borc alan vicdanlılıq prinsipinə sadiq qalaraq kredit öhdəliyini ardıcıl olaraq icra etmədikdə, kreditor davamlı müddət gözləmədən məhkəməyə müraciət etmək hüququndan istifadə etməyə çalışmalıdır. Həmçinin qeyd edilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apelyator apellyasiya şikayəti təmin olunmasını, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(037)-68/2024 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin olunmasına dair yeni qətnamənin qəbul edilməsini, apellyasiya şikayətinin verilməsinə görə 59.30 (əlli doqquz manat 30 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclər cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(037)-68/2024 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İlk olaraq məhkəmə kollegiyası qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(107)-884/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borca aid hissəsi ləğv edilmiş, həmin hissə üzrə iddia ərizəsi baxılmamış saxlanmışdır. Məhkəmə kollegiyası mübahisə ilə bağlı işin faktiki hallarını araşdıraraq belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən iddia tələbinin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hesablanmalı 623,95 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasına aid hissəsində düzgün hüquqi nəticəyə gəlmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə apellyasiya şikayətinə münasibətdə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən həmin hissəsində təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(037)-68/2024 saylı qətnaməsi mübahisələndirilən iddia tələbinin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hesablanmalı 623,95 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasının rədd edilməsinə aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh arasında xx.xx.2015-ci il tarixdə **********28615 nömrəli kredit müqaviləsi adlanan borc müqaviləsi bağlanmış, iddiaçı 24000 ABŞ dolları məbləğində pulu cavabdehə verməyi, cavabdeh isə 48 ay ərzində kredit məbləğini əsas borc və faizləri ilə birlikdə banka ödəməyi öhdəsinə götürmüşdür. Öhdəliyinin icrasının təminatı kimi iddiaçı ilə cavabdeh arasında sonuncuya məxsus ipoteka predmeti olan İsmayıllı şəhəri, H.B.Zərdabi küçəsi dalan 2-də yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin ipoteka ilə yüklü edilməsinə dair xx.xx.2015-ci il tarixli, **********28615/ip nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh öhdəliyini lazımi qaydada yerinə yetirmədiyi üçün iddiaçı bank məhkəməyə müraciət etmişdir. İddaçı bankın iddiası üzrə əsas məbləğ üzrə borc, faiz məbləği üzrə borc və dəbbə pulu iddia tələbinə uyğun olaraq qismən təmin edilmiş və həmin tələbin ipoteka predmetinə yönəlməsinə dair qətnamə çıxarılmışdır. Qətnamədən iddiaçı bank və Cavabdeh tərəfindən apellyasiya şikayətləri verilmiş, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı bank tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(037)05/2018 nömrəli qətnaməsi dəyişdirilmişdir. Cavabdeh Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2021-ci il tarixli 2(102)-1164/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilməyərək, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)12/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qətnamə qanuni qüvvəyə mindikdən sonra Cavabdeh tərəfindən həyata keçirilən ödənişlər hesabına qətnamə üzrə borc məbləği tam şəkildə ödənilmiş və bununla əlaqədar olaraq, sonrakı ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış etmiş fərdi yaşayış evi üzərində ipotekaya xitam verilmişdir. Məhkəmə qətnaməsi üzrə iddiaçının tələbi cavabdeh tərəfindən tam şəkildə ödənilmişdir. Şikayətin ilk dəlili ondan ibarətdir ki, qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin qətnamənin ləğv edilməsini və Bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 saylı qətnaməsi ilə qət edilmiş məbləğdən başqa cavabdehin hazırda Banka ilkin iddia tələbləri üzrə məhkəməyə müraciət edilən tarixdən, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək (qətnamənin qəbul olunduğu tarix) hesablanmış və ödənilməmiş 748,74 ABŞ dolları məbləğində adi faizlər üzrə borcu qalmışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin bu əsala ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Ona görə də şikayət təmin edilə bilməz. Kollegiya qeyd edir ki, Şəki Apellyasiya Məhkəməsinin 1 avqust 2024-cü il tarixli, 2(107)-884/2024 saylı qərardadı ilə iddia tələbinin Cavabdeh xx.xx.2015-ci il tarixli, **********28615 nömrəli kredit müqaviləsi üzrə iddiaçı ASC “Xalq” Bankı qarşısında 748.14 ABŞ dolları məbləğində kreditdən istifadəyə görə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək illik 18% dərəcəsi ilə hesablanmış adi faizlər üzrə borca aid hissəsi ləğv edilmiş, həmin hissə üzrə iddia ərizəsi baxılmamış saxlanılmışıdır. Ona görədə kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Şikayətin ikinci dəlili ondan ibarətdir ki, cavabdeh kredit üzrə əsas borcun ödənilməsini gecikdirdiyinə görə Banka kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə penya ödəməlidir ki, xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək bu məbləğ 623,95 ABŞ dolları təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlara qiymət verərkən işi tam və hərtərəfli araşdırmamışdır. Ekspertiza təyin edilərkən ekspert qarşısında cərimə ilə bağlı sual qoyulmadığından cərimənin hesablanmasına ekspert tərəfindən münasibət bildirilməmişdir. Kollegiya hesab edir ki, şikayətin bu dəlili əsassızdır. Birinci instansiya məhkəməsi tələbin həmin hissəsi ilə bağlı haqlı olaraq qeyd etmişdir ki, dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən kreditora ödənilməli olan pul məbləğidir ki, bəlli olduğu kimi müqavilənin qüvvədə olduğu müddətdə dəbbə pulu hesablana bilər. Müəyyən edildiyi kimi, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli, **********28615 saylı kredit müqaviləsinin müddəti 6 may 2019-cu il tarixdə bitmişdir. İddiaçı məhkəməyə müraciət etdiyi xx.xx.2018-ci il tarixindən məhkəmə qətnaməsinin çıxarıldığı xx.xx.2018-ci il tarixinədək hesablanmış 623.95 ABŞ dolları məbləği təşkil edən cərimə faizlərini tələb edir ki, bunda da haqlı deyildir. Belə ki, yuxarıda şərh olundu kimi, dəbbə pulu müqavilə müddətində hesablanmalı olan pul məbləğidir və müqavilə müddəti artıq bitmişdir. Bundan başqa iddiaçı müqavilə müddətinə hesabladığı dəbbə pulunu tələb etmiş və İsmayıllı Rayon Məhkəməsinin qətnaməsi ilə 100 ABŞ dolları cərimə borcunun cavabdehdən tutulmasını qət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müqavilə müddəti bitdikdən sonra müqaviləyə əsasən cavabdehdən cərimə tələb etmək hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər bu Məcəllədə və ya müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. İddiaçı ASC “Xalq” Bankı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsinin 5.2-ci bəndində göstərilmişdir ki, Bu Müqaviləyə borc alan tərəfindən əsas borc, faizlər və digər pul tələbləri üzrə öhdəliklərin banka tam icra olunduğu tarixdən xitam verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. Həmin Qərarda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunu həmçinin bu nəticəyə gəlmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə,Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2009-cu il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqe bundan ibarət olmuşdur ki, öhdəliyin lazımınca icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən edildiyi kimi İsmayıllı Rayon Məhkəməsinin 30 aprel 2018-ci il tarixli, 2(037)-05/2018 saylı qətnaməsində tutulması qət edilmiş xx.xx.2015-ci il tarixli **********28615 saylı kredit müqaviləsi üzrə borc məbləğləri ipoteka predmetinin boşaldılması və satışınadək, yəni 22 iyun 2023-cü il tarixdə Cavabdeh tərəfindən iddiaçı bankın hesabına ödənilmişdir. İddiaçı bankın hazırkı iddia ərizəsində tələb etdiyi məbləğlər isə cavabdeh tərəfindən borc məbləğinin ödənişindən sonrakı, yəni tələbi icra etdiyi vaxtdan sonrakı deyil, tələbin icra edildiyi dövrədək olan müddəti əhatə edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı iddia tələbinin iddia tələbinin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə xx.xx.2018ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hesablanmalı 623,95 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasına aid hissəsində işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də iddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən hissəsində təmin edilməməli, İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(037)-68/2024 saylı qətnaməsi mübahisələndirilən iddia tələbinin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hesablanmalı 623,95 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasının rədd edilməsinə aid hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda qətnamədən tərəflərin kassasiya şikayəti vermək hüququ yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Xalq” Bank tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin mübahisələndirilən iddia tələbinin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hesablanmalı 623,95 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasının rədd edilməsinə aid hissəsində təmin edilməsin. İş üzrə İsmayıllı Rayon Məhkəməsinin 13 may 2024-cü il tarixli, 2(037)-68/2024 saylı qətnaməsi iddia tələbinin kredit müqaviləsinin 6.2-ci bəndinə əsasən ödənilməsi gecikdirilmiş məbləğə illik 18% (on səkkiz faiz) dərəcəsi ilə xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixinədək hesablanmalı 623,95 ABŞ dolları məbləğində pulun cavabdehdən tutulmasının rədd edilməsinə aid hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar