Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-893/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı “Bank of Baku" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun ödənilməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və X6 ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı “Bank of Baku" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)- 170/2023 saylı qətnaməsindən iddiaçı “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı “Bank of Baku" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən 2081.15 ABŞ dolları əsas, 387.17 ABŞ dolları faiz, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən 996.57 manat əsas, 49.82 manat faiz borcunun, 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 109.8 manat əsas, 8.64 manat faiz borcunun, cəmi 2468.32 ABŞ dolları, 1164.83 manat kredit borcunun və 74 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “Bank of Baku" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən bank ona 3830 ABŞ dolları, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən 1000 manat və 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 200 manat məbləğində kredit vermişdir. Hazırda mərhum X2 banka 2468.32 ABŞ dolları borcu vardır. X4 27 fevral 2016-cı il tarixdə vəfat etmişdir. Cavabdeh X2 qanuni vərəsəsidir. X4 tərəfindən vərəsəsinə qalan miras əmlak Şəki 10 saylı RQİQ tərəfindən verilmiş 28 oktyabr 1998-ci il tarixli AA N- 087608 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ** BC *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi ******* mühərrik nömrəsi ******* olan 1990-cı il tarixdə istehsal olunmuş mərhum X3 məxsus VAZ-21061 minik avtomobildən ibarətdir. Birinci instansiya məhkəməsində icraat Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsi ilə (hakim P.Hacıyev) iddia qismən təmin edilmiş, Cavabdeh 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 996.57 manat məbləğində kredit borcu və 13.75 manat dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun 60.25 manat hissəsi iddiaçının özünə aid edilməsi, qiymətləndirmə rəyinə görə 150 manat Cavabdeh tutularaq "xxxx" MMC-nin (VÖEN: **********, Hesab N AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SVVİFT: GUNAAZ22) hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Cavabdeh X4 ilə "Bank of Baku” ASC arasında bağlanmış 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən X3 bank tərəfindən 1000 manat, 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 200 manat və 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən isə 3830 ABŞ dolları məbləğində kredit verilmişdir. X4 27 fevral 2016-cı il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 2468.32 ABŞ dolları və 1164.83 manat borcu qalmışdır. 19 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, X2 qanuni vərəsəsidir. İddiaçı qeyd edilən borc məbləğinin X2 vərəsəsi olan Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbinə etiraz edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Cavabdeh X4 ilə "Bank of Baku” ASC arasında bağlanmış 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən X3 bank tərəfindən 1000 manat, 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 200 manat və 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən isə 3830 ABŞ dolları məbləğində kredit verilmişdir. X4 27 fevral 2016-cı il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 2468.32 ABŞ dolları və 1164.83 manat borcu qalmışdır. 19 may 2017-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, X2 qanuni vərəsəsidir. İddiaçı qeyd edilən borc məbləğinin X2 vərəsəsi olan Cavabdeh tutulması üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, cavabdeh isə iddia tələbinə etiraz edərək, iddia müddətinin ötürüldüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi, ilk növbədə iddia tələbinin 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə tələb edilən 996.57 manat əsas, 49.82 manat faiz məbləği hissəsinə və həmin hissədə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia tələbi 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, sözügedən müqavilənin məzmunundan görünür ki, bank tərəfindən X3 verilmiş 1000 manat məbləğində kreditin müddəti 10 il olmaqla, həmin müddət 07 fevral 2024-cü il tarixdə bitəcək. Ona görə də, məhkəmə hesab edir ki, həmin müqavilə üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Cavabdeh mərhum X2 vərəsəsi olduğundan o, iddiaçı bank qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də İddiaçı ASC 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin məhkəmə hesab edir ki, İddiaçı ASC 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 49.82 manat faiz borcunu cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X2 İddiaçı ASC-yə olan 996.57 manat məbləğində kredit borcu restrukturizasiya edilməlidir. Lakin müqavilə üzrə borclu X4 27 fevral 2016-cı il tarixdə vəfat etmiş və onun vərəsəsi müəyyən edilərək Fərmandan irəli gələn tələbləri yerinə yetirmək üçün müddət ötürülmədən yeni müqavilənin bağlanması üçün bank tərəfindən heç bir addım atılmamışdır. Bunun əvəzinə isə kredit borcuna yenidən faiz məbləği hesablamaqla borclunu əlavə maliyyə məsuliyyətinə cəlb etməyə davam etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 996.57 manat məbləğində kredit borcu Cavabdeh tutulmalıdır. Bundan başqa məhkəmə, iddia tələbinin 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqavilə üzrə tələb edilən 2081.15 ABŞ dolları əsas, 387.17 ABŞ dolları faiz və 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqavilə üzrə tələb edilən 109.8 manat əsas, 8.64 manat faiz məbləği hissəsinə və həmin hissədə cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia müddəti tətbiq edilərək həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 739, 445.1, 384.0.4, 373.2, 377.2 və 375-ci maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 217.3, 217.4 və 119.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin e2(075)-170/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Şəki Rayon Məhkəməsi qətnaməsini tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/67701/44/13 saylı müqavilə və xx.xx.2014- cü il tarixli, DK0744013/13D saylı müqaviləyə (Dostlar klubu kartı) münasibətdə müddətin ötürülməsini əsas gətirərək təmin etməmişdir. Hesab edirlər ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli tam və obyektiv araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Qeyd olunanlara əsasən, onlar, Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsini ləğv edərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “Bank of Baku" ASC-nin nümayəndəsi X10 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2-ci mаddəsinə əsаsən, müqаvilə tələbləri üzrə iddiа müddəti üç il, dаşınmаz əşyаlаrlа bаğlı müqаvilə tələbləri üzrə iddiа müddəti isə аltı ildir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 373.2 və 377.2-ci mаddələrinin mənаsınа görə kredit müqаviləsində bаşqа hаl nəzərdə tutulmаyıbsа, iddiа müddətinin аxımı bu müqаvilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icrа müddəti bitdikdə bаşlаnır. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 376-cı maddəsinə əsasən, əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 384.0.4-cü mаddəsində nəzərdə tutulаn əşyа hüquqlаrının müdаfiəsi ilə əlаqədаr tələblərə iddiа müddətinin şаmil edilməməsi kredit müqаvilələrindən yаrаnаn münаsibətlərə аid edilə bilməz. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, X4 ilə "Bank of Baku” ASC arasında bağlanmış 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqaviləyə əsasən X3 bank tərəfindən 1000 manat, 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqaviləyə əsasən 200 manat və 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqaviləyə əsasən isə 3830 ABŞ dolları məbləğində kredit verilmişdir. X4 27 fevral 2016-cı il tarixdə vəfat etmişdir. X1 banka ümumi olaraq 2468.32 ABŞ dolları və 1164.83 manat borcu qalmışdır. 19 may 2017-ci il tarixli qanun üzrə vrəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən Cavabdeh, X2 qanuni vərəsələridirlər. Şikayətin dəlili ondan ibarətdir ki, Şəki Rayon Məhkəməsinin e2(075)-170/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Şəki Rayon Məhkəməsi qətnaməsini tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, CC/67701/44/13 saylı müqavilə və xx.xx.2014- cü il tarixli, DK0744013/13D saylı müqaviləyə (Dostlar klubu kartı) münasibətdə müddətin ötürülməsini əsas gətirərək təmin etməmişdir. Hesab edirik ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli tam və obyektiv araşdırmamış və düzgün nəticəyə gəlməmişdir. Kollegiya şikayətin bu dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası qeyd edir ki, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə tələb edilən 996.57 manat əsas, 49.82 manat faiz məbləği hissəsinə və həmin hissədə cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia tələbi 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə borcun tutulması hissəsində qismən əsaslıdır. Belə ki, sözügedən müqavilənin məzmunundan görünür ki, bank tərəfindən X3 verilmiş 1000 manat məbləğində kreditin müddəti 10 il olmaqla, həmin müddət 07 fevral 2024-cü il tarixdə bitəcək. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mərhum X2 vərəsəsi olduğundan o, iddiaçı bank qarşısında məsuliyyət daşıyır. Bu səbəbdən də İddiaçı ASC 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə kredit borcunun ödənilməsini cavabdehdən tələb etməkdə haqlıdır. Lakin İddiaçı ASC 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 49.82 manat faiz borcunu cavabdehdən tələb etməkdə haqlı deyil. Belə ki, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən ABŞ dolları ilə götürülmüş kreditlər üzrə müəyyən güzəştlər edilmiş və kredit götürmüş şəxslərlə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması göstərilmişdir. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası barədə arayışdan görünür ki, X2 İddiaçı ASC-yə olan 996.57 manat məbləğində kredit borcu restrukturizasiya edilməlidir. Lakin müqavilə üzrə borclu X4 27 fevral 2016-cı il tarixdə vəfat etmiş və onun vərəsəsi müəyyən edilərək Fərmandan irəli gələn tələbləri yerinə yetirmək üçün müddət ötürülmədən yeni müqavilənin bağlanması üçün bank tərəfindən heç bir addım atılmamışdır. Bunun əvəzinə isə kredit borcuna yenidən faiz məbləği hesablamaqla borclunu əlavə maliyyə məsuliyyətinə cəlb etməyə davam etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, 07 fevral 2014-cü il tarixli, BAL1480413/13 saylı müqavilə üzrə 996.57 manat məbləğində kredit borcu Cavabdeh tutulmalıdır. Bundan başqa iddia tələbinin 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı müqavilə üzrə tələb edilən 2081.15 ABŞ dolları əsas, 387.17 ABŞ dolları faiz və 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı müqavilə üzrə tələb edilən 109.8 manat əsas, 8.64 manat faiz məbləği hissəsinə və həmin hissədə cavabdehlər tərəfindən verilmiş iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibət bildirərək qeyd edir ki, iddia müddəti tətbiq edilərək həmin hissələrdə iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia ərizəsi ilə 04 noyabr 2022-ci il tarixdə məhkəməyə müraciət edilməklə 07 fevral 2014-cü il tarixli, DK0744013/13D saylı və 29 sentyabr 2014-cü il tarixli, CC/67701/44/13 saylı kredit müqavilələri üzrə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Ona görə də iddia tələbi həmin müqavilələr üzrə tələb edilən 2081.15 ABŞ dolları əsas, 387.17 ABŞ dolları faiz və 109.8 manat əsas, 8.64 manat faiz borcunun tutulması hissəsində təmin edilə bilməz. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı “Bank of Baku" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 11 may 2023-cü il tarixli, 2(075)-170/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-893/2023
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-893/2023
03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver