Məhkəmə qərarları › İş №2(107)-895/2020

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-895/2020

05.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-895/2020 05.03.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-31/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən apelyasiya mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehə qarşı kredit borcunun qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 4309,39 manat əsas, 442,89 manat faiz, cəmi 4752,28 manat məbləğində vəsaitin və ödənilmiş 20 manat dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-31/2020 nömrəli (hakim H.Xəlilov) qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh əsas borca görə 4309 (dörd min üç yüz doqquz) manat 39 (otuz doqquz) qəpik, faiz borcuna görə 279 (iki yüz yetmiş doqquz) manat 85 (səksən beş) qəpik və ödənilmiş dövlət rüsumuna görə 20 (iyirmi) manat, cəmi 4609 (dörd min altı yüz doqquz) manat 24 (iyirmi dörd) qəpik məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinə görə Cavabdeh 200 (iki yüz) manat məbləğində pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-31/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 358.0.1-ci maddəsinə görə, rayon (şəhər) məhkəmələrinin qətnamələrindən - yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına şikayət verilə bilər. Həmin Məcəllənin 3662-ci maddəsinə əsasən, apelyasiya şikayəti və ona əlavə olunan yazılı sənədlər işdə iştirak edən şəxslərin sayına görə işə birinci instansiyada baxmış məhkəməyə təqdim edilir. Həmin Məcəllənin 366.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. Həmin Məcəllənin 366.3-cü maddəsinə əsasən, apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Mülki işin materialları araşdırılarkən (səh 112) müəyyən olunur ki, cavabdeh Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-31/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti vermiş olsa da, apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunda müraciət Şəki Apelyasiya Məhkəməsinə yazılmalı olduğu halda, birinci instansiya məhkəməsinə- Ucar Rayon Məhkəməsinə yazılmışdır. Ona görə də kollegiya belə qənaətə gəlir ki, cavabdeh apelyasiya şikayəti verməsi qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumu ödəsə də, həmin rüsüm apelyasiya məhkəməsi üçün deyil, birinci instansiya məhkəməsi üçün ödənilmişdir. Bu səbəbdən də kollegiya verilmiş ödənilmiş dövlət rüsümunu apelyasiya şikayəti ilə bağlı əlaqələndirə bilmir. Məhkəmə kollegiyası bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun “8.1.2-ci maddəsinə əsasən iddia tələbi 500 manatdan çox olduqda iddia ərizələriə ödənilən rüsumun məbləği 30 manat müəyyən edilmişdir. Həmin Qanunun 8.4-cü və 8.4.1-ci maddələrinə əsasən apellyasiya və kassasiya şikayətlərindən birinci instansiya məhkəməsinə müraciət edilərkən həmin qanununun 8.1ci maddəsi ilə müəyyən edilmiş dövlət rüsumunun 50% məbləğində dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdirsa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edildikdə apellyasiya şikayəti qaytarılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrindəgöstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 108.2-ci maddəsinin tələbinə görə məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Həmin Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin Cavabdeh qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(063)-31/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 (on) gün müddətinə Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar