Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-895/2022 25.08.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “vurulmuş ziyana görə pul tələbi”nə dair mülki iş üzrə (Açar sözlər: maddi ziyan ) Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Salmanov Əli Sabir oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Zərdab Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(035)-596/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yonca sahəsinə vurulmuş ziyana görə 825 manat, arpa sahəsinə vurulmuş ziyana görə 1295 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2150 manat pulun cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün onun və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikumudlu kəndi ərazisində 4.70 ha pay torpaq sahəsi ayrlmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-189 KOD 90511028 olan Dövlət Aktı verilmişdir. Cari mövsüm üçün sözügedən torpaq sahəsində 02 ha hissəsinə arpa, 01 ha hissəsinə yonca əkmişdir. Ötən 23 il müddətində həmin torpaq sahəsindən heç bir etiraz olmadan istifadə etmişdir. Sözügedən torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti yoxdur, nə də ki, cavabdehə məxsus hər hansı bir torpaq sahəsini zəbt etməmişdir. Lakin, cavabdeh bu ildən başlayaraq onun həmin torpaq sahəsindən istifadəsinə maneçilik törətmiş, biçilmiş yonca otunun sahədən aparılmasına, həmçinin taxılın biçilməsinə imkan verməmişdir. Bu səbəbdən Zərdab Rayon Məhkəməsinə hazırki cavabdehə qarşı “törənən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdeh tərəfindən onun istifadəsində olan Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində yerləşən (yonca və taxıl əkdiyi) sözügedən torpaq sahəsindən istifadəsinə yaradılan maneə aradan qaldırılması qət edilmişdir. Cavabdeh həmin torpaq sahəsində biçilmiş yonca otunun sahədən aparmasına, taxılın biçirməsinə imkan vermədiyindən onun yonca sahəsinə 825 manat, arpa sahəsinə isə 1295 manat dəyərində ziyan vurulmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixdə təxminən saat 10:00 radələrində Göyçay rayonunda olarkən ona telefonla yonca və arpa sahəsinin yandırılması barədə məlumat verilmişdir. Həmin yanğının hazırki cavabdeh və cavabdehin yaxın qohumu Qubad Qubadov tərəfindən törədilməsində şübhələnmiş və bununla əlaqədar Zərdab RPŞ-nə ərizə ilə müraciət etmiş, lakin müraciəti əsasında toplanmış materialda Azərbaycan Respublikası CM-nin 186 və 187-ci maddələrində nəzərdə tutulmuş əmlakı qəsdən məhv etmə, yəni “özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə” cinayətinin tərkib əlamətləri yaranmadığından naməlum şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Cavabdehdən qanunsuz hərəkətlərinə son qoymasını, ona dəyən ziyanı tələb etsə də, heç bir nəticəsi olmamışdır. Cavabdeh qanunsuz hərəkətlərini hazırda da davam etdirir. Ona görə də hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat Zərdab Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(035)-596/2021 saylı qətnaməsi ilə (hakim T.Qubadov) iddianın təmin edilməsi, Cavabdeh yonca sahəsinə vurulmuş ziyana görə 825 manat, arpa sahəsinə vurulmuş ziyana görə 1295 manat, ödənilmiş dövlət rüsumuna görə 30 manat, cəmi 2150 manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün hazırkı İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikumudlu kəndi ərazisində 4.70 ha pay torpaq sahəsi ayrlmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-189 KOD 90511028 olan Dövlət Aktı verilmişdir. Cari mövsüm üçün sözügedən torpaq sahəsində 02 ha hissəsinə arpa, 01 ha hissəsinə yonca əkmişdir. İddiaçı ötən 23 il müddətində həmin torpaq sahəsindən heç bir etiraz olmadan istifadə etmişdir. Sözügedən torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti olmadığı halda cavabdeh cari ildən başlayaraq iddiaçının həmin torpaq sahəsindən istifadəsinə maneçilik törətmiş, biçilmiş yonca otunun sahədən aparılmasına, həmçinin taxılın biçilməsinə imkan verməmişdir. Ona görə də iddiaçı Zərdab Rayon Məhkəməsinə hazırki cavabdehə qarşı “törənən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən hazırkı cavabdeh tərəfindən iddiaçının istifadəsində olan Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində yerləşən (yonca və taxıl əkdiyi) sözügedən torpaq sahəsindən istifadəsinə yaradılan maneə aradan qaldırılması qət edilmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh sözügedən torpaq sahəsində biçilmiş yonca otunun aparmasına, arpanı biçdirməsinə imkan vermədiyindən biçilmiş yonca otu sahədə qalaraq, eləcə də biçin vaxtı gecikdiyi üçün arpa bitkisinin yetişmiş dəni quruyaraq küləyin və digər mexaniki təsirin nəticəsində tökülmüş, bir hissəsi isə yay alaq otlarının əhatəsində qalaraq məhv olmuşdur. Nəticədə cavabdeh iddiaçıya yoncaya görə 825 manat, arpaya görə 1295 manat dəyərində maddi ziyan vurmuşdur. Ona görə də iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Məhkəmə işin yuxarıda müəyyən edilən faktiki hallarına və cavabdehin məsələyə olan münasibətinə əsasən qeyd etməyi lazım bilmişdir ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Müqavilə üzrə öhdəliklərin vaxtında icra edilməsi göstərilən məqsədlərlə yanaşı, dövlətin iqtisadi-maliyyə vəziyyətinin stabilliyinə və inkişafına yönəlir. Bu isə ölkənin iqtisadi təhlükəsizliyinin qorunması və əhalinin daha da yüksək yaşayış səviyyəsinin təmin edilməsi ilə nəticələnir. Məhkəmə işin yuxarıda müəyyən olunan hallarına əsaslanaraq, tərəflərin məhkəmə iclasında verdikləri izahatlara, şahidin ifadəsinə, dövlət orqanı olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X1 Mərkəzinin mütəxəssis rəylərinə və işin yuxarıda adıçəkilən digər materiallarına qarşılıqlı şəkildə qiymət verərək hesab etmişdir ki, cavabdeh buna heç bir hüquqi əsası olmadan iddiaçıya məxsus yonca və arpa sahəsinin biçilməsinə və aparılmasına maneələr törədərək maddi ziyan vurduğuna və iddiaçını gələcək faydadan (gəlirdən) məhrum etdiyinə görə dövlət orqanı olan Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin Zərdab X1 Mərkəzinin mütəxəssislərinin hesabladığı məbləğdə iddiaçıya vurmuş olduğu zərərin əvəzini ödəməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1, 17.1. 18, 21, 152.1, 213.1, 213.2, 213.6, 164.1, 560.1, 1096.1, 1097.1, 1115-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual 60, 76.1, 76.2, 82.3, 106.1, 107, 119-cu maddələri, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5, 84-cü maddəsi, Azərbaycan Respublikası Konstitusiyasının 13, 24, 29, 60, 71-ci maddələri, “İnsan hüquqları vəəsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Avropa Məhkəməsinin presedent hüququna əsasən 1 saylı Protokolunun 1-ci maddəsi ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iş üzrə mühüm əhəmiyyət kəsb edən hallar araşdırılmamış, tətbiq edilməli olan maddi və prosessual hüquq normaları tətbiq edilməmişdir. Belə ki, o, 23 ildir ki, iddiaçının guya ona məxsus torpaq sahəsindən istifadə edir. İndi iddiaçı tələb edir ki, o, torpaqdan istifadədə maneçilik törədir və ondan torpaqdan çıxmağını tələb edir. İddiaçı buna dair dövlət aktı təqdim etmişdir, lakin torpağa dair həmin akt saxtadır. Onu da bildirir ki, sözügedən torpaq bələdiyyəyə məxsusdur, iddiaçı isə torpaqdan öz şəxsi mülkiyyəti kimi istifadə edir. Bələdiyyə də buna göz yummuşdur. Bu bəs deyilmiş kimi torpağa dair saxta sənəd də təqdim etmişdir. Qeyd edir ki, bir müddətdən sonra xanım onunla əlaqə saxlayaraq qaynı qızı Cəmilənin ondan külli miqdarda pul aldığını və ona verdiyini bildirdi. Cəmilə kimdənsə onun adından danışıb pul almağı o demək deyil ki, o pul ona verilib. Vəkil bildirmişdir ki, səs yazmaları var ki, o iddiaçıya bildirir ki, bu pulu almışdır, lakin onun kart hesabına gələn məbləğ barədə ona məlumat vermişdir. Bu məbləğ də iddiaçının iddia etdiyi məbləğdən çox azdır. Qeyd edilən bütün bu hallar birinci instansiya məhkəməsində araşdırılmalı olduğu halda araşdırılmamış və ya işə düzgün qiymət verilməmişdir. Bu səbəbdən də, hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 2(035)-596/2021 saylı qətnaməsi iş üzrə ətraflı araşdırma aparılmadan qəbul olunduğundan ləğv edilməlidir. Qeyd edilənləri nəzərə alaraq o, məhkəmə kollegiyasından Zərdab Rayon Məhkəməsinin 2(035)-596/2021 saylı qətnaməsini apellyasiya qaydasında ləğv edib, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəmə kollegiyasına apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsi, Zərdab Rayon Məhkəməsinin 2(035)-596/2021 saylı, 15 noyabr 2021-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Həmin Məcəllənin 16.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 17.1-ci maddəsinə görə bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 18-ci maddəsinə görə mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 164.1-ci maddəsinə görə sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Həmin Məcəllənin 560.1-ci maddəsinə görə mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 1096.1, 1096.2-ci maddələrinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulmasıüçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində -Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. 84-cü maddəsinin 1-ci bəndinəəsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Zərdab Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(035)-596/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. Tələb qətnamənin tam ləğvinə yönəldiyindən apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını tam həcmdə apellyasiya şikayətinin dəlilləri həddində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(035)-596/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Zərdab rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün hazırkı İddiaçı və digər ailə üzvlərinin mülkiyyətinə Zərdab rayonu Məlikumudlu kəndi ərazisində 4.70 ha pay torpaq sahəsi ayrlmış və bu barədə onlara Torpağa Mülkiyyət Hüququna Dair JN-189 KOD 90511028 olan Dövlət Aktı verilmişdir. Cari mövsüm üçün sözügedən torpaq sahəsində 02 ha hissəsinə arpa, 01 ha hissəsinə yonca əkmişdir. İddiaçı ötən 23 il müddətində həmin torpaq sahəsindən heç bir etiraz olmadan istifadə etmişdir. Sözügedən torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti olmadığı halda cavabdeh cari ildən başlayaraq iddiaçının həmin torpaq sahəsindən istifadəsinə maneçilik törətmiş, biçilmiş yonca otunun sahədən aparılmasına, həmçinin taxılın biçilməsinə imkan verməmişdir. Ona görə də iddiaçı Zərdab Rayon Məhkəməsinə hazırki cavabdehə qarşı “törənən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdeh tərəfindən iddiaçının istifadəsində olan Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində yerləşən (yonca və taxıl əkdiyi) sözügedən torpaq sahəsindən istifadəsinə yaradılan maneə aradan qaldırılması qət edilmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh sözügedən torpaq sahəsində biçilmiş yonca otunun aparmasına, arpanı biçdirməsinə imkan vermədiyindən biçilmiş yonca otu sahədə qalaraq, eləcə də biçin vaxtı gecikdiyi üçün arpa bitkisinin yetişmiş dəni quruyaraq küləyin və digər mexaniki təsirin nəticəsində tökülmüş, bir hissəsi isə yay alaq otlarının əhatəsində qalaraq məhv olmuşdur. Nəticədə cavabdeh iddiaçıya yoncaya görə 825 manat, arpaya görə 1295 manat dəyərində maddi ziyan vurmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş şikayətin dəlilləri əsassızdır və formal mülahizələrdən ibarətdir. Apellyator apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, torpağa dair iddiaçı tərəfindən təqdim edilmiş akt saxtadır. Onu da bildirir ki, sözügedən torpaq bələdiyyəyə məxsusdur, iddiaçı isə torpaqdan öz şəxsi mülkiyyəti kimi istifadə edir. Bələdiyyə də buna göz yummuşdur. Bu bəs deyilmiş kimi torpağa dair saxta sənəd də təqdim etmişdir. Məhkəmə kollegiyası apellyatorun yuxarıda qeyd edilmiş dəlilləri ilə də razılaşmır. İlk növbədə kollegiya qeyd edir ki, cavabdeh torpağa dair iddiaçı tərəfindən təqdim edilmiş aktın saxta olduğunu bildirmişdir. Lakin cavabdeh bu faktı təsdiq edəcək heç bir sübut təqdim etməmişdir. Həmin dövlət aktı hazırda qüvvədədir, cavabdeh tərəfindən torpağa mülkiyyət hüququna dair həmin akt mübahisələndirilməmişdir. İddiaçı ötən 23 il müddətində həmin torpaq sahəsindən heç bir etiraz olmadan istifadə etmişdir. Sözügedən torpaq sahəsinin cavabdehə heç bir aidiyyəti olmadığı halda cavabdeh cari ildən başlayaraq iddiaçının həmin torpaq sahəsindən istifadəsinə maneçilik törətmiş, biçilmiş yonca otunun sahədən aparılmasına, həmçinin taxılın biçilməsinə imkan verməmişdir. Belə ki, cavabdeh özü də məhkəmə iclaslarında bunu etiraf etmişdir. Ona görə də iddiaçı Zərdab Rayon Məhkəməsinə hazırki cavabdehə qarşı “törənən maneənin aradan qaldırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş, məhkəmənin xx.xx.2021ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdeh tərəfindən iddiaçının istifadəsində olan Zərdab rayonunun Məlikumudlu kəndi ərazisində yerləşən (yonca və taxıl əkdiyi) sözügedən torpaq sahəsindən istifadəsinə yaradılan maneə aradan qaldırılması qət edilmişdir. Buna baxmayaraq cavabdeh qanunsuz hərəkətlərini davam etdirmişdir. Cavabdeh sözügedən torpaq sahəsində biçilmiş yonca otunun aparmasına, arpanı biçdirməsinə imkan vermədiyindən biçilmiş yonca otu sahədə qalaraq, eləcə də biçin vaxtı gecikdiyi üçün arpa bitkisinin yetişmiş dəni quruyaraq küləyin və digər mexaniki təsirin nəticəsində tökülmüş, bir hissəsi isə yay alaq otlarının əhatəsində qalaraq məhv olmuş və nəticədə iddiaçıya maddi ziyan dəymişdir. Məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına uyğun olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən iddiaya düzgün hüquqi qiymət verilmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlər, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi, cavabdehin özünün maneə törətməsini etiraf etməsi onu sübut edir ki, iddiaçı iddia tələbində haqlıdır. Lakin, cavabdeh tərəf dövlət aktının saxta olduğunu bildirsə də buna dair hər hansı bir sübut təqdim etməmişdir. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, mübahisələndirilən hissə üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Beləliklə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə üzrə mübahisəni həll edərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, maddi hüquq normalarının tətbiqində işə baxan məhkəmə tərəfindən səhvə yol verilməmiş, nəticədə mübahisələndirilən hissədə düzgün və əsaslı qətnamə çıxarılmışdır. Ona görə də Cavabdeh apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(035)-596/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2(035)-596/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə, Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-895/2022
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-895/2022
25.08.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver