Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-896/2025 14.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin hakimləri Sadiqov Zülfüqar Əhməd oğlu (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdeh Nümayəndə İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia ərizəsi və “iddia tələbinin həcminin artırılması” barədə ərizə ilə Qəbələ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Nümayəndə müştərək qaydada 1770 (min yeddi yüz yetmiş) manat məbləğində maddi ziyanın və ödənilmiş 40 (qırx) manat məbləğində dövlət rüsumunun alınıb ona ödənilməsi və ekspertizanın aparılması üçün sərf edilmiş 300 (üç yüz) manatın cavabdehlərə aid edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə məhkəmə prosesi başlandıqdan sonra cavabdeh Nümayəndə İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, vurulmuş ziyana görə 4020 manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 10 iyul 2025-ci il tarixli e- 2(025)-508/2025 nömrəli qətnaməsi qəbul olunmuş və həmin qətnamədə qət edilmişdir ki: -“İlkin iddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Nümayəndə vurulmuş maddi ziyanın əvəzi olaraq 1770 (bir min yeddi yüz yetmiş) manat və 37,70 (otuz yeddi manat yetmiş qəpik) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. İddiaçı Nümayəndə cavabdeh İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu qarşılıqlı iddiaçı Nümayəndə aid edilsin. İş üzrə aparılmış mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat pul cavabdehlər Cavabdeh1 və Nümayəndə tutulаrаq “Əmlak Ekspert Mərkəzi”nin (VÖEN: **********, Hesab N AZN: AZ68İBAZ********************, Bank: ABB ASC, VÖEN: **********, Müxbir hesab: AZ03NABZ********************, KOD: 805711; SWİFT: İBAZAZ2X) hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Qəbələ Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.” Cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, “Qəbələ Rayon Məhkəməsinin e-2(025)-508/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın isə təmin edilməsi” barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən 11 avqust 2025-ci il tarixli məktubla işlə birlikdə baxılması üçün göndərilmiş həmin apellyasiya şikayəti 13 avqust 2025-ci ildə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 10-1-ci maddəsinin tələblərinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır (maddə 10-1.1), məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir (maddə 10-1.2) və kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir (maddə 10-1.3). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 366-cı maddəsinin tələblərinə görə, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların olması daxildir (maddə 366.1), əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrə məhkəmə qərardad çıxarır (maddə 366.3) və apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər (maddə 366.4). Məhkəmə kollegiyası, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətini və iş materiallarını öyrənib, apellyasiya şikayətinin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, aşağıda göstərilənlərə əsasən cavabdeh Nümayəndə apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması qeyrimümkündür. Belə ki, “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim olunan hazırkı apellyasiya şikayətinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində (qrafasında) apellyasiya şikayətinin verilməsi üçün “19 manat məbləğində dövlət rüsumunun ödənildiyi” məlumatı qeyd olunmuşdur. Halbuki, iş materiallarından görünür ki, Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsi ilə tərəflər arasındakı ilkin iddia ərizəsi üzrə cavabdehlərdən “1770 manat məbləğində maddi ziyanın tutulması” barədə iddia tələbi və qarşılıqlı iddia tələbi üzrə isə “vurulmuş ziyana görə 4020 manat məbləğində pul vəsaitinin ilkin iddiaçıdan tutulması” barədə qarşılıqlı iddia tələbi ilə əlaqədar mövcud mübahisə həll edilmiş və cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə apellyasiya şikayəti verərək, həmin qətnaməni həm ilkin iddianın təmin olunmuş hissəsində, həm də qarşılıqlı iddianın rədd edilmiş hissəsində mübahisələndirmişdir. Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsində isə ilkin iddia üzrə cavabdehlər Cavabdeh1 və Nümayəndə 37,7 (otuz yeddi manat 70 qəpik) manat dövlət rüsumunun alınıb İddiaçı verilməsi qət edilmişdir. Eyni zamanda, məlum qarşılıqlı iddia verilərkən cavabdeh Nümayəndə tərəfindən isə 60,2 (altımış manat 20 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmiş və qarşılıqlı iddia rədd edildiyindən, Qətnamədə - qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun qarşılıqlı iddiaçı Nümayəndə aid edilməsi qət edilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə görə, məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsi, məhkəmə aktının surətinin təkrar verilməsi üçün dövlət rüsumu tutulur (maddə 2.0.1.) və dövlət rüsumunun ödənilməsi tələb olunan hallarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədən əməliyyat icra olunmur (maddə 4.6.). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108-ci maddəsinin tələblərinə görə - apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir (108.1.7-ci maddə), məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir (108.2-ci maddə) və dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir (108.3-cü maddə). “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, birinci instansiya məhkəməsində icraatda ilkin iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu 37,7 manat, qarşılıqlı iddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu isə 60,2 manat miqdarında olmuşdur. Deməli, cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə vermiş olduğu hazırkı apellyasiya şikayətində “Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddiasının isə təmin edilməsi” xahiş olunduğundan, şikayətçi həmin apellyasiya şikayətinin verilməsi üçün cəmi “19 manat məbləğində” deyil, ilkin iddia və qarşılıqlı iddialar üzrə birinci instansiya məhkəməsində ödənilmiş dövlət rüsumlarının miqdarını nəzərə almaqla, müvafiq midarda və qaydada hesablanan dövlət rüsumunu ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.3-cü maddəsinin tələblərinə görə, apellyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilməlidir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinin tələblərinə görə, apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa - birinci instansiya məhkəməsi tərəfindən apelyasiya şikayəti geri qaytarılmalıdır. Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 361 və 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, hazırkı işə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdeh Nümayəndə apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə hazırkı apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla əlaqədar məhkəmə kollegiyası qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 364.1-ci maddəsinin tələblərinə görə, birinci instansiya məhkəməsi - apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır və bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayətini ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərir. Həmin Məcəllənin 363-cü maddəsində isə prosessual tələblərə riayət edilmədən verilmiş apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasının əsasları təsbit olunmuşdur. Yəni, Mülki-Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya məhkəməsi hazırkı apellyasiya şikayətinin Mülki-Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Həmin Məcəllənin 402.2-ci maddəsinə əsasən, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında (maddə 402.2.1), kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında (maddə 402.2.2), kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə (maddə 402.2.3) və iş üzrə icraata xitam verilməsi barədə (maddə 402.2.4) qərardadlarından kassasiya şikayəti verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263, 264, 361-366, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1 və Nümayəndə qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə ilkin iddia ərizəsinə və cavabdeh Nümayəndə İddiaçı qarşı “vurulmuş ziyanın ödənilməsi” tələbi barədə qarşılıqlı iddia ərizəsinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 10 iyul 2025-ci il tarixli e-2(025)-508/2025 nömrəli qətnaməsindən cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Qəbələ Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-896/2025
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-896/2025
14.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver