Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-897/2021 20.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlunun və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə və X3 iclas katibliyi, İddiaçı» İB-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbinə dair Şəki Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən İddiaçı İB-nə vurulmuş 4039.36 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4069.36 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İBnin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 nömrəli (hakim C.İmanov) qətnaməsi ilə iddia təmin edilmiş, cvabdeh Cavabdeh 4039.36 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat alınaraq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə abonent Cavabdeh arasında 24.03.2020-ci il tarixində, 04-575 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə G- 4 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2ci yarımbəndinin (Müqavilənin və “X2 tələblərinə əməl etmək) və “X2 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş və bu faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X2 pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aşağıdaki aktlar əsasında: 29.11.2019-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, 30.12.2019-ci il tarixli ******* saylı akt əsasında 393.20 manat, 28.02.2020-ci il tarixli ******* saylı akt əsasında 403.20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 322.60 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 403.20 manat olmaqla cəmi 2191.8 manat məbləğində “İddiaçı" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 4039.36 manat (1847.56 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) təşkil edir. “İddiaçı" İB-nın nümayəndələri tərəfindən cavabdehə 4039.36 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi xəbərdarlıq məktubunda izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri nəticəsində İddiaçı İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəflərindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Yuxarıda qeyd etdikləri sənədlərdən göründüyü kimi, cavabdeh tərəfindən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halı aşkar olunduğu üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydalarfnm 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Lakin Cavabdeh 04 dekabr 2020-ci il tarixdə məhkəməyə göndərdiyi etiraz ərizəsində göstərmişdir ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı İB ilə aralsrında bağlanmış müqavilənin tarixi 24.03.2020-ci il olduğu halda tələb edilən məbləğ müqavilə tarixindən daha əvvəlki illərə aid edilmişdir. Bundan başqa necə ola bilər ki, noyabrda 669.60 manat zərər hesablandığı halda daha sərt soyuq aylarda zərər 393.20, 403.20, 322.60, 403.20 manat olaraq hesablanmışdır. Sual yaranır ki, bu hesablama hansı hesaba əsasən aparılır? Zərər hesablanarkən hesablama səhv aparılmışdır. Belə ki, zərər aylıq bildirişlər əsasında ümumi dövriyyə çıxarılaraq hesablanmalı olduğu halda iddiaçı kefistəmə üsulla hesablama aparmış və xəyali bir rəqəmi zərər olaraq tələb etməkdədir. Bundan əlavə etiraza əlavə etdiyi bildirişlərdən görünür ki, aylıq istifadə edilən qazın həcmi 30-40 kub metr arasındadır. Görünür ki, hesablama aparılarkən səhvə yol verilmişdir. Sayğac qoyulmamışdan əvvəlki dövriyyə sayğac qoyulandan sonrakı aylardakı dövriyyəyə uyğun olmalı, hesablama analoji qaydalara uyğun aparılmalıdır. Misal olaraq göstərmişdir ki, əgər sayğac qoyulduqdan sonra aylıq istifadə 10, 12, 14, 13 və sair olmuşsa və bu istifadənin ortaq rəqəmi 12 kub metr olarsa sayğacdan əvvəlki hesablama da bu orta rəqəmə uyğun olaraq hesablanmalıdır. Bundan əlavə iddia ərizəsində iddiaçı qeyd edir ki, cavabdehin qaz sayğacı üzrə 1847,56 manat təşkil edir. Lakin həmin illərdə qaz paylayıcısı tərəfindən ona təqdim edilmiş bildirişlərdə 1847,56 manat qaz borcunun ödənilməsi barədə hər hansı bir xəbərdarlıq və ya bildiriş yoxdur. Sayğacla tələb edilən borcun maddi zərərlə birgə maddi zərər olaraq tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir. İddiaçının müqavilə öhdəlikləri ilə tənzimləndiyi müqavilə 24.03.2020-ci il tarixdə yarandığından, yaranmış borcun isə tərəflər arasında bağlanmış müqavilə ilə təsdiq olunduğuna görə məndən iddiaçının xeyrinə 4069,36 manat zərəin ödənilməsi tələbi aşağıda qeyd edilən qanunvercilik müddəlarına əsasən əsassızdır. İddianın təmin edilməməsini məhkəmədən xahiş edir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri : Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən və məndən tələb edilən 4039,36 manat məbləğində hesablanmış maddi zərər ədalətsiz olmaqla yanaşı artıq hesablanmışdır. Belə ki, iddia ərizəsindən də göründüyü kimi İddiaçı İB ilə aramızda bağlanmış müqavilənin tarixi 24,03.2020-ci il olduğu halda tələb edilən məbləğ müqavilə tarixindən daha əvvəlki illərə aid edilmişdir. Halbuki məhkəmə hazırki qətnamədə müqavilə tarixlərini gizlədərək həqiqətin araşdırılmasından yayınmış, işə düzgün baxmamışdır. Bundan başqa necə ola bilər ki, noyabrda 669.60 manat zərər hesablandığı halda daha sərt soyuq aylarda zərər 393.20, 403.20, 322.60, 403.20 manat olaraq hesablanmışdır - Sual yaranır ki, bu hesablama hansı hesaba əsasən aparılır?. Zərər hesablanarkən hesablama səhv aparılmışdır. Belə ki, zərər aylıq bildirişlər əsasında ümumi dövriyyə çıxarılaraq hesablanmalı olduğu halda iddiaçı kefistəmə üsulla hesablama aparmış və xəyali bir rəqəmi zərər olaraq tələb edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsində iddia tələbinə əlavə etdiyim etiraza əlavə etdiyim bildirişlərdən görünür ki, aylıq istifadə edilən qazın həcmi 30-40 kub metr arasındadır - Görünür ki, hesablama aparılarkən səhvə yol verilmişdir. Mütəxəssis tərəfindən hesablama aparılsa idi tələb edilən məbləğ daha az olardı. Məhkəmə ekspertiza təyin etməli olduğu halda bunu etməmiş, iddiaçının tərəfindən çıxış edərək isə birtərəfli baxmışdır. Halbuki, sayğac qoyulmamışdan əvvəlki dövriyyə sayğac qoyulandan sonrakı aylardakı dövriyyəyə uyğun olmalı, hesablama analoji qaydalara uyğun aparılmalıdır. Misal olaraq göstərir ki, əgər sayğac qoyulduqdan sonra aylıq istifadə 10, 12, 14, 13 və sair olmuşsa və bu istifadənin ortaq rəqəmi 12 kub metr olarsa sayğacdan əvvəlki hesablama da bu orta rəqəmə uyğun olaraq hesablanmalıdır. Ona görə də, tərəfsiz ekspert tərəfindən hesablama aparılmasına ehtiyac var idi. Lakin məhkəmə tələb etməyinə baxmayaraq ekspert rəyinin alınmasına dair qərardad qəbul etməyərək işin hər tərəfli araşdırılaraq qərar verilməsinə çalışmamışdır. Bundan əlavə iddia ərizəsində iddiaçı qeyd edir ki, cavabdehin qaz sayğacı üzrə 1847,56 manat təşkil edir. Lakin, həmin illərdə qaz paylayıcısı tərəfindən ona təqdim edilmiş bildirişlərdə 1847,56 manat qaz borcunun ödənilinəsi barədə hər hansı bir xəbərdarlıq və ya bildiriş yoxdur. Sayğacla tələb edilən borcun maddi zərərlə birgə maddi zərər olaraq tələb edilməsi qanunvericiliyin tələblərinə ziddir Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasınında iştirak edən İddiaçı» İB-nin nümayəndəsi X4 apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. MPM-in 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. MPM-in 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxılmalı və iş üzrə toplanmış sübutlar obyektiv araşdırılmalı və birinci instansiya məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarına düzgün riayət edib-etməməsinə hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iddiaçının izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Şəki Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Buna baxmayaraq, tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” 29.11.2019-cu il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan 29 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 10 Bakı04 Sabunçu-171 P. Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 90 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 90 gün, dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 90 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 6696 m3 müəyyən edilərək onun dəyəri olan 669,6 manat məbləğdə ziyan (6696 m3 x 0.10 man = 669,6 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” 30.12.2019-cu il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan 30 dekabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 171 P.Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4032 m3 müəyyən edilərək onun dəyəri olan 403,2 manat məbləğdə ziyan (4032 m3 x 0.10 man = 403,2 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİnin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” 28.02.2020-ci il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan 28 fevral 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 10 Bakı04 Sabunçu-171 P.Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4032 m3 müəyyən edilərək onun dəyəri olan 403,2 manat məbləğdə ziyan (4032 m3 x 0.10 man = 403,2 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. S/N: 012 Sənədi elektron imzalayan şəxsin vəzifəsi, adı və soyadı: Hakim - Cahid İmanov Məhkəmənin adı: Şəki Rayon Məhkəməsi Sənədin elektron yüklənmə ünvanı: http://emehkeme.gov.az/signed/ShowPdf?guid=7660efeec**********e6894091a351f Qeyd: «Elektron imza və elektron sənəd haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən elektron imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir. Elektron imza şəxsin kağız daşıyıcı üzərindəki möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” 24.03.2020-ci il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan 30.03.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 171 P.Məmməd0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 24 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 24 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 10 saat, hesabat müddəti 24 gün, Kərpic peçin maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 24 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 3226 m3 müəyyən edilərək onun dəyəri olan 322,6 manat məbləğdə ziyan (3226 m3 x 0.10 man = 322,6 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii X2 pozulması haqqında” 30.01.2020-ci il tarixli ******* saylı aktın təsdiq edilmiş surətindən görünür ki, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyriqanuni sayğacdan kənar idtifadə etdiyi aşkar olunmuşdur. İşdə olan 30 yanvar 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh yaşadığı Sabunçu rayonu, 10 Bakı04 Sabunçu-171 P.Məmməd-0290-0000 ünvanında yerləşən evdə ******* saylı akta əsasən qaz işlədicilərindən PQ-4-nün maksimal saatlıq qaz sərfi 1.2 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, QSSQ-nin saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, Kərpic sobanın maksimal saatlıq qaz sərfi 1.5 m3 /saat, orta günlük iş rejimi 24 saat, hesabat müddəti 30 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4032 m3 müəyyən edilərək onun dəyəri olan 403,2 manat məbləğdə ziyan (4032 m3 x 0.10 man = 403,2 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) kollegial idarəetmə orqanı olan Şurasının 14.03.2011-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiqlənmiş “İstehlakçılar tərəfindən təbii X2 pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları” göstərilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. “ Qaz təchizatı haqqında Azərbaycan Respublikası qanununun 13-cü maddəsinin 6-cı bəndində göstərilir ki, qaz paylayıcısı aşağıdakı hallarda qazın verilməsini dayandıra bilər: istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; təmir- 4 profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; istehlakçının qaz qurğusu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət standartlarının tələblərinə cavab vermədikdə; paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; paylayıcı ilə müvafiq müqavilə bağlanmadıqda; məhkəmənin qərarı ilə. «Qaz təchizatı» haqqında Azərbaycan Respublikasının 30 iyun 1998-ci il tarixli Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin maddənin 9-cu bəndinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə"nin 2.3.4-cü yarımbəndinə əsasən istehlakçı (iş üzrə cavabdeh) təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində qaz paylayıcısına dəymiş zərərin əvəzini ödəməlidir. Həmin qaydaların 6.5-ci bəndinə əsasən qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilişini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin qaydaların 5.2-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı müqaviləsi bağlanmış və müqavilədə tərəflərin hüquq və vəzifələri müəyyən olunmuşdur. Kollegiya belə qənaətə gəlir ki, cavabdeh öz riski ilə müqavilə bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. İşin faktiki hallarından göründüyü kimi iddiaçının tələbi Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş 29.11.2019-ci il tarixli ******* saylı akt əsasında 669.60 manat, 30.12.2019-ci il tarixli ******* saylı akt əsasında 393.20 manat, 28.02.2020ci il tarixli ******* saylı akt əsasında 403.20 manat, 30.03.2020-ci il tarixli ******* saylı akt əsasında 322.60 manat, 30.01.2020-ci il tarixli ******* saylı akt əsasında 403.20 manat olmaqla cəmi 2191.8 manat məbləğində “İddiaçı" İB-yə maddi zərər və cavabdeh tərəfindən İddiaçı İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda qalıq borcla birlikdə ümumi olaraq 4039.36 manat (1847.56 manat sayğac vasitəsi ilə istifadə edilən qazın dəyəri) borc tələbidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Belə ki, sayğacdan kənar qanunsuz xətt vasitəsilə qoşulma halında itirilmiş qazın dəyəri hesablanarkən düzgün məbləğ müəyyən edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən onun göstərdiyi dəlillər qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası tədqiq etdiyi sübutlara əsasən, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməmişdir. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin apellyasiya şikayətinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. MPM-in 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Mülki Prosessual Məcəllənin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаra obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymətləndirərək hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, mаddi və prosessuаl hüquq normаlаrının tətbiqində səhvə yol verməmişdir, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Mülki Prosessual Məcəllənin 404-1-ci maadəsinə əsasən apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və MPM-in 372, 384, 387, 393, 404 və 404-1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 2(075)-175/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-897/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-897/2021
20.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver