Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-9/2022 19.12.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi və borc məbləğlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi və qəbz üzrə pul tələbi) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi, birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi və borc məbləğlərinin ödənilməsi tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tаrixli, 2(054)-323/2019 nömrəli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları: 1.İddiaçı1la cavabdeh arasında bağlanmış, 21 dekabr 2017-ci il tarixdə Bakı şəhəri 11 saylı Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmiş kredit müqaviləsində cavabdehin 21 dekabr 2017-ci il tarixdə İddiaçı1 30.000 (otuz min) manat borc aldığı və həmin məbləği 6 ay müddətində, yəni 21 iyun 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir.
2. 21 dekabr 2017-ci il tarixli orderdən görünür ki, Bakı şəhəri 11 saylı Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmiş 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 (otuz min) manat borc məbləği İddiaçı1 tərəfindən 21 dekabr 2017-ci il tarixdə qanunamüvafiq qaydada həmin müqaviləni notariat qaydasında təsdiq etmiş notariusun depozit hesabına köçürülmüşdür.
3. İddiaçı1la cavabdehin adından bağlanaraq imzalanmış, 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədə cavabdehin İddiaçı1 aldığı 42.000 (qırx iki min) manat pula dərman ləvazimatları alıb özünün işlətdiyi aptekdə satışını təşkil edəcəyi qeyd edilmişdir. Həmin müqavilədə həmçinin, cavabdehin İddiaçı1 aldığı 42.000 (qırx iki min) manat pulu müqavilə predmetinə uyğun işlətməyi və müqavilə müddətinin sonuncu günü həmin məbləği faizləri ilə birlikdə qaytarmağı öhdəsinə götürdüyü, müqavilənin isə 11 dekabr 2018-ci il tarixədək etibarlı olduğu qeyd edilmişdir.
4. İddia tələbində qəbz adlandırılan və cavabdehin adından imzalanmış vərəqədə qeyd edilmişdir ki, “Mən, Cavabdeh 21 iyul 2018-ci il tarixdə İddiaçı2 otuz min manat pulu alıram, ondan ötrü ki, mən 2018-ci ilin sonuna qədər Bakı şəhərində mövcud olan apteklərdən birini onun üçün rəsmiləşdirəcəyəm. Söz verirəm ki, götürdüyüm öhdəliyin məsuliyyətinə bütün qanunauyğunluqla cavab verməyə hazıram.” Həmin vərəqədə cavabdehin adından “pulu aldım, aldığıma dair imza edirəm.” sözləri də qeyd edilmişdir.
5. Ağcabədi Rayon Məhkəməsinin 04.06.202-ci il tarixli, 2(017)-432/2020 nömrəli qətnaməsi ilə, iddiaçı Cavabdehlər İddiaçı1 və İddiaçı2 qarşı “21 dekabr 2017-ci il tarixli, kredit müqaviləsinin və İddiaçı2 30000 manat alınmasına dair 11 iyul 2018-ci il tarixli qəbzin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.
6. Ağcabədi Rayon Məhkəməsinin 04.06.202-ci il tarixli, 2(017)-432/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(106)-2431/2020 nömrəli qətnaməsi ilə Ağcabədi Rayon Məhkəməsinin 04.06.202-ci il tarixli, 2(017)-432/2020 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iddiaçı Cavabdeh İddiaçı2 30000 manat manatın alınması barədə qəbz etibarsız hesab edilmişdir.
7. Şirvan Apellyasiya Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli, 2(106)-2431/2020 nömrəli qətnaməsindən cavabdeh İddiaçı2 və onun vəkili X2 tərəfindən kassasiya şikayəti verilmiş, kassasiya şikayəti qismən təmin edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 dekabr 2021-ci il tarixli, 2(102)-3666/2021 nömrəli qərarı ilə iş üzrə mübahisəyə yenidən baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə geri qaytarılmışdır.
8. Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(106)-771/2022 nömrəli qətnaməsi ilə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Ağcabədi Rayon Məhkəməsinin 04.06.202-ci il tarixli, 2(017)-432/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə (11 iyul 2018-ci il tarixli qəbzin etibarsız hesab edilməmısi hissəsində) dəyişdirilmədən saxlanılmışdır.
9. Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(106)-771/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmişdir.
10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 28 noyabr 2022-ci il tarixli, 2(102)-5545/2022 nömrəli qərarı ilə, Şirvan Apellyasiya Məhkəməsinin 18 may 2022-ci il tarixli, 2(106)-771/2022 nömrəli qətnaməsi eyni predmet və eyni əsaslarla mübahisə üzrə iş həmin məhkəmənin və ya digər məhkəmənin icraatında olduğu üçün ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır (Elektron məhkəmə” informasiya sistemindən çıxarış işə əlavə edilmişdir).
İş üzrə qəbul edilmiş məhkəmə aktları
a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçılar İddiaçı1 (bundan sonra İddiaçı1) və İddiaçı2 (bundan sonra İddiaçı2) Cavabdeh (bundan sonra Cavabdeh və ya cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə İddiaçı1 arasında bağlanmış 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsinin və 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilənin etibarsız hesab edilməsi, cavabdehdən cəmi 102.000 manat tutularaq 72.000 manatın İddiaçı1, 30.000 manatın isə İddiaçı2 verilməsi, dövlət rüsumu olaraq ödənilmiş 30 manat məbləğin cavabdehdən tutularaq 15 manatın İddiaçı1, 15 manatın isə İddiaçı2 verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
12. İddiaçıların vəkili və İddiaçı1 nümayəndəsi X2 məhkəmə prosesinin gedişində məhkəməyə iddia tələbinin dəqiqləşməsinə dair ərizə təqdim edərək cavabdehlə İddiaçı1 arasında bağlanmış 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi, iddia tələbinin digər hissələrinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
13. İddiaçılar öz iddia tələblərini onunla əsaslandırmışlar ki, onlar cavabdehi uzun müddətdən bəri aptek işlədən bir şəxs kimi tanıyırlar. Cavabdeh aptek işinin sərfəli olduğunu İddiaçı1 bildirmiş və ona aptek alıb verərsə, həm özünün, həm də onun yaxşı qazanc əldə edə biləcəklərini demişdir. Cavabdeh İddiaçı1 Bakı şəhəri ərazisində aptek kimi fəaliyyət göstərən və satılıq olan bir neçə obyekt tanıdığını, həmin obyektlərin sahibləri ilə birbaşa tanışlığının olduğunu da demişdir. İddiaçı1 da yaxın dostu İddiaçı2 bu barədə demiş və onlar belə qərara gəlmişlər ki, cavabdeh belə bir obyekt tapsın, onlar isə həmin obyekti satın alaraq işlətmək üçün cavabdehə versinlər və birgə gəlir əldə etsinlər. Bu məqsədlə onlar obyektlərin qiymətlərini dəqiqləşdirmək üçün cavabdehlə görüşmüşlər və cavabdeh belə obyektlərin ölçüsündən və yerləşdiyi yerdən asılı olaraq 30.000 manatdan başlamaqla daha yüksək məbləğlərdə qiymətləndirildiyini onlara demişdir. Onlar öz aralarında razılaşmışlar ki, cavabdehin təklif etdiyi obyektlərdən imkanlarına uyğun olan birini alsınlar, əgər sərfəli olsa, sonra daha bir obyekt də alarlar. Bu razılaşmaya əsasən İddiaçı1 cavabdehə 30.000 manat pul vermiş və tərəflər arasında olan razılaşmanı rəsmiləşdirmək üçün Notariat Kontoruna getmişlər. Notariat Kontorunda onlara izah edilmişdir ki, tərəflər arasında kredit (borc) müqaviləsi bağlana bilər. Onlar razılaşmışlar və 21 dekabr 2017-ci il tarixdə cavabdehlə İddiaçı1 arasında kredit (borc) müqaviləsi bağlanaraq notariat qaydasında qeydə alınmaqla təsdiq edilmişdir. Həmin vaxtdan sonra cavabdeh bir neçə obyektə baxdığını, lakin hələlik münasib olan obyekt tapmadığını, bir neçə günə çox əlverişli bir obyektin ona göstəriləcəyini deyərək bir müddət gözləməyi xahiş etmişdir. Bir neçə gün sonra cavabdeh Bakı şəhəri Nərimanov rayonunun ərazisində çox əlverişli yerdə bir obyekt tapdığını, lakin sənədlərin hazırlanması üçün bir qədər vaxt lazım olduğunu, obyektin qiymətinin sənədləşmə işi ilə birlikdə 100.000 manatdan bir qədər artıq olduğunu demişdir. İddiaçı1 onda 100.000 manat pul olmadığını deyərək verdiyi 30.000 manat pulu geri almaq istədiyini bildirmiş, bu zaman cavabdeh ona təklif etmişdir ki, nə qədər imkanı varsa, o qədər pul versin, o həmin pula özünün işlətdiyi aptekə dərman preparatları alıb gətirsin. Satın almaq istədikləri obyektin sənədləri hazır olanadək həmin dərman preparatları satılar və əldə olunan gəlirlə, çatışmayan hissəni də kredit götürməklə həmin obyekti satın alarlar, sonra isə işlədikcə kredit borcunu da ödəyərlər. İddiaçı1 cavabdehin təklifinə razılaşmış və 11 iyul 2018-ci il tarixdə özündə olan cəmi 42.000 manat pulu da cavabdehə vermişdir. Bununla bağlı 11 iyul 2018-ci il tarixdə cavabdehlə İddiaçı1 arasında birgə fəaliyyət haqqında müqavilə bağlanaraq imzalanmışdır. Müqavilənin şərtlərini də cavabdeh özü müəyyənləşdirmişdir. Ertəsi gün İddiaçı1 cavabdehlə aralarında olan danışıq və razılaşmalar barədə tanışı İddiaçı2 dedikdə, sonuncu təklif etmişdir ki, obyektin satın alınması üçün çatışmayan məbləği də o versin, daha kredit götürməyə ehtiyac qalmasın. Onlar bu barədə cavabdehə də demiş və cavabdeh də həmin təkliflə razılaşmışdır. 21 iyul 2018-ci il tarixdə iddiaçılar cavabdehlə yenidən görüşmüş və İddiaçı2 cavabdehə 30.000 manat pul vermişdir. Cavabdeh 30.000 manat pulu İddiaçı2 almasına dair öz xətti ilə qəbz yazıb imzalayaraq vermiş, həmin qəbzdə 2018-ci ilin sonunadək Bakı şəhərində mövcud olan obyektlərin birini İddiaçı2 adına rəsmiləşdirəcəyini öhdəsinə götürmüşdür. Lakin cavabdeh sonradan vədinə əməl etməmiş, öz üzərinə düşən öhdəliyi yerinə yetirməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Sonradan isə iddiaçılara məlum olmuşdur ki, cavabdeh onları aldatmış, onlardan aldığı pulları özünün maddi ehtiyaclarına sərf etmişdir. Bundan sonra iddiaçılar Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə müraciət etmişlər və həmin orqanda müvafiq araşdırma aparılmışdır. Cavabdehlə İddiaçı1 arasında bağlanmış 21 dekabr 2017-ci il tarixli kredit (borc) müqaviləsi və 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləsi həqiqəti əks etdirmir və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun deyildir. Cavabdeh İddiaçı1 cəmi 72.000 manat, İddiaçı2 isə 30.000 manat pul almışdır. Cavabdeh həmin məbləğləri onlardan borc olaraq və ya birgə fəaliyyət göstərmək üçün deyil, onlar üçün hazır obyekt satın almaq üçün götürmüşdür. Lakin sonradan nə üzərinə düşən öhdəliyi yerinə yetirməmiş, nə də aldığı pulları qaytarmamışdır. Ona görə də onlar məhkəməyə müraciət etməyə məcbur olmuş, məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödəmişlər. Qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirlər.
14. Oğuz Rаyоn Məhkəməsinin (hаkim K.Süleymanov) 15 avqust 2019-cu il tаrixli qətnaməsi ilə iddiası qismən təmin edilərək, Cavabdeh 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsi üzrə 30.000 manat borc məbləği və 30 manat dövlət rüsumu - cəmi 30.030 (otuz min otuz) manat tutularaq İddiaçı1 ödənilməsi, Cavabdeh 30.000 (otuz min) manat borc məbləği tutularaq İddiaçı2 ödənilməsi, iddia tələbi İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı1 ilə Cavabdeh arasında bağlanmış 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsi, 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə üzrə Cavabdeh, cəmi 42.000 (qırx iki min) manat tutularaq İddiaçı1 ödənilməsinə dair hissələrdə təmin edilməməsi qət оlunmuşdur.
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlə İddiaçı1 arasında bağlanmış və notariat qaydasında təsdiq edilmiş 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsinin uydurma və ya yalan əqd olması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış, bununla bağlı iddiaçıların dəlilləri də işin faktiki halları ilə sübuta yetrilməmişdir.
16. 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməsə də, həmin müqavilənin tərəfləri arasında borc alınıb-verilməsindən irəli gələn münasibtələrin mövcud olduğu istisna edilmir. 30.000 (otuz min) manat borc məbləğinin 21 dekabr 2017-ci il tarixdə həmin tarixli kredit müqaviləsini təsdiq etmiş notariusun depozit hesabına daxil olduğu və bu məbləğin cavabdehə ödənildiyi iş materiallarına əlavə edilmiş pul köçürmə orderi və qeyd olunan kredit müqaviləsində öz əksini tapır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh həmin müqavilə üzrə aldığı borc məbləğini tam şəkildə İddiaçı1 qaytarmalıdır. Cavabdehin İddiaçı1 30.000 (otuz min) manat borc aldığı, borc məbləğini 6 ay müddətində, yəni 21 iyun 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü notariat qaydasında qeydə alınmış müqavilə və digər iş materialları ilə təsdiq edilir. İddiaçı1 borc məbləğinin indiyədək qaytarılmadığını iddia edir. Həmin faktın əksini təsdiq edə biləcək sübutlar, yəni həmin borc məbləğinin İddiaçı1 qaytarılmış olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və belə hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Həmin əsaslara görə məhkəmə 30.000 (otuz min) manat borc məbləğinin indiyədək də İddiaçı1 qaytarılmaması faktını, bununla bağlı iddiaçının dəlillərini sübuta yetirilmiş hesab edir.
17. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsi cavabdehdən 30.000 (otuz min) manat borc məbləğinin tutularaq İddiaçı1 ödənilməsinə dair hissəsi təmin edilməlidir.
18. Məhkəməyə təqdim edilmiş 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədən və işin məhkəmədə müəyyən edilmiş faktiki hallarından görünür ki, həmin müqavilənin tərəfləri arasında qanunvericiliyin tələblərinə uyğun şəkildə birgə fəaliyyət, ortaqlıq və ya şərikliliklə ifadə olunan müqavilə tərtib edilib imzalanmamış, həmin müqavilə üzrə tərəflərin qanunvericilikdə nəzərdə tutulan öhdəlikləri və məsuliyyətləri öz əksini tapmamışdır. Eyni zamanda, həmin müqavilədə qeyd edilən 42.000 manat məbləğin İddiaçı1 tərəfindən faktiki olaraq, həqiqətən də, cavabdehə verildiyi də müqavilənin məzmunundan görünmür. Həmin müqavilə notariat qaydasında təsdiq edilməmiş və müqavilədə qeyd edilən 42.000 manat məbləğin, həqiqətən də, verilmiş olması digər hər hansı sübutla təsdiq olunmur.
19. İddiaçı1la cavabdehin adından bağlanmış 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədə qeyd edilən etibarlılıq müddəti başa çatmış olduğundan həmin müqaviləyə müddətin başa çatması əsası ilə artıq xitam verilmişdir. Ona görə də 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə hazırda məhkəmə qaydasında xitam verilməsinə hər hansı əsas yoxdur.
20. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbinin İddiaçı1la cavabdehin adından bağlanmış 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə xitam verilməsinə dair hissəsi təmin edilməməlidir.
21. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2, 337.4, 337.5, 340.1, 340.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 78.1-cü maddələrinə istinadla əsaslandırmışdır.
22. Qətnamədən narazı qalan cavabdeh Oğuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tаrixli, 2(054)-323/2019 nömrəli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Apellyasiya şikayətinin dəlilləri
23. Məhkəmənin adı çəkilən qətnaməsinin dəlilləri ilə razılaşmayan iddiaçılar İddiaçı1 və İddiaçı2, həmçinin Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, birinci instansiya məhkəməsi iddialarının təmin etmədiyi hissədə qətnaməsini onunla əsaslandırıb ki, xitam verilməsi tələb olunan 11 iyul 2018-ci il tarixli, “birgə fəaliyyət haqqında” müqavilədə qeyd olunan 42.000 (qırx iki min) manatın İddiaçı1 tərəfindən faktiki olaraq Cavabdeh verildiyi sübuta yetirlməyib. Onlar cavabdehin onlarla bağladığı həmin müqavilələrlə onları aldatdığını inamlarından sui istifadə etdiyini bildirmişlər və onlarla bağlanan kredit müqaviləsinin də bağlanması məqsədinin cavabdehə borca pul vermək olmayıb. Ona verilmiş pul onlara, onlar üçün işlək aptek tapması üçün, avans kimi verilmiş puldur. Məhz yuxarıda göstərdiklərinə əsasən də hesab edirlər ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddialarının təmin olunmayan hissəsində ləğv edilməli və iddiaları tam təmin olunmalıdır.
25. Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, ailə vəziyyəti və maddi imkansızlığı ilə bağlı məhkəmə iclasında iştirak etməmiş və iddia tələbinə qarşı fikrini və faktlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də Oğuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tаrixli, 2(054)- 323/2019 nömrəli qətnaməsinin ləğv edilib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər səbəb və mümkünsüzlüyünü bildirmədən kollegiyanın iclasına gəlməmişdir. Tərəflər rəsmi poçt vasitəsilə yanaşı, müvafiq olaraq 70 717 07 07 və 55 94251 41 mobil telefon nömrələrinə “SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsi barədə” Bildiriş göndərilməklə xəbərdar olunmuşdur (məhkəmə iclasından qabaq məhkəmə iclas katibi tərəfindən də tərəflərin iddia ərizəsində qeydd olunmuş nömrələrinə zəng olunmuş, lakin sonuncular telefon zənginə cavab verməmişlər. Bu barədə “telefonoqram” da tərtib olunmuşdur)
28. Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. (Mülki Prosessual Məcəllə maddə 135.7)
29. Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər.
30. Həmin Məcəllənin 368.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində işə onun məhkəməyə daxil olduğu gündən 3 ay müddətində baxılmalı və müvafiq məhkəmə aktı qəbul edilməlidir.
31. Qanunvericiliyin istinad olunan tələbini (o cümlədən mülki işin uzubn müddət məhkəmənin icraatında olmasını), habelə mülki işlər üzrə apellyasiya şikayətinə baxılması üçün qanunla 3 aylıq müddət müəyyən olunmasını nəzərə alaraq məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
32. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 740-cı maddəsinə əsasən borc müqaviləsi şifahi bağlanır. Tərəflərin razılaşması ilə yazılı formadan da istifadə edilə bilər
1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin;
106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçılar Oğuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tаrixli, 2(054)-323/2019 nömrəli qətnaməsinin təmin olunmayan hissəsini, cavabdeh isə təmin olunmuş hissəsini mübahisələndirmişlər.
35. Ona görə də kollegiya Oğuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tаrixli, 2(054)-323/2019 nömrəli qətnaməsini tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. İddia tələbinin mahiyyətindən və ifadə tərzindən görünür ki, iddiaçıların tələbi xx.xx.2017-ci il tarixli notarial qaydada rəsmiləşdirilmiş kredit müqaviləsi üzrə, xx.xx.2018ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə, həmçinin xx.xx.2021-ci il tarixli sadə yazılı qəbz üzrə yaranmış borcun cavabdehdən alınması barədədir.
38. Mövcud mübahisə üzrə iddiaçılar pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından, yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin əvəzinin ödənilməsindən ibarətdir.
39. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçı tərəfin cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçılar qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
40. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
41. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.
42. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir.
43. Hazırki mübahisənin predmetini təşkil edən kredit (borc) müqaviləsinin və sadə yazılı qəbzin məzmunundan, müəyyən olunur ki, Cavabdeh xx.xx.2018-ci il tarixədək qaytarmaq şərtilə İddiaçı1 30.000 manat, İddiaçı2 isə aptekin sənədləşməsi üçün 30000 manat pul götürmüşdür.
44. İşin kollegiya tərəfindən müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1la cavabdeh arasında 30.000 (otuz min) manat borc məbləğinin verilməsi ilə əlaqədar kredit müqaviləsi bağlanmış, həmin müqavilə 21 dekabr 2017-ci il tarixdə Notariat Kontorunda qeydə alınaraq təsdiq edilmişdir. Müqavilədə cavabdehin 21 dekabr 2017-ci il tarixdə iddiaçıdan 30.000 (otuz min) manat borc məbləğini 6 ay müddətində, yəni 21 iyun 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü qeyd edilmişdir. Eyni zamanda, İddiaçı1la cavabdeh arasında 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilə də imzalanmış, həmin müqavilədə cavabdehin dərman ləvazimatları alıb özünün işlətdiyi aptekdə satışını təşkil etmək məqsədi ilə İddiaçı1 42.000 (qırx iki min) manat pul aldığı, müqavilənin 11 dekabr 2018-ci il tarixədək etibarlı olduğu qeyd edilmişdir. Bundan əlavə, cavabdehin adından imzalanmış vərəqədə onun 21 iyul 2018-ci il tarixdə İddiaçı2 30.000 (otuz min) manat pul aldığı, 2018-ci ilin sonuna qədər Bakı şəhərində mövcud olan apteklərdən birini onun üçün rəsmiləşdirəcəyi öhdəsinə götürdüyü qeyd edilmişdir.
45. Qeyd olunan müqavilə və qəbzə əsasən Cavabdeh götürmüş olduğu pulu (borcu) qaytarmağı öhdəsinə götürmüşdür. 46.Öyrənilən mülki işin faktiki hallarından belə aydın olur ki, 21 dekabr 2017-ci il tarixli kredit müqaviləsi etibarsız hesab edilməsə də, həmin müqavilənin tərəfləri arasında borc alınıb-verilməsindən irəli gələn münasibtələrin mövcud olduğu istisna edilmir. 30.000 (otuz min) manat borc məbləğinin 21 dekabr 2017-ci il tarixdə həmin tarixli kredit müqaviləsini təsdiq etmiş notariusun depozit hesabına daxil olduğu və bu məbləğin cavabdehə ödənildiyi iş materiallarına əlavə edilmiş pul köçürmə orderi və qeyd olunan kredit müqaviləsində öz əksini tapır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh həmin müqavilə üzrə aldığı borc məbləğini tam şəkildə İddiaçı1 qaytarmalıdır. Cavabdehin İddiaçı1 30.000 (otuz min) manat borc aldığı, borc məbləğini 6 ay müddətində, yəni 21 iyun 2018-ci il tarixədək qaytarmağı öhdəsinə götürdüyü notariat qaydasında qeydə alınmış müqavilə və digər iş materialları ilə təsdiq edilir. İddiaçı1 borc məbləğinin indiyədək qaytarılmadığını iddia edir. Həmin faktın əksini təsdiq edə biləcək sübutlar, yəni həmin borc məbləğinin İddiaçı1 qaytarılmış olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və belə hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Həmin əsaslara görə məhkəmə 30.000 (otuz min) manat borc məbləğinin indiyədək də İddiaçı1 qaytarılmaması faktını, bununla bağlı iddiaçının dəlillərini sübuta yetirilmiş hesab edir.
47. Məhkəməyə təqdim edilmiş 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə münasibətdə bildirir ki, həmin müqavilədə qeyd edilən 42.000 manat məbləğin İddiaçı1 tərəfindən faktiki olaraq, həqiqətən də, cavabdehə verildiyi də müqavilənin məzmunundan görünmür. Həmin müqavilə notariat qaydasında təsdiq edilməmiş və müqavilədə qeyd edilən 42.000 manat məbləğin, həqiqətən də, verilmiş olması digər hər hansı sübutla təsdiq olunmur. İddiaçı1la cavabdehin adından bağlanmış 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqavilədə qeyd edilən etibarlılıq müddəti başa çatmış olduğundan həmin müqaviləyə müddətin başa çatması əsası ilə artıq xitam verilmişdir. Ona görə də 11 iyul 2018-ci il tarixli birgə fəaliyyət haqqında müqaviləyə hazırda məhkəmə qaydasında xitam verilməsinə hər hansı əsas yoxdur.
48. Kollegiya iddia tələbinin cavabdehdən 30.000 (otuz min) manat tutularaq İddiaçı2 ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, cavabdehə İddiaçı2 tərəfindən də əlavə olaraq 30.000 (otuz min) manat pul verilməsi ilə bağlı 21 iyul 2018-ci il tarixdə tərtib edilmiş, iddiaçının qəbz adlandırdığı bir vərəqə vardır və həmin vərəqədə cavabdehin adından “pulu aldım, aldığıma dair imza edirəm.” sözləri də qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 30.000 (otuz min) manat pul məbləğinin cavabdehə hansı niyyətlə verilməsindən asılı olmayaraq cavabdehlə İddiaçı2 arasında olan münasibətlərə də borc müqaviləsindən irəli gələn müddəalar tətbiq edilməlidir. Cavabdehin İddiaçı2 30.000 (otuz min) manat pulu faktiki olaraq aldığı həmin müqavilə olan qeydlə təsdiq edilir. İddiaçı2 30.000 (otuz min) manat məbləğin indiyədək qaytarılmadığını iddia edir. Həmin faktın əksini təsdiq edə biləcək sübutlar, yəni 30.000 (otuz min) manat məbləğin İddiaçı2 qaytarılmış olması ilə bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübut təqdim edilməmiş və belə hallar məhkəmə araşdırması zamanı da müəyyən edilməmişdir. Həmin əsaslara görə məhkəmə 30.000 (otuz min) manat məbləğin indiyədək də İddiaçı2 qaytarılmaması faktını, bununla bağlı iddiaçının dəlillərini sübuta yetirilmiş hesab edir.
49. Göründüyü kimi iddiaçı tərəf sözügedən kredit müqaviləsi və sadə yazılı qəbz üzrə üzərinə düşən öhdəliyi tam icra etmiş, yəni müqavilədə və qəbzdə nəzərdə tutulan pul məbləğini cavabdehə vermiş, lakin cavabdeh həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yerirməmiş, müxtəlif bəhanələr, o cümlədən iddialar verməklə öhdəliyindən yayınmışdır.
50. İş materiallarının təhlili nəticəsində həm də təsdiq olunur ki, iddiaçı tərəf müqavilədə qeyd olunan həmin pulun tələb edilməsi ilə bağlı heç də hərəkətsiz olmamış, müxtəlif vaxtlarda cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər etmiş, lakin sonda heç bir nəticəsi olmamış, əksinə cavabdeh hər dəfə müxtəlif arqumentlər və ya bəhanələr gətirməklə öhdəliyini icra etməkdən yayınmaqla, gah iddaçıdan pul almadığını, gah da borcunun böyük hissəsini qaytardığnı bəyan edir.
51. Sübutları araşdırmaq və təhlil etmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin və xx.xx.2021-ci il tarixli sadə yazılı qəbzin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə olan halda öhdəliyin icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 442-ci maddəsinə görə həll edilməlidir.
52. Həmin maddəyə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. Kollegiya qeyd edir ki, bu münasibətlər üzrə kimin haqlı, yaxud haqsız olmasını araşdırmaq hazırki iddianın predmeti olmamışdır. Predmet yalnız notariat kontorunda bağlanmış, tərəflərin iradə ifadələrinə uyğun aralarında razılaşdırılmış şərtlərlə bağladıqları kredit müqaviləsi üzrə, həmçinin öz aralarında şərtləşdikləri qəbz üzrə pulun qaytarılması tələbidir.
54. Kollegiya bu qənaətə gələrkən onu da nəzərə alır ki, qanunvericilikdə dəlillərin qiymətləndirilməsi prosesində ayrı-ayrı sübutların həqiqiliyinə inamı artıran qaydalar nəzərdə tutmuşdur. Bu qaydalardan biri də notariat orqanında təsdiq olunmuş sənədlərin mötəbər sübut kimi qəbul edilməsidir. Sübut növü olan hər hansı sənədin, o cümlədən müqavilənin yazılı şəkildə notariat qaydada təsdiq olunması müqavilənin dərk edilmədən, yaxud iradə xaricində bağlanmasının qarşısını almaqla, əqdin etibarlılığına təminatı daha da artırır. Bu səbəbdən də, əksi sübut edilmədikcə, notarial qaydada təsdiq edilmiş sənədin (o cümlədən müqavilənin) həqiqiliyi prezumpsiyası qəbul edilməlidir.
55. Məhkəmə kollegiyası rəsmiləşdirilmiş kredit müqaviləsinə həm də bu aspektdən yanaşaraq nəzərə alır ki, tərəflər həmin əqdi notariusun yanında imzalamaqla öz iradələrini ifadə etmişlər. Bu zaman cavabdehin iradəsinin qanunsuz hərəkətlərlə (aldatma, hədə-qorxu gəlmə və s.) zədələnməsi halına dair hər hansı sübut isə təqdim edilməmişdir.
56. Şərh olunanları ümumiləşdirərək kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Xüsusilə nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:
İddiaçılar İddiaçı1, İddiaçı2 və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Oğuz Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tаrixli, 2(054)-323/2019 nömrəli qətnaməsi apellyasiya şikayətlərinə münasibtdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (vəkil və elektron kabinet vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Ayaz Mahmudov