Məhkəmə qərarları › İş №2(107)-900/2022

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-900/2022

04.07.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-900/2022 04.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-745/2022 saylı mülki işin nəticəsinə dair yekun məhkəmə aktı təqdim edilənədək icraat dayandırılmasına dair (Açar sözlər: mənzilə istifadə hüququnun müəyyən edilməsi - icraatın dayandırılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X6 iştirakı ilə Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardaddan İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, onun ünvan 1 evə istifadə hüququnun müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 08 noyabr 2016-cı il tarixli 2(051)-4015/2016 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair Cavabdeh1 etirazı təmin edilmiş və iş başqa birinci instansiya məhkəməsinə verilməsi üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 28 noyabr 2016-cı il tarixli 2(107)-1774/2016 saylı qərardadı ilə Cavabdeh1 işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına verdiyi etirazı təmin edilmiş; İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddiası ilə bağlı mülki iş Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Yevlax Rayon Məhkəməsinin 29 dekabr 2016-cı il tarixli 2(039)-5090/2016 saylı qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Ərazi idarəsinə və üçüncü şəxs Cavabdeh1 qarşı ünvan 1 ünvanda yerləşən 0.08 ha torpaq sahəsinə X4, X5 ilə birgə ümumi mülkiyyət hüququnun qeydə alınması və bu barədə daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 iyul 2016-cı il tarixli qərardadın üçüncü şəxs Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsində mahiyyəti üzrə baxılıb qərar qəbul edilənə kimi İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair Yevlax Rayon Məhkəməsinin icraatında olan iddiası üzrə işin icraatı dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli 2(039)-13/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(039)-13/2020 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmışdır. Yevlax Rayon Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli 2(039)-2092/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair Yevlax Rayon Məhkəməsinin 17 sentyabr 2020-ci il tarixli 2(039)-13/2020 saylı qərardadı ləğv edilmişdir. Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-2092/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh1 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki işin icraatına xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(107)-2295/2021 saylı qərardadı ilə İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilmiş; Yevlax Rayon Məhkəməsinin 12 oktyabr 2021-ci il tarixli 2(039)-2092/2021 nömrəli qərardadı tam, Yevlax Rayon Məhkəməsinin 12 dekabr 2021-ci il tarixli 2(039)- 2092/2021 nömrəli qərardadı isə İddiaçı verdiyi şikayətin təmin edilməməsi hissəsində ləğv edilmiş; İddiaçı cavabdeh X2 hüquqi varisi Cavabdeh1 qarşı mənzilə istifadə hüququnun müəyyən edilməsi tələbinə dair mülki iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 məhkəmənin təşəbbüsü ilə iş üzrə cavabdeh qismində cəlb edilmişlər. Cavabdeh1 vəsatətlə məhkəməyə müraciət edərək, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan işlə hazırki iş bir-biri ilə əlaqəli olduğundan Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan mülki iş üzrə yekun məhkəmə aktı çıxarılanadək hazırki işin icraatının dayandırılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-745/2022 saylı mülki işin nəticəsinə dair yekun məhkəmə aktı təqdim edilənədək icraat dayandırılmışdır. Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadından İddiaçı tərəfindən şikayət verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 20 may 2022-ci il tarixli 2(107)-780/2022 saylı qərardadı ilə Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadından İddiaçı tərəfindən verilmiş şikayət Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilməsi üçün Yevlax Rayon Məhkəməsinə geri qaytarılmışdır. Yevlax Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardad ilə Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət ona qaytarılmışdır. İddiaçı Yevlax Rayon Məhkəməsinin 03 iyun 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadında göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadından şikayət vermişdir. Yevlax Rayon Məhkəməsinin 06 iyun 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə əhəmiyyətli olan Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-745/2022 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılanadək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraat dayandırılmalıdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(107)- 2295/2021 saylı qərardadında qeyd edilmişdir ki, hazırki iş üzrə iddia ünvan 1 evə istifadə hüququnun müəyyən olunması barədədir. Yəni, sözü gedən fərdi yaşayış evinin yerdə qalan hissəsi ilə bağlı məsələ açıq qalır. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)- 745/2022 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılanadək hazırki işə baxıla bilməz. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-ci maddəsinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, onun iddiası X3 qarşıdır. Məhkəmənin “Cavabdeh2, Cavabdeh5. Cavabdeh4 və Cavabdeh3 məhkəmənin təşəbbüsü ilə iş üzrə cavabdeh qismində cəlb edilmişdir” (Qərardadın 3-cü səhifəsi 7-ci abzası) kimi mövqeyi isə Azərbaycan Respublikası MPM-nin 51.3-cü maddəsinə əsasən ziddir. Həmin maddəyə əsasən başqa cavabdeh işə məhkəmə tərəfindən iddiaçının yazılı vəsatəti əsasında və ya məhkəmənin başqa cavabdehin cəlb edilməsinə dair təklifinə iddiaçının yazılı razılığı əsasında işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər cəlb edilir. O, belə bir razılıq verməmişdir. Məhkəmənin bu qanunsuz hərəkətləri başadüşülən deyildir. O, həmin şəxslərə qarşı iddia qaldırmamışdır. X8 vəfat etməsinə qədər yaranmış münasibətlərlə bağlıdır və onun mülkiyyətində olan mənzilə istifadə hüququnun müəyyən edilməsi ilə bağlı olsada, məhkəmə torpağın və evin naturada bölünməsinə dair iddiaya baxılanadək həmin iddiaya baxılmasının mümkün olmadığı qənaətinə gəlmişdir. Əgər mənzilin naturada bölünməsi tələbinə iddia təmin olunacağı təqdirdə onun istifadə hüququnun tanınması tələbi necə olacağını müəyyən etmək mümkün deyildir. Əksinə naturada bölgü tələbinin icraatı onun istifadə hüququnun tanınması tələbinə baxılanadək dayandırılmalı olmasının bağlılığına məhkəmə qiymət verməmişdir. İşin digər halı isə ondan ibarətdir ki, naturada bölünməsi tələb olunan fərdi yaşayış evinin yaşayış sahəsində onun mülkiyyət payı yoxdur. Naturada bölgü tələb olunan torpaq sahəsinin bölünməsinin onun yaşayış evinə istifadə hüququ ila heç bir bağlılığı yoxdur. Məhkəmənin bu şəkildə dəyərləndirmə aparması tam qanunsuz və əsassızdır. X1 qarşı mənzilə istifadə hüququnun tanınması tələbi üzrə 2016-cı ildən qaldırmış olduğu iddiasının 6 ildən sonra məhkəmənin yenidən dayandırması ancaq məhkəmə süründürməçiliyindən başqa bir şey deyildir. O, 1999-cu ildən ünvan 1 evdə yaşayır. Cavabdeh3 başqa həmin evdə o və 2 yetkinlik yaşına çatmayan qızları Fidan və Türkan Tağıyevalar yaşayır. Məhkəmələr isə 6 ildir ki, onun qanuni tələbi üzrə yekun məhkəmə qərarının çıxarılmasına mane olurlar. Məhkəməyə Mingəçevir şəhəri Ərəş küçəi 44 saylı evə dair Çıxarışın surətini təqdim edir. Həmin Çıxarışdan görünür ki, onun həmin ünvanda 8/80 hissə torpaq payı vardır. 1999-cu ildə yaranmış mənzildən istifadə hüququnun 2022-ci ildə əldə edilmiş Çıxarışda göstərilən fərdi yaşayış evinin naturada bölünməsi tələbinin bağlılığının olmaması aşkardır. Məhkəmə qərardadı Azərbaycan Respublikası MPM-nin 254.1.4-cu maddələrə istnad etsədə buna düzgün istinad etməmişdir. Çünki o işin bu işlə heç bir bağlılğı yoxdur. O, fərdi yaşayış evinə istifadə hüququnun tanınmasını tələb edir, naturada bölgü tələbinin torpağa dair hissəsi onunla bağlıdır. O, iddia tələbində vəfat etmiş X2 hüquqi varisi Cavabdeh1 cavabdehin hüquqi varisi kimi qeyd etmişdir. Onu cavabdeh deyil, cavabdehin hüquqi varisi kimi qeyd etmişdir. Məhkəmənin hazırki qərardadı onun hüquqlarını məhdudlaşdırır və süründürməçiliyə yol açır. b) Şikayəti qarşı etirazın dəlilləri Şikayətiə qarşı yazılı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Аzərbаycаn Respublikаsı Mülki Prоsessuаl Məcəlləsinin: 254.1.4-cü maddəsinə görə, Konstitusiya məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa icraat dayandırılır. 372.7. maddəsinə əsasən, Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 360-cı mаddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti geri qaytarılır. 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadının tam ləğv olunmasını xahiş etmişdir. Ona görə də kollegiya Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)- 4/2022 saylı qərardadını tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayət ərizəsini işdə olan sənədlərlə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iş üzrə icraatı dayandırarkən ona əsaslanmışdır ki, iş üzrə əhəmiyyətli olan Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-745/2022 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılanadək İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh5, Cavabdeh4 və Cavabdeh3 qarşı «mənzilə istifadə hüququnun müəyyən edilməsi» tələbinə dair mülki iş üzrə icraat dayandırılmalıdır. Məhkəmə birinci instansiya məhkəməsinin gəlmiş olduğu bu nəticə ilə razılaşaraq qeyd edir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(051)-745/2022 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılanadək hazırkı işə baxmaq mümkün olmadığından iş üzrə icraatı dayandırmaqda birinci instansiya məhkəməsi haqlı olmuşdur. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 mart 2004-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, “Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətlərindən kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə, iş üzrə icraatın dayandırılmasının əsası məhkəmədə baxılan mülki işin həllinin asılı olduğu başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, Apelyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 14 mart 2022-ci il tarixli 2(039)-4/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar