Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(107)-901/2025 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: borcun etirafı, ekspertiza tədqiqatı) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Mehdiyev Elçin Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), X3 və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, Cavabdeh Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı borcun qaytarılması, vurulmuş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ## ####### 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd Müqavilə” əsasında cavabdehin ona qaytarmalı olduğu 30.000 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10.000 manat məbləğində pulun, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 212 manatın, ümumilikdə 40.630 (qırx min altı yüz otuz) manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh arasında ## ####### 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlanılmışdır. Həmin müqaviləyə əsasən cavabdeh ona 30.000 manat məbləğində borcunun olduğunu, həmin borcu təxminən 15 gün əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, “Sentralnı” adlanan yerdə ondan nağd şəkildə 1 (bir) il müddətinə qaytarmaq şərtilə borc götürdüyünü etiraf edərək, borc götürdüyü 30.000 manat məbləğində pulu ## ####### 2023-cü il tarixdə ona qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh üzərinə götürdüyü həmin öhdəliyi yerinə yetirməyərək, qaytarmalı olduğu borc məbləğini ona qaytarmamışdır. Tərəfindən cavabdehə müraciətlər edilərək,borc kimi verdiyi məbləğin ona qaytarılması xahiş edilsə də, cavabdeh tərəfindən bu günədək ona ödənilməli olan 30.000 manat məbləğ ona ödənilməmişdir. Tərəfindən müvafiq bildirişlə cavabdehə müraciət edilərək, aralarında bağlanmış ## ####### 2022 ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd Müqavilə” üzrə ona qaytarmalı olduğu 30.000 manat məbləğində pulun bütünlüklə 10 gün ərzində ona ödənilməsi təklif edilmiş, əks halda, mövcud qanunvericiliyə əsasən məhkəməyə müraciət etmək məcburiyyətində qalacağını bildirmişdir. Cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Beləliklə də, qeyd olunanlardan da göründüyü kimi cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, bununla da ona həm maddi,həm də mənəvi zərər vurmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdeh tərəfindən ona qaytarılmalı olan 30.000 manat bütünlüklə ona qaytarmalı, həmçinin vurduğu zərərin əvəzi ödənilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi aşağıdakıları qeyd etmişdir: “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak ziyanı olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı,yaşayış yeri seçmə,ad hüququ, müəlliflik hüququ,sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqularını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi,eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə ziyanın ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Avropa Məhkəməsinin mənəvi ziyanla bağlı təcrübəsi göstərir ki, mənəvi ziyanın müəyyən edilməsi üçün dəqiq meyarlar mövcud deyildir. Mənəvi ziyan xüsusi xarakterə malikdir həm qurbanın şəxsiyyəti, həm də pozuntunun xarakterindən asılıdır. Məhkəmə mənəvi ziyanın məbləğini müəyyən etmək üçün bu və ya digər hüququn pozulması nəticəsində baş vermiş emosional amilləri-inamsızlıq, narahatlıq, məyusluq hisslərini, stresləri, əzab və əziyyətləri nəzərə alır. Məsələn, Avropa Məhkəməsi “Koinq Almaniyaya qarşı” işdə ərizəçiyə “mənəvi narahatlıq yetirilməsinə”, “Artiko Italiyaya qarşı” işdə ərizəçiyə “tənhalıq və kimsəsizlik hisslərini”, “Younq, Cames və X7rşı” işdə “alçaldıcı və təhqiredici hərəkətlər” görə mənəvi zərər ödənilməsi qərarına gəlmişdir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi, hüquqlarının müdafiəsi üçün cavabdehə etdiyi müraciətlər, hazırda isə məcburən məhkəməyə müraciət etməyi və s. hallar onu mənən alçaltmış, özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratmışdır, həmçinin onun güclü narahatlıq hissi keçirməyinə səbəb olmuşdur.Odur ki, ona həm də mənəvi zərər vurulmuşdur.Cavabdeh tərəfindən ona vurulmuş mənəvi zərəri simvolik olaraq 10.000 manat məbləğində qiymətləndirir. Həmin pul da cavabdehdən alınaraq ona ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Odur ki, yüksək keyfiyyətli hüquqi yardım alınması ilə bağlı vəkilə ödədiyi 400 manat məbləğində pulun, həmçinin etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 manatın, eləcə də məhkəməyə iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödədiyi 212 manat məbləğində pulun da cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Ona görə də iddianın təmin olunmasını xahiş edir.
Birinci instansiya məhkəməsində icraat
3. Iddiaçı İddiaçı məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Nümayəndə təmsil etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunda izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Birinci instansiya məhkəməsinin qətnaməsinin məzmununda cavabdehin izahatı aşağıdakı kimi qeyd edilmişdir;
5. Cavabdeh Cavabdeh iştirak etdiyi əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərmişdir ki, iddiaçı ilə 2022-ci ilin avqust ayında tanış olmuşdur. Onun iddiaçı ilə tanış olmağının əsası sonuncuya məxsus "Mercedes Benz VITO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili ## ###### 2022-ci il tarixdə 30000 manat satış qiyməti müəyyən olunmaqla, icarə müqaviləsi əsasında icarəyə götürməsi olmuşdur. Icarə müqaviləsinə əsasən o hər ay iddiaçıya müəyyən olunmuş məbləğdə pul ödəməli olmuşdur. Razılaşdırılmış qiymət ödənildikdən sonra avtomaşın onun mülkiyyətinə keçməli olacaqdır. Bir müddətdən sonra iddiaçı ona və ailə üzvlərinə məxsus torpaq sahəsinin sənədlərini ondan girov kimi, yəni avtomaşına görə iddiaçıya ödəyəcəyi pul müqabilində götürmüş və bildirmişdir ki, pul ödənildikdən sonra qaytarıb sənədləri ona verəcəkdir. Bir müddət işlədikdən sonra avtomaşının matoru xarab olduğundan məcbur olaraq avtomaşını təmirə vermişdir. Həmin vaxt iddiaçı onun savadsızlığından istifadə edərək ona bildirmişdir ki, avtomaşın sənin olsun və özün təmir elə avtomaşının qiyməti kimi 30000 manat pulu isə 1 il ərzində ödəyərsən. Iddiaçı ona aralarında olan razılaşmanı sadə yazılı formada sənədləşdirməyi xahiş etmişdir. Bu məqsədlə ## ####### 2022-ci il tarixdə onun iddiaçıya 30000 manat borcu olması və həmin borcu ## ####### 2023-cü il tarixə kimi qaytaracağı öhdəliyi götürməsi haqqında "Movcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır. Bildirmək istəyir ki, onun iddiaçıya avtomaşına görə olan borcdan başqa heç bir borcu olmamışdır. Sonradan 22 okyabr 2022-ci il tarixdə iddiaçının təklifi ilə "Mercedes Benz VITO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx” MMC-yə girov qoyaraq oradan pul götürmüşlər və həmin pul avtomaşının qiyməti kimi iddiaçıya verilmişdir. "Mercedes Benz VITO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx” MMC-dən həmin MMC ilə onun arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür və avtonəqliyyat vasitəsinin icarəsi haqqında ## ####### 2022-ci il tarixli iltizam yazaraq "xxxx” MMC-yə vermişdir və pulu iddiaçıya ödəmişdir. Onun iddiaçıya heç bir borcu yoxdur, iddiaçı pulunu MMC-yə avtomaşını girov qoyaraq oradan almışdır. O, avtomaşına görə iddiaçıya olan borcunu ödəsə də, sonuncu avtomaşına görə ondan girov götürdüyü ona və ailə üzvlərinə məxsus olan torpaq sahəsinin sənədlərini ona verməyərək torpaq sahəsini öz adına rəsmiləşdirmişdir. Ona görə də iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir.
6. Cavabdeh Cavabdeh sonuncu məhkəmə iclasında iştirak etməmiş, onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili vəkil2 təmsil etmişdir.
7. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 məhkəmə iclasında iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, iddiaçı cavabdehə qarşı məhkəmədə iddia qaldıraraq vacib əhəmiyyətli yanılmanın təsiri altında iki nəfər arasında bağlanmış "Movcud borcun etirafı haqqında mücərrəd müqavilə” üzrə güya ona borclu olduğu 30000 manatın, vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manatın, etibarnamə alınması ilə əlaqədar ödədiyi 18 manatın, həmçinin dövlət rüsumu kimi ödədiyi 212 manatın ondan alınıb iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bildirir ki, iddia tam əsassız, istinad olunan mücərrəd müqavilə heç bir hüquqi qüvvəyə malik deyil, ona görə təmin edilməməlidir. Cavabdeh iddiaçı ilə 2022-ci ilin avqust ayında tanış olmuşdur. Tanış olmağının əsası ondan ibarət olub ki, cavabdeh iddiaçıya məxsus "Mercedes Benz VITO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili ## ###### 2022-ci il tarixdə iddiaçıdan 30000 manat satış qiyməti müəyyən olunmaqla, icarə müqaviləsi əsasında icarəyə götürmüşdür. Icarə müqaviləsinə əsasən cavabdeh hər ay iddiaçıya müəyyən olunmuş məbləğdə pul ödəməli olmuşdur. Razılaşdırılmış qiymət ödənildikdən sonra avtomaşın cavabdehin mülkiyyətinə keçməli olacaqdır. Bir müddətdən sonra iddiaçı cavabdehə və ailə üzvlərinə məxsus torpaq sahəsinin sənədlərini sonuncudan girov kimi,yəni avtomaşına görə iddiaçıya ödəyəcəyi pul müqabilində götürmüş və bildirmişdir ki, pul ödənildikdən sonra qaytarıb verəcəkdir. Bir müddət işlədikdən sonra avtomaşının matoru xarab olduğundan cavabdeh məcbur olaraq avtomaşını təmirə vermişdir. Həmin vaxt iddiaçı cavabdehin savadsızlığından istifadə edərək sonuncuya bildirmişdir ki, avtomaşın sənin olsun və özün təmir elə avtomaşının qiyməti kimi 30000 manat pulu isə 1 il ərzində ödəyərsən. Tərəflər öz aralarında razılığa gəlmişlər və iddiaçı cavabdehə bildirmişdir ki, gəl bu razılaşmanı ikimizin razılığı ilə sadə yazılı formada sənədləşdirək və onlar hər ikisi həmin vaxt imzalamaqla ## ####### 2022-ci il tarixda güya cavabdehin iddiaçıya 30000 manat borcu olması və həmin borcu ## ####### 2023-cü il tarixə kimi qaytaracağı öhdəliyi götürməsi haqqında "Movcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlamışlar. Ancaq, cavabdehin iddiaçıya avtomaşına görə olan borcdan başqa heç bir borcu olmamışdır. Tərəflər 2022-ci ilin avqustunda avtomaşının alğı-satqısına görə tanış olmuşlar və iddiaçı cavabdehə avtomaşının razılaşdırılmış qiyməti ödənildikdən sonra avtomaşının cavabdehdə qalması şərti ilə icarəyə vermişdir. Iddiaçı ilə cavabdeh arasında başqa heç bir münasibət olmamışdır ki, iddiaçı cavabdehə əlavə borca pul versin. Sonradan 22 okyabr 2022-ci il tarixdə cavabdeh iddiaçının təklifi ilə "Mercedes Benz VITO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx” MMC-yə girov qoyaraq oradan pul götürmüşlər və həmin pulu yəni avtomaşının qiyməti kimi iddiaçıya verilib və cavabdeh "Mercedes Benz VITO” markalı, ** LZ *** dövlət qeydiyyat nişanlı avtomobili "xxxx” MMC-dən həmin MMC ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinə əsasən icarəyə götürmüşdür və Avtonəqliyyat vasitəsinin icarəsi haqqında ## ####### 2022-ci il tarixli iltizam yazaraq "xxxx” MMC-yə vermişdir və pulu iddiaçıya ödəmişdir. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur, iddiaçı pulunu MMC-yə avtomaşını girov qoyaraq oradan almışdır. Cavabdeh də iddiaçıya inandığı üçün ## ####### 2022-ci il tarixdə aralarında sadə formada bağladıqları mücərrəd müqavilənin əslini ondan istəməmişdir və heç vaxt fikirləşməzdi ki, bu şəxs nə vaxtsa belə bir hərəkət edərək, aldığı pulu ikinci dəfə ondan istəyə bilər. Bundan əlavə, aralarında mücərrəd müqavilə bağlanmamışdan bir az əvvəl iddiaçı cavabdehə və ailəsinə məxsus torpaq sahəsinin sənədlərini cavabdehdən almışdır ki, güya cavabdeh ona olan borcunu ödəməsə torpaq sahəsini öz adına keçirsin. Amma sonradan, ## ####### 2022-ci il tarixdə həmin avtomobil "xxxx” MMC-yə girov qoyaraq, pul alınmış, pul iddiaçya verilmiş, cavabdehin ona heç bir borcu qalmamış, amma iddiaçı hələdə torpaq sahəsinin sənədlərini geri qaytarmamışdır. Müxtəlif bəhanələrlə sənədləri qaytarmaqdan imtina edirdi və indidə belə bir əsassız tələblə məhkəməyə müraciət edərək ona ödədiyi pulu ikinci dəfə cavabdehdən tələb edir. Iddia tam əsassızdır, cavabdeh iddiaçıya inanaraq aldanmış, sadə formada bağlanmış mücərrəd müqavilə ilə müəyyən olunan borcu iddiaçıya ödəmişdir, iddiaçıya heç bir borcu yoxdur və iddianın rədd olunması haqqında qətnamə çıxarılmasını xahiş edir.
8. Ismayıllı Rayon Məhkəməsinin (hakim Ilqar Hüseynov) ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh ## ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında qaytarmalı olduğu 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat,etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləğin tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 30.75 manatının iddiaçı İddiaçı özünə aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı cavabdehə ## ####### 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”-yə əsasən 1 il müddətinə ## ####### 2023-cü il tarixədək qaytarmaq şərti ilə 30000 manat məbləğində borc vermiş, cavabdeh isə borcunu qaytarmamışdır.
10. Məhkəmə həmçinin müəyyən emişdir ki, iddiaçı ilə cavabdeh arasında mövcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh iddiaçıdan götürdüyü 30000 manat pulu, ## ####### 2023- cü il tarixdə iddiaçıya qaytarmağı öhdəsinə götürür. Cavabeh isə sübutetmə yükü onun üzərində olmasına baxmayaraq sözügedən müqavilənin etibarsız olduğunu, iddiaçı tərəfindən aldadılaraq bağlandığını, əslində belə bir borcun olmadığını bildirsə də bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
11. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyi bütün hallar üçün cavabdehdir və iddiaçı ilə aralarında bağlanmış “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” üzrə öhdəliklərinin yerinə yetirilməməsinə görə məsuliyyət daşıyır.
12. Məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən ## ####### 2022-ci il tarixli “mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə” qeyd edilən 30000 manat borcun iddiaçıya qaytarılmasına dair hissədə əsaslıdır. Belə ki, cavabdeh “mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə” qeyd edilən 30000 manat borcunu ödəməkdən yayınır. Belə olan halda cavabdehdən 30000 manat pul iddiaçının xeyrinə tutulmalıdır.
13. Məhkəmə iddia tələbinin vurulmuş mənəvi ziyanın kompensasiyası kimi 10000 manat məbləğinin cavabdehdən alınmasına dair hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı iddia tələbində cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliyin yerinə yetirilməməsi, hüquqlarının müdafiəsi üçün cavabdehə etdiyi müraciətlər,hazırda isə məcburən məhkəməyə müraciət etməyi və sair halların onu mənən alçaltdığını,özünə etdiyi hərəkətlərə inamsızlıq və hörmətsizlik hissi yaratdığını, həmçinin onun güclü narahatlıq hissi keçirməsi nəticəsində mənəvi iztirablar keçirdiyini, bununla da ona 10000 manat məbləğində mənəvi ziyan dəydiyini qeyd etsə də həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, həmin faktlar məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.
14. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, cavabdeh tərəfindən iddiaçıya mənəvi ziyan vurulması faktı sübuta yetirilmədiyindən, iddia tələbinin mənəvi ziyana görə 10000 manat məbləğinin cavabdehdən tutulmasına dair hissədə təmin edilməməlidir.
15. Məhkəmə iddia tələbinin hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat və etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat məbləğinin cavabdehdən tutulması hissəsinə gəlincə hesab edir ki, tələb bu hissədə də əsaslıdır. Belə ki, hazırkı mübahisə üzrə vəkil Nümayəndə müvəkkili İddiaçı arasında hüquqi yardıma dair müqavilə bağlanmış və bunun əsasında tərəflər arasında müəyyənləşdirilmiş hüquqi xidmət haqqını təsdiq edən qəbz və Vəkilllər kollegiyası tərəfindən verilmiş ## ####### 2024-cü il tarixli,** nömrəli hüquqi yardımın göstərilməsi haqqında müqavilə və eyni zamanda İddiaçı tərəfindən “mobil notariat” tətbiqi vasitəsilə elektron qaydada Ağsu rayon notariat ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 7E-13537 nömrə ilə qeydə alınmış ## ####### 2024cü il tarixli etibarnamə iş materiallarına əlavə edilmişdir.
16. Məhkəmə hesab etmişdir ki, iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və eyni zamanda hazırkı iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 212 manat dövlət rüsumu məbləğinin 181.25 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumu məbləğinin qalan 30.75 manatı isə iddiaçının özünə aid edilməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 21.1, 21.2, 324.1, 324.2, 324.4, 385.1, 386.1, 399.1, 421.2, 424.5, 425.1, 430.1, 442, 443.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2, 882.1, 882.2, 882.3, 882.4, 882.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2002-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli * nömrəli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 107, 119.1, 121.1, 217.4, 220.5-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
18. Qətnamədən narazı qalan cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir.
19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, borcun etirafı adlı müqavilənin tərtibində iştirak etməmiş və hazırda iddia tələbindən sonra ona məlum olmuşdur ki, iddiaçı onun iştirakı və imzası olmadan, onun adından da özü və ya kimsə imza edərək borcun etirafı haqqında müqavilə tərtib etdirmiş, həmin sənədlə ondan əlavə 30000 manat pul əldə etməyə çalışır. Hansı ki, onun hazırda iddiaçıya bir manat da olsa borcu yoxdur. Bu reallığı məhkəmə nəzərə almaq istəməmişdir.
20. Işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1 və 81.5-ci maddələrini tətbiq etsə də onun tələblərinə düzgün əməl etməmişdir. Belə ki, iddiaçı İddiaçı ilə onun satmaq istədiyi “Mersedes Benz VITO” markalı avtomobilini satın almaq niyyəti ilə tanış olmuş və aralarında alıcı və satıcı münasibətindən artıq olmayan münasibət yaranmış, 2022-ci ilin avqust ayında üzbə-üz görüşüb tanış olmuşlar. Sözü gedən avtomobilə dair nağd ödənişə pulu olmadağından qarşılıqlı razılaşaraq aralarında avtomobilin icarəsi müqaviləsi bağlanmış, razılaşmaya əsasən avtomobil 30000 manata qiymətləndirilmiş, icarə müqaviləsi üzrə aylıq ödənişlər başa çatdıqdan sonra avtomobil onun mülkiyyətinə keçməli olması razılaşdırılmışdır. Pulun ödənilməsi təminatı kimi iddiaçı ondan özünə və ailəsinə məxsus torpaq sahəsinin sənədini də girov kimi almışdır. Lakin az müddətdən sonra avtomobilin mühərriki xarab olmuş və avtomobili təmirə vermişdir. O, iddiaçıya bu haqda məlumat vermişdir. Bundan sonra iddiaçı ona təklif etmişdir ki, avtomobilin dəyəri olan 30000 manata dair aralarında borc müqaviləsi bağlasınlar və həmin pulu bir il ərzində ödəməklə avtomobil onun mülkiyyətinə keçsin. O, təkliflə razılaşmış, amma aralarında belə bir müqavilə bağlanmamışdır, belə ki, borcun ödənilməsi ilə bağlı borcun etirafı haqqında müqavilə bağlanması söhbətindən az sonra iddiaçı onun razılığı ilə ona icarə müqaviləsi əsasında verdiyi “Mersedes Benz VITO”markalı avtomobil “xxxx” MMC-yə satılaraq pulu iddiaçı almış, o isə “xxxx” MMC ilə razılaşaraq avtomobili bir illik müddət üçün icarə müqaviləsi əsasında hər ay ödəniş etməklə icarəyə götürmüşdür. Bununla da iddiaçıya onun heç bir borcu qalmamışdır. Iddiaçının borcla bağlı müqavilə bağlamaq təklifi də söz olaraq qalmışdır. Çünki, iddiaçı avtomobilin dəyərini “xxxx” MMC-dən almışdır. Qeyd edilən saxta müqavilənin tərtibində iştirak etməmişdir, oradaki imza ona məxsus deyil və hazırda iddia tələbindən sonra ona məlum olmuşdur ki, iddiaçı onun iştirakı və imzası olmadan, onun adından da özü və ya kimsə imza edərək “Mövcud borcun etirafı haqqında Mücərrəd müqavilə” adlı sənəd tərtib etmiş, həmin sənədlə ondan əlavə 30000 manat pul əldə etməyə çalışır. Hansı ki, onun hazırda iddiaçıya bir manat da olsa borcu yoxdur. Iddiaçının aralarında qeyd edilən avtomaşına görə borcun ödənilməsi vasitəsi kimi “Mövcud borcun etirafı haqqında Mücərrəd müqavilə” adlı sənəd hazırlanması söhbətindən az sonra iddiaçının təklifi ilə və iştirakı ilə iddiaçının ona icarə müqaviləsi əsasında verdiyi “Mersedes Benz VITO” markalı avtomobili “xxxx” MMC-yə girov qoyaraq götürülən pulu iddiaçı almış, o isə “xxxx” MMC ilə aralarında bağlanan bir illik müddət üçün icarə müqaviləsi əsasında hər ay ödəniş etməklə “xxxx” MMC tərəfindən iddiaçıya verilən pulu tam şəkildə ödəmişdir. Bununla da iddiaçıya onun heç bir borcu qalmamışdır. Lakin iddiaçı etibarından, aralarında olan səmimi münasibətdən sui istifadə edərək, həm ona verdiyi avtomobilin dəyərini tam əldə etmiş, ondan əlavə olaraq girov kimi aldığı torpağa mülkiyyət hüququna dair sənədləri ona qaytarmır, həm də saxta yolla tərtib etdiyi “Mövcud borcun etirafı haqqında Mücərrəd müqavil” adlı sənəd əsasında ondan yenidən əlavə olaraq 30000 manat da almağa çalışır. Onu da qeyd edir ki, iddiaya qarşı etirazında “Mövcud borcun etirafı haqqında Mücərrəd müqavilə” adlı sənədlə bağlı bildirdiyi yazılı münasibətə dair qeyd edilən fikirlər tamamilə yalnış qeyd olunmuşdur. Əslində o, həmin sənəd haqqında ona qarşı qaldırılan iddiada və məhkəmə prosesində bilmiş və həmin borc sənədinə imza etməmiş, hər hansı vəkil bürosunda olmamış və iddiaçı tərəfində şahidlik edən şəxsləri görməmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutlara, habelə işin faktiki hallarını nəzərə almamışdır. Nəticədə məhkəmə iş üzrə mövcud olan sübutlara düzgün hüquqi qiymət verməmiş, qətnaməni məhkəmə iclasında tədqiq edilmiş sübutlarla və işin faktiki hallarına uyğun əsaslandırmamışdır.
22. Məhkəmə iş üzrə qətnaməni məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə işə son nəticə vurarkən qətnamədə iddiaçı kimi onun tərəfindən təqdim edilmiş sübutlara tam, düzgün hüquqi qiymət verməmiş, tədqiq olunmuş sübutlarla əsaslanmamış, nəticədə qeyri obyektiv qərar qəbul olunmuşdur.
23. Işə baxan birinci instansiya məhkəməsi isə iddiaçı tərəfindən qaldırılan iddia üzrə məhkəmə prosesində tərəflərin sual-cavabları zamanı deyilən cavab fikrləri qətnamədə düzgün qeyd edilməmişdir. Belə ki, o, vəkillə müqavilə bağlamamışdan əvvəlki məhkəmə iclaslarının birində iddiaçının vəkili ona sözügedən avtomobilin icarəsi barədə iddiacı ilə bağlanan icarə müqaviləsini göstərərək oradakı imzanın ona məxsus olubolmamasını soruşmuş, o da imzanın həqiqiətən ona məxsus olmasını təsdiq etmişdir. Lakin qətnamədə bu hal güya onun tərəfindən “Mövcud borcun etirafı haqqında Mücərrəd müqavilə”nin etiraf edilməsi kimi göstərilmişdir. Onun adından düzgün olmayaraq qətnamədə qeyd edilən etiraf elə cavabdehin iddiasını etiraf etmə kimi fikir formalaşdırır.
24. Bundan başqa məhkəmə iclasında şahid qismində dindirilmiş X1 və şahid X5 ifadələrində hər biri göstərir ki, Vüsalın təklifi ilə tanımadıqları vəkil bürosuna getmiş müqavilə tərtib olunmuş, cavabdeh olan Xəyal adlı şəxs də sonradan ora gəlmiş, lakin müqaviləyə imza etməsini görməmişdir. Şahidlərin ifadələrindən görünür ki, onlar hər biri eyni gündə Vüsalla tək özü, yəni digər şahid olmadan vəkil bürosuna getmiş, şahidlər biribirilərini görməmişlər. Həmçinin Bakı şəhərində yaşayan şahidlər vəkil bürosunun yerini və ünvanını da düzgün göstətə bilmirlər. Məhkəmə şahidlərin qeyri-səmimi olan bu ifadələrindəki ziddiyyətli məqamları aydınlaşdırmamışdır. Bu ziddiyyətli məqamlar şahidlərin düzgün ifadə vermədiyini təsdiq edir. Məhkəmə isə həmin ziddiyyətli fadələrdəki ziddiyyətli məqamları araşdırmamış və şahidlərin ifadələrini sübut kimi qəbul etmişdir.
25. Bundan əlavə işə baxan məhkəmə aydınlaşdırmamışdır ki, o, iddiaçıya avtomobilə görə 30000 manat borclu olduğu halda necə olar bilər ki, o, ona yenidən nağd olaraq 30000 manat da borc pul versin. Hansı ki, o, iddiaçını əvvəllər tanımamış, aralarında bir-birilərinə güvənlə bağlı etibar edəcək bir iş olmamış, səbəbi məlum olmayan bir halda iddiaçı ona heç bir rəsmiyyət olmadan sayıb 30000 manat borc verir və həmin borcu bir neçə gün sonra onu, şahidləri yığıb notariatda deyil, hansısa vəkil bürosunda borcun etirafı barədə müqavilə tərtib olunur. Indi qardaş-qardaşa 30 manat borc vermədiyi bir dövrdə bu iddiaçı hardan belə insansevər oldu ki, təsadüfən maşın alıcısı olan əvvəllər tanımadığı bir şəxsə heç bir rəsmiyyət olmadan nağd sayıb 30000 manat pul verir. Bu yalana hakimi necə inandıra bilirlər. Bu hər bir şəxsdə sual yaradacaq və işin əsas mahiyyətini təşkil edən şübhəli məqam üzrə hakimdə iddiaçıya qaşı sual yaranmamışdır və bu hal aydınlaşdırılmamışdır.
26. Odur ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Iddiaçı İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə) apellyasiya şikayətinə yazılı etirazında cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsinə, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
28. Məhkəmənin kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
29. Məhkəmənin kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə kollegiyasına göndərdiyi vəsatətində məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılması, apellyasiya şikayətinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etsə də, iddiaçı gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
31.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. 882.4. Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir.
32. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
36. Apellyator Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin olunmamasını xahiş etsə də, iddianın rədd edilmiş hissəsində qətnamənin nə üçün ləğv edilməli olmasını əsaslandırmadığından məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını iddianın təmin edilmiş hissəsində yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edərkən iddianın təmin edilmiş hissəsində tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmamış, qəbul edilən qətnamə iddianın təmin edilmiş hissəsində maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırılmamış, iddianın təmin edilmiş hissəsində mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırması təmin edilməmiş, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə iddianın təmin edilmiş hissəsində düzgün və əsaslı qətnamə çıxarılmamışdır.
38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
39. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı, cavabdehlə aralarında ## ####### 2022-ci il tarixdə mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin imzalandığını, cavabdehin həmin müqavilənin imzalanmasından 15 gün əvvəl aldığı 30000 manatı ## ####### 2023-cü il tarixdə ona qaytarmağı öhdəsinə götürdüyünü, lakin buna baxmayaraq, həmin məbləğin qaytarılmadığını əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, cavabdeh tərəfdən iddia tələbi qəbul edilməmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır.
41. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun borcun etirafı adlı müqavilənin tərtibində iştirak etməməsi, oradaki imzanın ona məxsus olmamasına dair dəlili ilə razılaşaraq qeyd edir ki, şikayətin dəlillərinə müfəssəl hüquqi qiymət verilməsi, həmçinin iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılmasının təmin edilməsi məqsədi ilə məhkəmə kollegiyasının ## ######## 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmiş, həmin qərardadın icrası üzrə alınmış ## ####### 2025-ci il tarixli */**** nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.
42. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasına dair ## ####### 2025-ci il tarixli */**** nömrəli ekpsert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, işin 72-ci vərəqəsində olan # ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin “Borclu” qrafasındakı imzanın-Cavabdeh tərəfindən icra olunub-olunmamasını tədqiqat prosesinin təsviri hissəsində göstərilən səbəblərdən müəyyən etmək mümkün olmamışdır.
43. Xüsusi biliyə malik ekspertin rəyinin ehtimallar üzərində qurula bilməməsi və ekspert tərəfindən qarşısında qoyulmuş suala aydın və dəqiq cavab verilməli olması diqqətə alınaraq, məhkəmə kollegiyası kollegiyanın ## ######## 2025-ci il tarixli *(***)- ***/**** nömrəli qərardadının icrası üzrə verilmiş məhkəmə-xətşünaslıq ekspertizаsının ## ####### 2025-ci il tarixli */**** nömrəli rəyi ilə əsassızlığına görə razılaşmamış və məhkəmə kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-xətşünaslıq ekspertizаsı təyin edilmiş, həmin qərardadın icrası üzrə alınmış ## ### 2026-cı il tarixli */*** nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.
44. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasına dair ## ### 2026-cı il tarixli */*** nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 01-ci cildinin 72-ci vərəqində olan ##.##.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasında “hусеjинов” əlyazması və imza- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir. Ekspertizaya təqdim olunmuş, mülki işin 01-ci cildinin 72-ci vərəqində olan ##.##.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasındakı imzanın -Cavabdeh imzasına oxşadılmaqla icra olunma əlamətləri müəyyən edildi. Ekspertizaya təqdim olunmuş, mülki işin 01-ci cildinin 72-ci vərəqində olan ##.##.2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə “Borclu” qrafasında “hусеjинов” əlyazmasının-Cavabdeh xəttinə oxşadılmaqla icra olunma əlamətləri müəyyən edilmədi.
45. Ekspert tərəfindən tədqiqat aparılarkən cavabdehin işdə olan bir sıra sərbəst imza nümunələrinə istinad edilsə də, işin 1-ci cild 74-cü vərəqəsində olan ## ###### 2022-ci il tarixli, notarial qaydada təsdiq edilmiş nəqliyyat vasitəsinin icarə müqaviləsində cavabdeh tərəfindən icra edilmiş imzaya istinad edilmədiyindən, ekspert tərəfindən həmin imza ilə işin 1-ci cild 72-ci vərəqəsində olan mövcud borcun etirafı haqqında mücərrəd müqavilədə borclu qrafasında icra edilmiş imzaların müqayisəli tədqiqatı aparılmadığından məhkəmə kollegiyasının ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadı ilə iş üzrə əlavə məhkəmə-xətşünaslıq ekspertizаsı təyin edilmiş, həmin qərardadın icrası üzrə alınmış ## #### 2026-cı il tarixli */*** nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.
46. Iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə xətşünaslıq ekspertizasına dair ## #### 2026-cı il tarixli */*** nömrəli ekpsert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş *(***)-***/**** nömrəli mülki işin 1-ci cildinin 72-ci vərəqində olan ## ####### 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd Müqavilə”nin ikinci səhifəsində “Borclu Cavabdeh” qrafası qarşısındakı imza ilə *(***)-***/**** nömrəli mülki işin 1-ci cildinin 74-cü vərəqində olan ## ###### 2022-ci il tarixli “Nəqliyyat vasitəsinin icarə Müqavilə”sinin ikinci səhifəsində “ikinci tərəf qrafasının alt hissəsindəki imza - Müxtəlif şəxslər tərəfindən icra olunmuşdur.
47. Göründüyü kimi məhkəmə kollegiyasının ## ###### 2025-ci il tarixli *(***)-***/**** nömrəli və ## #### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qərardadlarının icrası üzrə aparılmış ekspertiza tədqiqatları zamanı cavabdehin onun qarşısında 30.000 manat məbləğində borcunun olmasını təsdiq edən sübut qismində iddiaçının məhkəməyə təqdim etdiyi ## ####### 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” cavabdeh Cavabdeh tərəfindən imzalanmamaqla, cavabdehin həmin müqavilə üzrə iddiaçı qarşısında hər hansı bir pul öhdəliyinin mövcudluğu istisna edilmişdir.
48. Kollegiya qeyd edir ki, məhkəmə xətşünaslıq ekspertizasının ## ### 2026-cı il tarixli */*** nömrəli və ## #### 2026-cı il tarixli */*** nömrəli ekpsert rəyləri arasında hər hansı bir ziddiyyətin olması halı müəyyən edilməmişdir.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmə xətşünaslıq ekspertizasının ## ### 2026-cı il tarixli */*** nömrəli və ## #### 2026-cı il tarixli */*** nömrəli ekpsert rəyləri nəzərdən keçirilərkən müəyyən olunur ki, rəylərin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, iddiaçı tərəf bununla bağlı sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadları əsasında keçirilmiş məhkəmə xətşünaslıq ekspertizasının ## ### 2026-cı il tarixli */*** nömrəli və ## #### 2026-cı il tarixli */*** nömrəli ekspertiza rəylərində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaya qarşı etirazında “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” adlı sənədlə bağlı bildirdiyi yazılı münasibətə dair qeyd edilən fikirlərin tamamilə yalnış qeyd olunmasına dair dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia tələbinə etiraz və geri qaytarılmış qarşılıqlı iddia ərizəsi cavabdehin adından cavabdehin nümayəndəsi və vəkili vəkil2 tərəfindən imzalandığından, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil2 birinci instansiya məhkəməsinə təqdim edilmiş iddia tələbinə etirazda və geri qaytarılmış qarşılıqlı iddia ərizəsində əksini tapmış tərəflərin “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” bağlamalarına dair fikirlərə aydınlıq gətirməsi təklif edilmişdir. Cavabdehin nümayəndəsi və vəkili vəkil2 cavabdehə hüquqi yardım göstərilməsi barədə təklifi cavabdehin qohumundan aldığını, həmin vaxt cavabdehin olmaması səbəbli işin halları barədə cavabdehlə dəqiqləşdirmə apara bilmədiyini, cavabdehin qohumunun ona dedikləri əsasında iddia tələbinə etirazı və qarşılıqlı iddia ərizəsini tərtib etdiyini, birinci instansiya məhkəməsində iddia tələbinə münasibət bildirdiyini, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edilməsindən sonra cavabdehlə ünsiyyətində cavabdehin həmin müqaviləni ümumiyyətlə imza etmədiyini göstərməsi diqqətə alınaraq hazırkı apellyasiya şikayətinin verildiyini göstərmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən qaldırılan iddia üzrə məhkəmə prosesində tərəflərin sualcavabları zamanı deyilən cavab fikrlərinin qətnamədə düzgün qeyd edilməməsi, onun vəkillə müqavilə bağlamamışdan əvvəlki məhkəmə iclaslarının birində iddiaçının vəkilinin ona sözügedən avtomobilin icarəsi barədə iddiacı ilə bağlanan icarə müqaviləsini göstərərək oradakı imzanın ona məxsus olub-olmamasını soruşması, onun da imzanın həqiqiətən ona məxsus olmasını təsdiq etməsi, lakin qətnamədə bu halın güya onun tərəfindən “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”nin etiraf edilməsi kimi göstərilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materialı öyrənilərkən cavabdehin birinci instansiya məhkəməsində yalnız ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etməsi müəyyən edildiyindən, məhkəmə kollegiyasının iclasında həmin tarixdə baş tutmuş məhkəmə hazırlıq iclasının audio-vedeoyazısına baxış keçirilmişdir.
52. Həmin audio-vedeoyazıya baxış keçirilərkən cavabdeh Cavabdeh birinci instansiya məhkəməsinə verdiyi izahatında onun iddiaçıdan pul almadığını, onun iddiaçı ilə icarə müqaviləsini bağladığını, iddiaçının vəkilinin təqdim etdiyi sənəddəki imzanın ona məxsus olduğunu deməsi müəyyən edilmiş, lakin iddiaçının vəkilinin cavabdehə təqdim etdiyi sənədin ## ####### 2022-ci il tarixli “Mövcud borcun etirafı haqqında mücərrəd müqavilə” olmasını müəyyən etmək mümkün olmamışdır. Buna baxmayaraq birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası üzrə kağız variantda olan məhkəmə iclas protokolu öyrənilərkən cavabdehin izahatının yalnız sədrlik edənin sualına cavab olaraq mülki iş materialına əlavə edilmiş “mövcud borcun etirafı haqqında mücərrəd müqavilə”də qeyd edilən imzanın ona məxsus olması kimi qeyd edilməsi, cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindəki izahatının isə birinci instansiya məhkəməsinin ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası üzrə kağız variantda olan məhkəmə iclas protokolunda əksini tapmaması müəyyən edilmişdir.
53. Kollegiya həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsində cavabdehin “bu məqsədlə ## ####### 2022-ci il tarixdə onun iddiaçıya 30000 manat borcu olması və həmin borcu ## ####### 2023-cü il tarixə kimi qaytaracağı öhdəliyi götürməsi haqqında "Movcud borcun etirafı haqqında mücərrəd müqavilə bağlanmışdır” kimi izahat verməsi qeyd edilməsinə baxmayaraq, ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclası üzrə audio-vedeoyazıya baxış keçirilərkən cavabdehin qeyd edilən məzmunda izahat verməsi halı müəyyən edilməmişdir.
54. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 271.2.9-cu maddəsinin tələbinə görə, işdə iştirak edən şəxslərin, nümayəndələrin və vəkillərin ərizələri, vəsatətləri və izahatları məhkəmə iclas protokolunda göstərilməli olduğu halda, birinci instansiya məhkəməsi cavabdehin izahatını məhkəmə iclas protokoluna tam yerləşdirməməklə, həmçinin cavabdehin məhkəmə iclasının audio-videoyazısında əksini tapmış izahatını məhkəmə qətnaməsinə təhrif olunmuş şəkildə yerləşdirməklə prosessual hüquq normalarının tələblərini pozmuşdur.
55. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin şahidlərin ifadələrindəki ziddiyyətli məqamları aydınlaşdırmaması, ziddiyyətli məqamların şahidlərin düzgün ifadə vermədiyini təsdiq etməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iş üzrə birinci instansiya məhkəməsində dindirilmiş hər iki şahid ifadələrində müqavilə imzalanan vaxt otaqda olmadıqlarını, beləliklə də müqavilənin imzalanmasının şahidi olmadıqlarını göstərmişlər.
56. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilmiş cavabdeh Cavabdeh ## ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında qaytarmalı olduğu 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləğin tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsindəki gəldiyi nəticə MPM-də nəzərdə tutulmuş işin hallarının tam, hərtərəfli və obyektiv araşdırılması prinsiplərinin tələblərinə cavab vermir. Belə ki, ## ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə cavabdeh Cavabdeh tərəfindən imzalanmadığı, beləliklə təqdim edilmiş əqdin etibarlı olması müəyyən edilmədiyi, qeyd edilən müqaviləyə cavabdehin iddiaçı qarşısında 30.000 manat məbləğində borc öhdəliyinin mövcudluğunu təsdiq edə biləcək mötəbər sübut qismində istinad edilməsi mümkün olmadığı halda birinci instansiya məhkəməsi həmin müqavilə üzrə 30.000 manat pul vəsaitinin və həmin məbləğə mütənasib olan məhkəmə xərclərinin də cavabdehdən iddiaçının xeyrinə tutulmalı olması nəticəsinə gəlmişdir.
57. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. Iddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
59. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 2008-ci il ## #### və M.Şahverdiyevanın şikayəti üzrə 2013-cü il 23 iyul tarixli Qərarları).
61. Odur ki, məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iddianın təmin edilmiş cavabdeh Cavabdeh ## ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləğin tutularaq iddiaçı İddiaçı ödənilməsi hissəsində gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, həmin hissələrdə qətnamə qəbul edilərkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmin hissələrdə birinci instansiya məhkəməsinin qətnaməsində göstərilmiş nəticələr işin hallarına uyğun olmamış, iddia həmin hissələrdə təmin edilməklə qanuni və əsaslı qətnamə qəbul edilməmişdir.
62. Qeyd edilənlərə görə məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “cavabdeh Cavabdeh ## ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında qaytarmalı olduğu 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləği tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissələrində ləğv edilməli, həmin hisssələrdə yeni qətnamə qəbul edilməli, iddia tələbi “cavabdeh Cavabdeh ## ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında qaytarmalı olduğu 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləğin tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissələrində rədd edilməli, qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılmalıdır.
63. Iddianın rədd edilməsi diqqətə alınaraq iş üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri 524 manat iddiaçı İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 01360100000000003944, SFIFT BIK CTREAZ 22 hesаbа ödənilməlidir.
64. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385.1, 392, 393, 402-403-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ismayıllı Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi qismən, yəni iddianın təmin olunmuş “cavabdeh Cavabdeh ## ####### 2022ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında qaytarmalı olduğu 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləği tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissələrində ləğv edilsin. Həmin hisssələrdə yeni qətnamə qəbul edilsin. Iddia tələbi “cavabdeh Cavabdeh ## ####### 2022-ci il tarixli mövcud borcun etirafı haqqında mücərrəd müqavilə əsasında qaytarmalı olduğu 30.000 manat, hüquqi yardım alınması ilə bağlı vəkilə ödənilmiş 400 manat, etibarnamə alınması ilə əlaqədar ödənilmiş 18 manat və dövlət rüsumu olaraq ödənilmiş 181.25 manat olmaqla, ümumilikdə 30.599,25 manat məbləğin tutularaq iddiaçı İddiaçı ödənilməsi” hissələrində rədd edilsin. Qətnamə cavabdeh Cavabdeh apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən digər hissədə dəyişdirilmədən saxlanılsın. Iş üzrə ekspertiza tədqiqatlarının cəmi dəyəri 524 manat iddiaçı İddiaçı alınaraq Dövlət büdcəsinə-AZ.MEM.VÖEN **********, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005 VÖEN **********, müxbir hesаb AZ 41, NABZ 01360100000000003944, SFIFT BIK CTREAZ 22 hesаbа ödənilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.