Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-902/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı borc tələbinə dair, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı 330 000 manat pulun tutularaq öz xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2015-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh vəsatət ilə məhkəməyə müraciət edərək, işin baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(016)-47/2021 saylı qərardadı ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh işin baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi barədə vəsatəti rədd edilmişdir. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(016)-47/2021 saylı qərardadından şikayət verərək, qərardadın ləğv edilərək, işin baxılması üçün ərazi aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi, əks halda şikayəti iş materialları ilə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə, məhkəmənin xx xxxxxx 2021-ci il tarixli, 2(016)- 47/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və 2(016)-47/2021 saylı mülki iş baxılması üçün X1 göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, İddiaçı ərizəsində onun ünvanı ünvan 1i ev 16 ünvanında pasport qeydiyyatında olsa da faktiki olaraq Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı Yaşayış kompleksində yaşayır. Onun maddi imkanı yol vermədiyi üçün hazırda Ağsu şəhərinə gəlməsində, gələcəkdə isə apellyasiya şikayəti verilərsə Şəki şəhərinə gəlib-getməkdə çətinliklər yaranacaqdır. Həmçinin, iddiaçının nümayəndəsi X2 da işin aidiyyatı üzrə göndərilməsinə etiraz etməmişdir. Odur ki, işin Abşeron Rayon Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və cavabdeh lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Lakin, iddiaçının nümayəndəsi X2 məhkəməyə teleqram göndərərək məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini bildirmiş və Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti, mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, oxşar münasibətləri nizama salan MPM-in 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. MPM-in 35.3-cü maddəsinin tələbinə görə isə qarşılıqlı iddia aidiyyatından aslı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir. Öyrənilən işdən aydın olur ki, cavabdehin rəsmi qeydə alındığı yer Ağsu şəhəri, Nəsimi küçəsi ev 16 olduğu üçün uyğun olaraq da sözügedən mülki işə yuxarıda istinad edilmiş mülki prosessual qanunvericiliyin tələbinə əsasən Ağsu Rayon Məhkəməsində baxılmalıdır. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsindən bəhs edən MPM-in 31-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Göründüyü kimi, ərazi aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə, o dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Həmçinin, ərazi aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia tələbi mübahisənin ərazi aidiyyəti qaydalarına riayət edilməklə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilmiş və iddia ərizəsi də aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur. Belə ki, hazırki iş üzrə cavabdeh Ağsu şəhəri, Nəsimi küçəsi ev 16 ünvanında pasport qeydiyyatında olduğundan iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur və mülki işin aidiyyəti üzrə Abşeron Rayon Məhkəməsinə göndərilməsi üçün əsaslar mövcud deyildir. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(016)-47/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-902/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-902/2021
19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver