Məhkəmə qərarları › İş №2(107)-902/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-902/2023

27.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-902/2023 27.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X3 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İş üzrə icraata xitam verilməsi barədə Yevlax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(039)-69/2023 saylı qərardadından İddiaçı QSC tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra mətndə "xxxx" QSC) cavabdehlər Cavabdeh5n, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Sərvan oğluna, X4 və Cavabdeh2 Sərvan qızına qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(039)-96/2020 saylı qətnaməsi ilə Cavabdeh5 xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən, 19461,60 ABŞ dolları əsas, 11266,30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624,9 ABŞ dolları olmaqla, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının Hacıqabul rayonu, Meyniman kəndində xüsusi mülkiyyətdə olan 0.12 hatorpaq sahəsi və həmin torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan 2 otaqlı, 1 mərtəbəli fərdi yaşayış evinə yönəldilməsi, Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması, xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən, 19461,60 ABŞ dolları əsas, 11266,30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33624,9 ABŞ dolları olmaqla, xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73.10 manat faiz, 224 manat cərimə və 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536.39 manatın hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-ə ödənilməsi, Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5 ümumi müştərək qaydada tutulması, Yevlax rayonu, Salahlı kəndində xüsusi mülkiyyətdə olan 0.24154 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra həmin evə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 Sərvan oğlunun, X2 və X1 istifadə hüququnun itirilməsi, onların həmin evdən çıxarılması, əmlakın boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(039)-69/2023 saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan iş üzrə İddiaçı QSC şikаyət vermişdir. Yevlax Rayon Məhkəməsinin 5 iyun 2023-cü il tarixli, 2(039)-69/2023 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. X11 Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, Cavabdeh5 xx.xx.2014-cü il tarixli kredit razılaşmasına əsasən 19.461,60 ABŞ dolları əsas, 11.266,30 ABŞ dolları faiz, 2897 ABŞ dolları cərimə olmaqla, cəmi 33 624,9 (otuz üç min altı yüz iyirmi dörd ABŞ dolları doqquz sent) ABŞ dolları (ödənilən gün Azərbaycan manatına uyğun məzənnə ilə), xx.xx.2014-cü il tarixli kredit razılaşması üzrə 1178,29 manat əsas, 73,10 manat faiz, 224 manat cərimə, 30 manat ödənilmiş dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı olmaqla, cəmi 1536,39 (bir min beş yüz otuz altı manat, otuz doqquz qəpik) manat iddiaçı "xxxx" QSC-nin xeyrinə tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı, xx.xx.2020-ci il tarixdə qərardadından görünür ki, cavabdehlərdən Cavabdeh4 öldüyündən ona aid hissədə iş üzrə icraata xitam verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-331/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iş üzrə Yevlax Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli 2(039)-96/2020 nömrəli qətnaməsinin mübahisələndirilən iddianın cavabdeh X5 münasibəttində təmin edilməsini hissəsində dəyişdirilmədən saxlanılması və iddiaçı "xxxx" QSC-nin nümayəndəsi X6 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş üzrə icraata xitam verərkən iddiaçının iddiasına Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə hüquqi qiymət verildiyini və iddiaçının yenidən “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbi ilə məhkəməyə müraciət etməsi üçün əsasların dəyişməli olduğunu əsas gətirmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərardadında Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadını göstərsə də, nəticəyə gələrkən həmin qərardadın varlığının hazırki məsələyə təsirini nəzərə almamışdır. Belə ki, birincisi, həmin qətnamə ilə iddia ərizəsinin borcun tutulması hissəsinə hüquqi qiymət verilmişdir, borcun ipoteka predmetinə yönəldilməsi hissəsinə isə hüquqi qiymət Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə verilmişdir. İkincisi, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə istinad edərək iş üzrə icraata xitam vermişdir. Halbuki, Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla ipoteka qoyan Cavabdeh4 öldüyünə görə iddia ərizəsinin borcun ipoteka predmetinə yönəldilməsi hissəsində icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə görə, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Göründüyü kimi, sözügedən normada iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı əsasında icraata xitam verilməsi nəzərdə tutulmuşdur. Hazırki halda isə Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadla iş üzrə icraata xitam verilməsi əsası başqa olmuşdur. Üçüncüsü, Yevlax Rayon Məhkəməsinin 2(039)-96/2020 saylı işi üzrə Cavabdeh4 öldüyünə görə həmin hissədə icraata xitam verildiyindən iddiaçı bank hazırki iddia ilə məhkəməyə müraciət edərkən Cavabdeh4 vərəsələrini da cavabdeh qismində göstərməklə onlara qarşı iddia qaldırmışdır. İddia ərizəsinə Cavabdeh4 ölümündən sonra qalan vərəsələri barədə arayış da əlavə edilmişdir. Göründüyü kimi, hazırki halda iş üzrə icraata Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsi ilə xitam verilməsinə əsas olacaq heç bir hal mövcud deyildir. Bu səbəbdən də, işə mahiyyəti üzrə baxılmaqla qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçı bank hazırki iddiada ölmüş Cavabdeh4 da cavabdeh qismində göstərmişdir. Hazırda mübahisələndirilən qərardad Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsi ilə icraata xitam verilməsi barədə olduğundan kollegiya həmin hissədə araşdırma aparmamışdır və işə baxan birinci instansiya məhkəməsinə iş üzrə növbəti prosessual hərəkətlər yerinə yetirilərkən həmin məsələyə hüquqi qiymət verməsi tövsiyyə olunur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Yevlax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(039)-69/2023 saylı qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar vardır. Ona görə də, şikayət təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(039)-69/2023 saylı qərardadı ləğv edilməli, mülki işin materialları işə baxılmasının davam etdirilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı QSC tərəfindən verilmiş şikayət təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(039)-69/2023 saylı qərardadı ləğv edilsin. Mülki işin materialları işə baxılmasının davam etdirilməsi üçün Yevlax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar