Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-906/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, iddiaçı Çallı Bələdiyyəsinın nümayəndəsi (sədri) X1 iştirakı ilə İddiaçı Çallı Bələdiyyəsinın Cavabdeh Fəzli oğluna qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair mülki iş üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərаrdаdından Cavabdeh Fəzli oğlu tərəfindən verilmiş şikayətə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Çallı Bələdiyyəsi Cavabdeh Fəzli oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab rayonu Çallı kənd sakini Cavabdeh Fəzli oğlu ilə İddiaçı arasında bağlanmış 04 avqust 2000-ci il tarixli 08 saylı qərarı ilə verilmiş 50.0 ha torpaq sahəsi üzrə icarə müqaviləsinə xitam verilməsi və həmin torpaq sahəsindən cavabdehin istifadə hüququna məhdudiyyət qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata götürülmüş və 2(035)-17/2021 saylı mülki iş başlanmışdır. Məhkəmə prosesinin gedişində Cavabdeh Fəzli oğlu məhkəməyə vəsatətlə müraciət edərək iddiaya Zərdab Rayon Məhkəməsi tərəfindən baxılmasına etiraz etdiyini və iddianın inzibati məhkəməyə aid olduğunu bildirərək, mülki işin aidiyyəti üzrə Şəki İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 24 fevral 2021-ci il tarixli 2(035)- 17/2021 saylı qərardadı ilə vəsatət təmin edilməmişdir. Həmin qərardaddan Cavabdeh Fəzli oğlu şikayət verərək Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadının ləğv edilməsini, Çallı bələdiyyəsinin ona qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddiasına Zərdab Rayon Məhkəməsində baxılmasına etirazının təmin edilməsini, iddianın aidiyyatı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Fəzli oğlu tərəfindən verilmiş şikayət təmin edilməmiş, Zərdab Rayon Məhkəməsinin 09 mart 2021-ci il tarixli qərardadı ilə, məhkəmənin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılmış və 2(035)-17/2021 saylı mülki iş baxılması üçün X2 göndərilmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, bildirir ki, “icarə müqaviləsinə xitam verilməsinə və torpaq sahəsindən istifadəyə məhdudiyyət qoyulmasına dair" iddialar üzrə mübahisələr inzibati məhkəmələrin səlahiyyətinə aiddir. Odur ki, Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadının ləğv edilməsini, Çallı bələdiyyəsinin ona qarşı “icarə müqaviləsinin ləğv edilməsi və torpaq sahəsindən istifadə hüququnun məhdudlaşdırılması tələbi”nə dair iddiasına Zərdab Rayon Məhkəməsində baxılmasına etirazının təmin edilməsini, iddianın aidiyyatı üzrə baxılması üçün Şəki İnzibati Məhkəməsinə göndərilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı Çallı Bələdiyyəsinın nümayəndəsi (sədri) X4 şikayətə etiraz edərək, sonda birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İşə baxılması vaxtı və yeri haqqında iddiaçı və maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh Fəzli oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası təqdim olunmuş şikayəti, mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 24.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 31-ci maddəsinə görə, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Aidiyyət qaydalarına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının prosessual təminatlarına zəmanət verən şərtlərdən biri olduğuna görə o, dəqiq müəyyən edilməlidir. Əks təqdirdə bu işə məhkəmə tərəfindən ağlabatan müddətdə baxılmasında çətinlik yarada, son nəticədə isə şəxsin pozulmuş hüquqlarının bərpa edilməsini qeyri-mümkün edə bilər. Məhkəmə aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır. Məhkəmə icraatı növündən asılı olaraq məhkəmə prosesi xüsusi prinsiplər və prosessual qaydalara müvafiq aparılır. Bu prinsip və prosessual normalara riayət edilməsi mübahisənin ixtisaslaşdırılmış qaydada ədalətli həll edilməsinə şərait yaradır. Məhz ona görə mübahisəyə müvafiq məhkəmə aidiyyəti qaydasında baxılması konstitusion baxımdan ciddi əhəmiyyət kəsb edir. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 4-cü maddəsində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətlərinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Həmin Qərarın 5.2-ci maddəsinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq xidmətlərin göstərilməsi və s müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iddia tələbi mübahisənin məhkəmə aidiyyəti qaydalarına riayət edilməklə cavabdehin rəsmi qeydə alındığı yer üzrə məhkəməyə verilmiş və iddia ərizəsi də aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur. Belə ki, hazırki iş üzrə cavabdeh fiziki şəxs olduğundan, eləcə də tərəflər arasındakı mübahisə mülki-hüquq münasibətindən irəli gələn mübahisə olduğundan iddia ərizəsi aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul olunmuşdur və mülki işin aidiyyəti üzrə İnzibati Məhkəməyə göndərilməsi üçün əsaslar mövcud deyildir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi Q ə r a r a a l d ı: Cavabdeh Fəzli oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 24 fevral 2021-ci il tarixli 2(035)-17/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-906/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-906/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver