Məhkəmə qərarları › İş №2(107)-909/2021

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-909/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-909/2021 19.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(063)- 587/2020 nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı borcun tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2(063)-587/2020 nömrəli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə iddia ərizəsinin baxılmamış saxlanması və iş üzrə tərəflərə iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxsin ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlı olmasının izah edilməsi qərara alınmışdır. İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi Samir Muradzadə ərizə ilə məhkəməyə müraciət edərək 2(063)-587/2020 saylı mülki iş üzrə icraatın təzələnərək mülki işin məhkəmə baxışına təyin olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə idia ərizəsinə dair 2(063)-587/2020 saylı mülki iş üzrə icraatın təzələnərək mülki işin məhkəmə baxışına təyin olunması barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin edilməmişdir. Daha sonra iddiaçı Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli qərardadında şikayət verərək, həmin qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ucar Rayon Məhkəməsinin xx xxxx 2021-ci il tarixli qərardadı ilə şikаyət təmin edilməmiş və bаxılmаsı üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondunda struktur dəyişiklikləri səbəbindən qeyd edilən məhkəmə iclası barədə bildiriş banka vaxtında daxil olmamışdır. xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında isə iştirak etməmələrinin səbəbi həmin vaxtı Göyçay Rayon Məhkəməsində digər prosesin olmasıdır. Məhkəmə iclası uzun müddət aldığından Ucar Rayon Məhkəməsinə rəsmi qaydada məlumat verə bilməmişlər. Odur ki, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(063)-587/2020 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Borclu məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılaraq, qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-in) 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, birinci instаnsiyа məhkəməsi iddia ərizəsini baxılmamış saxlamaqda hаqlı оlmuşdur. Belə ki, MPM-in 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; MPM-in 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. İşdən göründüyü kimi iddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmiş, eyni zamanda cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Həmçinin, işdən bəlli olur ki, şikayət onunla əsaslandırılmışdır ki, Əmanətlərin Sığortalanması Fondunda struktur dəyişiklikləri səbəbindən qeyd edilən məhkəmə iclası, yəni Ucar Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə bildirişin banka vaxtında daxil olmadığını göstərsədə, məhkəmə kollegiyası şikayətin bu dəlili ilə razılaşmır. Çünki, mülki işin 57-ci vərəqində olan məhkəmə bildirişinin kötüyündən görünür ki, həmin bildirişi iddiaçının nümayəndəsi şəxsən qəbul etmişdir. İddiaçının nümayəndəsinin xx xxxxxx 2021-ci il tarixli məhkəmə iclasında isə iştirak etməmələrinin səbəbi həmin vaxtı Göyçay Rayon Məhkəməsində digər prosesin olması məsələsinə gəldikdə isə məhkəmə kollegiyası bu xüsusatı mübahisələndirilən məhkəmə qərardadının ləğvi üçün əsas bilmir. Belə ki, iddiaçı sözügedən prossesdə başqa bir nümayəndə ilə təmsil oluna və ya ən azından bununla bağlı məhkəməni qabaqcadan məlumatlandıra bilərdi. Məhkəm kоllegiyаsının qənaətincə birinci instаnsiyа məhkəməsi düzgün оlaraq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması barədə idia ərizəsinə dair 2(063)-587/2020 saylı mülki iş üzrə icraatın təzələnərək mülki işin məhkəmə baxışına təyin olunması barədə iddiaçının nümayəndəsinin ərizəsini təmin etməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayət təmin edilmədən, Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(063)-587/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. MPM-in 398.0.1-ci maddəsinə görə, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. MPM-in 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. MPM-in 402-ci maddəsinə əsasən apelyasiya məhkəmələrinin mülki və inzibatiiqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası işin şərh olunan hallarına tətbiq edilməli hüquq normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(063)-587/2021 nömrəli qərardadı ilə mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də şikayət təmin edilməməli və iş üzrə Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(063)-587/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd olunanlara əsaslanaraq və MPM-in 263-264, 397, 398.0.1 və 400-402-ci maddələrini rəhbər tutaraq qərаrа аldı: İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmi şikayət təmin edilməsin. Ucar Rayon Məhkəməsinin xx xxxxxx 2021-ci il tarixli, 2(063)-587/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar