Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-909/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Aİddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X15 və X8 ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(025)-1034/2023 nömrəli qətnaməsindən iddiaçı və cavabdehlər tərəfindən(birgə) verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 32/196, 147 saylı mənzil iddiaçının mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzilin yerləşdiyi binanın yanındakı 22,2 kv.m sahəsi olan qeyri-yaşayış binası (qaraj) iddiaçının istifadəsində olmuşdur. Sonradan həmin qaraj Cavabdeh1(hazırki iş üzrə 1-ci cavabdeh) adına 08 iyun 2022-ci il tarixli Texniki pasportla qeydiyyata alınmış və sonuncu 25 noyabr 2022-ci il tarixdə qarajı nəvəsi Cavabdeh2(hazırki iş üzrə 2-ci cavabdeh) bağışlamışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24 may 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 iddiası təmin edilərək, İddiaçı(hazırki iş üzrə iddiaçının) ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 22,2 kv.m. olan qeyri-yaşayış binası (qaraj) sahəsindən çıxarılması və həmin qeyri-yaşayış binasının (qarajın) boşaldılaraq Cavabdeh2 təhvil verilməsi, İddiaçı Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin və texniki pasportun etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2017-ci ildə ünvan 2 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14.000 manat pulun əvəzinin, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin, 10.229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat pulun əvəzinin, qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360,54 manat pulun əvəzinin, cəmi 33.313,94 manat məbləğində pulun və məhkəmə üçün ödənilmiş 190 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2017-ci ilin dekabr ayında ünvan 3 ünvanında yerləşən mənzili daş qarajla satıldığını elandan bilib, X13 ilə əlaqə saxlamış, sonuncu mənzili və həmin mənzilə aid sənədsiz daş qarajı təxminən 20 il əvvəl 1998-ci ildə 31.500 ABŞ dolları mənzilə görə və mənzilin üstündə satılan sənədsiz daş qaraja görə 2000 ABŞ dolları olmaqla, ümumilikdə 33.500 ABŞ dolları məbləğində pul ödəməklə Məzahir adlı şəxsdən bacısı X4 adına aldığını bildirmişdir. 20 ilə yaxın müddət ərzində mənzil və sənədsiz daş qaraj X9 və bacısının faktiki sahibliyində və istifadəsində olmuşdur. İddiaçı Nüsrət Quliyevin vasitəsi ilə sonuncunun bacısı X6 məxsus olan mənzilin qiymətini 133.000 manata, mənzilə aid olan sənədsiz daş qarajın qiymətini isə 14.000 manat olmaqla, ümumilikdə 147.000 manata razılaşmaqla almışdır. İki il sonra, yəni 2019-cu ilin sonlarında aldığı sənədsiz daş qaraja işıq çəkdirmək üçün iddiaçı ASAN Kommunala müraciət etmiş, bu zaman ona qaraj sənədsiz olduğuna görə və qarajın ən azı texniki pasportu olmadığı üçün qaraja işıq çəkdirmək mümkün olmadığını bildirmişlər. 28 aprel 2020-ci ildə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti ev 32/196 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə qərarın surətinin verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən ərizəsinə cavab olaraq göndərilmiş məktubda keçmiş Kirov rayon XDS-nin İK-si tərəfindən “Qarabağ” Kooperativinə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, ev 32/196 ünvanında yerləşən mənzillərə görə əlavə qarajın tikilməsinə icazə verilməsi barədə 28 iyun 1991-ci il tarixli, 12/269 nömrəli qərarın surətini əldə etmişdir. Lakin Arxiv tərəfindən verilmiş qərarın surətində qeyd edilmişdir ki, qərara cizgi sənədi və adlı siyahı əlavə edilməmişdir. 02 iyun 2020-ci ildə Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, yaşadığı mənzilə aid olan qaraja görə tərtib edilmiş cizgi sənədini və adlı siyahını vermələrini xahiş etmişdir. Müraciətinə cavab olaraq bildiriblər ki, 1991-ci ilə aid Binəqədi rayon İcra Hakimiyyəti Başçısının sərəncamları cari arxivdə saxlanma müddəti başa çatdığı üçün aidiyyəti üzrə Azərbaycan Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Eyni zamanda, ərizədə qeyd edilən adlı siyahı və cizginin əsli sərəncama əlavə olunmadığı üçün Arxivə təhvil verilməmişdir. Bundan sonra, aldığı sənədsiz daş qarajın sənədləşdirilməsi ilə bağlı mənzili satan Səxavət Quliyevanın qardaşı Nüsrətdən və digər qonşulardan maraqlanmış, soraqlaşmış və nəhayət qonşuların birindən “Qarabağ” Kooperativi tərəfindən mənzillərə görə əlavə qaraj inşa edilməsi ilə bağlı adlı siyahının surətini əldə etmişdir. Həmin adlı siyahıda, ünvan 4 ünvanında yerləşən 147 saylı mənzilə görə tikilmiş qarajın ilk sahibi kimi Cavabdeh1 adı qeyd edilmişdir. Həmçinin öyrənmişdir ki, aldığı qarajı adına sənədləşdirmək üçün qaraj əvvəlcə mənzilin ilk sahibinin adına sənədləşdirilməli, sonra isə aldığı həmin qarajı öz adına keçirə bilər. Bundan sonra, satıcı Quliyeva Səxavətin qardaşı Nüsrət Quliyevlə əlaqə saxlamış və ondan mənzilin ilk sahibi olmuş Məzahir adlı şəxslə əlaqə yaratmaq üçün köməklik göstərməsini xahiş etmişdir. Nüsrət mənzilin ilk sahibi olmuş Məzahirin mənzili onlara satandan sonra başqa ünvana köçdüklərini, 20 ilə yaxındır onu görmədiyini, eşitdiyinə görə Məzahirin əslən Qəbələ rayonundan olduğunu bildirmişdir. Buna görə də Nüsrət və digər tanışları vasitəsilə Məzahiri axtarmağa başlamış, 2021-ci ilin yanvar ayında mənzilin birinci sahibi Cavabdeh1 ilə və onun oğlu X3 telefon nömrələrini əldə etmiş, onlarla əlaqə saxlamış və məsələni izah etmişdir. Məzahir etiraz etməmiş, Qəbələ rayonunda olduğunu, Bakıya gələ bilmədiyini deməklə, qarajı sənədləşdirmək üçün oğlu Mehmanın adına etibarnamə verəcəyini və qarajın sənədləşmə işlərində köməklik edəcəyini demişdir. Bundan sonra səyyar notarius vasitəsilə etibarnamə verilməsi xərcləri ilə bağlı Məzahirin oğlu Mehman öz şəxsiyyət vəsiqəsinin surətini və "xxxx" hesab kartını iddiaçıya göndərmiş, iddiaçı Mehmanın kart hesabına 149 manat pul köçürtmüşdür. 13 dekabr 2021-ci il tarixdə Cavabdeh1 qarajı iddiaçının adına sənədləşdirmək üçün Qəbələ regional “ASAN Xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi vasitəsilə oğlu Mehman Mustafayevin adına etibarnamə vermişdir. Lakin Mehman çox vaxt rayonda olduğuna görə qarajın sənədləşməsi üçün sənədlərin toplanması üçün Bakıdakı aidiyyəti orqanlara gedib-gələ bilmədiyindən onun adına verilmiş etibarnamə heç nəyə yaramamışdır. 28 mart 2022-ci il tarixdə Cavabdeh1 Bakı şəhəri 43 saylı notariat ofisi vasitəsilə 28 mart 2022-ci ildə iddiaçının qardaşı X11 adına baş etibarnamə vermişdir ki, lazımi sənədləri toplayıb qarajı sənədləşdirə və qaraja dair texniki pasportu ala, sonra da qarajı öz adına keçirə bilsin. 28 may 2022-ci il tarixdə Cavabdeh1 tərəfindən qardaşı X11 adına verilmiş etibarnamədən görünür ki, Cavabdeh1 iddiaçının qardaşı X11 adına - ünvan 5 ünvanında yerləşən ünvan 6ına əsasən Azadlıq (Lenin) prospektində 32/196 (32) nömrəli evin arxasında yerləşən daş qarajı özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamağı, qaraja müvafiq icra orqanının sənədi və icazəsi olduqdan sonra, özəlləşdirməyi, çıxarış almağı, tikinti işləri aparmağı, sənədləşdirməyi, bununla bağlı bütün dövlət və qeyri-dövlət orqanlarında o cümlədən bütün RİH-də, arxiv idarələrində, Bələdiyyədə, Qəsəbə nümayəndəliyində, ASAN xidmətdə, notariat ofislərində onu təmsil etməyi, sənədləri təhvil verib qəbul etməyi, kadastr layihəsini almağı, toplanmış sənədləri Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə və yaxud ASAN xidmətinə təhvil verib torpağa və üzərindəki qaraja çıxarış, texniki pasport almağı, rüsumlar ödəməyi, gələcəkdə həmin əmlakın yüklü olubolmaması barədə arayış aldıqdan sonra sərəncam verməyi, satmağı, pulunu almağı, bağışlamağı, dəyişməyi, buna dair müqavilə imzalamağı, ilkin alqı-satqı müqaviləsi imzalamağı, Bank əməliyyatları aparmağı, notariusun depozit hesabından pulu qəbul etməyi, vergi və digər rüsumları ödəməyi, bağlanmış müqavilələri ləğv etməyi, ərazidə söküntü işləri aparılarsa dövlət tərəfindən ayrılacaq kompensasiyanı almağı, Bölgü-Eskiz layihəsində imza etməyi, elektrik, qaz, su, telefon xətlərinin çəkilməsi, qeydiyyata alınması və müvafiq tipli sayğacın quraşdırılması, o cümlədən quraşdırılmış sayğacların digər şəxsin adına keçməsi ilə əlaqədar aidiyyətı olan orqan və təşkilatlarda, o cümlədən "xxxx" ASC, “Azəriqaz” İB-də, "xxxx" ASC-də, rayon QİS-də, ASAN xidmət, Asan Kommunal Mərkəzlərində, FHN-nin bütün idarə və təşkilatlarında, Telefon Qovşağı idarələrində təmsil etməyi, adımdan ərizə yazmağı, imza etməyi, sayğac quraşdırmağı, bununla əlaqədar müqavilə bağlamağı, abunə kodu və kartı almağı, rüsumlar ödəməyi və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar edir kimi səlahiyyətlərin verilməsini etibar etmişdir. Bundan sonra, qarajın cizgisi çəkilərək digər sənədlərlə birlikdə İcra Hakimiyyətinə müraciət edilmiş və müsbət qərar alaraq müvafiq məktubla Əmlak Xidmətləri Məkanına sənədləşmə üçün müraciət edilmişdir. 31 may 2022-ci il tarixli mədaxil qəbzindən müəyyən edilir ki, sənədsiz daş qarajın sənədləşdirilməsi üçün Cavabdeh1 tərəfindən qardaşı Taleh Əliyevin adına verilmiş 28 mart 2022-ci il tarixli etibarnamə əsasında qardaşı qarajın sənədləşdirilməsi üçün tələb olunan 75,40 manat dövlət rüsumunu Əmlak Məsələləri Dövlət Xidmətinə Kapital Bank vasitəsilə ödəmişdir. Həmçinin mədaxil qəbzindən müəyyən edilir ki, iddiaçının qardaşı Taleh Əliyev 22 iyun 2022-ci il tarixdə saat 12:49-da Əmlak Məsələləri Dövlət Xidmətində olmuş və verilmiş etibarnamə əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərə görə 360,54 manat pulu Əmlak Məsələləri Dövlət Xidmətinə Kapital Bank vasitəsilə nağd ödəyərək, sənədsiz qaraja dair Cavabdeh1 adına tərtib edilmiş texniki pasportu götürmüşdür. Texniki pasportu düzəltdirəndən sonra iddiaçı təkrar Mehmanla və Məzahirlə əlaqə yaradıb bildirmişdir ki, qarajın sənədi, yəni texniki pasportu hazırdır, məsələnin sonlandırılması üçün qarajın onun adına keçirilməsi üçün Məzahirin və onun həyat yoldaşının razılığı lazım olacaq. Bundan sonra Məzahirdən nə zənglərinə, nə də ki səs yazılarına cavab gəlmişdir. Tanışları vasitəsilə cavabdeh ona eşitdirmişdir ki, qaraja görə Məzahir 5000 manat pul istəyir. Lakin o, vicdanlı alıcı kimi 2017-ci ildə Nüsrətin vasitəsilə bacısı Səxavət Quliyevadan aldığı mənzilin üstündə bu qaraja görə əlavə 14.000 manat pul ödəmiş, 6 il qaraj onun qanuni sahibliyində və istifadəsində olmuş, bu müddət ərzində 3500 manat pul xərcləyib qarajı təmir etdirmişdir. Sonradan iddiaçının ünvanına Bakı şəhəri Binəqədi Rayon Məhkəməsindən məhkəmə bildirişi gəlmiş və məlum olmuşdur ki, Cavabdeh2 adlı bir nəfər ona qarşı həmin məhkəmədə “qarajdan çıxarılma, qarajın boşaldılıb təhvil verilməsi” tələbinə dair iddia qaldırmışdır. Müəyyən edilmişdir ki, Cavabdeh1 1998-ci ildə X2, X4 isə 2017-ci ildə iddiaçıya satdığı və vicdanlı alıcı kimi onun qanuni sahibliyində və istifadəsində olan daş qarajı, iddiaçı tərəfindən xərc çəkib texniki pasport düzəltdiriləndən sonra 25 noyabr 2022-ci il tarixdə nəvəsi Cavabdeh2 bağışlamışdır. Bununla da Cavabdeh1 onun mülkiyyətçi kimi gözlənti hüquqlarını pozmuş, nəvəsi Cavabdeh2 isə əsassız olaraq varlandırmışdır. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 17.500 manat (14.000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) maddi ziyan, məhrum olduğu gəlirlər (əldən çıxmış fayda) 2018-ci ildə 1706,25 manat, 2019-cu ildə 1440,5 manat, 2020-ci ildə 1265,4 manat, 2021-ci ildə 1588,6 manat, 2022-ci ildə 1938,8 manat, 2023-cü ildə 2289,5 manat hesablanmaqla – 10.229 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər olmaqla və müvafiq rüsumlar da hesablanmaqla, ümumilikdə ona 33.313,94 manat məbləğində maddi ziyan və mənəvi zərər vurulmuşdur. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində iddiaçı qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilmiş, ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmişdir. Cavabdehlər iddia tələbinə etirazlarını onunla əsaslandırmışlar ki, iddiaçının onlara qarşı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamış, qanunsuz olaraq qaraja görə pulu Nüsrət Quliyev və onun bacısı Səxavət Quliyevaya vermiş, pulu hansı əsasla cavabdehlərdən tələb etdiyini əsaslandıra bilməmişdir. İddiaçının 3500 manat qarajın təmirinə xərclənmiş pulları sübut edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin cavabdehlərin mülkiyyətində olan daşınmaz əmlak qanunsuz olaraq iddiaçının istifadəsində olduğu üçün əldən çıxmış faydanı cavabdehlər iddiaçıya qarşı qaldıra bilərlər. 5000 manat məbləğində mənəvi zərərin iddiaçıya dəyməsinə dair iddia ərizəsində mülahizədən başqa heç bir mötəbər sübutlara istinad olunmamış və məhkəməyə təqdim edilməmişdir. 149 manat etibarnamə üçün xərci iddiaçı öz istəyi ilə xərcləmişdir. İddiaçı qaraja dair sənədlərin hazırlanması üçün 75,40 manat, qaraja dair texniki pasportun verilməsi üçün isə 360,54 manat pul xərcləmiş və həmin sənədlər iddiaçının özündədidr. Qaraja aid sənədlər cavabdehlərin hesabına edilmişdir. İddiaçı qaraja işıq çəkdirmək bəhanəsi ilə cavabdehi aldadıb etibarnamə almış, sonra iddiaçının və ailə üzvlərinin imzalarına zərurət yarananda aydın olmuşdur ki, iddiaçı cavabdehlərin əmlakına sahiblənmək istəyir. Ona görə də, Cavabdeh1 iddiaçının adına vermiş olduğu etibarnaməni ləğv etdirmişdir. İddiaçı qarajı qanunla müəyyən olunmuş qaydada əldə etmiş olsaydı, notariat qaydasında təsdiqlənmiş müqaviləsi olmalı idi və sərəncam vermək üçün isə həmin əmlak dövlət reyestrində qeydiyyata alınmalı idi. Belə bir müqavilə notariat qaydasında bağlanmamış və dövlət reyestrində qeydə alınmamışdır. Qəbələ Rayon Məhkəməsinin (bundan sonra – Rayon Məhkəməsi) 2(025)- 1034/2023 nömrəli iş üzrə qəbul etdiyi 15 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim E.İsayev) iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödənilmiş 14.000 manat məbləğində pul vəsaitinin, qarajın təmiri üçün xərclənilən 3500 manat məbləğində pul vəsaitinin, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat dövlət rüsumunun və qaraja dair texniki pasportun verilməsi üçün ödənilmiş 360,54 manat dövlət rüsumunun, cəmi 17.935,94 manat pul vəsaitinin və iddianın verilməsi üçün ödənilmiş 190 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, iddianın təmin olunan hissədə əsaslılığı iddiaçının məhkəməyə təqdim etdiyi sübutlarla təsdiq olunur. Belə ki, mülki qanunvericiliyin normaları baxımından cavabdehlərin hərəkətləri əsassız varlanma kimi qiymətləndirilməli, bu səbəbdən İddiaçı tərəfindən qarajın alınması, təmir bərpa işləri və sənədləşdirilməsi üçün ödənilən pul vəsaitləri və dövlət rüsumları cavabdehlər tərəfindən iddiaçıya qaytarılmalıdır. İddiaçı iddiasının 10.229 manat məbləğində əldən çıxmış faydanın, 5000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun əvəzinin xeyrinə tutulması barədə tələbini sübut edə bilmədiyi üçün təmin edilməməlidir. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 152.1, 152.2, 152.3, 152.4, 152.5, 152.6, 157.1, 157.2, 157.4, 157.5, 157.7, 157.8, 158.2, 158.3, 158.4, 159, 182, 324.1, 324.2, 324.4, 324.5, 324.5, 331.1, 337.1, 1091.1, 1091.2, 1092.1.1, 1092.1.2, 1092.2, 1092.3, 1093.1, 1093.2, 1093.2.1, 1093.2.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin qismən, iddia tələbinin təmin edilməyən hissəsində ləğv olunmasını və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər birlikdə apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-1319/2023 nömrəli iş üzrə 06 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məcidov (sədrlik edən və məruzəçi), E.Mehdiyev və M.Əsədli) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Qəbələ Rayon Məhkəməsinin 15 sentyabr 2023-cü il tarixli, 2(025)-1034/2023 nömrəli qətnaməsi iddianın təmin edilmiş- 2017-ci ildə ünvan 8 ünvanında yerləşən mənzilə aid olan daş qarajı almaq üçün ödədiyi 14000 manat pulun, qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun, qaraja dair sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat pulun və qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360,54 manat pulun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddiasının həmin hissədə rədd edilməsi, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbinin təmin edilmiş hissələrindən biri qarajın təmiri üçün xərclədiyi 3500 manat pulun əvəzinin ödənilməsidir. Mülki işin materiallarında mübahisəli qarajda hər hansı təmir işlərinin aparılması ilə bağlı heç bir sübut və ya dəlil mövcud deyildir. Hazırki iş üzrə ünvan 9 ünvanında yerləşən qarajın hansı əsasla Nüsrət Quliyevin sahibliyinə, o cümlədən hansı əsasla sonuncunun sahibliyindən iddiaçının sahibliyinə keçməsi heç bir sübut və ya dəlillə təsdiqini tapmır. Belə olan halda, iddiaçı həmin qaraja münasibətdə nə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.7-ci maddəsi baxımından vicdanlı əldə edən, nə də həmin Məcəllənin 158-ci maddəsi baxımından sahib statusuna sahib olmamaqla, hər hansı zərərin əvəzinin ödənilməsini tələb etmə hüququ da yaranmır. İşin hallarından görünür ki, Bakı şəhəri 43 saylı notariat ofisinin 7E-6586 reyestr nömrəsində 28 mart 2022-ci il tarixdə qeydə alınmış etibarnamə ilə Cavabdeh1 X14 Bakı şəhəri Binəqədi (Kirov) rayonu XDİK-nin 12/263 saylı xx.xx.1991-ci il tarixli qərara əsasən Bakı şəhəri 8 mkr. qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etmişdir. Mülki Məcəlləsinin 359.3-cü maddəsinə əsasən qeyd edilən etibarnamə ünvan 9 ünvanında yerləşən qarajın iddiaçının sahibliyinə və ya mülkiyyətinə verilməsi üçün deyil, həmin qarajın cavabdehin adına mülkiyyət hüququ ilə qeydiyyata alınması üçün verilmişdir. O cümlədən, iddiaçı qeyd edir ki, cavabdeh mübahisə edilən qarajın onun adına rəsmiləşdirilməsi üçün tanışları vasitəsilə iddiaçıdan 5000 manat pul istəmişdir. Bu hal da, həmin qarajın artıq iddiaçıya satılmış olması barədə iddiaçının iddialarını şübhə altına alır. iddiaçının təmin olunmuş tələblərindən biri də sənədləşdirmə işlərinin aparılması üçün ödənilmiş 75,40 manat, qaraja dair texniki Pasportun verilməsi üçün ödənilmiş 360,54 manat dövlət rüsumlarının qaytarılmasıdır. Hazırki halda işdəki sənədlərdən görünür ki, mübahisə edilən dövlət rüsumları Cavabdeh1 tərəfindən ödənilmişdir. Ona görə də, iddiaçının həmin rüsumları tələb etməsi əsassızdır. İddiaçı həmin rüsumların cavabdehin adından əslində iddiaçının qardaşı X16 tərəfindən ödənildiyini iddia edir ki, belə olan halda da, sonuncu hazırki iddiaçıya həmin pulu tələb etmək üçün hər hansı etibarnamə vermədiyindən iddiaçının həmin pulu hansı əsasla tələb etdiyi aydın deyildir. Apellyasiya kollegiyası iddiaçının apellyasiya şikayəti ilə bağlı qeyd etmişdir ki, onun tələbinin təmin edilməyən hissəsi 10.229 manat məbləğində əldən çıxmış faydanın əvəzinin və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı olmuşdur. Məhkəmə kollegiyası iddiaçının iddia tələbinin təmin olunmuş hissəsinin əsassız olduğu qənaətinə gəldiyindən iddianın təmin olunmamış hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Belə ki, iddiaçının hansı əsasla hansı mənəvi zərərə məruz qalması, o cümlədən hansı faydalardan məhrum olması işin halları ilə sübut edilmir. İddiaçı kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsində icraat Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının (bundan sonrakassasiya instansiyası məhkəməsi) 2(102)-1370/2024 nömrəli iş üzrə 02 may 2024-cü il tarixli qərarı ilə (hakimlər – E.Şamayev (sədrlik edən və məruzəçi), E.Vəliyeva və Ə.Xıdırov) kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Kassasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi sübutetmə yükünü düzgün bölüşdürməmiş, qətnaməsini iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Belə ki, nəzərə alınmalıdır ki, mübahisəli qaraj tikilərək ilk olaraq Cavabdeh1 istifadəsinə verilsə də, onun həmin zaman qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən qaraj üzərində mülkiyyət hüququ yaranmamışdır. Yuxarıda qeyd olunduğu kimi, qaraj “Qarabağ” qaraj-tikinti kooperativi tərəfindən inşa olunmuş və Cavabdeh1 həmin kooperativin üzvlərindən biri olmuşdur. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 94-cü maddəsinə əsasən kolxozlar və digər kooperativ təşkilatları, onların birləşmələri öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verirlər. Kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətində olan əmlakların, onların birləşmələrinin mülkiyyətində olan əmlak üzərinə sərəncam hüququ ancaq mülkiyyətçiyə məxsusdur. Göründüyü kimi, qaraj üzərində mülkiyyət hüququ Cavabdeh1 deyil, Qaraj-tikinti kooperativinə məxsus olmuş, qaraj sonuncunun istifadəsinə həmin ərazidə yaşayan sakin olaraq verilmişdir. Həmçinin mübahisəsizdir ki, cavabdehin qaraj üzərində sahiblik və istifadə hüququ 2022-ci ilin iyun ayınadək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki, Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Məhkəmənin qənaətinə görə, hazırki iş üzrə müəyyən olunmalı olan hal, cavabdehin öz mənzilini satarkən, kooperativin üzvü kimi qarajdan sahiblik və istifadə hüququnun qalıb-qalmaması olmuşdur ki, bu istiqamətdə apellyasiya məhkəməsi tərəfindən araşdırma aparılmamışdır. Nəzərə alınmalıdır ki, Cavabdeh1 Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında mənzilini Nüsrət adlı şəxsə satmasını, lakin qarajı satmadığını, sonuncunun müvəqqəti istifadəsinə verdiyini bildirmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsində cavabdehlərin adından verilən etirazda və apellyasiya şikayətində də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan bu izahata istinad olunmuşdur. Lakin apellyasiya instansiyası məhkəməsi cavabdehin bu izahatını işin müəyyən olunan digər halları ilə yanaşı qiymətləndirməmiş və iddiaçının qaraj üzərində sahibliyinin qanuni olub-olmamasını müəyyən etməmişdir. Kassasiya kollegiyasının mövqeyinə görə, cavabdeh mülkiyyətində olan mənzili sataraq başqa yaşayış məntəqəsinə köçdüyü halda, həmin mənzilin yanında yerləşən, kooperativin mülkiyyətində olmuş qaraja sahibliyinin saxlanılmasını sübut etmək vəzifəsi məhz cavabdeh tərəfin üzərinə düşür. Həmçinin, cavabdeh özü izahatlarında etiraf etmişdir ki, qaraj iddiaçının istifadəsində olmuş, sonuncu özü cavabdehlə əlaqə saxlayaraq, qarajın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün etibarnamə istədiyini, onun razılaşaraq iddiaçının qardaşının adına etibarnamə göndərdiyini bildirmişdir. Yəni, qaraj 24 ilə yaxın cavabdehin sahiblik və istifadəsində olmamış, o, həmin əmlakın taleyi ilə maraqlanmamış, onun saxlanılması üçün hər hansı vəsait xərcləməmiş, qarajın başqa şəxslərin, o cümlədən iddiaçının sahibliyində və istifadəsində olmasından məlumatlı olmuş, bu sahibliyə etiraz etməmiş, əksinə əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçıya imkan yaratmışdır. Apellyasiya məhkəməsi, Cavabdeh1 mənzilini Səxavət Quliyevaya satarkən qaraja da sahiblik hüquqlarını ötürüb-ötürməməsinə, sonuncunun və müvafiq olaraq sonradan mənzilin yeni mülkiyyətçisi kimi iddiaçının da qarajdan sahibliyi qanuni olub-olmamasına, cavabdehlərin qaraj üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, onu iddiaçının sahibliyindən geri tələb etməklə, sonuncunun da qarşılıqlı olaraq həmin əmlaka sərf etdiyi vəsaitini tələb etmək hüququnun yaranıb-yaranmamasına, əks halda cavabdehin Mülki Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanıb-varlanmamasına, cavabdehlərin hüquqlarından sui-istifadəyə yol veribverməmələrinə hüquqi qiymət verilməli olduğu halda, bununla bağlı qətnamədə hər hansı əsaslandırma etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) İddiaçının apellyasiya şikayətinin dəlilləri İddia tələbinin təmin edilməyən hissəsi, yəni iddiaçının məhrum olduğu gəlirlər 10.229 manat əldən çıxmış fayda və 5000 manat mənəvi zərər tutulmasının təmin edilməməsi ədalətli deyil. Cavabdeh1 bu kimi qanuna zidd hərəkətləri nəticəsində iddiaçı qonşular arasında rüsvay olmuş, işgüzar nüfuzuna xələl yetirilmiş, bu səbəbdən ağır iztirablar, fiziki və mənəvi sarsıntılar keçirtmiş, qarşılaşdığı bu qanuna zidd hərəkətlər, davranışlar səbəbindən gecələr yuxusu qaçıb, yata bilmir, əsəbləri pozulub, ona 5000 manatdan çox mənəvi zərər yetirilmişdir. Cavabdeh1 ona qarşı bu qanuna zidd hərəkətləri nəticəsində 2017-ci ildə ödədiyi 17.500 manat (14.000 manat qarajın alınmasına görə ödədiyi pul vəsaiti, 3500 manat qarajın təmiri üçün ödədiyi məbləğ) məbləğində pula başqa yerdə qaraj və s. əmlak alsaydı faydalanardı, xeyli gəlir əldə edərdi, hazırki halda isə o 2018-ci ildə 1706,25 manat, 2019-cu ildə 1440,5 manat, 2020ci ildə 1265,4 manat, 2021-ci ildə 1588,6 manat, 2022-ci ildə 1938,8 manat, 2023-cü ildə 2289,5 manat hesablanmaqla, 10.229 manat gəlirdən (əldən çıxmış faydadan) məhrum olmuşdur. b) Cavabdehlərin apellyasiya şikayətinin dəlilləri Dəlilləri iddia tələbinə etirazın dəlilləri ilə eyni olan apellyasiya şikayətində əlavə olaraq bildirilmişdir ki, iddiaçı tərəfindən məhkəməyə şahid qismində cəlb edilən 2 şahid istintaqda və məhkəmədə verdikləri ifadələrdə hazırki iddia ərizəsində qeyd olunan pul vəsaitlərinə dair heç biri halı sübut edəcək ifadə verməmişdirlər. İddiaçı şahid Nüsrət Quliyevdən evi alarkən qaraja görə 14.000 manat ödədiyini bildirsə də, şahid qismində məhkəmədə ifadə verən Nüsrət Quliyev iddiaçıdan qaraja görə aldığı pulun qədərini deyə bilmədi. Məhkəmə prosesi audio-video ilə aparıldığından həmin məqam orada qeyd edilmişdir. Amma məhkəmə qətnaməsində şahid Nüsrət Quliyevin 14.000 manatı həyətdəki sahəsi 24 kv.m.olan qaraja görə alğı-satqı etdiyini qeyd etmişdir. Lakin məhkəmə qətnamədə bu faktı da özünə sərf edən qaydada qeyd etmişdir. İddiaçı əvvəlki hazırlıq prosesində məhkəməyə dəvət etmək istədiyi şahidlərin məlumatlarını daxil etməklə yazılı şəkildə məhkəməyə müraciət etmişdir. Həmin sıyahıda X3 adı olmasa da sonra məhkəmə öz maraqları naminə, cavabdehlərin vəkili və nümayəndəsi olmadan həmin şəxsi ayrıca qəbul edib ifadəsini almağa nail olmuşdur. X5 Cavabdeh1 oğludur və hal-hazırda aralarında ciddi narazılıqlar var. Bu məqamdan istifadə edən Mehman, iddiaçı və məhkəmənin maraqları üst-üstə düşdüyündən, cavabdehlərin yeganə hazırlıq prosesində iştirak etmədiklərini məhkəmənin vasitəsi ilə belə qiymətləndirmişdirlər. Mehmanın şahid qismində xəlvətcə didndirilməsi zərurəti nədən ibarət idi? Belə şahidin ifadəsi obyektiv hesab oluna bilməz. Çünki Mehman məhkəməyə verdiyi ifadəsində və məhkəməyə iddiaçının vasitəsilə göndərmiş olduğu ərizəsində atası Cavabdeh1 adından yalan məlumatlar səsləndirib. Amma məhkəmə bu halı Mehmanla və iddiaçı ilə birlikdə cavabdeh iştirak etmədiyi məhkəmə prosesində təşkil edərək hüququ, qanunu tapdalamışdır. Məhkəmə iddiaçının tələb etdiyi məbləğin 17.935,94 manatını və 190 manat dövlət rüsumunu hər iki cavabdehdən zərəin əvəzi kimi tutub. Lakin zərərin mövcud olması üçün delikt törədilməlidir. Deliktin törədildiyi isə məhkəmədə müəyyən olunmamışdı. Beləliklə iddiaçının cavabdehlər qarşısında tələb hüququ yaranmamışdır. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vəkili Nümayəndə2 iddiaçının apellyasiya şikayətinə etirazını iddia tələbinə etirazın dəlillərinə uyğun əsaslandırmışdır. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra -Məhkəmə) prosessual qanunvericiliyin 372.6-cı müddəasını nəzərə almaqla qeyd edir ki, hazırki iş üzrə iddianın qismən təmin olunması barədə Rayon Məhkəməsinin qəbul etdiyi qətnamədən həm iddiaçı, həm də cavabdeh tərəf apellyasiya şikayəti verdiyinə görə, qətnamənin əsaslılığı tam yoxlanılmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı iddia tələbinin dəlillərinə uyğun izahat vermişdir. Apellyasiya baxışının iclasında iştirak edən cavabdehlərin vəkili Nümayəndə2 cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3.4. Digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə əsaslarından biridir. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Maəddə 1092.1.1. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya da şamil edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM) Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə qeyd edir ki, işin hallarına görə ünvan 1nda yerləşən qaraj Kirov (hazırda Binəqədi) rayonu XDS-nin İcraiyyə Komitəsinin 28 iyun 1991-ci tarixli Qərarı ilə yaradılmış “Qarabağ” qaraj-tikinti kooperativi tərəfindən inşa olunmuş və ünvan 10 ünvanında yaşayan Cavabdeh1 istifadəsinə verilmişdir. Cavabdeh1 1998-ci ildə mülkiyyətindəki mənzili X1, qarajı da həmin şəxsin faktiki sahiblik və istifadəsinə vermişdir. Səxavət Quliyeva isə öz növbəsində mənzili 2017-ci ildə hazırki iş üzrə iddiaçıya satmaqla, qarajdan da faktiki sahiblik sonuncuya keçmiş və o, uzun müddət ərzində ondan istifadə etmişdir. Lakin 2022-ci ilin iyun ayında qaraj üzərində hüquqlar Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və ona müvafiq Texniki Pasport verilmişdir. 25 noyabr 2022-ci il tarixli bağışlama müqaviləsi ilə qaraj Cavabdeh2 mülkiyyətinə keçmiş və sonuncu İddiaçı oradan çıxarılması ilə bağlı iddia ilə məhkəməyə müraciət etməklə, tələbi təmin olunmuşdur. İddiaçı qeyd olunan qarajın dəyərini ayrıca ödəməklə, onun sahibliyinə almasını, uzun müddət ərzində istifadə etməsini, sonradan qarajı öz adına rəsmiləşdirilməsi ilə bağlı Cavabdeh1lə razılaşmaqla, bunun xərclərini ödəməsini, cavabdehin isə sonradan qarajı adına keçirtməkdən imtina etməsini bildirməklə, çəkilən xərclərin dəyərinin və ona vurulmuş ziyanın ödənilməsini məhkəmədən xahiş etmişdir. İddiaya etiraz edən cavabdeh tərəf bildirir ki, Cavabdeh1ə aid qaraja iddiaçı keçən müddət ərzində qeyri-qanuni sahiblik etmişdir, o qarajı daimi əsaslarla hər hansı şəxsin sahiblik və istifadəsinə əvəzli şəkildə verməmişdir. Bununla bağlı Məhkəmə qeyd edir ki, mübahisəli qaraj tikilərək ilk olaraq Cavabdeh1 istifadəsinə verilsə də, onun həmin zaman qüvvədə olmuş mülki qanunvericiliyin tələblərinə əsasən qaraj üzərində mülkiyyət hüququ yaranmamışdır. Yuxarıda qeyd olunduğu kimi, qaraj “Qarabağ” qaraj-tikinti kooperativi tərəfindən inşa olunmuş və Cavabdeh1 həmin kooperativin üzvlərindən biri olmuşdur. 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuş Mülki Məcəllənin 94-cü maddəsinə əsasən kolxozlar və digər kooperativ təşkilatları, onların birləşmələri öz nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq, mülkiyyət hüququ əsasında onlara məxsus olan əmlaka sahiblik edir, həmin əmlakdan istifadə edir və onun üzərində sərəncam verirlər. Kolxozların və digər kooperativ təşkilatlarının, onların birləşmələrinin mülkiyyətində olan əmlakların, onların birləşmələrinin mülkiyyətində olan əmlak üzərinə sərəncam hüququ ancaq mülkiyyətçiyə məxsusdur. Göründüyü kimi, qaraj üzərində mülkiyyət hüququ Cavabdeh1 deyil, “Qarabağ” qarajtikinti kooperativinə məxsus olmuş, qaraj sonuncunun istifadəsinə həmin ərazidə yaşayan sakin olaraq verilmişdir. Həmçinin mübahisəsizdir ki, cavabdehin qaraj üzərində sahiblik və istifadə hüququ 2022-ci ilin iyun ayınadək daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Halbuki Mülki Məcəllənin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. İşdə olan sənədlərdən görünür ki, Cavabdeh1 Binəqədi rayon Polis İdarəsində verdiyi izahatında mülkiyyətində olan mənzilini Nüsrət adlı şəxsə satsa da, mənzilin yaxınlığında yerləşən, onun sahiblik və istifadəsində olan qarajı satmadığını, qarajı sonuncunun müvəqqəti istifadəsinə verdiyini bildirmişdir. Hazırki iş üzrə birinci instansiya məhkəməsində cavabdehlərin adından verilən etirazda və apellyasiya şikayətində də, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda əks olunan bu izahata istinad olunmuşdur. Məhkəmə, cavabdeh tərəfin gətirdiyi bu dəlillərlə bağlı bildirir ki, Cavabdeh1 mülkiyyətində olan mənzili sataraq başqa yaşayış məntəqəsinə köçdüyü halda, həmin mənzilin yanında yerləşən, kooperativin mülkiyyətində olmuş qaraja sahibliyinin saxlanılmasını sübut etmək vəzifəsi məhz cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəf irəli sürdüyü dəlillərini sübuta yetirə bilməmişdir. Belə ki, Rayon Məhkəməsində işə baxılması zamanı şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, 1999-cu ildə tanışı ünvan 11 ünvanında olan mənzili Cavabdeh1 33.500 ABŞ dolları müqabilində həm mənzili, həm də həyətdə olan 24 kv.m qarajı almışdır. Həyətdəki qarajı şifahi sözlə razılaşmışlar, mənzili isə sənədləşdirərək almışdır. İlkin olaraq 31.500 ABŞ dolları mənzilə və 2.000 ABŞ dolları isə sahəsi 24 kv.m., olan qaraja verməklə ümumilikdə 33.500 ABŞ dollar pulu vermişdir. Məzahir 9 ay evdən çıxmamış və ona problemlər yaratmışdır. Məzahir evdən çıxmadığı üçün məcbur qalıb Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə qərar çıxardıqdan sonra Məzahir və ailəsini evdən çıxarda bilmişdir. 18 il həmin ünvanda yaşamışdır. Yaşadığı müddətdə Məzahir və ailəsi həmin qarajdan istifadə etməmişdir. 2017-ci ilin dekabr ayında yaşadığı həmin mənzili və qarajı İddiaçı 147.000 manata satmışdır. Alı ilə 133.000 manat mənzilə görə razılaşmışlar və 14.000 manat isə həyətdəki sahəsi 24 kv.m olan qaraja görə alğı-satqı etmişlər. Qaraja alğı-satqını şifahi olaraq həyata keçirtmişlər. 2022-ci ilin oktyabr ayında Alı onunla mobil telefonla əlaqə saxlayıb Məzahirin onu aldadaraq həmin mənzilin qarajını öz adına keçirtdiyini demişdir. Həmin dövrdə verilmiş müvafiq sərəncam və adlı siyahıya əsasən qaraj mənzilin üzərində rəsmiləşdirilmiş və bu səbəbdən qaraj da mənzilin üzərində sənədləşdirilmişdir. X16 məhkəmə iclasında şahid qismində ifadəsində göstərmişdir ki, iddiaçı onun qardaşıdır. Cavabdeh1 Bakı şəhəri 8 mkr-n qəsəbəsində Azadlıq (Lenin) prospektində 32/196 saylı evin arxasında yerləşən daş qarajın özəlləşdirilməsi üçün tələb edilən bütün sənədləri toplamaq, özəlləşdirməyi, çıxarış almağı və s. adından bütün əməliyyatları aparmağı və digər hərəkətləri etməyi etibar etməsinə dair ona Bakı şəhəri 43 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə qeydə alınmış etibarnamə vermişdir. Bundan sonra qarajın sənədləşdirilməsi üçün xx.xx.2022-ci il tarixdə Cavabdeh1 adı qeyd olunmaqla "xxxx" ASCyə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX xidmətə görə 75,40 manat, xx.xx.2022-ci il tarixdə isə Əmlak Məsələləri Dövlət Xidməti DƏDRX Bakı ŞƏİ daşınmaz əmlakın Dövlət Reyestri xidmətinin ərazi idarələri tərəfindən göstərilən xidmətlərin tarifləri olaraq 360,54 manat məbləğində ödəniş edilmişdir. Rayon Məhkəməsi tərəfindən şahid kimi dindirilmiş X5 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh1 onun atasıdır. Hazırkı məhkəmə mübahisəsinin predmeti olan daş qaraj faktiki sənədlə sahibi olmuş atası tərəfindən mənzillə birlikdə X10, onun bacısı X4 adına notariat orqanında rəsmiləşdirilmiş və alğı-satqı müqaviləsi əsasında satılmışdır. Daha sonra qarajı evlə birlikdə İddiaçı almışdır. Bu barədə onun və atasının məlumatı olmuşdur. Qarajın rəsmiləşdirilməsi üçün Alı ona və atasına müraciət etmiş, buna görə atası ona və Alının qardaşına etibarnamə vermişdir. İş materiallarından həmçinin görünür ki, Cavabdeh1 özü izahatlarında etiraf etmişdir ki, qaraj iddiaçının istifadəsində olmuş, sonuncu özü cavabdehlə əlaqə saxlayaraq, qarajın daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün etibarnamə istəmiş, o da razılaşaraq iddiaçının qardaşının adına etibarnamə göndərmişdir. Göründüyü kimi, işdə olan sübutlarla, o cümlədən Cavabdeh1 özünün izahatları ilə təsdiq olunur ki, qaraj 24 ilə yaxın onun sahiblik və istifadəsində olmamış, o, həmin əmlakın taleyi ilə maraqlanmamış, onun saxlanılması üçün hər hansı vəsait xərcləməmiş, qarajın başqa şəxslərin, o cümlədən iddiaçının sahibliyində və istifadəsində olmasından məlumatlı olmuş, bu sahibliyə etiraz etməmiş, əksinə əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün iddiaçıya imkan yaratmışdır. Göstərilənlərə əsasən müəyyən edilir ki, Cavabdeh1 mənzilini Səxavət Quliyevaya satarkən mübahisə predmeti olan qaraja da hüquqlarını Səxavət Quliyevaya ötürmüşdür. Bu baxımdan hesab edilməlidir ki, Səxavət Quliyevanın (faktiki olaraq qardaşı Nüsrət Quliyevin) və müvafiq olaraq sonradan mənzilin yeni mülkiyyətçisi kimi iddiaçının da qarajdan sahibliyi qanuni olmuşdur. Sonradan cavabdehlər qaraj üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə alaraq, onu iddiaçının sahibliyindən geri tələb etməklə, sonuncunun (iddiaçının) da qarşılıqlı olaraq həmin əmlaka sərf etdiyi vəsaitini tələb etmək hüququ yaranmışdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilibedilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, iddiaçının mübahisəli qaraj üzərində sahibliyi qanuni olduğuna, cavabdehlərin bununla bağlı davranışı isə hüquqdan sui-istifadə olduğuna görə, iddiaçı Mülki Məcəllənin 1091-ci maddəsinin tələblərinə əsaslanaraq qaraja sərf etdiyi vəsaitini tələb etməkdə haqlı olmuşdur. İddiaçının xeyrinə tutulmalı olan məbləğə gəlincə isə Məhkəmə hesab edir ki, iddia tələbi yalnız qaraj üçün ödənilmiş 14.000 manat, qaraja görə sənədlərin hazırlanması üçün ödənilmiş 75,40 manat, qaraja aid texniki pasportun alınması üçün ödənilmiş 360,54 manat məbləğində pulun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsində əsaslıdır və təmin edilməlidir. Qeyd olunan hissədə iddianı təmin edən Rayon Məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfin apellyasiya şikayətinin dəlilləri müzakirə olunan hissədə əsassızdır. Bununla yanaşı Məhkəmə hesab edir ki, qarajın təmirinə görə cavabdehlərdən 3500 manat məbləğində pulun tutulması barədə tələb və həmin tələbin təmin edilməsi barədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə əsassızdır. Çünki qeyd olunan tələbin əsaslılığını iddiaçı sübuta yetirə bilməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə razılaşır ki, cavabdehlərin apellyasiya şikayətinin dəlilləri ilə bu hissədə əsaslıdır. Məhkəmə sübutetmə yükünün tərəflərə aid olması prinsipinə istinad edərək həmçinin hesab edir ki, iddiaçı iddiasının 10.229 manat məbləğində əldən çıxmış faydanın, 5.000 manat məbləğində mənəvi zərərin əvəzinin, qarajın adına sənədləşdirilməsi üçün etibarnamə verilməsinə görə ödədiyi 149 manat pulun tutulması barədə tələblər işdə olan sübutlarla təsdiq olnmadığına görə, Rayon Məhkəməsi haqlı olaraq həmin tələbləri təmin etməmişdir. Rayon Məhkəməsinin bu hissədə iş üzrə gəldiyi nəticə əsaslı, iddiaçının apellyasiya şikayətinin dəlilləri isə əsassızdır. Beləliklə, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, Rayon Məhkəməsinin qaraja görə təmir xərclərinin tutulması hissəsində hazırki iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun deyil. Odur ki, MPM-nin 384.0.2-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq Məhkəmə hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfin apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi qismən, yəni “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarajın təmiri üçün xərclənilən 3.500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilməli və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək, həmin tələb təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli qətnamə qismən, “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarajın təmiri üçün xərclənilən 3500 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi” hissəsində ləğv edilsin və həmin hissədə yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-909/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-909/2024
30.07.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver