Məhkəmə qərarları › İş №2(107)-91/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-91/2021

05.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-91/2021 05.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Şükürov İmanverdi Həşimxan oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ilə (hakim İbrahim Fəttahov) iddiа tələbi qismən təmin edilmiş, Cavabdeh 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 56144,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin alınaraq İddiaçı MMC-yə verilməsi və iş üzrə ekspertiza xərci olan 124 manatın Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməsi qət edilmişdir. İşin halları İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər iki müqavilə üzrə 55 644,48 manat əsas borcun və 114500 manat cərimə borcunun ümumilikdə 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi (vəkili) X1 iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək göstərmişdir ki, İddiaçı MMCnin direktoru X3 ilə cavabdeh arasında 08.01.2018-ci il tarixdə və 07.03.2018-ci il tarixdə məhsulların nisyə alqı-satqısı müqaviləsi bağlanmışdır. Müqavilələr bağlanarkən aralarında qarşılıqlı razılıq əldə edilmiş, heç bir təsir olmadan müqavilədə nəzərdə tutulan şərtlərlə məhsulların nisyə alqı-satqı müqavilələri bağlanmışdır. Həmin müqavilələrin şərtlərinə görə cavabdeh 08.01.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 15492,60 manat və 07.03.2018-ci il tarixli müqaviləyə görə ümumi dəyəri 50082,50 manat olan müxtəlif çeşidli məhsulları İddiaçı MMC-dən nisyə şəkildə qəbul edərək satmalı, məhsulların satış pulunu 20 gün müddətində pul şəklində İddiaçı MMC- yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh 08.01.2018-ci il tarixli və 07 mart 2018-ci il tarixdə tərtib edilmiş təhvil-təslim aktlarında göstərilən məhsulları qəbul etdikdən sonra onların dəyərini qeyd olunan müddətdə İddiaçı MMC-yə ödəməmişdir. Dəfələrlə cavabdehə bu barədə xəbərdarlıq edilsə də o, həmin məhsulların pulunu ödəyəcəyinə söz vermiş, lakin borcunu bu günə qədər MMCyə ödəməmişdir. Cavabdeh İddiaçı MMC-nin direktoru Adil Səfərova ərizə ilə müraciət edərək MMC-yə borclu olduğunu etiraf etmiş və birinci müqavilə üzrə 15.02.2018-ci il tarixədək, ikinci müqavilə üzrə isə 05.04.2018-ci il tarixədək tam ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh həmin ərizələri təqdim etdikdən uzun müddət keçməsinə baxmayaraq həmin borcu MMC-yə ödəməmişdir. Borcun ödənilməsi barədə ona xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh yenə də borcunu ödəməkdən yayınmışdır. Məhkəmə icraatı zamanı Cavabdeh borclu olduğu puldan İddiaçı MMC-nin hesabına 9930.62 manat pul ödədiyindən cavabdehdən iddianın azaldılmış həddində təmin edilməsi, yəni 55644.48 manat əsas borcu və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə Cavabdeh qanunda nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsinin iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Birinci instansiya məhkəməsi cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Məhkəmənin sözügedən qətnaməsini əsaslı və qanuni hesab etmir, qətnamənin qismən ləğv edilməsini və iddianın qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. “xxxx” MMC-nin irəli sürdüyü iddianın-07.03.2018-ci il tarixli müqavilə ilə cavabdehin “xxxx” MMC-yə 50.082.50 manat borcunun olması hissəsi qəbul edilən deyil. Çünki sözügedən müqavilənin bağlanılmasında “xxxx” MMC tərəfindən onların öz maraqları naminə cavabdeh aldadılmışdır. Cavabdehin niyyəti təhvil-təslim aktını imzalamaq olmuşdur. Lakin hazırda cavabdehin mübahisələndirdiyi məhsulların nisyə alqı-satqı müqaviləsi haqqında ondan yanlış təsəvvür formalaşmışdır. Belə ki, sözügedən müqavilənin formal bir müqavilə olduğunu, cavabdeh üçün heç bir öhdəlik yaratmadığını, ən başlıcası mübahisələndirilən müqavilənin təhvil-təslim aktı kimi sənəd olduğunu dərk edib, imzalamış, başqa sözlə razılıq verdiyi əqdi deyil, başqa əqdi imzalamışdır. İşin faktiki halları kifayət qədər deməyə əsas verir ki, İddiaçı MMC ilə cavabdeh arasında yalnız 08.01.2018-ci il tarixli müqavilə üzrə öhdəlik yaranmış, yəni sözügedən müqavilədə göstərilən məbləğdə mallar cavabdeh tərəfindən təhvil-təslim aktı əsasında nisyə götürülərək pərakəndə şəkildə mağazalara paylanmış, 15492.60 manat puldan 9930.62 manatı ödənilmiş, hal-hazırda cavabdehin iddiaçıya 5561.98 manatı borcu qalmışdır. Göründüyü kimi əgər 08.01.2018-ci il tarixli müqavilədə göstərilən malları kimi, 07.03.2018-ci il tarixli müqavilədə göstərilən malları göstərsəydi etiraf edib, borcunu qarşılıqlı anlaşma şəraitində ödəyərdi. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tarixli 2(046)- 564/2020 nömrəii qətnaməsinin qismən ləğv ediiməsi və iddia tələbinin qismən təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı MMC-nin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı MMC-nin direktoru Adil Səfərovun Cavabdeh qarşı 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələr üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin direktoru Adil Səfərova ödənilməsi tələbinə dair iddiаsı rədd edilməlidir. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında balanmış 07.03.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh 50082.50 manat dəyərində müxtəlif çeşidli məhsulları nisyə satmışdır. Cavabdeh isə həmin pulu 20 gün müddətinə ödənilməsini öz öhdəsinə götürmüşdür. Müqavilənin 4-cü bəndinə əsasən alıcı dəbbə pulunu ödəməsini öhdəsinə götürmüşdür. İşdə olan İddiaçı MMC ilə Cavabdeh arasında balanmış 08.01.2018-ci il tarixli nisyə alğı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC Cavabdeh 15492.60 manat dəyərində müxtəlif çeşidli məhsulları nisyə satmışdır. Cavabdeh malların dəyərini 1 ay müddətinə ödəyəcəyini öz öhdəsinə götürmüşdür. Müqavilədə dəbbə pulunun ödəniləcəyi nəzərdə tutulmamışdır. İşdə olan 08.01.2018-ci il tarixli və 07.03.2018-ci il tarixli təhviltəslim aktlarından görünür ki, İddiaçı MMC-yə məxsus hər iki nisyə alğı-satqı müqaviləsi üzrə dəyəri 50082.50 manat olan və dəyəri 15492.60 manat olan uşaq pampersləri Cavabdeh təhvil verilmişdir. İşdə olan Cavabdeh tərəfindən İddiaçı MMCyə ünvanlanmış ərizələrdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında balanmış 07.03.2018-ci il tarixli müqaviləyə əsasən 50082.50 manat borcunu 05.04.2018-ci il tarixədək və 08.01.2018-ci il tarixli müqaviləyə əsasən 15492.60 manat borcunu 15.02.2018-ci il tarixədək İddiaçı MMC-nin xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan məhkəmə-xətşünaslıq ekspertizasının 08.10.2019-cu il tarixli 24031 saylı rəyindən görünür ki, 07.03.2018-ci il tarixli il tarixli və 08.01.2018-ci il tarixli müqavilələrin “10. Tərəflərin rekvizitləri” hissəsində “10.2 Alıcı” qrafasında olan imza, 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli təhvil-təslim aktının “Təhvil aldı” hissəsində “İmza” qrafasında olan imzalar, 07.03.2018-ci il tarixli “Ərizə”də olan yazılar və həmin yazıların aşağı hissəsində “Cavabdeh. O.” Yazıları önündəki imza və 08.01.2018-ci il tarixli “Ərizə”də olan yazılar və həmin yazıların aşağı hissəsində “Cavabdeh” yazılarının önündəki imza – Cavabdeh tərəfindən icra edilmişdir. Aparılmış ekspertizanın dəyəri 124 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1, 467 və 600.1-ci maddələrinə və Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmiş hesab edilmişdir ki, Cavabdeh İddiaçı MMC-dən 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələrə əsasən ümumi dəyəri 65575.10 manat olan uşaq pamperslərini nisyə almış, Cavabdeh İddiaçı MMC-yə ünvanlandığı ərizədə iddiaçıya borclu qaldığını etiraf etmiş, 07.03.2018-ci il tarixli müqaviləyə əsasən 50082.50 manat borcunu 05.04.2018-ci il tarixədək və 08.01.2018-ci il tarixli müqaviləyə əsasən 15492.60 manat borcunu 15.02.2018-ci il tarixədək İddiaçı MMC-nin xeyrinə ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı dəfələrlə borcun ödənilməsini cavabdehdən tələb etsə də, cavabdeh götürdüyü öhdəliyi icra etməmişdir. Hazırda iddiaçının nümayəndəsi iddianın həcminin azaldılması barədə təqdim etdiyi ərizənin nəzərə alınaraq cavabdehdən hər iki müqavilə üzrə cəmi 55 644,48 manat əsas borcun və 144500 manat dəbbə pulu olmaqla cəmi 170144,48 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı İddiaçı MMC-nin cavabdehdən 07.03.2018-ci il tarixli müqavilə üzrə 114500 manat cərimə tələbi tənasübsüz surətdə yüksəkdir. Buna görə də məhkəmə tərəflərin mənafelərini nəzərə alaraq dəbbə pulunun tənasübsüz surətdə yüksək hesab etmişdir və həmin 07.03.2018-ci il tarixli müqavilə üzrə dəbbə pulunun 500 manat məbləğində müəyyən edilməsini qanuna uyğun hesab etmişdir. Belə olan halda, dövlət rüsumu olan 30 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh tərəfindən verilmiş vəsatəti əsasında keçirilmiş məhkəməxətşünaslıq ekspertizasının ekspert rəyində qeyd olunan müqavilələrdə, təhvil-təslim aktlarında və ərizələrdə imzalar cavabdeh tərəfindən icra edildiyi göstərildiyindən 124 manat ekspertiza xərci Cavabdeh alınaraq məhkəmə ekspertiza mərkəzinin VÖEN **********1, AZ 34CTRE******************** nömrəli hesabına keçirilməlidir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh hər iki müqavilə üzrə 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, ümumilikdə 56144,48 manat borc və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsait alınaraq İddiaçı MMC-yə verilməlidir. Məhkəmə kollegiyası iddianı qismən təmin edərkən iddianın qismən təmin olunması ilə bağlı maddi və prosessual hüquq normalarını pozduğundan, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun olmadığından və məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan hallar sübut edilmədiyindən birinci instansiya məhkəməsinin iddianın təmin olunan hissəsi ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbаycаn Respublikаsının Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair 14 oktyabr 2020-ci il tarixli 04 nömrəli qərardadında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə istinad edilərək aşağıdakılar göstərilmişdir:

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası MPM-in 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələri baxımından şərh edilməsinə dair 2011-ci il 20 may tarixli qərarında qeyd edilir ki, hədlərə qiymət verməmişdən öncə ilk növbədə apellyasiya qaydasında verilən şikayətin obyekti və predmeti aydınlaşdırılmalıdır.

12. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsində icraata dair MPM-in 41-ci fəslinin, o cümlədən 372-ci maddəsinin təhlili göstərir ki, apellyasiya şikayətinin obyekti birinci instansiya məhkəməsinin qətnaməsi və yaxud onun bir hissəsidir və obyekt apellyasiya tələbləri ilə məhdudlaşa bilər. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü büruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissənin əsassızlığı ilə bağlı olmalıdır. Məhz bu dəlillər şikayətin obyektini müəyyən edir. O da qeyd edilməlidir ki, çəkişmə və dispozitivlik kimi mülki prosesin fundamental prinsiplərinin təmin edilməsi baxımından apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalı, mübahisələndirilməyən hissəsinə toxunmamalıdır.

13. Göründüyü kimi, qərarda qətnamənin tərəflərin mübahisələndirmədiyi və beləliklə də onun əsaslılığı şübhə altına alınmayan hissədə ləğv edilməsi, dəyişdirilməsi və ya qüvvədə saxlanılması dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilmişdir.

14. Bununla yanaşı, Konstitusiya Məhkəməsi eyni qərarında MPM-in 372.6-cı maddəsinin tələbləri baxımından apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının tam yoxlanılmasını yalnız apellyasiya şikayəti ilə deyil, həmçinin mübahisənin predmeti bölünməz olduqda ona qarşı verilmiş etirazla da əlaqələndirmişdir. Mübahisənin predmetinin bölünməz olması məsələsi isə tərəflərin şikayət və etirazlarda irəli sürdükləri dəlillər nəzərə alınmaqla hər bir halda məhkəmə tərəfindən müəyyən olunmalıdır.

15. Şikayətin predmeti dedikdə məhkəmənin verilmiş tələblərə baxılması və onların həlli zamanı yol verdiyi pozuntuların dairəsi başa düşülməlidir. Şikayətin predmeti birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşa bilər.

16. Şikayətin obyektinə dair olduğu kimi şikayətin predmetinə dair də apellyasiya instansiyası məhkəməsinin yoxlama səlahiyyətlərinin hədləri apellyasiya şikayətində müəyyənləşdirilir. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. Doğrudur, apellyasiya instansiyası məhkəməsi öz təşəbbüsü ilə birinci instansiya məhkəməsinin mübahisəyə dair verdiyi hüquqi qiymətləndirməni yoxlamaq hüququna malik deyil, lakin apellyasiya nın əsasını birinci instansiya məhkəməsi tərəfindən düzgün olmayan maddi hüquq normasının tətbiq olunması, onun düzgün şərh olunmaması və ya mübahisənin yanlış hüquqi qiymətləndirilməsi təşkil etdikdə, apellyasiya instansiyası məhkəməsi mübahisənin hüquqi qiymətləndirilməsini yenidən keçirməlidir. Eyni zamanda, Konstitusiya Məhkəməsi bu məsələyə qiymət verərkən qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini yalnız birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığının mübahisələndirilən hissəsində yoxlamaq hüququna malikdir. Əks halda MPM-in 327.6-cı maddəsi öz əhəmiyyətini itirmiş olardı.

17. Maddi hüquq normalarından fərqli olaraq prosessual hüquq normalarına riayət olunub-olunmamasını apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında həmçinin qeyd edilmişdir ki, MPM-in həmin maddəsində nəzərdə tutulmuş prosessual pozuntuları iki qrupa bölmək olar. Birinci qrupa birinci instansiya məhkəməsinin qətnaməsinin hər bir halda ləğv olunmasına əsas olmuş prosessual pozuntular aiddir. Belə pozuntular kobud pozuntular adlandırılır. Həmin pozuntular MPM-in 387.2.1-387.2.7-ci maddələrində göstərilmişdir və bu pozuntular şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə şərtsiz əsasdır. İkinci qrupa elə prosessual pozuntuları aid etmək olar ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas olmaya da bilər. Belə pozuntuları şərtli pozuntular da adlandırmaq olar. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Bu və ya digər prosessual pozuntunun birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə əsas olub-olmamasını işin konkret hallarından asılı olaraq apellyasiya instansiya məhkəməsi həll edir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən yol verilmiş böyük əhəmiyyət kəsb etməyən prosessual pozuntular məhkəmənin yekun nəticəsinə təsir göstərməmişdirsə və ya göstərə bilməmişdirsə onlar qətnamənin ləğvi üçün əsas deyildir. Məhkəmə kollegiyasının araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı MMCnin direktoru Adil Səfərov iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh hər iki müqavilə üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumun alınaraq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Hazırki halda İddiaçı MMC-nin direktoru Adil Səfərov iddia ərizəsində Cavabdeh hər iki müqavilə üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumun alınaraq ona ödənilməsini xahiş etməsinə baxmayaraq birinci instansiya məhkəməsi qətnaməsində Cavabdeh 55644,48 manat əsas borc, 500 manat cərimə borcu, cəmi 56144,48 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat vəsaitin alınaraq İddiaçı MMC-yə verilməsini qət etmiş, beləliklədə iddia tələbindən kənara çıxmışdır. Məhkəmə kollegiyasının araşdırmaları zamanı həmçinin müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı MMC-dən 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələrə əsasən ümumi dəyəri 65575.10 manat olan uşaq pamperslərini nisyə almışdır. Göründüyü kimi 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələr Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmışdır. İddia ərizəsində isə İddiaçı MMC-nin direktoru Adil Səfərov Cavabdeh hər iki müqavilə üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh Adil Səfərov qarşısında hər-hansı bir öhdəliyi olmadığından hazırki iddia tələbi təmin edilə bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində qətnamənin ləğv olunmalı hissəsi ilə bağlı göstərdiklərini işin faktiki hallarına uyğun olduğu üçün inandırıcı qəbul edir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianı qismən də olsa təmin etməklə maddi və prosessual hüquq normalarını pozaraq əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apellyasiya baxışında apellyasiya şikayətində qoyulmuş əsaslarla apellyasiya şikayətinin qismən təmin edilməsinə və qətnamənin ləğv olunmasına əsas olan hallar müəyyən edilmişdir. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə əsаsən məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlir ki, işin yuxаrıdа şərh olunаn hаllаrını və qаnunvericilik аktı normаlаrını nəzərə аlmаyаn Göyçay Rayon Məhkəməsi iddiаnı qismən də olsa təmin etməklə düzgün nəticəyə gəlmədiyindən və birinci instаnsiyа məhkəməsi tərəfindən qətnаmə qəbul olunаrkən yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı pozulduğundаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, yeni qətnamə ilə iddiаçı İddiaçı MMC-nin direktoru Adil Səfərovun Cavabdeh qarşı 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələr üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin direktoru Adil Səfərova ödənilməsi tələbinə dair iddiаsı rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəllənin 385.1.1, 385.1.3 və 385.1.4cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. Həmin Məcəllənin 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Həmin Məcəllənin 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Həmin Məcəllənin 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Mülki Prosessual Məcəllənin 384.0.2-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-387, 389-390, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyаsiyа şikаyəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 01 iyun 2020-ci il tаrixli, 2(046)-564/2020 nömrəli qətnаməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiаçı İddiaçı MMC-nin direktoru Adil Səfərovun Cavabdeh qarşı 07.03.2018-ci il tarixli və 08.01.2018-ci il tarixli müqavilələr üzrə 55644.48 manat əsas borc və 114500 cərimə borcu olmaqla, cəmi 170144,48 manat məbləğində borcun və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı MMC-nin direktoru Adil Səfərova ödənilməsi tələbinə dair iddiаsı rədd edilsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: İmanverdi Şükürov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar