Məhkəmə qərarları › İş №2(107)-911/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-911/2023

03.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-911/2023 03.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi, iddia müddəti) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X2 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(026)-458/2023 saylı qətnaməsindən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 3437,22 (üç min dörd yüz otuz yeddi manat 22 qəpik) AZN, bundan 1872,20 (bir min səkkiz yüz yetmiş iki manat 20 qəpik) AZN əsas, 145,52 (bir yüz qırx beş manat 52 qəpik) AZN faiz, 900,80 (doqquz yüz manat 80 qəpik) AZN cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 518,70 (beş yüz on səkkiz manat 70 qəpik) AZN faiz borcu borcu və iş üzrə ödənilmiş 54 (əlli dörd) manat dövlət rüsumunun cavabdehlər Qafarov Saleh Şərif oğlunun qanun üzrə vərəsələri həyat yoldaşı X1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “Naftalan” filialı ilə cavabdeh Qafarov Saleh Şərif oğlu arasında bağlanmış 12 iyun 2014-ci il tarixli, NF-134 №-li kredit müqaviləsinə əsasən cavabdehə şəxsi məqsədlər üçün 36 (otuz altı) ay müddətinə illik 24 (iyirmi dörd) faiz dərəcəsi ilə 7500 (yeddi min beş yüz) manat məbləğində kredit verilmişdir. Cavabdeh Qafarov Saleh Şərif oğluna kredit verilərkən Cavabdeh4 ilə Bank arasında 12 iyun 2014-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Yuxarda qeyd olunan kredit üzrə cavabdehlərdən borcun tutulması üçün Qəbələ rayon məhkəməsinə 2018-ci ildə iddia ərizəsi göndərilmişdir. Qəbələ rayon məhkəməsi ərizəyə baxaraq 2(025)-2222/2018 saylı xx.xx.2018-ci il tarixli qərardadı ilə Qafarov Saleh Şərif oğlunun vərəsələrinə (hüquq varislərinə) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunması qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qəbələ Regional Asan Xidmət mərkəzində Notariat ofisinin 09 fevral 2022-ci il tarixlı məktubundan görünür ki, “Asan xidmət” mərkəzində notariat ofisində 134 reyst nömrəli xx.xx.2017-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsəsi Qəbələ Daşça kəndində qeydiyyatda olan arvadı Cavabdeh1, övladları Cavabdeh3, Cavabdeh2dur. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2023-cı il tarixli, **********007 saylı və xx.xx.2022-cı il tarixli, **********639 saylı bildirişlərin məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavadehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. Cavabdeh Qafarov Saleh Şərif oğlunun xx.xx.2022-ci il tarixə kredit üzrə cəmi borcu 3437.22 (üç min dörd yüz otuz yeddi manat 22 qəpik) AZN təşkil edir. Bundan 1872.20 (bir min səkkiz yüz yetmiş iki manat 20 qəpik) AZN əsas, 145.52( bir yüz qırx beş manat 52 qəpik) AZN faiz, 900.80( doqquz yüz manat 80 qəpik) AZN cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 518.70 (beş yüz on səkkiz manat 70 qəpik ) AZN faiz borcu təşkil edir. Birinci instansiya məhkəməsində icraat Qəbələ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(026)-458/2023 saylı qətnaməsi ilə (hakim A.Əliyev) iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İddiaçı Bank ilə Qafarov Saleh Şərif oğlu ilə arasında xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərtilə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti 12 iyun 2017-ci il tarixdə bitmişdir. Əsas borclu Qafarov Saleh Şərif oğlu 13 may 2017-ci il tarixdə ölmüşdür və xx.xx.2017-ci il tarixdən sonra xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsi üzrə ödəniş edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ərizələrindən də göründüyü kimi cavabdeh tərəflər iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişlər. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı Bank xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsinə əsasən borc tələbini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Digər tərəfdən, cavabdehlər Cavabdeh1 və Cavabdeh4 məhkəməyə ərizə təqdim edərək iddia tələbi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Qeyd olunan hüquq normalarına əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia tələbi üzrə iddia müddəti keçmişdir. Buna görə də iddia müddəti keçdiyindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mülki mübahisə üzrə iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Həmçinin birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli qərarı, Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020-ci il tarixli qərarı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.1, 375.2, 377.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Qəbələ Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı LPO İddiaçı ASC mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətin ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmənin yanaşmasını doğru hesab etmirlər və hesab edirlər ki, hazırki işdə iddia müddətinin tətbiq olunması qanuni deyil. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(025)-2222/2018 saylı qərardadından görünür ki, bank artıq bir dəfə 2018-ci ildə cavabdehlər Qafarov Saleh Şərif oğlu və Cavabdeh4 barəsində məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Qəbələ Rayon Məhkəməsi borclunun ölümünü əsas gətirərək məhkəmə əmrinin çıxarılmasından imtina etmişdir. Yəni iddiaçı artıq bir dəfə kredit borcunun qaytarılması ilə bağlı iradə ifadəsini məhkəmə qaydasında həyata keçirmişdir. Hal-hazırda məhkəmədə baxılan tələb isə 2018-ci ildə Qəbələ Rayon Məhkəməsində baxılmış tələbin eynisidir, yəni tələbin əsası eynidir. Ona görə hesab edirlər ki, iddiaçı LPO İddiaçı ASC-nin hazırki iddia tələbi məhkəməyə iddia müddəti ötürülmədən verilmişdir. Beləliklə, hazırki iddia tələbi üzrə iddia müddəti kredit müqaviləsinin müddəti bitdikdən sonra deyil, məhz bankın ölmüş borclunun vərəsələri barədə məlumat əldə etdiyi tarixdən hesablanmalıdır. Hesab edirlər ki, Qəbələ Rayon Məhkəməsi işin faktiki hallarını diqqətdən qaçırmış və iddia müddətinin tətbiqi ilə bağlı hissədə səhv nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)- 458/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsin barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətinin təmin edilməməsini və Qəbələ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(025)- 458/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı Ləğv prosesində olan İddiaçı ASCnin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu məhkəməyə ərizə göndərərək işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının və cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı həkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1- nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: «Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı» Konstitusiya Məhkəməsinin Plenumu «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında da iddia müddətlərinə əməl olunmasına xüsusi önəm verərək aşağıdakıları qeyd etmişdir: «Xüsusi qeyd olunmalıdır ki, MM-in 375-ci maddəsinin tələblərinə riayət edilməsi məhkəmələrin mülki işlərin baxılmasında və həll edilməsində müasir məhkəmə icraatının mahiyyətini cəmləşdirən qanunvericiliyin qanunçuluq və dispozitivlik prinsiplərinə əməl etməsini əks etdirir. Məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar.». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair 16 oktyabr 2020ci il tarixli qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir. Qəbələ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(026)-458/2023 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Daha sonra Kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də kollegiya Qəbələ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(026)-458/2023 saylı qətnaməsini apellyasiya şikayətinin həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(026)-458/2023 saylı qətnaməsi iddiaçının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirirək qeyd edir ki, iddiaçı Bank ilə Qafarov Saleh Şərif oğlu ilə arasında xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsi bağlanmışdır. Bank tərəfindən cavabdehə illik 24 (iyirmi dörd) faiz ödənilməsi şərtilə 36 ay müddətinə 7500 manat məbləğində kredit verilmişdir. Tərəflərin arasında bağlanmış kredit müqaviləsinin müddəti 12 iyun 2017-ci il tarixdə bitmişdir. Əsas borclu Qafarov Saleh Şərif oğlu 13 may 2017-ci il tarixdə ölmüşdür və xx.xx.2017-ci il tarixdən sonra xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsi üzrə ödəniş edilməmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2023-ci il tarixdə məhkəmədə iddia qaldırdığından, üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. Şikayətdə qeyd edilir ki, Qəbələ Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı LPO İddiaçı ASC mülki qanunvericiliklə nəzərdə tutulmuş iddia müddətin ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmənin yanaşmasını doğru hesab etmirlər və hesab edirlər ki, hazırki işdə iddia müddətinin tətbiq olunması qanuni deyil. Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(025)-2222/2018 saylı qərardadından görünür ki, bank artıq bir dəfə 2018-ci ildə cavabdehlər Qafarov Saleh Şərif oğlu və Cavabdeh4 barəsində məhkəmə əmrinin çıxarılmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Qəbələ Rayon Məhkəməsi borclunun ölümünü əsas gətirərək məhkəmə əmrinin çıxarılmasından imtina etmişdir. Yəni iddiaçı artıq bir dəfə kredit borcunun qaytarılması ilə bağlı iradə ifadəsini məhkəmə qaydasında həyata keçirmişdir. Hal-hazırda məhkəmədə baxılan tələb isə 2018ci ildə Qəbələ Rayon Məhkəməsində baxılmış tələbin eynisidir, yəni tələbin əsası eynidir. Ona görə hesab edirlər ki, iddiaçı LPO İddiaçı ASC-nin hazırki iddia tələbi məhkəməyə iddia müddəti ötürülmədən verilmişdir. Beləliklə, hazırki iddia tələbi üzrə iddia müddəti kredit müqaviləsinin müddəti bitdikdən sonra deyil, məhz bankın ölmüş borclunun vərəsələri barədə məlumat əldə etdiyi tarixdən hesablanmalıdır. Hesab edirlər ki, Qəbələ Rayon Məhkəməsi işin faktiki hallarını diqqətdən qaçırmış və iddia müddətinin tətbiqi ilə bağlı hissədə səhv nəticəyə gəlmişdir. Kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. İş materiallarında olan İddiaçı ASC ilə Qafarov Saleh Şərif oğlu (sonradan kredit müqaviləsinə uyğun borcalan) və X3 (sonradan kredit müqaviləsinə uyğun zamin) arasında bağlanan xx.xx.2014-cü il tarixli, NF-134 saylı “kredit müqaviləsi”nə əsasən Qafarov Saleh Şərif oğluna 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 7500 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, NF-134 saylı zaminlik müqaviləsinin 1.1ci maddəsinə əsasən zamin Cavabdeh4 tərəfindən Saleh Qafarov müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit Verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsi üzrə “Ödəniş Cədvəli”ndən görünür ki, bu ödəniş cədvəli yuxarıda qeyd olunmuş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir və borcalan Qafarov Saleh Şərif oğlu 7500 manat məbləği illik 24 %-lə, 36 ay müddətinə aylıq 299,25 manat annuitetlə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli (müqavilə müddətinin sonuna) maliyyə arayışından görünür ki, Qafarov Saleh Şərif oğlunun xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsi üzrə 1872,20 ABŞ dolları əsas, 145,52 ABŞ dolları faiz və 900,80 ABŞ dolları cərimə və illik 5 %-lə hesablanmış 518,70 ABŞ dollar borcu olmaqla, cəmi 3437,22 ABŞ dolları borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, cavabdeh Qafarov Saleh Şərif oğlu xx.xx.2014-cü il tarixli, NF-134 saylı müqavilə üzrə sonuncu dəfə xx.xx.2017-ci il tarixdə 156,46 ABŞ dolları məbləğində ödəniş etmişdir. İş materiallarında olan Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ünvanlanmış xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, borc məbləği könüllü şəkildə ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan Qəbələ rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, AZ-İ seriyalı, 886188 №-li «Ölüm haqqında şəhadətnamə»nin surətindən görünür ki, Qafarov Saleh Şərif oğlu “ağ ciyərin piy emboliyası” xəstəliyindən xx.xx.2017-ci il tarixdə Qəbələ rayonunda vəfat etmiş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2017ci ildə 44 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qəbələ Regional “ASAN xidmət” mərkəzində notariat ofisindən Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinə ünvanlanmış məktubun surətindən göstərilmişdir ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş xx.xx.1977-ci il təvəllüdlü Qafarov Saleh Şərif oğlunun adına Qəbələ regional “ASAN xidmət” mərkəzində notariat ofisində 134 reyestr nömrəli xx.xx.2017-ci il tarixli açılmış vərəsəlik işi üzrə mirası qəbul etmiş vərəsəsi ünvan 1ində qeydiyyatda olan qızı Cavabdeh3, ünvan 1ində qeydiyyatda olan oğlu Cavabdeh2 və ünvan 1i ünvanında qeydiyyatda olan arvadı Cavabdeh1dır. İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan mübahisəyə iddia müddəti tətbiq edilməli olduğundan artıq iddiaçı həmin hüququnu itirmişdir. Çünki hazıki iş üzrə iddia müddətinin bərpa olunmasını (kəsilmək və dayandırılmaq kimi xüsusiyyətlər) təsdiq edən hallar iş materialları ilə təsdiq olunmur. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarında olan cavabdehlər Cavabdeh1 və Cavabdeh4 ərizələrindən də göründüyü kimi cavabdeh tərəflər iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişlər. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Bank xx.xx.2014-cü il tarixli, NF-134 saylı kredit müqaviləsinə əsasən borc tələbini qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə mübahisələndlirmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, tərəflər arasında bağlanmış kredit müqaviləsi xx.xx.2017-ci il tarixədək qüvvədə olmuşdur. İddiaçı tərəf isə xx.xx.2023-cü il tarixdə məhkəmədə iddia qaldırdığından üç illik iddia müddəti iddiaçı tərəfindən buraxılmışdır. Kollegiya qeyd etməyi lazımi bilir ki, Qəbələ Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(025)-2222/2018 saylı qərardadının qəbul edildiyi vaxtdan iddia müddətini axımı dayanmamış, davam etmişdir. Burdanda görünürki iddia müddətinin vaxtı həmin vaxtdan hesablanımış olsa belə iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və Qəbələ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(026)-458/2023 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı halda mübahisələndirilən hissə 5000 manatda az olduğu üçün qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qəbələ Rayon Məhkəməsinin 12 may 2023-cü il tarixli, 2(026)-458/2023 saylı qətnaməsi iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar