Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-92/2023 04.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı torpaq sahələrinə gedən su kanal mühafizə zolağından keçən yoldan istifadəyə yaradılmış maneələrin müştərək qaydada cavabdehlərin hesabına aradan qaldırılması və s. tələbinə dair mülki iş üzrə (Açar sözlər: yoldan istifadəyə yaradılmış maneələrin aradan qaldırılması, su kanalının təmizlənməsi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, iddiaçılar İddiaçı1, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı torpaq sahələrinə gedən su kanal mühafizə zolağından keçən yoldan istifadəyə yaradılmış maneələrin müştərək qaydada cavabdehlərin hesabına aradan qaldırılması və s. tələbinə dair mülki iş üzrə Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. JN-0011, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı1 ilə ailə üzvlərinin birgə paylı mülkiyyətinə, Ağsu rayonunun Cəlayir kəndinin ərazisindən 1,45 ha torpaq sahəsi, Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli 09 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün JN-0007, KOD- 40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X3 və ailə üzvlərinin birgə paylı mulkiyətinə Ağgu rayonun Cəlayir kəndinin ərazisindən 5,76 hektar torpaq sahəsi, Ağsu Rayonu Aqrar islahat komissiyasının 1997-ci il tarixli 9 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsullarrı istehsalatı üçün JN-0001, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı3 Diavər oğlu və ailə üzvlərinin birgə paylı mülkiyyətinə Ağsu rayonunun Cəlayir kəndin ərazisindən 4,24 hektar torpaq sahəsi, Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli, 09 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün JN-0012, KOD- -0910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı4 və ailə üzvlərinin birgə paylı mülkiyətinə Ağsu rayonun Cəlayir Kəndinin ərazisindən 7,90 hektar torpaq sahəsi verilmişdir. Həmin torpaq sahələrinə getdiyi iddia edilən su kanalı və yolun istifadəsinə maneələrin aradan qaldırılması tələb olunur.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağsu rayonunun Cəlayir kəndinin ərazisində yerləşən JN-0011, KOD-40910048, JN-0007, KOD-40910048, JN0001, KOD-40910048 və JN-0012, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları əsasında onların paylı mülkiyyətlərinə verilmiş torpaq sahələrinin suvarılması üçün kanalın lildən təmizlənməsi üçün texnikanın işlədilməsində və torpaq sahələrinə gedən yoldan istifadəyə yaradılmış bütün maneələrin - hasarlama, ağac əkmə, yolun giriş yerinə böyük daşların düzülməsi və s. bu kimi halların cavabdehlər tərəfindən müştərək qaydada öz hesablarına aradan qaldırılması və bununla əlaqədar vurulmuş 2.000 manat məbləğində maddi və mənəvi ziyanın müştərək qaydada iddiaçılara ödənilməsini xahiş etmişlər.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli 09 nömrəli qərarı əsasında kənd təsərrüfatı məhsulları istehsalı üçün JN-0011, KOD- 40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı1 ilə ailə üzvlərinin birgə paylı mülkiyyətinə, Ağsu rayonunun Cəlayir kəndinin ərazisindən 1,45 ha torpaq sahəsi, Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli 09 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün JN-0007, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında X3 və ailə üzvlərinin birgə paylı mulkiyətinə Ağgu rayonun Cəlayir kəndinin ərazisindən 5,76 hektar torpaq sahəsi, Ağsu Rayonu Aqrar islahat komissiyasının 1997-ci il tarixli 9 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsullarrı istehsalatı üçün JN-0001, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı3 Diavər oğlu və ailə üzvlərinin birgə paylı mülkiyyətinə Ağsu rayonunun Cəlayir kəndin ərazisindən 4,24 hektar torpaq sahəsi, Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli, 09 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün JN-0012, KOD-0910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı4 və ailə üzvlərinin birgə paylı mülkiyətinə Ağsu rayonun Cəlayir Kəndinin ərazisindən 7,90 hektar torpaq sahəsi verilmişdir. Bu torpaq sahələrini və həçinin ümumulikdə kəndin 65 sakinin torpaq sahələrinin suvarılması üçün Abasxanlı-Cəlayir Hacıuşağı su kanalındakı axar sular vasitəsilə suvarılır. Hər il həmin kanal başqa kanal kimi lillədiyindən müəyyən texnikalar vasitəsi ilə kanalın lilinin təmizlənməsi zəruriyəti yaranır. Lakin neçə illərdir ki, həmin pay torpaqlarına gedən yol cavabdehlər tərəfindən zəbt edildiyindən kanalın lilini təmizlətdirmək üçün texnikalar kanalın qırağına girə bilmir. Həmçinin bununla yanaşı onlar öz torpaq sahələrinə gedib-gələ bilmir, nəinki nəqliyyat vasitələri, eləcə də kombayn, digər nəqliyyat vasitələri hərəkət edə bilmir. Hətta Cavabdeh1 həmin yolun içərisini çəpərləyib nar ağacları əkmişdir, həmçinin kanalın mühafizə zolağında nar ağacları əkdiyindən kanal təmizləyən nəqliyyat vasitəsi oraya girib hərəkət edə bilmir. Cavabdeh1 həmin yolun başlanğıcına böyük beton daşlar düzüb ki, bu da texnikaların gediş-gəlişinə maneəçilik törədir. Nəticədə texnikanı kanalın mühafizə zonasına salıb lilini təmizləyə bilmirilər. Ona görə də torpaq sahələrinə gedən yolda və kanalın mühafizə zoiağında texnikanın girib kanalı təmizləmək üçün həmçinin nəqliyyat vasitələrinin gediş-gəlişi üçün yaradımış maneələrin aradan qaldırılmasına zərurət yaranmışdır.
4. İddiaçılar məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək tələblərinin təmin olunmasını xahiş etdilər.
5. Cavabdehlər məhkəmə iclasında çıxış edərək göstərdilər ki, onlar tərəfindən su kanalının mühafizə zolağı zəbt edilməmiş, iddiaçılar öz torpaq sahələrinə istədikləri vaxt gedib-gələ bilirlər. Cavabdehlər tərəfindən onlara heç bir maneçilik yaradılmamışdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdilər.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, dövlət aktları əsasında iddiaçılara məxsus torpaq sahələrinin yerləşdiyi inzibati ərazi üzrə olan Kəndoba-Hacıuşağı, Abasxanlı-Cəlayir, Cəlayir suvarma kanalları X4 İdarəsinin balasındadır və həmin kanalların lildən təmizlənməsi, mühafizə zolağına nəzarət və digər təmir işlərinin aparılması İdarənin səlahiyyətinə aiddir. Göründüyü kimi, iddiaçıların mövcud iddia tələbi ilə çıxış etmək hüquqları yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Belə olan halda, iddiaçının həmin torpaq sahəsinə dair hər hansı bir qanuni hüququ olmadığından, onun məhkəmə müdafiəsi də mümkün deyildir. Ona görə ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir.
7. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
8. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçılar iddia ərizəsində irəli sürdüyü tələblə bağlı müvafiq subyektiv hüquqa malik olduqlarını əsaslandırmamışlar.
9. Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsi ilə (hakim Anar Əsgərov) iddiaçılar İddiaçı1 Şimalı oğlu, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı torpaq sahələrinə gedən su kanal mühafizə zolağından keçən yoldan istifadəyə yaradılmış maneələrin müştərək qaydada cavabdehlərin hesabına aradan qaldırılması və s. tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
10. İş materiallarında olan Ağsu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, məktubla İddiaçı1 bildirilmişdir ki, onun pay torpağına gedən su arxının çox hissəsi X4 İdarəsi tərəfindən təmizlənmiş, qalan hissəsinin də təmizlənməsi nəzarətə götürülmüşdür.
11. İş materiallarında olan JN-0011, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ağsu rayonunun Cəlayir kəndinin ərazisindən 1,45 ha torpaq sahəsi Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli 09 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün İddiaçı1 ilə ailə üzvlərinin birgə paylı mülkiyyətinə verilmişdir.
12. İş materiallarında olan JN-0007, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ağsu rayonunun Cəlayir kəndinin ərazisindən 5,76 ha torpaq sahəsi Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli 09 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün X3 ilə ailə üzvlşrinin birgə paylı mülkiyyətinə verilmişdir.
13. İş materiallarında olan JN-0001, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ağsu rayonunun Cəlayir kəndinin ərazisindən 4,24 ha :orpaq sahəsi Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli 09 -ömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün İddiaçı3 Diavər oğlu ilə ailə üzvlərinin birgə paylı mülkiyyətinə verilmişdir.
14. İş materiallarında olan JN-0012, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ağsu rayonunun Cəlayir kəndinin ərazisindən 7,90 ha torpaq sahəsi Ağsu rayonu X2 1997-ci il 26 noyabr tarixli 09 nömrəli qərarı əsasında kənd təsərüfatı məhsulları istehsalı üçün İddiaçı4 ilə ailə üzvlərinin birgə paylı mülkiyyətinə verilmişdir.
15. İş materiallarında olan X4 İdarəsi məhkəməyə ünvanladığı 24 iyun 2022-ci il tarixli cavab məktubu ilə bildirmişdir ki, sözügedən inzibati ərazi üzrə Kəndoba-Hacıuşağı, Abasxanlı-Cəlayir, Cəlayir suvarma kanalları mövcuddur ki, həmin kanallarda idarənin istismar tədbirləri planına əsasən mütəmadi olaraq tərəflərindən lildən təmizlənmə və digər təmir işləri aparılır. Qeyd olunan kanallar 1999-cu ilə qədər kolxoz və sovxozların balansında olmuşdur. Kanalların yaşayış məntəqələrinin daxilindən keçən hissələrində, kanalların mühafizə zonalarında yardımçı binalar və digər tikililər mövcuddur ki, bu hissələrdə də təmir və lildən təmizləmə işlərinin aparılmasında çətinliklər yaranır. Buna baxmayaraq, qeyd olunan ərazilərin suvarma təminatında elə bir ciddi problemlər mövcud deyildir.
16. Qətnаmədən nаrаzı qаlаn İddiaçı1 аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Həmin qətnamədən İddiaçı1 apellyasiya şikayəti vermiş və göstərmişdir ki, Ağsu rayon Aqrar İslahat Komissiyasının 26 noyabr 1997-ci il tarixli 09 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün JN-001, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı1 Şimalı oğluna və ailə üzvlərinin birgə paylı mülkiyyətinə Ağsu rayonunun Cəlayir kəndi ərazisində 1.45 ha torpaq sahəsi, eyni zamanda işdə adı çəkilən digər iddiaçılara müvafiq dövlət aktına əsasən pay torpaq sahələri ayrılmışdır. Bu torpaq sahələrini və ümumilikdə kəndin 65 sakini pay torpaq sahələrini suvarmaq üçün Abasxanlı-Cəlayir-Hacıuşağı su kanalından axar sular vasitəsi ilə suvarır. Lakin neçə illərdir ki, həmin pay torpalarına gedən yol cavabdehlər Cavabdeh2 oğlna, Cavabdeh1 və Cavabdeh3 tərəfindən zəbt edildyindən, həm kanalın lildən təmizlənməsi üçün texnikalar kanalın qırağına girə bilmir, həm də iddiaçılar öz pay torpaqlarına öz nəqliyyat vasitələri ilə, həmin yoldan gedib-gələ bilmir, eləcə də traktor, kombayn və s. nəqliyyat vasitələrini də pay torpaqlarına aparıb-gətirə bilmirlər. Cavabdehlədən Cavabdeh1 həmin yolun içərisini çəpərləyib nar ağacları əkdiyindən oradan nəqliyyat vasitələri keçə bilmir. Cavabdeh1 həmin yolun başlanğıcında böyük beton daşlar düzüb ki, bu da texnikaların yolda hərəkətinə maneəçilik törədir.
18. Torpaq sahələrinə gedən yolun və kanalın mühafizə zolağının zəbt edilməsi səbəbindən torpaq sahələrini layiqincə suvara bilmədiklərindən, kifayət qədər məhsul götürə bilmirlər. Buna görə cavabdehlərin belə qanunsuz hərəkətləri nəticəsində iddiaçılar və digər 65 kənd sakini də maddi və mənəvi ziyan çəkir. Bununla bağlı ölkə başçısına ünvanlanan müraciəti Ağsu rayon İcra Hakimiyyətinə göndərilmiş, bu qurumdan xx.xx.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Sizin pay torpaqları sahələrinə gedən su arxının çox hissəsi Ağsu rayon Suvarma Sistemləri İdarəsi tərəfindən təmizlənmiş, qalan hissəssinin də təmizlənməsi nəzarətə götürülmüşdür. Ağsu rayon Kəndoba kənd Ərazi Nümayəndəsi özünün xx.xx.2021-ci il tarixli 45 saylı məktubu ilə bildirmişdir ki, həqiqətən Abasxanlı-Cəlayir-Hacıuşağı su arxının mühafıziə zolaqlarının özbaşına ayrı-ayrı şəxslər tərəfindən çəpərləndiyi müəyyən edildiyi, həmin şəxslərə izah edilmişdir ki, su arxının lildən təmizlənməsi və sudan istifadə edən şəxslərin gediş-gəlişini təmin etmək üçün su arxının mühafizə zolağının açılmasının təmin edilməsi barədə izahat aparıldığı qeyd edilmişdir. Təkrar olaraq ölkə başçısına müraciətlərdən sonra Ağsu rayon İcra Hakimiyyəti Başçısı aparatı özünün xx.xx.2022-ci il tarixli məktubu ilə məhkəməyə müraciət edilməsini tövsiyyə etmişdir.
19. Aydınlaşdırılmalı idi ki, kanalın mühafizə zolağı hansıdır və iddiaçıların pay torpaqlarına gedən yol haradadır və onların ölçüləri nə qədərdir? Cavadehlərin pay torpaqları və zəbt etdikləri torpaq sahələri harada yerləşir. Cavabdehlərin zəbt etdikləri sahələr kimin mülkiyyətindədir, həm mühafizə zolağı, həm də pay torpaqlarına gedən yol zəbt olunubmu və maneələr nədən ibarətdir. Bu məsələlər hamısı məhkəmə iclasında müzakirə olunmuş, lakin hakim bu məsələlərin mütəxəssis rəyi və ekspertiza vasitəsi ilə aydınlaşdıracağına söz versə də, sonda məlum olmayan səbəblərdən bunları etməkdən imtina etmiş və adı çəkilən işin faktiki hallarını tam, ədalətli və obyektiv araşdırmadan imtina etmiş, hətta iddia tələbinin ikinci həssəsini “unudaraq“ adı çəkilən qanunsuz və əsassıs qətnamə qəbul etmişdir.
20. Məhkəmə iclasında dəfələrlə bildirlmişdir ki, cavabdehlər həm kanalın mühafizə zolağını, həm də ona paralel olan yolu zəbt etmişdir. Belə ki, kanalın mühafizə zolağının eni 5 metr, yolun eni isə 6 metrdir, ikisi birlikdə 11 metr təşkil edir.
21. Ağsu rayon Məhkəməsi Mülki Məcəllənin iddiçıların iddia vermək üçün subyektiv hüquqa malik olmadığını yazmışdır. Halbuki, hətta məhkəmənin istinad etdiyi tələb olan “dövlət aktları əsasında mülkiyyətlərinə verilmiş torpaq sahələrinin suvarılması üçün kanalın lildən təmizlənməsi üçün texnikanın işlədilməsində maneələrin aradan qaldırılması” tələbi barədə də iddiaçıların iddia vermək hüququ olmuşdur və vardır. Belə ki, həmin suvarma kanallarının lildən təmizlənməsinə maneə olmaq, mühafizə zolağını zəbt etmək və nəqliyyat vasitələrinin və texnikaların getdyi yolları cavabdehlərin bağlaması, iddiaçıların və digər kənd sakinlərinin sudan və yoldan istifadə etmək imkanlarını məhdudlaşdırır və bu onların maraqlarına toxunur. Ona görə də Məhkəmə adı çəkilən normaya istinad etsə də, onu düzgün tətbiq etməmişdir.
22. İddiçıların iki-üç tələbi olmasına baxmayaraq məhkəmə ancaq bir tələbə baxıb ona hüquqi qiymət vermişdir. Bundan əlavə iddiaçılar cavabdehlərin həm pay torpqlarına gedən yolu həm də kanalın mühafizə zolağını zəbt etdiklərini yazıb məhkəmə iclasında səsləndirsə də, məhkəmə bu faktı gizlətmiş və hər hansı mütəxəssis və ya ekspert rəyi olmadan özündən belə qənatə gəlmişdir ki, cavabdehlər ancaq kanalın mühafizə zolağını zəbt etmişlər, iddiaçıların da buna görə iddia vermək üçün subyektiv hüququ çatmır.
23. Bu mübahisənin ədalətli, hərtərəfli, obyektiv həlli üçün mütəxxəsis və ekspert rəylərinə ehtiyac olduğu halda, məhkəmə belə ekspertizalar təyin etməmiş, məsələləri aydınlaşdırmaqdan imtina etmişdir. Belə ki, aydınlaşdırılmalı idi ki, iddiaçıların pay torpaqlarına gedən yol haradadır, cavadehlərin pay torpaqları və zəbt etdikləri torpaq sahələri harada yerləşir. Cavabdehlərin zəbt etdikləri sahələr kimin mülkiyyətindədir, həm mühafizə zolağı, həm də pay torpaqlarına gedən yol zəbt olunubmu və maneələr nədən ibarətdir? Bu məsələlər xüsusi bilik tələb etdiyindən ekspertiza vasitəsi ilə aydınlaşdırılmalı idi.
24. Ağsu rayon Məhkəməsi tərəflərin qarşlıqlı münasibəti üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, Ağsu rayon Kəndoba kənd Ərazi Nümayəndəsinin xx.xx.2021-ci il tarixli 45 saylı məktubu, Ağsu rayon İcra Hakimiyyətə Başçısı aparatının xx.xx.2022-ci il tarixli məktubu və digər yazılı sübutlarla təsdiq edilir ki, cavabdehlər iddiaçıların pay torpaqlarına gedən yolu bağlayaraq onların texnika və nəqliyyat vasitələrinin gediş-gəlişinə maneələr yaradır, lakin məhkəmə işin bu halım bir kənara qoyaraq, yazmışdır ki, iddiaçılar iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır.
25. Ona görə də, Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. Məhkəmə kollegiyasının iclasında iddiaçılar İddiaçı1 və onun nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
28. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
29. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4, Cavabdeh3 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir.
31. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. 84.1-84.3-cü maddələrinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Qanunvericiliyin pozulduğu hallar istisna olmaqla, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin fəaliyyətinə dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin qarışmasına yol verilmir. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir.
32. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68)
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
35. Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsindən iddiaçılardan yalnız İddiaçı1 apellyasiya şikayəti verdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ona aid hissədə yoxlamış, eyni zamanda, apellyasiya şikayətinin dəlillərindən asılı olmadan hüququn tətbiq edilməsində burаxılan səhvləri araşdırmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi rədd etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlsə də, qətnamə qəbul edərkən heç bir maddi hüquq normasına istinad etməməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında yuxarıda göstərilən məsləyə münasibət bildirərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsi apellyasiya şikayəti əsasında qətnamənin əsaslılığının yoxlanılması ilə bağlı apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini müəyyən etmişdir. Bu hədlər isə apellyasiya şikayətinin dəlillərindən asılı olaraq müəyyən edilir. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi). Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Konstitusiya Məhkəməsinin Plenumu bu qərarında belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxdığından və heç bir maddi hüquq normasına istinad etmədiyindən Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsi ləğv edilməli, işə mahiyyəti üzrə baxılaraq yeni qətnamə ilə iddia tələbi rədd edilməlidir.
37. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı yəni, nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ və İİ hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçıların cavabdehlərə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehlərin iddiaçılar qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.
38. Bu səbəblə, məhkəmə kollegiyası tərəfindən tikinti-texniki ekspertizası təyin edilmişdir. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 19 may 2023-cü il tarixli 10/2090 nömrəli rəyində göstərilmişdir: “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********84 nömrəli mütəxəssis rəyinə əsasən qeyd olunur ki, JN-0011, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı1 və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş Ağsu rayonunun Cəlayir kəndində yerləşən torpaq sahəsinin naturada mövcud olan koordinatları və sənəd üzrə olan ölçüləri müəyyən edildi. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, JN-0011, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında İddiaçı1 və ailə üzvlərinə işlənmiş Ağsu rayonunun Cəlayir kəndində yerləşən 1,45 ha torpaq sahəsinə gedən yolun və su kanalının nəzərdə tutulduğu müəyyən olundu. Mütəxəssis rəyinə əsasən, JN-0011, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında İddiaçı1 və ailə üzvlərinə işlənmiş Ağsu rayonunun Cəlayir kəndində yerləşən 1,45 ha torpaq sahəsinə nəzərdə tutulmuş yolun və su kanalının cavabdehlər tərəfindən istifadə olunmadığı, lakin İddiaçı1 naturada iddia etdiyi su kanalının qorunma zolağının Cavabdeh1 məxsus çəpərin daxilində olduğu və iddiaçının naturada iddia etdiyi yolun isə hal-hazırda digər vətəndaşlar tərəfindən əkildiyi müəyyən edilmişdir. Mütəxəssis rəyinə əsasən, iddiaçının naturada iddia etdiyi su kanalının qorunma zolağının Cavabdeh1 tərəfindən çəpərləndiyi müəyyən olundu.” Beləliklə, ekspert rəyi ilə müəyyən olunur ki, hazırda iddiaçının açılmasını tələb etdiyi yolun getdiyi torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinə JN-0011, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” əsasında verilmiş torpaq sahəsi deyildir. Bundan başqa, iddiaçının hazırda açılmasını tələb etdiyi yol da iddiaçının torpaq sahəsinə sənəd üzrə nəzərdə tutulmuş yol deyildir.
39. Belə olan halda, İddiaçı1 hazırki iddia ilə tələb torpaq sahəsinə gedən hazırki iddia ilə tələb edilən yolun istifadəsinə yaradılan maneələrin aradan qaldırılmasını tələb etməyə subyektiv hüququ yoxdur. Göründüyü kimi, hazırki işdə iddia tələbinin qanuni əsası müəyyən edilmir. Bu qətnamənin 37-ci bəndində göstərildiyi kimi, iddia tələbinin qanuni əsasının müəyyən edilmədiyi aşkar olunduqda, məhkəmə araşdırması başa çatır.
40. Məhkəmə kollegiyası, hazırki qətnamə maddi hüquq normalarının tətbiqində səhv buraxılması əsası ilə tamamilə ləğv edildiyindən, digər – apellyasiya şikayəti verməmiş iddiaçıların iddialarına aid hissəyə də münasibət bildirməklə, həmin hissədə də birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi nəticəsinə gəlməkdə haqlı olduğu qənaətinə gəmişdlir.
41. İddia tələbinin su kanalının təmizlənməsi hissəsinə gəldikdə isə, birinci instansiya məhkəməsinin də haqlı olaraq X4 İdarəsi məhkəməyə ünvanladığı 24 iyun 2022-ci il tarixli məktubuna istinad etməklə qeyd etdiyi kimi, dövlət aktları əsasında iddiaçılara məxsus torpaq sahəsinin yerləşdiyi inzibati ərazi üzrə olan Kəndoba-Hacıuşağı, Abasxanlı-Cəlayir, Cəlayir suvarma kanalları X4 İdarəsinin balasındadır və həmin kanalların lildən təmizlənməsi, mühafizə zolağına nəzarət və digər təmir işlərinin aparılması İdarənin səlahiyyətinə aiddir. Göründüyü kimi, iddiaçıların mövcud iddia tələbi ilə çıxış etməyə subyektiv hüququ yoxdur.
42. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir.
43. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olsa da, qətnamə qəbul edilərkən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verdiyinə görə İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməli, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 qarşı torpaq sahələrinə gedən su kanal mühafizə zolağından keçən yoldan istifadəyə yaradılmış maneələrin müştərək qaydada cavabdehlərin hesabına aradan qaldırılması və s. tələbinə dair iddiası rədd edilməlidir.
44. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı1 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 26 iyul 2022-ci il tarixli 2(016)-594/2022 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçılar - İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı Ağsu rayonunun Cəlayir kəndinin ərazisində yerləşən JN- 0011, KOD-40910048, JN-0007, KOD-40910048, JN0001, KOD-40910048 və JN-0012, KOD-40910048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktları əsasında onların paylı mülkiyyətlərinə verilmiş torpaq sahələrinin suvarılması üçün kanalın lildən təmizlənməsi üçün texnikanın işlədilməsində və torpaq sahələrinə gedən yoldan istifadəyə yaradılmış bütün maneələrin - hasarlama, ağac əkmə, yolun giriş yerinə böyük daşların düzülməsi və s. bu kimi halların cavabdehlər tərəfindən müştərək qaydada öz hesablarına aradan qaldırılması və bununla əlaqədar vurulmuş 2.000 manat məbləğində maddi və mənəvi ziyanın müştərək qaydada iddiaçılara ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50 manat iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE0000000 **********501; Az.MEM, VÖEN**********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41 NABZ01360 **********03944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.