Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-920/2025 23.10.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh oğluna qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Borcun ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Ələddin Tofiq oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 10364 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 2022-ci ilin fevral ayında Rusiya Federasiyasının Mahaçkala şəhərinə işləmək üçün gedib və tikiti firmalarının birində müqavilə əsasında iş icraçısı kimi işə düzəlib və tikinti işləri ilə məğul olur. Oğuz rayonu Xaçmaz kənd sakini Cavabdeh da onun briqadasında usta kimi işə düzəlib. İşlədikləri müddət ərzində başqa kommersiya işləri görmək üçün İddiaçı müxtəlif vaxtlarda cəmi 558.673 rus rublu borc alıb. Uzun müddət keçdikdən sonra aldığı borc pulu qaytara bilmədiyindən 09 yanvar 2024-cü ildə Rusiya Federasiyasının Mahaçkala şəhərində notariat kontorunda aralarında borc müqaviləsi bağlayaraq Rəvana olan borcunu 19 yanvar 2024-cü il tarixədək qaytaracağını öhdəlik götürsə də, lakin Cavabdeh sözünə əməl etməmişdir. Azərbaycan Respublikasında rus rublunun Azərbaycan manatına olan məzənnəsi xx.xx.2024-cü il tarixə bir rubl 0,0184 Azərbaycan manatı təşkil edir ki, bu da hazırki məzənnə ilə 558.673 rus rublu 10.279 (on min iki yüz yetmiş doqquz) manat 58 qəpik təşkil edir. Bundan əlavə notariatda borc müqaviləsi üçün ödənilmiş 4676 rubl 02 qəpik rüsumun hazırki Azərbaycan manatına məzənnəsi ilə 86 manat da cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.
Birinci instansiya məhkəməsində icraat
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, 2022-ci ilin fevral ayından işləmək üçün Rusiya Federasiyasının Mahaçqala şəhərinə getmişdir. Tikinti firmalarının birində müqavilə əsasında iş içraçısı kimi fəaliyyət göstərərək tikinti işləri ilə məşğul olur. Cavabdeh ilə 2023-cü ildə tanış olub, belə ki, onlara işçi lazım olduğundan tanışı Hakim adlı şəxs vasitəsilə cavabdehlə razılaşmışlar. Onun biletini alıb Mahaçqalaya gəlməsini təmin edib. Məlumat üçün bildirir ki, işləmək istəyənlərə əvvəlcədən gəlmək üçün biletin alınacağı, sonra pulun əmək haqqından çıxılacağı bildirilir. Taleh iş yerinə gəlmiş, qanuni prosedurlardan keçərək işə başlamışdır. İşçilərin maaşları karta vurulub. Elə günlər olub ki, Taleh və digər işçilər müxtəlif səbəblərdən işə çıxmayıblar, səhlənkarlıq ediblər, iş görməyib pul alıblar, lazım olanda sonra qaytarmaq şərtilə avans kimi pul alıblar. Şəxsən ailə vəziyyəti ilə əlaqədar Talehin özünə pul verilib və hətta anasının kartına pul göndərilib. Beləliklə onun 558673 rubl borcu yaranıb. Taleh özü deyib ki, pulu Azərbaycanda ona qaytaracaq, hətta borc müqaviləsi bağlamağı özü təklif edib. xx.xx.2024-cü il tarixdə Mahaçqala notariat dairəsində cavabdehlə aralarında 558673 rubl məbləğində borc müqaviləsi imzalanıb. Müqaviləyə əsasən Taleh pulu xx.xx.2025-ci ildə geri qaytarmağı öhdəsinə götürmüşdür. Qeyd etdiyi kimi borc əvvəldən yaranmışdı, notariat orqanında Talehə pul verilməyib. Müqaviləni hər ikisi imzalayıblar, həmin vaxt heç bir etiraz və narazılıq olmayıb. Müqavilənin təsdiq edilməsi üçün rüsumu həmin gün ödəyib. Taleh həmçinin özü də sərbəst şəkildə borcu olduğunu etiraf etdiyi əlyazmasını ona verib. Əgər saxta iş görsəydi o zaman müqavilə yazanda video çəkərdi. Taleh dil sertifikasiyasını almaq üçün özü gedib. Talehin anası ilə telefon əlaqəsi saxlayıb, deyib ki, qayıtsın, işləsin, borcunu ödəsin. Talehə çox güzəştlər edilib. Cavabdeh, həmçinin “WhatsApp” sosial şəbəkəsi vasitəsi ilə borcunu etiraf etdiyini göstərən səs yazılarını da ona göndərmişdir. Eyni zamanda cavabdeh Rusiya Federasiyasında olarkən kredit almışdır. Cavabdeh rus dilini bilmədiyini söylədiyi halda kredit müqaviləsini necə oxuyub və ona imza atıb müəmmalıdır. Talehin ona cəmi 10374 manat borcu var. Sübutlarını məhkəməyə təqdim edib.
4. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, iddianın təmin edilməməsinə heç bir əsas yoxdur. Belə ki, cavabdehin qeyd edilən borc məbləğini iddiaçıdan aldığını göstərən kifayət qədər sübut vardır. İddianın əsaslı olmasını göstərən faktlara borc müqaviləsi, qəbz, səs yazısı, eləcə də ekspert rəyi aiddir. Qeyd etdikləri nəzərə alınmaqla iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.
5. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
6. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, cavabdehin nümayəndəsi və vəkili işə cavabdehin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddia tələbini qismən qəbul etməyərək bildirmişdir ki, onu X3 aparıb. Biletini də o alıb. Pul lazım olanda da Rəvanın göstərişi ilə Şaiqdən alıblar. 2023-cü ilin avqustunda Azərbaycana gəliblər. 10 gündən sonra geri qayıdıblar. Adlarına kart açılıb, müəyyən vaxtlarda pul köçürülüb. Ona 17000 rubl pul köçürülüb. 11 ay ərzində təqribən 6000 manat əmək haqqı alıb. Rus dilini bilmir. Dillə bağlı sertifikasiyaya onları gürcüstanlı oğlan aparıb. Sonra Rəvan gəlib. Onun otaqda verdiyi kağız alınmış iş alətlərinin və pulunun siyahısı olub. Həmin pulu da onlara verməyiblər. X6 danışıb. Əvvəlcədən sənədlər imzalayıb, amma hansı sənədlər olduğunu bilmir. Borc müqaviləsinin məzmunundan da xəbəri yoxdur, amma imza onundur. Borcla bağlı əlyazma və imza ona aid deyil. Hazırda Moskvanın ENKA şirkətində usta işləsə də iş yeri Türkiyə Respublikasının Antalya şəhərində yerləşir. Eyni zamanda o etibarnamə vermək üçün bütün notariuslara getmiş, lakin rus dilini bilmədiyi üçün onun etibarnamə vermə tələbindən imtina edilmişdir. Belə olan halda onun Rusiya Federasiyasında notariusda müqavilə bağlaması inandırıcı görünmür.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 izahat verərək bildirmişdir ki, cavabdeh iddia tələbini qəbul etmir. Müqavilə imzalanan gün cavabdehə hər hansı məbləğ verilməyib. Bunu iddiaçı özü etiraf etdi. Cavabdeh rus dilini bilmir, buna görə də borc müqaviləsinin məzmununu oxuyub başa düşə bilməzdi. Eyni zamanda səs yazılarında qeyd edilən pul hazırki iddia predmeti ilə bağlı deyil, başqa işlə əlaqədardır. Belə ki səs yazılarıdan 2800 və 200 manatdan danışılır. Bu hazırda tələb edilən məbləğlə eynilik təşkil etmədiyindən və hansı işlə əlaqədar olduğunu da dəqiqləşdirmək mümkün olmadığından hesab edir ki, nəzərə alınmamalıdır. Bundan əlavə borc müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun bağlanmamışdır. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən borc verilməsi zamanı pul vəsaitinin tərəflərdən birindən digərinə verilməsi və qaytarılması notariusun bankda açdığı depozit hesabı vasitəsilə həyata keçirilir. Hazırda isə bu tələbə əməl edilməmişdir. Buna görə də qanuni hesab edilməməlidir.
9. Əvvəlki məhkəmə iclasında iddiaçı tərəfdən təqdim edilmiş şahid X2 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdehi tanıyır. Onların münasibəti yaxşı olub. Taleh vasitəsilə Rəvanı tanıyıb. Bir ilə yaxın orada işləyib. Şirkətdə işləməyib. Hər iki tərəfin təklifi ilə işlərin ölçülməsində iştirak edib, iş kitabına qeydlər edilib. Sonralar görülən işlərin müqabilində pulun artıq alındığı ortaya çıxıb, amma məbləğdən xəbəri yoxdur. Borc müqaviləsi barədə məlumatı var. Talehin 400-600 min rubl arası borcunun olduğunu bilirdi. Əlyazmadan da məlumatı var, amma yazanda görməyib.Taleh gətirib kağızı Rəvana verib. Həmin vaxt o da həmin otaqda olub. İş görüləndən sonra pul alınırdı. Pul alıbverəndə görməyib, pul bəzən karta vurulub. Taleh özü də artıq pul alındığını bilirdi. İşi Talehgilin briqadası görüb. Taleh briqadir olub. Onun rus dilini bilib-bilmədiyini deyə bilməz, amma dil öyrənməyə məcbur idi.
10. Oğuz Rayon Məhkəməsinin (hakim Emin Məmmədli), 19 iyun 2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 558673 rubl məbləğində pul alınaraq İddiaçı verilməsi, borc məbləği qətnamənin icra olunduğu günə rus rublunun Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanması, dövlət rüsumuna görə ödənilmiş 121,09 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməsi, məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun 10,91 manatdan ibarət hissəsinin iddiaçının özünə aid edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat Cavabdeh alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, hesab: AZ34CTRE********************) ödənilməsi qət edilmişdir.
11. Məhkəmə müəyyən etmişdir ki, cavabdeh iddiaçıya olan 558673 rubl borcunu xx.xx.2024-cü il tarixində qaytataracağını bildirmiş və bu barədə aralarında borc müqaviləsi tərtib olunmuşdur. Bundan başqa iş materiallarında olan (iş.v 20) cavabdeh iddiaçıya olan 558673 rubl pul borclu olduğunu bildirmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
12. Cavabdeh məhkəmə hazırlıq iclasında iş üzrə borc müqaviləsində olan imzanın ona məxsus olduğunu, lakin müqavilənin məzmunundan xəbərdar olmadığını bildirmişdir. İddiaçı öz iddia ərizəsində uzun müddət keçdikdən sonra cavabdehin aldığı borc pulu qaytara bilmədiyindən 09 yanvar 2024-cü il tarixdə müqavilə bağladığını bildirdiyindən məhkəmə hesab etmişdir ki, həmin müqavilə əvvəl yaranmış borc münasibətlərini rəsmiləşdirmək məqsədi daşısa belə cavabdeh müqavilədə göstərilən məbləği borc aldığını özünün əlyazma qəbzi ilə etiraf etmişdir.
13. Cavabdeh izahatında bildirmişdir ki, borcla bağlı əlyazma və imza ona aid deyil. Lakin iş materiallarına əlavə edilmiş ekspert rəyindən görünür ki, borc müqaviləsində, eləcə də əlyazma qəbzdə və “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində olan imza cavabdehin özü tərəfindən icra edilmişdir. Beləliklə cavabdehin izahatında qeyd etdiyi xüsusatlar məhkəmə iclasında tərəflərin izahatları və mövcud sübutlarla təkzib edilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin rus dilini bilmədiyi halda məzmunu barədə xəbəri olmadığı sənədə imza etməsi inandırıcı görünmür. Həmçinin cavabdeh həmin imzanın özünün olduğunu da etiraf etmişdir. Cavabdeh həmin sənədin məzmununu bilməsə belə, onun tərəfindən imza edilmiş əlyazma qəbzlər Azərbaycan dilində tərtib edilmişdir. Cavabdehin imza etdiyi qəbzlərdən birinin mətni də bilavasitə onun özü tərfindən yazılmışdır. Göründüyü kimi cavabdeh notarial qaydada bağlanmış borc müqaviləsində göstərilən borcunu yazılı şəkildə də verməklə borcunu etiraf etmişdir. Göstərilən səbəblərdən məhkəmə cavabdehin izahatında qeyd etdiyi xüsatlara tənqidi yanaşır.
14. Eyni zamanda cavabdeh məhkəməyə qeyd etdiyi faktları təsdiq edəcək hər hansı mötəbər sübut təqdim etməmişdir.
15. Məhkəmə vurğulayır ki, qeyd edilən mübahisəli hallara məhz sübutlar, sübutetmə, sübutların qiymətləndirilməsi ilə bağlı mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişlərinə uyğun olaraq qiymət verilməlidir. Bu tələbə əməl edilməməsi ədalətsiz qətnamə qəbul edilməsi ilə nəticələnə bilər. Oxşar mövqe Konstitusiya Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır.
16. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilə əsasında iddiaçıdan borc almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında borcun iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh iddiaçıdan pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, borcun qaytarılmasına dair vəzifəsini isə icra etməyərək, pul öhdəliyini yerinə yetirməmişdir. Odur ki, iddiaçı borcun ödənilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia həmin hissədə təmin edilməlidir.
17. Məhkəmə həmçinin iddianın borc məbləğinin milli valyutada qaytarılmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi əsaslı deyildir.
18. Məhkəmə hesab etmişdir ki, hazırki iddia tələbi üzrə borc məbləği milli valyuta ilə tələb edilsə də, işdə olan müqavilədən görünür ki, müqavilə məbləği manatla deyil, rublla göstərilmişdir. Bu səbəbdən hazırda cavabdehdən iddiaçının xeyrinə alınmalı olan məbləğ 10364,0 manat deyil, müqavilədə də qeyd edildiyi kimi 558673 rubl müəyyən edilməli, qətnamədə alınan məbləğin qətnamənin icra olunduğu günə olan Azərbaycan manatına məzənnəsi ilə hesablanmalı olması göstərilməlidir.
19. Məhkəmə həmçinin iddianın dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddianın bu hissəsi də qismən əsaslıdır.
20. Belə ki, mülki işdən görünür ki, iddiaçı isə ərizə ilə müraciət edən zaman 132,0 manat rüsum ödəmişdir. 21.Göründüyü kimi, mülki iş iddia icraatında keçdiyindən, iddiaçının tələb etdiyi 10364 manat üçün qanunvericiliyin tələblərinə uyğun olaraq hesablanmalı olan dövlət rüsumun məbləği 121,09 manat təşkil etdiyindən, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməlidir.
22. Odur ki, iddia qismən təmin olduğundan ödənilmiş 132,0 manat rüsumun 121,09 manatdan ibarət hissəsi cavabdehdən alınaraq iddiaçıya verilməlidir.
23. Eyni zamanda iş üzrə ekspertiza cavabdehin xahişi ilə təyin edildiyindən və müvafiq sənədlərdə imzanın cavabdehin özü tərəfindən icra edildiyi təsdiq edildiyindən məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 110 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
24. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 558673 rubl borc məbləği tutularaq İddiaçı ödənilməli, borc məbləği qətnamənin icra olunduğu günə rus rublunun Azərbaycan Respublikasının Mərkəzi Bankının Azərbaycan manatına olan məzənnəsi ilə hesablanmalı, həmçinin 121,09 manat dövlət rüsumu da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, cavabdehdən iş üzrə aparılmış eksertiza tədqiqatının dəyərini təşkil edən 110 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.
25. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 425.2, 439.1, 439.2, 442, 739.1, 739.2, 740.1, 740.2, 882.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun məhkəmə qətnaməsi haqqında 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 10-cu bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 99.2, 101.7, 113.1, 119.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
26. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti vermişdir.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi ilə bağlı bildirir ki, o, xx.xx.2024-cü il tarixli ** AA ***5723 nömrəli borc müqaviləsinə həmin müqavilənin nədən ibarət olduğunu bilmədən, məzmununu anlamadan və həmin sənədi işi ilə əlaqədar hər hansı lazımi sənəd zənn edərək imzalamışdır. Müqavilə üzrə İddiaçı hər hansı, o cümlədən 558673 rubl borc almamışdır. Qeyd edilən məbləğdə ona borcu da yoxdur. Müqavilə üzrə qeyd edilən tarixdə ona hər hansı məbləğdə pul verilmədiyini İddiaçı özü də birinci instansiya məhkəməsində etiraf etmişdir. O, müqavilə üzrə nəzərdə tutulan məbləği guya müqavilə bağlanmamışdan əvvəl ona hissə hissə verməyini bildirir və onun imza etmiş olduğu məzmunu başa düşmədiyi müqaviləyə istinad edir. Məsələ ilə əlaqədar bildirir ki, o, Rusiyaya İddiaçı köməkliyi ilə getdiyindən və onun rəhbərliyi altında işlədiyindən əmək haqqını mütəmadi olaraq o, ödəmişdir. Bəzən ondan kiçik miqdarlarda avans aldığı vaxtlar da olmuşdur. Həmin məbləğləri də işləyərək ödəmişdir və ya növbəti əmək haqqından çıxılmışdır. Həmin avans məbləğlərdən də İddiaçı borcu qalmamışdır. Amma ondan heç vaxt 558673 rubl borc almamışdır. O, Rusiyaya gedən ilk vaxtlarda rus dilini başa düşmürdü və həmin dildə fikrini ifadə edə bilmirdi. İddiaçı onun rusca bilməməyindən və yerli, həmkarı və briqadiri kimi ona inanmağından sui istifadə edərək məhkəməyə təqdim edilmiş sənədlərə imza etdirmişdir. Müqavilə tərtib və təsdiq edilərkən ona tərcüməçi də verilməmiş, nə üçün müqavilə üzrə almalı olduğu pul məbləğinin depozit hesaba keçirilmədi ona deyilməmişdir. Odur ki, hazırkı iddianı əsassız hesab edir. Onu da qeyd etmək istəyir ki, İddiaçı eyni qaydada ondan başqa şəxslərə də oxşar məzmunlu sənədlərə imza etdirərək onlardan pul tələb etdiyi barədə məlumat almışdır. Müqaviləni təsdiq edən notarius özü də ona müqavilənin məzmununu və hüquqi nəticələrini izah etməmiş, ondan nə üçün müqavilə üzrə almalı olduğu borc pul məbləğini almadan sənədə imza etdiyini soruşmamışdır. Müqavilə imzalanıb notariusun imzası və möhürü ilə təsdiq olunsa da o, müqavilə üzrə hər hansı məbləğdə borc pul almamışdır.
28. Məhkəmə mülki iş üzrə məhkəmə iddianın təmin edilməsi qərarına gələrkən iş üzrə ekspert rəyləri ilə iddiaçının əsassız fikirlərini əsas tutmuş onun borc müqaviləsinə mahiyyət və məzmununu başa düşmədən imza etdiyini nəzərə almamışdır.
29. Odur ki, Oğuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(054)-10/2025 saylı qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri.
30. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
31. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak etmiş Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 32.Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. 33.Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı nümayəndəsi və vəkili Vəkil3 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Oğuz Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
34. Cavabdeh və nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi ərizədə səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyindən məhkəmə iclasının başqa vaxta təyin edilməsini xahiş etsə də, cavabdehin nümayəndəsi və vəkli Nümayəndə2 məhkəməyə elektron kabinet vasitəsilə göndərdiyi ərizəsində məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Həmçinin Cavabdeh məhkəmə kollegiyasına səhhətinin vəziyyətinin məhkəmə iclasında iştirak etməsinə imkan verməməsinə dair heç bir sənəd göndərməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsaasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 439.1-ci maddəsinə görə pul öhdəliyi manatla ifadə olunmalıdır. 439.2-ci maddəsinə əsasən əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
36. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
37. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
39. Apellyator Oğuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
42. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh arasında Dağıstan Respublikası Mahaçqala şəhərində 09 yanvar 2024-cü il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsinə əsasən İddiaçı tərəfindən Cavabdeh 19 yanvar 2024-cü il tarixədək qaytarılması şərti ilə 558673 rubl borc pul verilmişdir. Eyni zamanda Cavabdeh əlyazma qəbz tərtib edərək İddiaçı 19 yanvar 2024-cü il tarixədək qaytarılması şərti ilə 558673 rubl borc pul aldığını bildirmişdir. İddiaçı verdiyi borcun qaytarılmamasını əsas gətirərək pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmiş, Cavabdeh tərəfindən isə iddia tələbi qəbul edilməmişdir.
43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin İddiaçı borc pul almaması, xx.xx.2024-cü il tarixli ** AA ***5723 nömrəli borc müqaviləsinə həmin müqavilənin nədən ibarət olduğunu bilmədən, məzmununu anlamadan və həmin sənədi işi ilə əlaqədar hər hansı lazımi sənəd zənn edərək imzalaması, müqavilə üzrə qeyd edilən tarixdə iddiaçı tərəfindən ona hər hansı məbləğdə pul verilməməsi, İddiaçı onun rusca bilməməyindən və yerli, həmkarı və briqadiri kimi ona inanmağından sui istifadə edərək məhkəməyə təqdim edilmiş sənədlərə imza etdirməsi, müqavilə tərtib və təsdiq edilərkən ona tərcüməçi verilməməsi, müqaviləni təsdiq edən notariusun ona müqavilənin məzmununu və hüquqi nəticələrini izah etməməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan İddiaçı ilə Cavabdeh arasında 09 yanvar 2024-cü il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 19 yanvar 2024-cü il tarixədək qaytarılması şərti ilə 558673 rubl borc pul verilmişdir.
45. İşdə olan Cavabdeh tərəfindən yazılmış qəbzin surətindən görünür ki, cavabdeh iddiaçıdan kommersiya məqsədi ilə 558673 rubl məbləği borc almış, həmin borcu xx.xx.2024-cü il tarixdə iddiaçıya qaytarmağa söz vermişdir. Qeyd edilən məbləği iddiaçıdan aldığını öz imzası ilə təsdiq etmişdir.
46. İşdə olan dama-dama qeyd dəftəri vərəqində olan “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində “Borc 558673p” “Cavabdeh” yazılarının alt hissəsində cavabdeh imza etmişdir.
47. Həmçinin işə birinci instansiya məhkəməsində baxılarkən Cavabdeh borcla bağlı əlyazmada olan imzanın ona aid olmadığını bildirmiş və birinci instansiya məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, qərardadın icrası üzrə Məhkəmə Ekspertizası Mərkəzindən verilmiş 04 aprel 2025-ci il tarixli 4/164 nömrəli rəy mülki iş materiallarına əlavə edilmişdir.
48. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-16-16/2-4/164 nömrəli ekpsert rəyində göstərilmişdir ki, xx.xx.2024-cü il tarixli ** AA ***5723 nömrəli borc müqaviləsinin arxa hissəindəki yazılar və yazıların qarşısındakı imza, Cavabdeh adından olan borc qəbzinin kserosurətindəki yazılar və yazıların aşağı hissəsindəki imza, damadama qeyd dəftəri vərəqində olan “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində “Cavabdeh” yazılarının aşağısındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. dama-dama qeyd dəftəri vərəqində olan “Şaiq” yazısı ilə başlayan borc qəbzinin arxa hissəsində “görülən işlər...” yazıları ilə başlayıb “...Cavabdeh” yazıları ilə bitən yazılar Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur.
49. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə-xətşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16/2-4/164 nömrəli rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir, bununla bağlı sübutlar təqdim edilməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın xx.xx.2025-ci il tarixli 3-16-16/2-4/164 nömrəli rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
50. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 558673 rubl məbləğində pul vəsaitinin borc olaraq verilməsi iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi 09 yanvar 2024-cü il tarixdə bağlanmış, notarial qaydada təsdiq edilmiş borc müqaviləsi, eləcədə Cavabdeh tərəfindən yazılmış əlyazma qəbzlə təsdiq edildiyi halda, cavabdeh tərəfindən həmin borcun hər hansı bir hissəsinin qaytarılmasına, həmin əqdin etibarsız əqd olmasına dair heç bir sübut təqdim edilməmişdir.
51. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:
1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.
52. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
53. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Oğuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
54. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Oğuz Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli, 2(054)-10/2025 nömrəli qətnaməsi Cavabdeh apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.