Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-922/2023 05.09.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiаçı İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: İstehsalat qəzası nəticəsində vurulmuş ziyana görə ödəncin bərpa olunması, prosessual hüquq normalarının pozulması) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, Vaqifli Fərid Azər oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 nömrəli qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona İstehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 24 oktyabr 1987-ci ildə Yevlax şəhərində yerləşən 7 saylı Tikinti Quraşdırma İdarəsində (hazırda Cavabdeh ASC) işləyərkən istehslat xəsarəti alaraq əmək qabiliyyətini 80% itirmişdir. İstehslat xəsarəti aldığına görə ona müavinət təyin olunmuşdur. 2009-cu ildə ona 3600 manat birdəfəlik ödəniş olmuş və sonradan hər ay 240 manat aylıq ödəniş təyin edilmişdir. Hazırda "xxxx" ASC özəlləşdirilmişdir. Ona dövlət büdcəsi hesabına verilən 240 manat müavinət dayandırılmışdır. Qaydalara əsasən ona müavinət Cavabdeh ASC tərəfindən ödənilməlidir. Lakin Cavabdeh ASC 14 sentyabr 2022-ci il tarixli məktubu ilə müavinət verməkdən imtina etmişdir. Müavinətin bərpa olunmasını istəyir.
Birinci instansiya məhkəməsində icraat
3. Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 saylı qətnaməsi ilə (hakim R.Əlizadə) iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ididaçı Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə işləmişdir. 24 oktyabr 1987-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçı xəsarət almış və əmək qabliyyətinin 80 faizini itirmişdir. Həmin hadisəyə görə iddiaçıya birdəfəlik ödəniş olunmuş və aylıq 240 manat ödəniş təyin edilmişdir. Azərkənd su təchizat dövlət komitəsi 7 saylı X2 özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. "xxxx" ASC keçmiş Dövlət Əmlak komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1321 nömrəli sərəncamı ilə Azərkəndsutəchizat dövlət komitəsinin tabeliyində olmuş 7 saylı X2 bazasında yaradılmış və onun hüquqi varisidir. İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən ona İstehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etmir.
5. Məhkəmə gəldiyi nəticəni əsaslandıraraq qeyd etmişdir ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydaları təsdiq edilmişdir. Bu Qaydalara müvafiq şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlər verilməsi qaydası müəyyən edilmişdir. Qaydalara görə bu Qaydaların qüvvəyə mindiyi tarixədək özəlləşdirilməsi barədə qərar qəbul edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisəslərinin, 27 sentyabr 2003cü il tarixdən bu Qaydalar qüvvəyə minənədək idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur.
6. Məhkəmə iclasında müəyyən etmişdir ki, Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinət bərpa olunmalıdır.
7. Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 01 yanvar 2023-cü ildən əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 261 manat müəyyən edilmişdir.
8. Həmçinin məhkəmə qeyd edir ki, "xxxx" ASC-nin fəaliyyətinin dayandırılması iddiaçıya müavinətin ödənilməsinin dayandırılması üçün əsas deyil.
9. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pul tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə rədd edilməlidir.
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 56.2-ci maddəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsi, Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarının 4.3, 5.1-ci bəndləri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı, Azərbaycan Respublikasında 2023-cü il üçün “Yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanunu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4, 14.2, 77.1, 88, 106.1, 124, 217.4-cü maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a)Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh apellyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan müavinətın bərpası ilə bağlı faktiki hallar tam və hərtərəfli aydınlaşdırılmadığından, bunun da nəticəsində AR Mülki Prosessual Məcəlləsindən irəli gələn maddi və prosessual hüquq normalarını pozduğundan və düzgün tətbiq edilmədiyindən qətnaməni qanunsuz və əsassız hesab edirlər.
12. Bu işdə əsas vacib məqam odur ki, məhkəmə qərar çıxardarkən “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarına istinad etmişdir ki, bu Qaydalar onlara şamil edilə bilməz. Çünki, adından da göründüyü kimi, bu Qaydalar Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinə və onların aylıq ödənc üzrə borclarına aiddir. Məhkəmə özü də qətnamədə qeyd etmişdir ki, müəssisənin səhmlərinin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatmışdır. Yəni bu Qaydalar o halda onlara şamil edə bilərdi ki, İddiaçı ən geci 27 iyun 2018-ci il tarixə kimi müəssisələrindən pensiyaya çıxardı və onun adı, AR Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanında qeyd olunduğu kimi, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı ilə müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında əks olunardı. İddiaçı isə məhkəməyə təqdim etdiyi yeganə sənəddən görünür ki, ona pensiya yalnız xx.xx.2022-ci il tarixdə təyin olunmuşdur. Belə olan halda isə, yəni AR Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarında qeyd olunduğu kimi, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Butun bunlar açıq-aşkar onu göstərir ki, məhkəmə işlə bağlı faktiki halları tam və hərtərəfli aydınlaşdırmamışdır, qərarını yalnız Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı əsasında çıxarmışdır, digər normativ- hüquqi sənədlər olan AR Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı və AR Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarını isə nəzərə almamışdır. Halbuki, iş üçün əhəmiyyəli olan bütün faktlar məcmu şəklində yoxlanılmalı və qiymətləndirilməlidir.
13. Qeyd edirlər ki, bu işdə tərəf ola bilməzlər. Çünki, ona verilən müavinəti onlar dayandırmamışlar. Məhkəmə müavinətin kimin tərəfindən verilməsini araşdırmadan, AR MPM-nin 54-cü maddəsinə əsasən işə əsl tərəfi cəlb etmədən, onları cavabdeh tərəf kimi qəbul etmiş və işə baxmışdır. Onların cavabdeh kimi, iddiaçının qarşısında öhdəliklərinin yaranması üçün iddiaçı onların müəssisədən pensiyaya çıxmalı idi ki, iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. İddiaçı onların müəssisədən pensiyaya çıxsaydı bu barədə AR “Azərkənd su təchizat” X7 7 saylı X2 Səhmləri güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında olardı. Bu siyahı onlar tərəfindən məhkəməyə təqdim olunsa da, məhkəmə bu fakta hüquqi qiymət verməmişdir. Bununla yanaşı iddiaçının adı həmçinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında da olmalı idi ki, iddiaçı onu məhkəməyə təqdim etməmiş, məhkəmə isə bu faktı araşdırmamış və ona hüquqi qiymət verməmişdir. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” Qaydalarının 4.1-ci bəndində qeyd edilir ki, sosial ödənişlər üzrə ödənilməmiş borclar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir. Həmin Qaydaların 4.2-ci bəndində qeyd edilir ki, Dövlət müəssisələri Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə birlikdə bir ay müddətində borcun məbləği barədə üzləşmə aktları tərtib edirlər. İddiaçı özəlləşmədən əvvəl müəssisədən hər hansı bir sosial ödənişlərin alması barədə də heç bir sübut gətirməmişdir. İddiaçının gətirdiyi yeganə sübut AR ƏƏSMN DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin arayışıdır ki, o da onu göstərir ki, iddiaçı DSMF-dən yalnız xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müavinət almışdır. Yəni iddiaçının məhkəməyə təqdim etdiyi sübutu onun müavinət almaq üçün yalnız xx.xx.2022-ci ildə müraciət etdiyini sübut edir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi” Qaydasının 2-ci bəndinin 3-cü abzasında qeyd olunur ki, Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahılarda adları olmayan işçilər tərəfindən müavinət alınması üçün müraciət olunduğu halda, müavinət almaq hüququ təqsirkar müəssisənin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və təqsirkar müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunur. Həmin bəndin 5-ci abzasında qeyd olunur ki, müraciət edən şəxsin müavinət almaq hüququ təsdiq olunmadığı halda, komissiya imtinanın səbəbi göstərilməklə müraciət edən şəxsə məlumat verir.
14. Diqqətə çatdırmaq istərdilər ki, ümumiyyətlə iddiaçıya pensiyanın təyin olunmasında olan ziddiyyətli məqamlara məhkəmə ümumiyyətlə heç bir münasibət bildirməmişdir. Belə ki, iddiaçının gətirdiyi yeganə sübut olan AR ƏƏSMN DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzinin Arayışından görünür ki, İddiaçıya pensiya xx.xx.2022-ci ildə təyin edilmişdir. Xatırladırlar ki, müəssisənin səhmlərinin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatmışdır. Belə olan halda 2022-ci ildə İddiaçının özəlləşdirilmiş müəssisədə işlədiyi vaxt xəsarət aldığına görə ona AR ƏƏSMN DOST Agentliyinin 3 saylı Bakı DOST Mərkəzi tərəfindən pensiya təyin olunub ona Dövlət Büdcəsindən müavinət ödənilə bilməzdi. İddiaçının adı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahıda olmadığından onun müavinət almaq hüququ Yevlax rayon üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunmalı idi.
15. Pensiyanın təyin olunmasında olan maraqlı məqamlardan biri də odur ki, hadisə 1987ci ildə baş versədə 80% əmək qabiliyyətinin itirilməsi 1997-ci ildə müəyyən olunub-yəni 10 il sonra.
16. Maraqlı suallar doğur 1. 80% əmək qabiliyyətini itirmiş şəxs 10 il harda işləyib, nə ilə dolanıb?; 2) 1997-ci ildə əmək qabiliyyətinin 80% itirilməsinin 10 il ondan öncə baş vermiş hadisə ilə bağlı olduğu nə ilə sübut olunur? Bəlkə əmək qabiliyyətinin itirilməsi başqa bir hadisə ilə bağlı olub?; 3) Əmək qabiliyyətinin itirilməsi 1997-ci ildə təyin olunub, pensiya isə 2022-ci ildə təyin olunub – İddiaçı 25 il harda işləyib, nə ilə dolanıb?
17. İddiaçıya verilən müavinətin onlar tərəfindən dayandırılması, onun onların müəssisəsindən pensiya çıxması, onun adının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında olması, özəlləşmədən əvvəl müəssisədən hər hansı bir sosial ödənişlərin alması, adı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahıda olmadığından iddiaçının müəssisələrinin yerləşdiyi ərazi üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və müəssisələrinin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiya müraciət etməsi sübut edilməmişdir.
18. Müavinətin verilməsi onlar tərəfindən kəsilmədiyindən, onların işdə əsl tərəf olaraq cavabdeh kimi qəbul edilmələri məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsini sübut edir.
19. Odur ki, onlar Yevlax Rayon Məhkəməsinin 2(039)-114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsini ləğv edərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edirlər.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz verməmişdir.
21. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı apellyasiya şikayətinə etiraz göndərərək qeyd etmişdir ki, hesab edirlər ki, cavabdeh "xxxx" ASC-nin apellyasiya şikayəti tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Bildirirlər ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Sosial Ödənişlər Alt Sistemində qeyd edilən məlumata əsasən İddiaçı Dövlət Sosial Müdafiə Fondu tərəfindən “sağlamlığı pozulmuş işçisinə (peşə əmək qabiliyyəti 80 faiz və daha çox itirildikdə)” müavinət növü üzrə xx.xx.2003-cü il tarixdən xx.xx.2022-ci il tarixədək özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət ödənilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Dost Mərkəzinə müraciət edərək ona ödənilən aylıq müavinətin dayanmasına əsas olan səbəblər barədə məlumat verilməsini xahiş etmişdir. Buna müvafiq olaraq Dövlət Sosial müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə mərkəzi filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli **********5 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsindən əldə olunmuş məlumata əsasən “Azərkəndsutəchizat” Dövlət Konserni 7 saylı X2 özəlləşdirilməsi xx.xx.2018-ci il tarixdə başa çatmışdır. Lakin, fond tərəfindən iddiaçıya ödənişlər xx.xx.2022-ci il tarixə qədər davam etdirilmişdir. Nəticədə iddiaçı barəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aylıq ödənc əvəzinə aylıq müavinət üzrə artıq ödəmə müəyyən edilmişdir. “Azərkəndsutəchizat” Dövlət Konserni 7 saylı X2 özəlləşdirilməsi başa çatdığı üçün aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi Dövlət Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən haqlı olaraq dayandırılmışdır. Dövlət Sosial Müdafiə “Azərkəndsutəchizat” Dövlət Konserni 7 saylı X2 özəlləşdirilməsi başa çatanadək İddiaçı müvafiq müavinəti ödəmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq məktubuna əsasən müəssisənin özəlləşdirilməsi başa çatdığı üçün ödəniş dayandırılmışdır.
22. Odur ki, İddiaçı cavabdeh "Yevlax Tikinti 7” ASC-ə qarşı “istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə müavinətin bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2(039)- 114/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması baradə qərar qəbul edilməsini xahiş etmişlər.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 2(039)-114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiаçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 2(039)-114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübаhisə prеdmеti bаrəsində müstəqil tələb irəli sürməyən üçüncü şəхs Аzərbаycаn Rеspublikаsı Əmək və Əhаlinin Sоsiаl Müdаfiəsi Nаzirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 2(039)-114/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
26. Azərbaycan Respublikası Əmək Məcəlləsi; Maddə 239. Əməyin mühafizəsi normalarının pozulması nəticəsində işçinin səhhətinə vurulan zərərə görə, yaxud onun həlak olması ilə əlaqədar maddi məsuliyyət:
1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.
2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir
3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.
4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.
27. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaları: 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. Həmin qaydaların 5.6-cı maddəsinə əsasən, dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği haqqında” 2003- cü il 9 yanvar tarixli, 3 nömrəli Qərarı: Həmin Qaydaların 1.1-ci bəndinə əsasən, işçinin istehsalat və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda, bədbəxt hadisənin tədqiqat aktına əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti hesabına ödənilir; Həmin Qaydaların 3.10-cu bəndinə əsasən, zərər dəyməsində təqsirkar olan müəssisənin yenidən təşkil edildiyi halda onun hüquqi varisi zərərçəkənə zərərin əvəzini ödəyir.
29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydalarının 3.3-cü maddəsinə əsasən zərərə görə aylıq ödəncin miqdarının hesablanmasında götürülən orta əmək haqqı zərərçəkənin əmək xəsarəti almamışdan və ya peşə əmək qabiliyyətini itirməmişdən əvvəlki 12 təqvim ayı üzrə hesablanır. Zərərçəkənin orta aylıq əmək haqqı onun sağlamlığının pozulmasından əvvəlki on iki aylıq əmək haqqının ümumi məbləğinin on ikiyə bölünməsi yolu ilə hesablanır. Zərər vurulanadək zərərçəkənin on iki aydan az işləmiş olduğu halda, orta aylıq əmək haqqı sağlamlığının pozulmasından əvvəlki faktiki işlənmiş aylar üçün əmək haqqının ümumi məbləğinin həmin ayların sayına bölünməsi yolu ilə hesablanır. Zərərçəkənin tam işləmədiyi aylar onun arzusu ilə tam işlənilmiş əvvəlki aylarla əvəz edilir və ya əvəz etmək mümkün olmadıqda, hesabdarı çıxarılır.
30. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 56.1. Hüquqi şəxslər birləşdikdə onlardan hər birinin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. 56.2. Hüquqi şəxs digər hüquqi şəxsə qoşulduqda qoşulan hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq əvvəlki hüquqi şəxsə keçir. 56.3. Hüquqi şəxs bölündükdə onun hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq yeni yaranmış hüquqi şəxslərə keçir. 56.4. Hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 56.5. Bir növdən olan hüquqi şəxs digər növdən olan hüquqi şəxsə çevrildikdə (təşkilati-hüquqi formanın dəyişməsi) yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri təhvil aktına uyğun olaraq yeni yaranmış hüquqi şəxsə keçir. Azərbaycan Respublikasının Mülki Məcələnin 1126.1-ci maddəsinə əsasən həyata və ya sağlamlığa zərər vurulması üçün məsuliyyəti müəyyənləşdirilmiş qaydada təsdiq edilən hüquqi şəxsin yenidən təşkil edildiyi halda müvafiq ödənişləri icra etmək vəzifəsini onun hüquqi varisi daşıyır. Zərərin əvəzinin ödənilməsi tələbləri də ona qarşı irəli sürülür.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 385.1.1 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
32. Apellyasiya şikayətindən görünür ki, apelyatorlar birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam şəkildə mübahisələndirir, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş edir.
33. Məhkəmə kollegiyası Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)- 114/2023 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını zəruri hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməlidir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə vəsaitin verilməli olmasına dair mövqeyi ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə işləmiş, 24 oktyabr 1987-ci il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində iddiaçı xəsarət almış və əmək qabiliyyətinin 80 faizini itirmişdir. Həmin hadisəyə görə iddiaçıya birdəfəlik ödəniş olunmuş və aylıq 240 manat ödəniş təyin edilmişdir. Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı X2 özəlləşdirilməsi başa çatdığı üçün İddiaçı təyin olunmuş aylıq ödənc əvəzinə aylıq müavinətin ödənişi dayandırılmışdır. "xxxx" ASC keçmiş Dövlət Əmlak komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1321 nömrəli sərəncamı ilə Azərkəndsutəchizat dövlət komitəsinin tabeliyində olmuş 7 saylı X2 bazasında yaradılmış və onun hüquqi varisidir. Həmçinin Cəmiyyətin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixdə başa çatdırılmışdır.
37. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı ilə “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə, bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borcların tənzimlənməsi” Qaydalarının onlara şamil edilə bilməməsi, həmin qaydaların iddiaçı ən geci 27 iyun 2018-ci il tarixə kimi müəssisələrindən pensiyaya çıxdığı, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanı ilə müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında əks olunduğu halda onlara şamil edilməli olması, məhkəmənin işlə bağlı faktiki halları tam və hərtərəfli aydınlaşdırmaması, qərarını yalnız Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2008-ci il tarixli 804 saylı sərəncamı əsasında çıxarması, digər normativ-hüquqi sənədlər olan AR Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı və AR Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarını isə nəzərə almaması, hadisə 1987-ci ildə baş versə də 80% əmək qabiliyyətinin itirilməsinin 1997-ci ildə müəyyən olunması, 1997-ci ildə əmək qabiliyyətinin 80% itirilməsinin 10 il ondan öncə baş vermiş hadisə ilə bağlı olmasının nə ilə sübut olunması, müavinətin verilməsi onlar tərəfindən kəsilmədiyindən, onların işdə əsl tərəf olaraq cavabdeh kimi qəbul edilmələrinin məhkəmənin müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlməsini sübut etməsi, cavabdehin bu işdə tərəf ola bilməməsi, iddiaçıya verilən müavinətin onlar tərəfindən dayandırılmaması, müavinətin kimin tərəfindən verilməsinin araşdırılmaması, işə əsl tərəfin cəlb edilməməsi, iddiaçının onların müəssisəsindən pensiyaya çıxmasına dair məhkəməyə heç bir sübutun təqdim edilməməsi, iddiaçının adının AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktında da olmalı olması, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi” Qaydalarının 4.1-ci bəndinə əsasən sosial ödənişlər üzrə ödənilməmiş borcların Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilməli olması, iddiaçının özəlləşmədən əvvəl müəssisədən hər hansı bir sosial ödənişləri alması barədə də heç bir sübut gətirməməsi, iddiaçının adı Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş siyahıda olmadığından onun müavinət almaq hüququnun Yevlax rayon üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Sosial Müdafiə Fondunun və Maliyyə Nazirliyinin yerli orqanlarının (qurumlarının) və müəssisənin vəzifəli şəxsləri tərəfindən yaradılmış birgə komissiyanın rəyi əsasında müəyyən olunmalı olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il oktyabr tarixli 242 nömrəli qərarı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Qaydasının 1-ci bəndinə görə bu Qayda Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları"nın İİ bölməsində göstərilən şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətlərin təyin edilməsi və ödənilməsi qaydasını müəyyən edir.
39. Belə ki, həmin normalar müəssisə tərəfindən işçiyə ödəncin verilməsini deyil, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müavinətin ödənilməsi imkanlarını nəzərdə tutmuşdur. Bundan başqa işdə olan iddiaçının adına verilmiş əmək kitabçasından iddiaçının məhz cavabdeh təşkilatın hüquqi varisi qismində çıxış etdiyi Azərkəndsutəchizat dövlət komitəsinin tabeliyində olmuş 7 saylı səyyar mexanikləşdirilmiş dəstəndən pensiyaya çıxması müəyyən edilmişdir.
40. İş materiallarında olan 24 oktyabr 1987-ci il tarixli 01 saylı aktdan və 27 iyun 1997-ci il tarixli çıxarışdan görünür ki, Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə işləmiş İddiaçı məhz həmin müəssisədə işlədiyi dövrdə istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət almış və əmək qabliyyətinin 80 faizini itirmişdir.
41. İş materialında olan 14 noyabr 1979-cu il tarixli İT-l ******* saylı əmək kitabçasından məlum olur ki, Nağıyev X1 dövlət komitəsində 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işləmiş və 01 mart 1988-ci il tarixdə pensiyaya çıxdığı üçün həmin müəssisədən işdən azad edilmişdir.
42. İş materialında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət xidmətinin 06 dekabr 2022-ci il tarixli **********20 saylı məktubundan məlum olur ki, Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət proqramına uyğun olaraq, "xxxx" ASC keçmiş Dövlət Əmlak komitəsinin 21 sentyabr 1998-ci il tarixli, 1321 nömrəli sərəncamı ilə Azərkəndsutəchizat dövlət komitəsinin tabeliyində olmuş 7 saylı X2 bazasında yaradılmış və onun hüquqi varisidir. Cəmiyyətin səhmlərinin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatmışdır.
43. Kollegiya qeyd edir ki, iddiaçı cavabdeh təşkilat olan "xxxx" ASC-nin hüquqi varisi qismində çıxış etdiyi Azərkəndsutəchizat dövlət komitəsi 7 saylı səyyar mexanikləşdirilmiş dəstədə 3-cü dərəcəli elektrik montyoru vəzifəsində işlədiyi dövrdə, yəni 24 oktyabr 1987-ci il tarixdə baş vermiş bədbəxt hadisə nəticəsində xəsarət alıb, əmək qabliyyətinin 80 faizini itirdiyindən iddiaya cavab verməli təşkilat məhz "xxxx" ASC-dir.
44. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarının 1.1-ci bəndinə əsasən Bu Qaydalar "Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı"na və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin (bundan sonra - dövlət müəssisələri) sosial ödənişləri üzrə ödənilməmiş borclarının (bundan sonra - borclar) ödənilməsi prosesini tənzimləyir.
45. Həmin Qaydaların 4.1-ci bəndinə görə borclar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları ilə dövlət müəssisələri arasında tərtib edilmiş üzləşmə aktlarına əsasən ödənilir.
46. Məhkəmə kollegiyası qeyd edir ki, qeyd edilən Qaydalardan da göründüyü kimi üzləşmə aktlarının özəlləşdirməyə açıq elan edilmiş, habelə idarəetməyə verilmiş dövlət müəssisələrinin (bundan sonra - dövlət müəssisələri) sosial ödənişləri üzrə ödənilməmiş borclarının (bundan sonra - borclar) ödənilməsi məqsədi ilə tərtib edilməli olması nəzərdə tutulmuşdur. "xxxx" ASC-nin özəlləşdirilməsi 27 iyun 2018-ci il tarixində başa çatdığından cavabdeh müəssisənin işçiyə ödənc verməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 26 sentyabr tarixli 920 nömrəli Fərmanı ilə təsdiq edilmiş Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin sosial ödənişləri üzrə yaranmış borclarının ödənilməsi Qaydalarında nəzərdə tutulmuş üzləşmə aktlarına istinad edilməsi zərurəti mövcud deyildir. Həmçinin işçinin özəlləşmədən əvvəl müəssisədən hər hansı bir sosial ödəniş alıb-almaması onun işəgötürənin özəlləşmiş hüquqi varisindən ödəncin tələb etməsini istisna etmir.
47. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçıya pensiyanın təyin olunmasında olan ziddiyyətli məqamlara məhkəmənin ümumiyyətlə heç bir münasibət bildirməməsinə, 80% əmək qabiliyyətini itirmiş şəxsin harada işləməsinə, nə ilə dolanmasına dair dəlillərini də əsaslı hesab etməyərək qeyd edir ki, hazırkı halda iddiaçının tələbi pensiya təminatı ilə bağlı deyildir və tələb Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna qarşı yönəlməmişdir. Əmək qabiliyyətinin 80%-ni itirmiş işçinin ötən müddət ərzində haradasa işləyib-işləməməsi də cavabdeh təşkilatı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsi üzrə yaranmış məsuliyyətdən azad etmir.
48. Məhkəmə kollegiyası apellyasiya şikayətinin məhkəmənin işlə bağlı faktiki hallarını tam və hərtərəfli aydınlaşdırmaması, maddi hüquq normalarının pozulmasına dair dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, iş materialından, qəbul edilmiş məhkəmə qətnaməsindən birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən işin faktiki hallarının tam və hərtərəfli aydınlaşdırmaması, maddi hüquq normalarının pozulması halı müəyyən edilməsə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələblərinin pozulması müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli qərarı ilə təsdiq edilmiş ”İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi” Qaydalarının 1.1-ci bəndinin 3-cü abzasına əsasən, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra – təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır.
50. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə birinci instansiya məhkəməsi qəbul etdiyi qətnamədə cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsini qət etsə də İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq onun xeyrinə ödənilməsinə dair iddia tələbi mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü mаddəsinin tələbindən də göründüyü kimi hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır.
51. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdeh "xxxx" ASC-dən hər ay minimum əmək haqqının 80 faizi hissəsində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi nəticəsinə gələrkən iddia tələbindən kənara çıxmaqla səhvə yol vermişdir.
52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarına əsasən qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.
53. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları pozulmaqla iddia tələbindən kənara çıxılmışdır ki, bu da düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbində haqlı olmaqla apellyasiya şikayətinin dəlilləri iddia tələbinin rədd edilməsi üçün əsaslı hesab edilə bilməz.
54. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia tələdində cavabdeh təşkilatdan ona vurulmuş ziyana görə müavinətin bərpa olunmasını xahiş etsə də sadalanan qanunvericilik normaları işəgötürən tərəfindən bununla bağlı ödəncin verilməsini nəzərdə tutmuşdur. Qeyd edilənlər nəzərə alınaraq məhkəmə kollegiyası iddiaçının cavabdeh təşkilatdan məhz ödənc tələb etməsini qəbul edir.
55. Şərh edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, idda təmin edilməli, Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə ödəncin verilməsi bərpa olunmalıdır.
56. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2(039)-114/2023 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İdda təmin edilsin. Cavabdeh ASC tərəfindən İddiaçı istehsalat qəzası nəticəsində vurulmuş ziyana görə ödəncin verilməsi bərpa olunsun. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.