Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-925/2025 25.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: ziyanın ödənilməsi, sübutetmə yükü) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(019)-383/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8,700 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis mayoru X6 icraatında olmuş və onun (bundan sonra iddiaçı adlanacaq) şikayəti əsasında toplanmış HK-1/355 nömrəli ilkin təhqiqat materialı üzrə rədd qərarı qəbul etmişdir. Sonradan o, iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək ondan pulun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmədə isə iddianın yalnız 1000 manat məbləğində qismən təmin olunmasına dair qətnamə çıxarmışdır. Məhkəmə vaxtı müəyyən edilmişdir ki, hazırkı cavabdehə Səbail Rayon Məhkəməsində cavabdeh olmuş X5 pulu verərək özünün ondan götürdüyü borc qaytarması üçün vermiş və o isə öz növbəsində ona pulu çatdıranda məhz özünün borcunu qaytarmaq üçün puldan verdiyini bildirirərək aldatmışdır. Hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 82.2-ci maddəsi mövcud olduğundan hər hansı hüquqi əsaslandırmaya və sübutlar təqdim etməyə ehtiyyac qalmır. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hallar digər məhkəmədə eyni tərəflər arasında baxıldıqda yenidən araşdırılmır və sübuta ehtiyac yaranmır. Aşağıda qeyd etdiklərinə əsasən hesab edir ki, cavabdehin şahid qismində təhqiqatda verdiyi ifadə ilə ondan götürdüyü 8.700 manat məbləğində pulu götürdüyü və həmçinin onu qaytarmadığı barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsində izahat vermiş cavabdeh X5 təsdiq etdiyindən həmin pul vəsaiti hazırkı cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmalıdır. O, ünvan 1 ünvanında yaşayır. Onun nümayəndəsi olmuş, İlqar Abbasov xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Baş Polis İdarəsinə məktubla müraciət edərək, vətəndaş İddiaçı qızına hüquqi xidmət göstərilməsi üçün sonuncunun "X12" MMC ilə hüquqi xidmət müqaviləsi bağladığını, etibarından sui-istifadə və aldatma yolu ilə İsmayıl Məmmədov tərəfindən ümumilikdə 9.000 manat pulunun ələ keçirilməsini bildirmişdir. Həmin müraciət xx.xx.2022ci il tarixdə Nizami RPİ-nin 23-cü Polis Bölməsinin 1 saylı cinayətlər haqqında ərizələr və məlumatların uçotu kitabında 464 № ilə qeydiyyata alınaraq RPİ-nin 23-cü Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru Rəşad Məmmədov tərəfindən araşdırma aparılaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 17 aprel 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Vətəndaş İddiaçı Nizami Rayon Məhkəməsinin inzibati binasında baş təhqiqatçı, polis mayoru Rəşad Məmmədovun 17 aprel 2022-cl il tarixli rədd qərarından şikayətinə baxılaraq həmin qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və material üzrə araşdırma davam etdirilməsi barədə Nizami rayon Məhkəməsi tərəfindən xx.xx.2022-cı il tarixdə qərar çıxarılmışdır. Nizami Rayon Məhkəməsinin sözügedən qərarında qeyd edilmiş göstərişlərin yerinə yetirilməsi RPİ-nin 23-cü Polis Bölməsinin təhqiqatçısı, polis kapitanı Elnur Əvəzliyə həvalə edilmiş və onun tərəfindən araşdırma aparılmadan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2- ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında 28 oktyabr 2022ci il tarixdə qərar qəbul edilmişdir, (qərar iddia ərizəsinə əlavə edilir). Lakin onun təkrar müraciəti əsasında 571/22 nömrəli rədd materialı Nizami Rayon Prokurorluğunda öyrənilərək xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı Nizami rayon prokurorunun müavini, kiçik ədliyyə müşaviri Günay Məmmədli tərəfindən 10 yanvar 2023-cü il tarixdə ləğv edilərək təkrar araşdırma aparılması üçün bəzi göstərişlərlə geri RPİ-nin 23-cü Polis Bölməsinə qaytarılmış və 571/22 nömrəli rədd materialı xx.xx.2023-cü il tarixdə RPİ-nin 23-cü Polis Bölməsinin dəftərxanasında 313-52/1-271 nömrə ilə qeydiyyata alınaraq təkrar araşdırılması həvalə edilmişdir. Bildirmişdir ki, cavabdeh 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində onunla telefon əlaqəsi saxlayıb problemi olduğundan ondan müxtəlif vaxtlarda 8.700 manat pul istəmiş, o də əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5,000 və daha sonra 3.700 manat pulu ona vermişdir. Beləliklə də cavabdeh pulu ondan götürməsi barədə izahat verərək onu Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbindən azad etmiş və hazırda o özü bu maddənin tələbinə əməl etməli, şahid ifadələri ilə deyil, digər mötəbər dəlillərlə sübut etməlidir ki, həmin məbləği ona qaytarmışdır. Belə ki, onun şahid kimi keçdiyi işdə də şikayət etdiyi şəxs hazırkı cavabdehin ona pul qaytarmasını təsdiqləməyib, özünün borcunu Vüqar vasitəsi ilə qaytardığını bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat bildirməmişdir.
4. İddiaçı məhkəməyə ərizə göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak etmədiyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Balakən Rayon Məhkəməsinin (A.Cəfərova) 01 iyul 2025-ci il tarixli, e2(019)- 383/2025 nömrəli qətnaməsi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia tələbinin rədd edilməsi, ödənilmiş 107 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir.
6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Cavabdeh 8700 manat pul məbləğini tələb etdiyi üçün həmin pul məbləğini cavabdehə verməsini sübuta yetirmək onun sübutetmə vəzifəsidir. Lakin iddiaçı bunu təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; 7.İddiaçı iddia ərizəsində cavabdehin ondan 8.700 manat məbləğində pulu götürməsini və qaytarmadığını şahid qismində təhqiqatda verdiyi ifadə ilə təsdiq etdiyini, həmçinin Bakı şəhəri Səbail Rayon Məhkəməsində izahat vermiş X2 təsdiq etməsini, bununla da sübutetmə vəzifəsindən azad edildiyini qeyd etmişdir. Məhkəmə onun bu dəlili ilə bağlı qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X3 23 mart 2023-cü il tarixli qərarından görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh bildirmişdir ki, “bildiyinə görə 2021-ci ilin sentyabr ayının 24-də Bakı şəhəri, Nəsimi rayonunun ərazisində yerləşən "28 Mall"-ın qarşısında İddiaçı ilə İsmayıl görüşərkən İddiaçı 5000 manat borc pul alıb. O, X7 Acalovadan dəqiq nə məqsədlə aldığını bilməmişdir. Həmin pulun 1500 manatını 2021-ci ilin dekabr ayının ortalarında Nizami rayonu, Keşlə qəsəbəsinin ərazisində yerləşən məscidin qarşısında X11 Acalova ilə görüşərkən qaytarmışdır. Qalan 3500 manat pulu isə dəqiq tarixlər onun yadında deyil, 2022-ci ilin mart ayının sonlarında İsmayıl Məmmədov ona 3 dəfə 500 manat olmaqla, 1500 manat, 2 dəfəyə də 1000 manat vermişdir. O da hər dəfə pulu İsmayıldan götürüb, İddiaçı ilə evinin yaxınlığında görüşüb sonuncuya əlbəəl vermişdir. İddiaçı onların barəsində göstərdikləri tamamilə yalan və böhtandır. Ümumiyyətlə də onun və X7 Acalova ilə aralarında qoruyucu maska biznesi qurmaqla bağlı söhbət də olmamışdır. İddiaçı İsmayılla arasında kişi-qadın münasibətlərin yaranmasına cəhd etdiyindən İsmayıl İddiaçı uzaqlaşmışdır. Buna görə də İddiaçı əlaqə kəsildiyindən İsmayıl Məmmədovun barəsində bu cür şikayət etmişdir”.
8. Bundan başqa Bakı Şəhəri Səbail Rayon Məhkəməsində iddiaçının X4 qarşı 5000 manat borc pul tələbinə dair mülki işə baxılarkən İsmayıl Məmmədov məhkəmə iclasında izahatında bildirmişdir ki, “2021-ci ilin sentyabr ayının 24-də saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonunun ərazisində “28 Mall-ın yanında İddiaçı ilə görüşərək özünə pul lazım olduğundan İddiaçı 5000 manat pulu borc götürmüşdür. Həmin pulu borc götürərkən də o, İddiaçı demişdir ki, 2021-ci ilin dekabr ayının sonuna kimi düzəldə bilsə, qaytaracaqdır. O, Dinarədən 5000 manat borc almasına və həmin borcu 3 ay müddətində qaytaracağına dair ona yazılı qəbz də vermişdir. O, 2021-ci ilin dekabr ayının sonlarında saat 17 radələrində 1500 manat pul düzəldib Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən məscidin qarşısında İddiaçı ilə görüş təyin edib pulu sonuncuya vermiş, pulu Dinarəyə verərkən də bildirmişdir ki, qalan 3500 manatı düzəldib hissə-hissə qaytaracaqdır. Sonradan İddiaçı onun mobil telefonuna mesaj da yazaraq ona bildirmişdir ki. 3500 manat pulu ona çatdırsın. O, qalan 3500 manat pulu 2022-ci ilin mart ayının sonuna kimi hissəhissə düzəldərək, yəni 3 dəfəyə hər dəfə 500 manat olmaqla və bir dəfə də 1000 manat olmaqla tanışı Cavabdeh vasitəsilə İddiaçı çatdırmışdır. Hal-hazırda istər onun, istərsə də Cavabdeh Dinarəyə hər hansı borcları yoxdur. Cavabdeh onun göndərdiyi pulları qəpiyinəqəpiklə İddiaçı ilə görüşüb əlbəəl sonuncuya verib. O, borcunu qaytardıqdan sonra qəbzin əslini cırıb atmışdır. Onun iddiaçıya hər hansı məbləğdə borcu qalmamışdır”.
9. Göründüyü kimi iddiaçının Cavabdeh 8700 manat məbləğində pul verməsi iddia ərizəsində qeyd etdiyi kimi nə cavabdehin şahid qismində təhqiqatda verdiyi ifadə ilə, nə də ki Bakı şəhəri Səbail Rayon Məhkəməsində X2 izahatı ilə öz təsdiqini tapmır.
10. Bununla yanaşı iddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində onunla telefon əlaqəsi saxlayıb problemi olduğundan ondan müxtəlif vaxtlarda 8.700 manat pul istəmiş, o da əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5,000 və daha sonra 3.700 manat pulu ona vermişdir. Lakin cinayət işinin başlanmasının rədd edilməsi haqqında 23 mart 2023-cü il tarixli qərarında qeyd edilmiş İddiaçı izahatından və Bakı Şəhəri Səbail Rayon Məhkəməsində 2(009)- 1492/2023 nömrəli mülki iş üzrə iddia ərizəsindən görünür ki, iddiaçı 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində X5 ilə telefon əlaqəsi saxlayıb ona 5,000 manat, oktyabr ayında isə 2000 manat və 1000 ABŞ dolları verdiyini bildirmişdir. Hazırki iddia ərizəsində isə iddiaçı 8700 manat pulu 24 sentyabr 2021-ci il tarixdə və daha sonra Cavabdeh verdiyini qeyd etmişdir.
11. Beləliklə, məhkəmə mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. 12.Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
13. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 448.1, 739.1, 740.1, 740.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
15. Apellyasiya şikayətinin dəlilləri iddianın dəlilləri ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə hüququn tətbiq edilməsində səhv buraxmış, yəni maddi hüquq normaları düzgün tətbiq etməmişdir. O səbəbdən gəldiyi nəticə səhvdir.
16. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-ci maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.
17. İş materiallarında olan Bakı Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə, müəyyən edilmişdir ki, hazırkı cavabdehə Səbail Rayon Məhkəməsində cavabdeh olmuş X5 pulu verərək özünün ondan götürdüyü borc qaytarması üçün vermiş və o isə öz növbəsində ona pulu çatdıranda məhz özünün borcunu qaytarmaq üçün puldan verdiyini bildirirərək aldatmışdır.
18. Bundan əlavə iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı X3 23 mart 2023-cü il tarixli qərarından görünür ki, X2 və Cavabdeh əməllərində cinayət tərkibi olmadığından onların barələrində cinayət işi başlanması rədd edilmişdir. Həmin qərardan görünür ki, iddiaçı və Cavabdeh arasında borc münasibətləri olmuşdur. İzahat verən zaman Cavabdeh bildirmişdir ki, İddiaçı 1500 manat və 1000 manat pul vermişdir. Cavabdeh ona borcunun olmasını onun həyat yoldaşı da bilir. İşə baxan birinci instansiya məhkəməsi isə iddia tələbində qeyd olunan xüsusatların araşdırılması, iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılması üçün tədbir görməmişdir. Bir daha qeyd etmək istəyir ki, Cavabdeh 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində onunla telefon əlaqəsi saxlayıb problemi olduğundan ondan müxtəlif vaxtlarda 8.700 manat pul istəmiş, o da əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5,000 və daha sonra 3.700 manat pulu cavabdehə vermişdir. Bununla bağlı cavabdehlə arasında çoxsaylı yazışmaları vardır. Lakin məhkəmə işə tərəflərinin iştirakı olmadan baxdığından həmin sübutları məhkəməyə təqdim etmək mümkün olmamışdır.
19. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərinin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamışdır. Məhkəmə işə tərəflərinin iştirakı olmadan baxıb yekunlaşdırmışdır. Bununla da onu sübut təqdim etmək imkanından məhrum etmişdir.
20. Odur ki, Balakən Rayon Məhkəməsinin 2(019)-383/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin tam ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
21. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı və Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. İddiaçı məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir
Tətbiq edilən hüquq
23.Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.6-cı maddəsinə əsasən mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 1091-ci maddəsində qeyd olunur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
25. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər.
Apellyasiya baxışının hədləri
26. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
28. Apellyator Balakən Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(019)- 383/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur. 30.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
31. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 8700 manat məbləğində pulu borc olaraq verdiyinə istinad edərək, həmin məbləğin cavabdehdən xeyrinə tutulmasını xahiş etmiş, cavabdeh iddianı qəbul etməmişdir. Həmçinin iddiaçının müraciəti əsasında Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsində araşdırma aparılmış 23 mart 2023-cü il tarixli qərarla “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin araşdırma zamanı Cavabdeh və X5 vermiş olduqları izahatlarında İddiaçı borc olaraq alınmış pulu Vüqar deyil, İsmayıl tərəfindən alınmasını bildirmişlər. Bundan başqa, Bakı Şəhəri Səbail Rayon Məhkəməsində iddiaçının X4 qarşı 5000 manat borc pul tələbinə dair mülki işə baxılarkən İsmayıl Məmmədov məhkəmə iclasında izahatında “2021-ci ilin sentyabr ayının 24-də saat 13 radələrində Bakı şəhəri, Nəsimi rayonunun ərazisində “28 Mall-ın yanında İddiaçı ilə görüşərək özünə pul lazım olduğundan İddiaçı 5000 manat borca pul aldığını, Dinarədən aldığı 5000 manat pulun 1500 manatını 2021-ci ilin dekabr ayının sonlarında, qalan 3500 manatını isə 2022-ci ilin mart ayının sonuna kimi hissə-hissə düzəldərək, yəni 3 dəfəyə hər dəfə 500 manat olmaqla və bir dəfə də 1000 manat olmaqla tanışı Cavabdeh vasitəsilə İddiaçı çatdırdığını bildirmişdir. Tərəflər arasında pul vəsaitinin alınıb verilməsinə dair yazılı müqavilə münasibəti mövcud olmamaqla yanaşı, cavabdehin iddiaçının hesabına əsassız varlanması öz təsdiqini tapmamışdır.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
33. Məhkəmə kollegiyası apelyasiya şikayətinin iddiaçı və Cavabdeh arasında borc münasibətlərinin olması, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, Cavabdeh 24 sentyabr 2021-ci il tarixdə saat 13 radələrində onunla telefon əlaqəsi saxlayıb problemi olduğundan ondan müxtəlif vaxtlarda 8.700 manat pul istəməsi, o da əvvəlcədən hazırlıqlı olduğundan üzərində götürdüyü 5,000 və daha sonra 3.700 manat pulu cavabdehə verməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
34. Belə ki, nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
36. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
37. Kollegiya qeyd edir ki, iddiaçı iddia tələbi ilə bağlı yeganə sübut kimi iş materiallarında olan Bakı şəhəri Nizami rayon Polis İdarəsinin 23-cü Polis Bölməsininin “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarına və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə istinad etmişdir. Lakin “Cinayət işinin başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərara və Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə nəzər saldıqda müəyyən olunur ki, həm X5, həmdə hazırkı iş üzrə Cavabdeh izahatlarında İddiaçı pulu İsmayıl Məmmədovun almasını bildirmişlər və iddaçının Cavabdeh hər hansı məbləğdə borc pul verməsini təsdiq edən hal mövcud deyildir, eləcədə bununla bağlı iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. 38.Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi işə tərəflərinin iştirakı olmadan baxdığından sübutlarını məhkəməyə təqdim etməsinin mümkünsüzlüyü, qətnamənin iş üzrə müəyyən edilmiş hallara və tərəflərinin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, iş materiallarından göründüyü kimi iş üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın aparılması təmin edilmiş və maddi və prosessual hüquq normaları doğru tətbiq edilmişdir.
39. Belə ki, mülki işin materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən tərəflər məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmışlar, hətta iddiaçının müraciətinə əsasən 11 mart 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclası 15 aprel 2025-ci il tarixə təxirə salınmış və həmin tarixdə iddiaçı yenidən məhkəmə iclasında iştirak etməmiş, eyni zamanda iddia tələbi ilə bağlı hər hansı sübutunun mövcud olması, sübutların məhkəməyə təqdim olunması üçün məhkəmə hazırlıq iclasının təxirə salınması ilə bağlı vəsatəti olmamış, məhkəmə isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq məhkəmə hazırlıq iclasının tərəflərin iştiarkı olmadan keçirilməsini mümkün hesab etmiş və işi məhkəmə iclasında baxılmasının xx.xx.2025-ci il tarixə, saat 15:50-ə təyin edərək işdə iştirak edən şəxslər rəsmi qaydada məlumatlandırılmışlar. Bundan sonra məhkəmə baxışı iclası iki dəfə təxirə salınaraq iddiaçının məhkəmədə iştirakına şərait yaradılmış, lakin iddiaçı məhkəmə iclaslarına gəlməməklə yanaşı iddia tələbi ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. 40.Məhkəmə kollegiyası əlavə olaraq qeyd etməyi vacib hesab edir ki, iddiaçının məhkəmə kollegiyasına ünvanladığı ərizəsində iş üzrə sübutların təqdim edilməsi ilə bağlı məhkəmə iclasının təxirə salınmağını xahiş etsə də, iddiaçı tərəf qeyd etdiyi sübutları birinci instansiya məhkəməsində təqdim etməli idi. Belə ki, AR Mülki Prosessual Məcəllənin tələbi ilə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandıra bilsin. Lakin iddiaçı tərəf bununla bağlı da, məhkəmə kollegiyasına mötəbər dəlillər təqdim etməmişdir.
41. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur.Birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
42. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Balakən Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e2(019)- 383/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
43. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 385, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Balakən Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, e-2(019)-383/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.