Məhkəmə qərarları › İş №2(107)-926/2020

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-926/2020

18.06.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-926/2020 18.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, X1, onun nümayəndəsi Nümayəndə və Cavabdeh iştirakı ilə, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1893/2019 saylı qətnaməsindən X1 və cavadeh Cavabdeh verdiyi apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: X1 Cavabdeh qarşı «alimentin miqdarının dəyişdirilməsi (artırılması)» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)-230/2018 nömrəli Qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının dəyişdirilərək xx xxxxxxxx 2016-cı il təvəllüdlü X2 18 yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay əmək haqqının 1/4 hissəsi və 100 AZN sabit pul məbləğində alimentin X1nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli, 2(014)-1893/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-cı il tarixli 2(014)-230/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılması, Cavabdeh xx xxxxxxxx 2016-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının 1/4 hissəsi və 25 AZN sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulması və Cavabdeh iddianın təmin edilmiş hissəsinə münasib olaraq 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən X1 və cavadeh Cavabdeh tərəfindən apelyasiya şikayətləri verilmişdir. İddiaçı apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını düzgün təhlil etməmiş, bu da qeyri obyektiv qətnamənin çıxarılmasına səbəb olmuşdur. Belə ki, həm uşağın xərcləri artmış, həm də cavabdehin gəlirləri artmışdır. Bundan əlavə uşaqda anadangəlmə xəstəlik var. Hazırki aliment məbləği uşağın xərclərini ödəmir. Ona görə də qeyd olunan hallar nəzərə alınmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, aliment cavadehin həm əmək haqqının və əmək haqqına əlavə hesablanan məbləğlərin ¼ hissəsi miqdarında, həm də digər gəlirlərinin müəyyən hissəsi kimi 100 manat sabit pul məbləğində tutulması barədə yeni qətnamə qəbul edilməlidir. Cavabdeh apelyаsiyа şikаyətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən işin faktiki hallarını düzgün təhlil etməmiş, bu da qeyri obyektiv qətnamənin çıxarılmasına səbəb olmuşdur. Belə ki, iddiçı onun maddi vəziyətinin yaxşı olduğunu özünün maddi vəziyyətinin pis olduğunu uşağın xərclərinin nədən ibarət olduğunu təsdiq edən hər hansı bir sübut təqdim etməmişdir. Bundan əlavə O İİ qrup gözdən əlildir. Bu səbəbdən ağır işlərə gedə bilmir, xəstəxanada nəzarətçi işləyir. Himayəsində də xəstə anası var. Ona görə də qeyd olunan hallar nəzərə alınmalı, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X1, onun nümayəndəsi Nümayəndə iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh özü tərəfindən verilmiş apelyasiya şikayətinin təmin edilməsini, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinin isə təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, tərəfləri dinləyərək hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilməli, Cavabdeh xx xxxxxxxx 2016-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının 1/4 hissəsi və 50 AZN sabit pul məbləğində aliment X1nın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsində göstərilir ki, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla zaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2019-cu il üçün yaşayış minimumu uşaqlar üçün 160 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflərin aralarında olan rəsmi nikah Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli 2(014)230/2018 nömrəli qətnaməsinə əsasən pozulmuş, birgə nikahlarından xx.xx.2016-cı il tarixdə doğulmuş Səbirə adlı övladı onun himayəsində saxlanılmış, uşağın saxlanılması üçün cavabdehdən hər ay olmaqla, uşaq 18 yaşına çatanadək 100 (bir yüz) manat sabit pul məbləğində aliment, uşaq üç yaşına çatanadək isə uşağı saxlayan şəxsə 20 manat maddi yardım ödənilməsi qət edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin uşaq böyüdükcə onun təlabatlarının da artmasını kifayət qədər nəzərə almamışdır. Ona görə də kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayəti qismən əsaslıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumunun uşaqlar üçün 160 manat məbləğində müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, Cavabdeh xx xxxxxxxx 2016-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının 1/4 hissəsi və 50 AZN sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırır ki, iddiaçı özü mühasib köməkçisi işləməklə 320 manat əmək haqqı alır. Cavabdeh isə 340 manat əmək haqqı alır. İşin bu halı tərəflərin məhkəmə iclasında verdikləri izahatlar ilə təsdiq edilir. Kollegiya iddiaçının cavabdehlə bərəbər miqdarda əmək haqqı almasını nəzərə alaraq hesab edir ki, şikayət qismət təmin edilə bilər. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Qeyd edilənlərə əsasəsən tərəflərin ailə və maddi vəziyyətlərini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, kollegiya hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apelyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 404-1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti təmin edilməməli, iddiaçının apelyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilməli, Cavabdeh xx xxxxxxxx 2016-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının 1/4 hissəsi və 50 AZN sabit pul məbləğində aliment iddiaçı X4 xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392- 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh apelyasiya şikayəti təmin edilməsin. X1 tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tаrixli qətnaməsi dəyişdirilsin. Cavabdeh xx xxxxxxxx 2016-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay əmək haqqısının 1/4 hissəsi və 50 AZN sabit pul məbləğində aliment X1nın xeyrinə tutulsun. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Mahir Əsədli Hakimlər: Ələddin Məcidov Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar