Məhkəmə qərarları › İş №2(107)-930/2025

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-930/2025

17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-930/2025 17.09.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə (Açar sözlər: tapşırıq müqaviləsindən irəli gələn pul tələbi, iddia müddəti) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X14 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X6 iclas katibliyi, İdiaçının nümayəndəsi və vəkili Vəkil2, Cavabdeh və onun vəkili Nümayəndə, Müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(051)-190/2025 nömrəli qətnaməsindən idiaçının nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 2 A ünvanında yerləşən 89.22 kv.m və 0.02 ha torpaq sahəsinin 2/5 hissəsi İddiaçı məxsusdur. Qeydiyyat tarixi xx.xx.2019-cu ildir. **********897 nömrəli ərizəsindən görünür ki, İddiaçı paylı mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Gəncə şosesi, 2 A ünvanında yerləşən qeyriyaşayış binasının ona məxsus hissəsinin 20.000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. ** AA ***4624 nömrəli, 07 fevral 2020-ci il tarixli imtinadan görünür ki, X8 Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2 A ünvanında yerləşən daşınmaz əmlak üzərində ümumi pay mülkiyyətinin 3/5 payının və Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2V ünvanında yerləşən daşınmaz əmlak üzərində ümumi pay mülkiyyətinin 3/5 payının mülkiyyətçisi olaraq Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2A ünvanında yerləşən daşınmaz üzərində ümumi paylı mülkiyyət hüququ əsasında 2/5 payının və Azərbaycan Respublikası, Mingəçevir şəhəri, Gəncə şosesi, 2V ünvanında yerləşən daşınmaz əmlak üzərində ümumi pay mülkiyyəti hüququ əsasında 2/5 payının vətəndaş İddiaçı tərəfindən hər bir daşınmaz əmlak obyektinin iyirmi min manata satılacağı haqqında məlumatı var. Həmin sənədlə o, yuxarıdakı daşınmaz əmlak paylarının üstün alış hüququndan imtina edir. AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı X11 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2B ünvanında icarədə olan 0.0585 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.3kv/m olan əmlak kompleksinin 2/5 hissəsi olan 76.92 kv/m hissəsini 35000 manata satdı. Bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı X11 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2A ünvanında yerləşən 89.22 kv/m olan qeyri yaşayış binasının paylı melkiyyətində yerləşən 2/5 hissəsi olan 35.688 kv/m hissəsini 20.000 manata satdı. Bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. “Elektron notariat” X1 çıxarışdan görünür ki, X5 Ruslan İsrəfil oğluna etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15:02-də təsdiq edilmişdir. AZ-İ seriyalı, 461206 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X2 Vəfa Eldar qızı evlidirlər. X15 tərəfindən yazılmış **********208 ərizədən göürünür ki, DƏDRX-nin elektron xidmətlər portalı vasitəsilə əldə edilmiş xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən Mingəçevir şəhəri, Gəncə şosesi, 2A ünvanında 0.02 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 89.22 kv.m olan qeyri-yaşayış binasının paylı mülkiyyət hüquqi əsasında arvadı İddiaçı məxsus olan 2/5 hissəsinin satılmasına razıdır. Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisininin Notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli sənəddən görünür ki, alıcı X16 20.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 19036.42 manatı satıcı Cavabdeh verilmiş və qalan 963.58 manat Mingəçevir YXO-nün hesabına köçürülmüşdür. AR-İ seriyalı, 957066 nömrəli, 22 yanvar 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdehn İsrəfil oğluna etibarnamə vermişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 2B ünvanında yerləşən 0.0585 ha torpaq sahəsinin 2/5 hissəsi İddiaçı məxsus olmuşdur. Qeydiyyat tarixi xx.xx.2019-cu ildir. X15 tərəfindən Notariat ofisinə verilmiş **********209 nömrəli ərizədən görünür ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 2B ünvanında icarədə olan 0.0585 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 192.3 kv.m olan əmlak kompleksi kimi müəssisənin paylı mülkiyyət hüququ əsasında arvadı İddiaçı məxsus olan 2/5 hissəsinin satılmasına razıdır. **********898 nömrəli ərizədən görünür ki, İddiaçı paylı mülkiyyət hüququ əsasında məxsus olan Mingəçevir şəhəri, Gəncə Şosesi, 2B ünvanında yerləşən əmlak kompleksi kimi müəssisənin ona məxsus hisəssinin 35000 manat qiymətə satılması barədə razılığa gəlmişlər. Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin Notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli, 178 №-li sənədindən görünür ki, alıcı X16 qeyri-yaşayış binasının alqısatqısı üzrə 35.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 32923.16 manatı satıcı Cavabdeh verilmiş və qalan 2076.84 manat Mingəçevir YXO-nün hesabına köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş 07 may 2025-ci il tarixli, 11 №-li cavab məktubdan görünür ki, xx.xx.2020-ci il tarixində, X16 tərəfindən 20000 manat və həmçinin xx.xx.2020-ci il tarixində X16 tərəfindən 35000 manat vəsait kassaya mədaxil edilmişdir. Müvafiq olaraq xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən 19036.42 manat və Cavabdeh tərəfindən 32923.16 manat vəsait kassadan məxaric edilmişdir. İddiaçı iddiasına görə Cavabdeh onun əvəzinə nümayəndəs qismində iştirak etdiyi alğı-satqının pulunu ona verməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus obyektin satışından əldə edilən ümumilikdə 85.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mingəçevir şəhəri, Gəncə şosesi, 28 ünvanında icarədə olan 0,0585 ha yerləşən ümumi sahəsi 192,3 kv.m əmlak kompleksi kimi müəssisənin 2/5 hissəsi paylı mülkiyyət üzrə ona məxsus olmuşdur. Belə ki, əmlakı “Çinar” adlı restoranı həyat yoldaşı X15, Məmmədov Səxavət adlı şəxslə şərik olub işlədirdilər. Daha sonra şərikləri Səxavət Məmmədov borcunun xərcinin çox olmasını əsas gətirərək restorandan ayrıldı. Sonra yoldaşı Qeys, Baxşiyeş Natiq adlı şəxsi özünə şərik götürdü. Natiq dedi ki, o restoranı təmir edir, həyat yoldaşı Qeys ona hələ ki etmə dedikdə Natiq “xeyr deyirəm sənin işin olmasın” deyə bildirdi. Natiq obyekti təmir etdikdən sonra 50.000 manat xərci çıxdığını bildirdi və o həyat yoldaşı Qeysə çəkdiyi xərcin 50.000 manatını tez bir vaxtda bağlamasını söylədi. Yoldaşı hal-hazırda pulunun olmadığını və obyektin arenda pulundan hər ay pulunu götürməsini cavabdehə dedi. Amma o, razı olmadı. Sonra Natiq özünə şərik tapdı və dedi ki, obyektin qalan hissəsini ona satmalıdır və o, restoranda işləyən qohumu olan cavabdeh X9 adlı şəxsin adına etibarnamə verilməsini və bankdan pul götürüb əmlakın ona dair hissəsinə görə pulu tam şəkildə bağlayacağını bildirdi. Qeyd edir ki, obyektin ona aid hissəsinin dəyəri 85.000 manat təşkil edir. Sonra həyat yoldaşı ona dedi ki, Natiqin dediyini etsinlər və cavabadehə etibarnamə versinlər obyekti satıb onların pullarını versin. O da razı olaraq Cavabdeh İsrafil oğluna etibarnamə verdi. Cavabdeh isə obyekti satmış, lakin satışdan əldə edilən pulu ona verməmişdir. Bütün bu hadisələrdə sonra o və həyat yoldaşının səhhəti pozularaq mənəvi əsəbə və sarsıntı keçirmişlər. O və yoldaşı özləri dərmanlarla güclə ayaqda saxlamağa çalışırlar. Beləliklə, qeyd edilənləri nəzərə alaraq cavabdeh X4 ona məxsus obyektin satışından verməli olduğu ümumilikdə 85.000 manat məbləğində pulun alınıb ona verilməsi barədə Qətnamə qəbul edilməlidir. Bu səbəbdən də həmin cavabdehdən alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh tərəf etiraz ərizəsini belə əsaslandırmışdır ki, iş üzrə iddia tələbi ilə tanış oldular və iddia tələbini qəti formada qəbul etmirlər. İddia tələbi əsassızdır və rədd olunmalıdır. Belə ki, iş materiallarından da göründüyü kimi hadisələrin axarı 2019-cu ildən başlamış və 2020-ci ilin fevral ayında yekunlaşmışdır. Müdafiə etdiyim şəxsə etibarnamə verilsə də iddiaçılar özləri alqısatqıda yaxından iştirak etmişlər. Belə ki, iddia müddəti ötmüş və məhkəmə yalnız tərəflərin iddia müddətinin ötməməsinin üzürlü səbəbdən ötürülməsi ilə əlaqədar (Konstitusiya Məhkəməsi Plenumunun 2001-ci il 27 dekabr tarixli Qərarı və 2022-ci il 11 fevral tarixli Qərarı və ) sübutlara baxmalıdır. Qarşı tərəf bununla bağlı heç bir sübut təqdim etməmiş və müddətin keçməsinin hansı səbəbdən üzürlü sayılmasını əsaslandırmamışdır. Əksinə onda yetərincə sübutlar var və iddiaçıların sübutlarını təqdim etdikdən sonra öz sübutumu təqdim edəcək. Bundan əlavə iş materillarına heç bir sübut təqdim edilməmişdir. Bu səbəbdən də Notariat ofisinə sorğu verməklə sözügedən obyektlə bağlı bütün alqı satqı sənədlərinin təqdim edilməsini xahiş edir. Alqı-satqı sənədlərinin əsassı olmuş və alqı-satqı üçün razılıqlar olan bütün materialların tələb olunmasını xahiş edir. Qanunvericiliyə əsasən sübut etmə yükü iddiaçının üzərinə düşür və məhkəmə yalnız bir əsasla iddianı rədd edə bilər. Odur ki, müddət keçməsi ilə əlaqədar iddianın rədd edilməsini xahiş edir. İş üzrə əvvəllərdə etiraz və vəsatətlərimi təqdim etmişdi. Bu səbəbdən də əlavə olaraq bildirməlidir ki, dəfələrlə iddiaçının müddətin keçməsi ilə bağlı sübutlarının olmasını nə ilə əsaslandırdıqlarını soruşduqda qarşı tərəf heç bir sübut təqdim etməmişdir. Konstitusiya məhkəməsinin müddət tətbiqi ilə əlaqədar olan qərarında da (əvvəlki vəsatətdə qeyd etmişdir) göstərilmişdir ki, məhkəmələr müddət tətbiqi ilə əlaqədar məsələ olduğu və müddətin keçməsinin üzürlü olub-olmaması barədə sübutlar təqdim olunduqdan sonra digər məsələləri müzakirə etməlidir. Qarşı tərəfə bu barədə həm onların həm də məhkəmə tərəfindən təklif olunsa da heç bir sübut təqdim edilməmişdir. Artıq ikinci məhkəmə baxışıdır və bundan sonradan təqdim olunmasının qeyri-mümkün olması qənaətindədir. Bundan əlavə məhkəmə iclasında iddiaçıya verilən suallara cavab olaraq bildirmişdir ki, özü etibarnamə vermiş və qeyri-yaşayış sahəsinin satılmasından xəbəri olmuşdur. Alqısatqıda əridə iştirak etmiş və bütün alqı-satqı prosesində cavabdehin yanında olmuşdur. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının əri olan Qeyis Hüseynov bütün proseslərdə cavabdehin yanında olmuşdur. İddiaçının özünün də bildirdiyi kimi əri Qeyis Hüseynovla həmin vaxtlar və indidə münasibətləri yaxşı olmuş və etibarnamə verildikdə belə etibarnamədə konkret olaraq mübahisəli obyektin iddiaçı Vəfa Əhmədovaya aid 2/5 hissəsinin satılması göstərilmiş və iddiaçı özü də əvvəldən obyektin satılmasını bilmiş və öz iradə ifadəsini bildirmişdir. 5 ildən sonra iddiaçının bu cür iddia qaldırması özüözlüyündə cavabdehə qarşı bir böhtandır. Əgər cavabdeh pulu götürsəydi iddiaçı həmin dəqiqə ondan şikayət edərdi. Əlavə olaraq iddiaçının əri Qeys Hüseynov olan yerdə pulun verilməməsi hansı dərəcədə inandırıcıdır. Bütün göstərdiklərim öz əksini tapmış və təqdim edilmiş sübutlarla öz əksini tapmışdır. Bundan əlavə əvvəllər də qeyd etdiyim kimi iddiaçı pul tələbi qoymuş və Mülki Məcəllənin 739-cu maddəsinə istinad etmişdir. Əgər bu hüquq müqavilə öhdəliklərindən irəli gələn iddiadırsa 3 illik iddia müddəti tətbiq edilir. Lakin iddiaçının yazmasa da tələbi Mülki qanunvericiliyə əsasən əsassız varlanmaya istinad edə bilərdi. Əsassız varlanma ilə bağlı iddialarda isə iddia müddəti 2 ildir (MM-nin 1095-ci maddəsi). Odur ki, iddianın həm maddi əsası həm də prosessual əsasları yalnışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsinə uyğun izahat verərək göstərdi ki, Qeys müəllim müdir olanda orada mühasib işləmişdir. Qeyis müəllim arvadının əvəzinə onun alqı-satqı da nümayəndə olmasını istəmişdir. O da buna razılıq vermiş və Notariusa gedib sadəcə qol çəkmişdir. Puldan xəbəri olmamışdır. Onun pul məsələsinə aidiyyəti olmamışdır. Rüsum və digər ödənişləri özləri etmişdir. Bu vaxtdan 5 il keçmişdir. Hələ 5 ildən də artıq vaxt keçmişdir. O sadəcə hazırda iddiaçı olan xanımın yerinə nümayəndəsi qismində qol çəkmişdir. Ödənilmiş məbləği iddiaçının yoldaşı X10 özü götürmüşdür. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclası zamanı etiraz ərizəsinə uyğun izahat verdi və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında 3-cü şəxsin etibarnamə üzrə nümayəndəsi X7 izahatında göstərmişdir ki, o, X10 anasıdır. Onların pulları ilə ev tikdiriblər və həmin evi təmir etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(051)-190/2025 nömrəli (hakim: E.Cəbrayılzadə) qətnaməsi ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi, cavabdeh tərəfindən inkar olunsa da, sözgedən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi iş materialları ilə təsdiq olunur. Belə ki, Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli, 178 №-li sənədindən görünür ki, alıcı X16 qeyri-yaşayış binasının alqısatqısı üzrə 35.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 32923.16 manatı satıcı Cavabdeh verilmiş, “Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisində "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli sənəddən görünür ki, alıcı X16 20.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 19036.42 manatı satıcı Cavabdeh verilmişdir. Lakin cavabdeh tərəfindən pul məbləğini qəbul etmədiyini və həmin məbləğin iddiaçının əri tərəfindən götürüldüyünü bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən, yəni 55000 (35.000 və 20.000 manat) hissəsində əsaslıdır. Bu hal isə o nəticəyə gəlməyə əsas veririk, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməkdə subyektiv hüququ mövcud olmuşdur. Belə olan halda, yoxlanılmalı olan ikinci məsələ, cavabdehin etirazları nəzərə alınmaqla iddianın hazırki vəziyyətdə əsaslı olub-olmaması, iddiaçı tərəfindən iddianın müvafiq iddia müddəti ərzində qaldırılması məsələləridir. İşin araşdırılan hallarına görə cavabdeh tapşırığı yerinə yetirməməsinə baxmayaraq, hazırkı vaxta qədər iddiaçı ona qarşı tələb irəli sürməmişdir. İşdə olan ərizədən isə görünür ki, cavabdeh iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını və müddətin keçməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı istinad etdiyi dəlillərə münasibətdə qeyd edir ki, hazırkı tələb üzrə iddia müddətinin tətbiq edilməsi üçün qanunda nəzərdə tutulmuş kifayət qədər əsaslar mövcuddur. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372, 373, 375, 377, 777, 778, 779, 782, 442, 443, 448 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88, 119-cu maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri İdiaçının nümayəndəsi və vəkili Vəkil2 birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində göstərilən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi, cavabdeh tərəfindən inkar olunsa da, sözgedən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi iş materiallarına əlavə edilmiş Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli, 178 №-li sənədlərində təsdiqini tapır. Həmin sənədlərdən görünür ki, alıcı X16 qeyri-yaşayış binasının alqısatqısı üzrə 35.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 32923.16 manatı satıcı Cavabdeh verilmiş, “Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisində "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli sənəddən görünür ki, alıcı X16 20.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 19036.42 manatı satıcı Cavabdeh verilmişdir. Lakin cavabdeh tərəfindən pul məbləğini qəbul etmədiyini və həmin məbləğin guya onun əri Qeys tərəfindən götürüldüyü iddia olunsa da, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda hesab edir ki, iddia əsaslıdır. Bundan başqa heç bir qanuni əsas olmadan məhkəmə onun iddia tələbinə müqavilə üzrə 3 illik iddia müddətini tətbiq edir. Halbuki, o cavabdehlə müqavilə bağlalamış, cavabdehə tapşırıq vermiş ki, onun əvəzinə müqaviləni bağla və pulu ona versin. Bu işə 3 illik müqavilədən irəli gələn öhdəliklərə tətbiq olunan iddia müddətinin tətbiq olunması tamamilə əsassızdır. Bütün bu qeyd olunanlar onu göstərir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxmamış, ədalətli məhkəmə araşdırması aparmamışdır. Həmçinin cavabdeh onu verdiyi etibarnamə əsasında alqısatqı zamanı ödənilmiş pulu götürməsi barədə kassa məxaric orderinə imza çəkmiş, eyni zamanda özünün də etiraf etdiyi kimi həmin pulu ona verməmişdir. Baxmayaraq ki, etibarnamə ilə ona alqı-satqını icra edib pulu ona verməli idi. Məhkəmə bu xüsusatı müəyyən etdiyi halda iddia tələbini təmin etmir və vurulmuş zərərin əvəzinin ödənilməsini cavabdehin üzərinə qoymur. İddiaçı şifahi tapşırıq müqaviləsinə dair bağlanmış alqı-satqı müqaviləsi üzrə əldə olunmuş məbləğin ona qaytarılmadığını həmin gün bilmişdir. Lakin iddiaçı uzun müddət gözləsə də cavabdeh ona hər hansı məbləği qaytarmamışdır. Bununla belə iddiaçı ona qarşı tələbi 3 il sonra irəli sürmüşdür. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir. Hörmətli məhkəmə, bu müqavilə öhdəliyi deyil, onun vəkalət verdiyi şəxsin öz öhdəliklərini vicdanla icra etməməsi və ona verməli olduğu pulu verməməsi ilə bağlıdır. Müqavilə isə onunla X16 arasında bağlanıb. O, Rəşad Bəşirovla mübahisə etmir, bu müqavilənin bağlanmasında təmsil edən Cavabdehlə mübahisə edir. Bu isə o deməkdir ki, məhkəmənin müqavilə öhdəliyindən irəli gələn münasibət kimi bunu qəbul etməsi absurddur. Bundan əlavə alqısatqının predmeti də daşınmaz əmlak olduğundan müqavilə belə olsa bu münasibətlərə 3 illik deyil, 6 illik iddia müddəti tətbiq edilməli idi. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının pulunu Ruslan qaytarmayıb. Cavabdehə verilən etibarnamə yəqinki ləğv edilib. İddiaçı alğı-satqı olan gündən cavabdehdən pulunu tələb etmişdir. Lakin o, müxtəlif bəhanələr gətirərək pulu qaytarmamışdır. Odur ki, nəzərə alınmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh və onun vəkili Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi X7 şikayətin təmin edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2. maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. 375.1. maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1. maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 779.2. Vəkalət alanın məsuliyyət daşıdığı vicdanlılıq dərəcəsi aşağıdakılar nəzərə alınmaqla tapşırığın növü ilə müəyyənləşdirilir: 779.2.1. peşə fəaliyyəti ilə bağlı risk və tapşırığın həyata keçirilməsi üçün zəruri olan xüsusi biliklər; 779.2.2. vəkalət verənin bildiyi və ya bilməli olduğu, vəkalət alanın qabiliyyəti və keyfiyyətləri. 780.1. Vəkalət alan tapşırığı aşağıdakı hallar istisna olmaqla şəxsən özü icra etməlidir: 780.1.1. vəkalət verən onu icranı üçüncü şəxslərə verməyə vəkil etdikdə; 780.1.2. tapşırığın icrasının üçüncü şəxslərə verilməsi şəraitdən irəli gəldikdə; 780.1.3. icranın bu cür verilməsi qəbul olunmuş işgüzar adətlərə uyğun gəldikdə. 780.2. Əgər vəkalət alan əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çatmadan üçüncü şəxsə vermişdirsə, həmin şəxsin hərəkətləri üçün o öz hərəkətləri kimi məsuliyyət daşıyır. 780.3. Əgər o, əqdin icrasını və ya xidmətlərin göstərilməsini buna ixtiyarı çataraq vermişdirsə, yalnız üçüncü şəxsin seçilməsi və təlimatlandırılması zamanı lazımi vicdanlılıq üçün məsuliyyət daşıyır, bu şərtlə ki, müqavilədə ayrı şərt qoyulmasın və işin hallarından ayrı şərt irəli gəlməsin. 780.4. Hər bir halda vəkalət verən vəkalət alanın üçüncü şəxslərə qarşı malik olduğu tələbləri bilavasitə həmin üçüncü şəxslərə qarşı irəli sürə bilər.

781. Vəkalət alan istənilən vaxt vəkalət verənin tələbi ilə ona tapşırığın icrası gedişi haqqında informasiya, habelə tapşırığın icrasından sonra hesabat verməlidir. 782.1. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir. 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019cu il 18 mart tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. İddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə tapşırıq müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi ilə bağlıdır. Belə ki, İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh ona məxsus obyektin satışından əldə edilən ümumilikdə 85.000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini iddianın rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddia tələbinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və ilkin olaraq qeyd edir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma, özgə işlərini tapşırıqsız aparma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər. İddiaçı tərəf iddia ərizəsində tərəflər arasında borc münasibətlərinin mövcudluğunu bəyan etsə də iş materiallarından tərəflər arasında tapşırıq müqaviləsindən irəli gələn münasibətlərinin bərqərar olduğu müəyyən edilir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Bu müqavilənin əsas xüsusiyyəti ondan ibarətdir ki, müqavilə üzrə tapşırığı həyata keçirməyi öhdəsinə götürmüş vəkalət alan konkret nəticə əldə olunmasına təminat vermir. Tapşırığın icrası üçün lazım olan bütün hərəkətləri vicdanla həyata keçirmiş vəkalət alan istənilən nəticəni əldə etməsə belə, müqavilə üzrə öz borcunu yerinə yetirmiş sayılır. Buna baxmayaraq vəkalət alan tapşırığı vicdanlı həyata keçirməlidir. Kollegiya qeyd edir ki, mülki dövriyyənin sabitliyinin ən vacib sütunlarından biri də “müqavilələr icra olunmalıdır (pacta sunt servanda)” prinsipidir. Mülki dövriyyənin inkişafı və fəaliyyət göstərməsi üçün əsas şərtlərdən biri olan mülki hüquq subyektlərinin öz vəzifə və öhdəliklərini vicdanla yerinə yetirməyə borclu olmaları Mülki Məcəllənin 5.3-cü maddəsində təsbit edilmişdir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətdən irəli gələn digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Öhdəliyin icra edilməməsi anlayışı Mülki Məcəllənin 442-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, satıcı İddiaçı alıcı X11 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2B ünvanında icarədə olan 0.0585 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.3kv/m olan əmlak kompleksinin 2/5 hissəsi olan 76.92 kv/m hissəsini 35000 manata satmış, bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. Həmçinin, AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə görə, satıcı İddiaçı alıcı X11 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2A ünvanında yerləşən 89.22 kv/m olan qeyri yaşayış binasının paylı melkiyyətində yerləşən 2/5 hissəsi olan 35.688 kv/m hissəsini 20.000 manata satmış, bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. İşdən daha sonra müəyyən edilmişdir ki, hazırki mübahisə üzrə alğı-satqı zamanı əldə edilən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi inkar olunsa da, sözgedən pul məbləğinin cavabdeh tərəfindən götürülməsi iş materialları ilə təsdiq olunur. Belə ki, Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli, 178 №-li sənədindən görünür ki, alıcı X16 qeyri-yaşayış binasının alqı-satqısı üzrə 35.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 32923.16 manatı satıcı Cavabdeh verilmiş, “Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisində "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli sənəddən görünür ki, alıcı X16 20.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 19036.42 manatı satıcı Cavabdeh verilmişdir. Lakin cavabdeh tərəfindən pul məbləğini qəbul etmədiyini və həmin məbləğin iddiaçının əri tərəfindən götürüldüyünü bildirsə də, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili olan cavabdehlə tapşırıq müqaviləsi bağlanmadığını və ona tapşırıq verilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirilən faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddianın qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia təmin edilir uzlaşmırsa (yaxud cavabdehin etiraz və müdafiə vasitələrinə təmin olunmalı deyilsə) rədd edilir. Kollegiya onu da qeyd edir ki, tələbin hüquqi əsasının yoxlanılması və tapılması tərəflərin bildirdikləri faktiki hallarla əlaqəli olsa da, iddianın haqlı bir hüquqi səbəbə söykənib-söykənmədiyini müəyyən etmək hakimin vəzifəsidir. Çünki hüququn tətbiqinə bilavasitə hakim cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeyi hakim üçün məcburi deyil. Bu qayda Roma hüququndan gələn “da mihi factum, dabo tibi ius” (mənə faktları ver, sənə uyğun hüququ verim) prinsipinə əsaslanır. Odur ki, iddia tələbinin (buna müvafiq olaraq öhdəliyin) qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. İş materiallarına əlavə edilmiş “Elektron notariat” X1 çıxarışdan görünür ki, X5 Ruslan İsrəfil oğluna etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15:02-də təsdiq edilmişdir. Belə ki, AR-İ seriyalı, 957066 nömrəli, 22 yanvar 2020-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı Cavabdehn İsrəfil oğluna etibarnamə vermişdir. Bu baxımından kollegiya hesab edir ki, ilk növbədə nəzərdən keçirilə biləcək hüquqi əsaslardan tapşırıq müqaviləsidir. Belə ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə borcludur. Kollegiya eyni zamanda qeyd edir ki, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Yəni, həmin müqavilə həm yazılı həm də şifahi qaydada bağlana bilər. Hazırki işdən müəyyən edilir ki, tərəflər arasında tapşırıq müqaviləsi bağlanmış (iddiaçının cavabdehə etibarnamə verməsi ilə) və həmin müqaviləyə əsasən cavabdeh iddiaçı tərəfin əvəzinə nümayəndə qismində iştirak etdiyi alğı-satqı nəticəsində əldə etdiyi pulu sonradan iddiaçıya verməli idi. Yəni, tapşırıq müqaviləsinin mahiyyətindən görünür ki, alğı-satqının predmeti olan əmlak iddiaçıya məxsus olduğu üçün cavabdeh alğı-satqı nəticəsində əldə etdiyi pulu iddiaçıya verməlidir. Odur ki, şikayətin dəlilləri həmin hissədə əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin düzgün tətbiq edilməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı X11 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2B ünvanında icarədə olan 0.0585 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 192.3kv/m olan əmlak kompleksinin 2/5 hissəsi olan 76.92 kv/m hissəsini 35000 manata satdı. Bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. Həmçinin, AN-İ seriyalı, ******* saylı, 11 fevral 2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı alıcı X11 Mingəçevir şəhəri, Gəncə Şosesi, 2A ünvanında yerləşən 89.22 kv/m olan qeyri yaşayış binasının paylı melkiyyətində yerləşən 2/5 hissəsi olan 35.688 kv/m hissəsini 20.000 manata satdı. Bu zaman İddiaçı əvəzinə müqavilədə Cavabdeh iştirak etmişdir. Bundan başqa, Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisinin notariusunun "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli, 178 №-li sənədindən görünür ki, alıcı X16 qeyri-yaşayış binasının alqı-satqısı üzrə 35.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 32923.16 manatı satıcı Cavabdeh verilmiş, eyni zamanda, “Mingəçevir Regional “ASAN XİDMƏT” Mərkəzində Notariat Ofisində "xxxx" ASC Mingəçevir Şöbəsinə ünvanlanmış 10 fevral 2020-ci il tarixli sənəddən də görünür ki, alıcı X16 20.000 manat məbləğində pulu ödəmişdir. Həmin puldan 19036.42 manatı satıcı Cavabdeh verilmişdir. Kollegiya daha sonra qeyd edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Mülki Məcəllənin 372-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Göründüyü kimi, iddia müddəti institutu tələb haqlarına şamil olunmaqla mülki münasibət iştirakçılarına pozulmuş hüquqlarının məhkəmə vasitəsi ilə müdafiəsi (borclunun öhdəliyini icra etməyə məcbur edilməsi) imkanının müəyyən müddətlə (zaman kəsiyi) məhdudlaşdırılmasını nəzərdə tutur. İddia müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Məhkəmə kollegiyası qeyd edir ki, iddia müddəti öhdəliyin aradan qalxması üçün hüquqi əsas deyildir, iddia müddətinin keçməsi öz-özlüyündə kreditorun tələb hüququnu aradan qaldırmır. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 2020-ci il tarixli qərarında həmçinin göstərilmişdir ki, iddia müddətləri və kəsici müddətlərin mahiyyəti və fərqləndirici xüsusiyyətləri ilə bağlı nəzərə alınmalıdır ki, - iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin burada bəzi istisnalar mövcuddur. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir; - iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir; - iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə cavabdehin ərizə verib-verməməsindən asılı olmayaraq, məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır; - iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz. Göstərilənlərlə yanaşı iddia müddətləri kəsici müddətlərdən digər xüsusiyyətlərinə görə də fərqlənir. Belə ki, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterikdir. Kəsici müddət isə hüququn pozulub-pozulmamasından asılı olmayaraq ona xitam verir. Digər tərəfdən, iddia müddəti konkret borclunun konkret tələb üzrə müdafiə vasitələrindən biridir (bu səbəbdən də cavabdehin ərizəsi ilə tətbiq edilir), kəsici müddət isə üçüncü şəxslərin və ümumiyyətlə mülki dövriyyənin maraqları naminə müəyyən edilir (bu səbəbdən də məhkəmənin öz təşəbbüsü ilə (ex officio) tətbiq edilir). Müddətin keçməsinin hüquqi nəticəsi olaraq mükəlləfiyyətli, yəni öhdəlik yükü daşıyan borclu öhdəliyin icrasından imtina etmək hüququ əldə edir. Bu ondan irəli gəlir ki, iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 07 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa İnsan Hüquqları Məhkəməsi Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Qeyd edilənlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il 8 may tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyil. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür. İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən proseslər 2020-ci il tarixinin fevral ayında baş verdiyindən (alğı-satqı müqavilələri faktiki olaraq xx.xx.2020-ci ildə bağlanmışdır) birinci instansiya məhkəməsi iddia müddətinin başlanğıcının həmin tarixdən hesablamaqda haqlı olmuşdur. Belə ki, cavabdeh tərəf həmin vaxtdan sonra alğı-satqı nəticəsində əldə etdiyi pulları iddiaçıya verməmişdir, bu səbəbdən iddiaçı həmin vaxtdan cavabdehdən pulu tələbetmə hüququ yaranmışdır. İddaçı həmin vaxtdan bilmişdir ki, cavabdeh əldə edilən pulu ona vermir. Lakin, o ancaq xx.xx.2024-cü il tarixdə hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası daha sonra qeyd edir ki, iddiaçı tərəf izahatında (iş vərq. 113) bildirmişdir ki, “əri Qeys alğı-satqıda iştirak etmişdir. Onunla normal ailə münasibətləri vardır, ayrılmamışlar. Məhkəməyə uzun müddət müraciət etməməsinin səbəbi əri Qeys olmuşdur. Belə ki, o, pulu özü cavabdehdən alıb verəcəyini bildirmişdir”. Göründüyü ki, iddiaçının əridə alğı-satqıda iştirak etmiş və iddiaçı ona pulun verilmədiyini elə həmin vaxt bilmişdir. Odur ki, iddiaçının öz hüququnun pozulmasını bildiyi, yaxud bilməli olduğu anı həmin vaxt olmuşdur. Kollegiya bir məqamıda qeyd edir ki, iddiaçı tərəf müddətin başlanma vaxtını mübahisələndirməmişdir. Məhkəmə kollegiyası cavabdehin alğı-satqı nəticəsində əldə etdiyi pulları qaytarmaq öhdəliyinin olması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, doğrudanda cavabdeh alğı-satqı zamanı əldə etdiyi pulu əmlakın mülkiyyətçisi olaraq ona etibarnamə vermiş iddiaçıya verməli idi, buna baxmayaraq cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Lakin, iddiaçı tərəf qanunla müəyyən edilmiş müddətdə həmin pulu cavabdehdən tələb etməmişdir. Məhkəmə kollegiyası iddia müddətinin ötürməsini sübut etmək vəzifəsinin cavabdehin üzərinə düşməsi ilə bağlı qeyd edir ki, müddətlərin başlanması və qurtarmasını Mülki Məcəllənin 368 və 369-cu maddələri ilə müəyyən edilmişdir. Cavabdehin bu barədə ərizə verməsi ilə onların müddətin ötürülməsi barədə sübut etmə vəzifələri burada bitir. Bundan sonra isə sübut etmə vəzifəsi dəyişir, prezumpsiyanın əksini, yəni müddətin ötürülməməsini, hüquqlarının pozulduğuni bildiyi və bilməli olduğu vaxtın hansı tarixdən hesablanmalı olmasını, yəni müddətinin axımının nə vaxtdan başlamalı olmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Prezumpsiya dedikdə, əksi sübut edilənədək həqiqi sayılan ehtimal başa düşülür. Qeyd edilən ehtimala əsas verən hər hansı hüquqi faktın və ya hadisənin mövcudluğuna istinad edilərək, bəlli olmayan digər bir hal (prezumpsiyanın nəticəsi) təsbit olunur. Bu halda şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Həmçinin nəzərə alınmalıdır ki, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır, yəni təkzib edilə bilər. Bunun üçün ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. Qeyd edildiyi kimi iddiaçı tərəf prezumpsiyanı aradan qaldıraraq hüquqlarının pozulduğu vaxtın hansı tarixdən bəlli olmasına dair hər hansı sübut təqdim etməmiş, bununla bağlı əsaslı izah verməmişdir. Məhkəmə kollegiyası bir daha bildirir ki, qanuni prezumpsiyaya söykənərək iddia müddətinin ötməsi barədə ərizə verilməsi cavabdehin üzərində düşdüyü halda, onun ötürülməməsini sübut etmək vəzifəsi də iddiaçının üzərində düşür. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi hazırki mübahisəyə iddia müddəti tətbiq etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddətinin tətbiq edilməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, iddiaçı tərəf bağlanmış müavilənin alğı-satqı müqaviləsi (yəni daşınmaz əşya ilə bağlı müqavilə) olduğundan 6 illik müddətin tətbiq edilməli olduğunu bildirmişdir. Kollegiya apellyatorun həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kollegiya daha sonra qeyd edir ki, alğı-satqı müqaviləsi cavabdehlə başqa bir şəxs arasında bağlanmışdır. Hazırda iddiaçı alğı-satqının alıcısı olmuş tərəfdən hər hansı pul tələb etmir, o, cavabdehdən alğı-satqı nəticəsində əldə etdiklərini tələb edir. İşdən də göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında tapşırıq münasibətləri olmuş və sonuncu tapşırıq müqaviləsinə əsasən əldə etdiklərini iddiaçıya verməmişdir. Belə olan halda kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi müqavilə tələbləri üzrə üç illik iddia müddətini tətbiq etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı" iş üzrə 1994-cü il 9 dekabr tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Q Ə T E T D İ:

İdiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 30 may 2025-ci il tarixli, 2(051)-190/2025 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar