Məhkəmə qərarları › İş №2(107)-932/2021

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-932/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-932/2021 24.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1, Cavabdeh Vəlyəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh Vəlyəddin qızına qarşı pul tələbinə dair Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh Vəlyəddin qızı tərəfindən verilmiş аpellyаsiyа şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq məhkəmə kollegiyası müəyyən etdi: Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh Vəlyəddin qızından 6500 (altı min beş yüz ) manat məbləğində pul İddiaçı xeyrinə tutulması, Ekspertiza tədqiqatının dəyəri olan 124 manat pul Cavabdeh Vəlyəddin qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AZ 34 CTRE ******************** kod 210005 VÖEN ********** m/h AZ 41 NABZ 01 3601**********3944 SFİFT Bik: CTREAZ 22 hesaba keçirilməsi qət edilmişdir. İşin halları: İddiaçı Cavabdeh Vəlyəddin qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin ona borclu olduğu 6500 manat məbləğində pulun tutulub ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Birinci instаnsiyа məhkəməsinin iş üzrə qətnаməsindən Cavabdeh Vəlyəddin qızı tərəfindən apellyаsiyа şikаyəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, iddiaçıdan sələmə pul almışdır. Bu barədə qəbzlər də yazmışdır. Lakin, iddiaçının tələb etdiyi pul həddindın artıq yüksəkdir. O illərlə sələmin faizini ödəmişdir. Bununla yanaşı o sonuncu dəfə 3000 manata dair qəbz yazdırarkən onu yazmağa məcbur etmiş lakin həmin 3000 manat pulu verməmişdir. O Sehrigülə məxsus səs yazısını təqdim etməsinə baxmayaraq məhkəmə həmin səs yazısını sübut kimi qəbul etməmişdir. Odur ki, Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın qismən təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı verilmiş etiraz: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edən şəxslərin izhatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh Vəlyəddin qızı apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, o 2015-ci il tarixdə İddiaçı hissə-hissə sələmə pul götürmüşdür. 2018-ci ilə qədər hər 100 manata 15 manat qaytarmışdır. Sonra oğlunun toyunda o yenidən 1500 manat sələmə pul götürərək oğlunun toyundan sonra qaytaracağını bildirmişdir. Lakin, oğlunun toyundan sonra borcu ödəyə bilməmişdir. Sehrigül ona 1500 manat sələmə pul verəndə bildirmişdir ki, əgər pulun əvəzinə heç nə verə bilmirsənsə 1500 manatın əvəzinə 3000 manat onun razılığı ilə yazmışdır. O borcu 2019-cu ilə qədər ödəmiş, lakin sonradan ödəyə bilməmişdir. O. İddiaçı 3850 manat borcum olduğunu, həmçinin İddiaçı onların evinə gələndə də ona 3800 manat borcunun olduğunu bildirmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini, Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı X2 apellyasiya şikayətinə etiraz edərək, Cavabdeh onunla birgə məktəbdə müəllimə işlədiyini bildirmişdir. Yoldaşı 1-ci Qarabağ müharibəsində şəhid olub. Cavabdeh onu aldadaraq borca pul almış, lakin dəfələrlə edilmiş xəbərdarlığa baxmayaraq borcunun qaytarılmasından imtina etmişdir. Odur ki apellyasiya şikayətinin təmin edilməməsini, Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 nömrəli qətnaməsinin qüvvədə saxlanmasını xahiş etmişdir. Hüququ məsələlər: MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayaraq, prosesdə iştirak edən cavabdehin izahatını dinləyib, işdə olan sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iddianı təmin edən birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehə 6500 manat məbləğində pul vermiş, Cavabdeh Vəlyəddin qızı 6500 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Çünki, iş materiallarında olan Cavabdeh Vəlyəddin qızı tərəfindən 04.10.2017-ci il, 31.10.2017-ci il, 03.01.2018-ci il, 05.02.2018-ci il, 25.05.2018-ci il, 26.06.2018-ci il, 05.08.2018ci il və 10.11.2018-ci il tarixlərdə yazılmış qəbzlərdən görünür ki, iddiaçı cavabdehə cəmi 6500 (100+300+400+100+1000+1000+600+3000) manat pul vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06.11.2020-ci il tarixli 4/893 saylı rəyindən görünür ki, 04.10.2017- ci il, 31.10.2017ci il, 03.01.2018-ci il, 05.02.2018-ci il, 25.05.2018-ci il, 26.06.2018-ci il, 05.08.2018-ci il və 10.11.2018-ci i borc qəbzlərində olan imzalar və yazılar Cavabdeh Vəlyəddin qızı tərəfindən icra olunmuşdur. Oxşar münasibətləri tənzimləyən MM-in 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan MM-in 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. MM-in 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. MM-inin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinə münasibətdə iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan borcun alınması barədə qəbzlərdən görünür ki, o həmin məbləği iddiaçıdan almışdır. Bundan başqa cavabdeh apellyasiya şikayətində məlum borc sənədini məcburiyyət qarşısında yazaraq imzaladığını bildirsə də həmin halları təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Digər tərəfədən MM-in 354.1-ci maddəsinə əsasən Bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Bu baxımdan da, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri inandırıcı qəbul etmir. MM-in 433.3-çü maddəsində qeyd edilir ki, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. MM-in 529.3-cü maddəsinə görə isə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Hazırda öyrənilən işdən aydın olur ki, cavabdehin iddiaçıya verdiyi qəbzlər hələ də iddiaçıdadır. İşin bu müəyyən edilmiş halı da özü-özlüyündə təsdiq edir ki, tərəflər arasında mövcud olan borc öhdəliyinə xitam verilməmişdir. Bu baxımdan da, məhkəmə kollegiyası bu fikirdədir ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. MPM-in 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93) MPM-in 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsaslanaraq və MPM-in 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, qət etdi: Cavabdeh Vəlyəddin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 05 fevral 2021-ci il tarixli, 2(039)-59/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar