Məhkəmə qərarları › İş №2(107)-932/2023

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-932/2023

10.08.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-932/2023 10.08.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cаvаbdеh Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair (Açar sözlər: iddia- alimentin artırılması tələbi) Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X5 və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cаvаbdеh Cavabdeh qаrşı “alimentin artırılması” tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(035)-295/2023 saylı qətnaməsindən iddiаçı İddiaçı verdiyi apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 25 iyun 2018-ci il tarixli, 2(035)-507/2018 saylı qətnaməsinə əsasən xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat tutulan alimentin miqdarının artırılması, hər ay bir uşağa görə 220 manat, cəmi 440 manat alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikah pozulmuş, uşaqlar özünün himayəsində saxlanılmışlar. Həmin Məhkəmənin 2(035)-507/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən uşaqları Aqil və Raqilin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat məbləğində aliment tutulması qət edilmişdir. Alimentin tutulması barədə qətnamənin çıxarılmasından artıq 04 il, 07 ay müddət keçmişdir. Cavabdehdən həmin qətnaməyə əsasən tutulan alimentin miqdarı hazırda uşağın artan tələbatını ödəmir. Artıq ödəmənin miqdarını müəyyən edən hallar dəyişmişdir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət edilsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədən iddianın təmin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində icraat; Zərdab Rayon Məhkəməsinin (hakim İ.Həsənquliyev) 18 may 2023-cü il tarixli, 2(035)-295/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-507/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə 130 manat, cəmi 260 (iki yüz altmış) manat aliment tutularaq iddiaçı X1 verilməsi, ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamənin qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, Cavabdeh 51.20 manat dövlət rüsumunun tutularaq dövlət mədaxilinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; Tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin aralarındakı nikah pozulmuş, uşaqlar hazırki iddiaçının (ananın) himayəsində saxlanılmışlar. Həmin Məhkəmənin 2(035)-507/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdehdən uşaqları Aqil və Raqilin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat məbləğində aliment tutulması qət edilmişdir. Alimentin tutulması barədə qətnamənin çıxarılmasından artıq 04 il, 07 ay müddət keçmişdir. İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya prosesində iştirak etməmişdir. İddiaçı əvvəlki miqdarda alimentin tutulmasının davam etməsinin uşaqların saxlanmasında yetərli olmadığını iddia edərək artırılması barədə hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi cavabdehin hazırkı iddiaçıdan boşandıqdan sonra yeni ailə qurduğunu, yeni nikahdan bir uşağının olduğunu, atasının onkoloji xəstə olduğunu, cavabdehin heç bir yerdə işləmədiyini, Zərdab Rayon Məhkəməsinin 2(035)-507/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimenti çətinliklə ödədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni isə aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırkı iddianın həlli zamanı uşaqların xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yüksək maraqları üstün tutulmalı və onların hüquq və mənafeyinin təmin olunmasına şərait yaradılmalıdır. Məhkəmə bu zaman həm də iddiaçının (ananın) uşaqları təkbaşına böyütməsini nəzərə alır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, ödəmələrin miqdarını müəyyənləşdirən hallar artıq dəyişmişdir və alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, öz növbəsində İddiaçı Cavabdeh hər ay hər uşağa görə 220 manat, cəmi 440 manat aliment tutulmasını tələb etsə də, cavabdehin geniş maddi imkana, kapitala malik olmasına dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, uşaqların xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 normal inkişafının təmin edilməsi üçün iddia qismən təmin edilərək, onun yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən Zərdab Rayon Məhkəməsinin 2(035)-507/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulmalı olan alimentin miqdarı dəyişdirilərək artırılmalı və dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 112.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 233.4, 112.1.3, 124.1, 14.2, 217.4-cü maddələri, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2, 8.1.1-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikаyəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Belə ki, qətnamə qəbul edilərkən prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İddia onunla əsaslandırılmışdır ki, alimentin əvvəlki məbləği 2018-ci ildə müəyyən edilmişdir, bu müddət ərzində uşaqlar böyümüş, tələbatları, o cümlədən ərzaq, geyim, məktəb, müalicə xərcləri artmışdır. Cavabdehin maddi vəziyyəti normaldır, tələb olunan məbləğdə aliment ödəməyə imkan verir, onun isə hər hansı gəliri yoxdur, ödənilən alimentlə uşaqların artan yaşam xərclərini qarşılaya bilmir. Məhkəmə iddianı qismən təmin edərkən onu əsas tutmuşdur ki, "cari il üzrə uşaqların saxlanması üçün yaşayış minimumu alimentin tutulduğu 2018-ci ilə nəzərən cəmi 66 manat olduğundan hər ay hər uşağa görə tutulacaq ailment 20 manat artırılmalıdır. Məhkəmənin gəldiyi qənaət düzgün hesab edilə bilməz. Ən azından məhkəmə alimentin məbləğinin dəyişdirilməsini yaşayış minimumunun artması nisbəti ilə əlaqələndirirdisə onda ölkədəki infilyasiya, qiymətlərin artması barədə statistik göstəriciləri də nəzərə almalı idi. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(035)-295/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cаvаbdеh Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, o, hər ay vaxtında məhkəmənin qəbul etdiyi qətnamədə ona hesablanan alimenti ödəyir. Özü rəsmi qaydada heç bir yerdə işləmir. Maddi imkanı çox ağırdır. Rəsmi gəliri yoxdur. Heç bir yerdə çalışmır. İddiaçı ilə aralarında bağlanmış nikahları pozulduğu üçün o, X6 ilə nikaha daxil olmaqla (nikah haqqında şəhadətamənin surəti ərizəyə əlavə olunur) ailə həyatı qurmuşdur. Hal hazırda birgə nikahdan bir uşağı var. Bildirir ki, atası X11 onkoloji xəstəlikdən əziyyət çəkir. Bir dəfə əməliyyat etdirmişlər. Həkimlər təcili əməliyyatın vacib olduğunu qeyd edirlər. Atası bahalı və ağır müayinələrlə müalicə olunur. Onun maddi imkanı çox ağırdır. Bundan başqa İddiaçı ona qarşı qaldırdığı alimentin artırılması ərizəsini qəbul etmir. Odur ki, İddiaçı Zərdab Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(035)-295/2023 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinə etiraz edir və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməsi, Zərdab Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(035)- 295/2023 saylı qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilərək iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və cаvаbdеh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya hər ikisinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının və səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsində göstərilir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən alimetin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Qanununa əsasən, 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Qanun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarı. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarını tam yoxlamağı məqsədəmüvafiq hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə aliment məbləğinin 130 manat müəyyən edilməsi hissəsində işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(035)- 295/2023 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahlarından iki uşaqları xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X10 doğulmuşdur. Zərdab Rayon Məhkəməsinin 2(035)-498/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tərəflərin aralarındakı nikah pozulmuş, uşaqlar hazırki iddiaçının (ananın) himayəsində saxlanılmışlar. Həmin Məhkəmənin 2(035)-507/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən hazırki cavabdehdən uşaqları Aqil və Raqilin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat, cəmi 220 manat məbləğində aliment tutulması qət edilmişdir. Hazırda iddiaçı övladı barəsində məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 220 (iki yüz iyirmi) manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Apellyatorun apellyasiya şikayətinin əsası Azərbaycanda uşaqların minimum yaşayış həddinin 220 manat olmasıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir, lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. Eyni zamanda kollegiya qeyd edir ki, aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri mütənasib aliment miqdarının müəyyən edilməsi, uşaqların hüquq və mənafeləri ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquqi və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə birgə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, uşağın təlabatlarının artmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını və Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 220 manat məbləğində müəyyən edilməsini, eləcə də diqqətəlayiq olan halları nəzərə alaraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh tutulan alimentin məbləği dəyişdirilməli, cavabdehdən hər ay bir uşaq üçün 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Zərdab Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(035)-295/2023 saylı qətnaməsi dəyişdirilməli, xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392-393, 402-403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Zərdab Rayon Məhkəməsinin 18 may 2023-cü il tarixli, 2(035)-295/2023 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2008-ci il təvəllüdlü X13 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar