Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-935/2022 19.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Eyvazov Akif Məhərləm oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “həyət qapısının məcburi bağlanması və dövlət rüsumu tələbi”nə dair tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həyətyanı sahəsi ilə onun həyətyanı sahəsi arasında açılmış 2 gediş-gəliş qapısının bağlanmasına, dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadı ilə mülki işin icraatına xitam verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan qərardadın dəlilləri ilə razılaşmayaraq şikayət vermişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı onunla doğma qardaşdır. Onların həyətləri qonşudur, həyətlərdən bir-birinə keçid, ara qapısı qoyulub. Həmin qapı mərhum atasının sağlığında qoyulsa da, razılığı olmayıb. 2020-ci ilin sonlarından cavabdeh və onun ailə üzvləri ilə münasibətləri pisləşib, mübahisələr məhkəmə qaydasında araşdırılıb. Zərdab Rayon Məhkəməsinin 2(035)-37/2021 saylı işi üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə həyətləri arasındakı iki qapının bağlanmasına dair iddiası təmin edilməmişdir. Məhkəmə həyətləri arasındakı iki qapının bağlanmasına dair iddianı təmin etməməsini onunla əsaslndırmışdır ki, həmin qapı mülkiyyətçi tərəfindən bağlana bilər. Məhkəmə qətnaməsindən sonra 2022-ci ilin fevral ayının sonunda və mart ayının 10-da iki dəfə həmin qapıları bağlamağa cəhd etmişdir. Lakin cavabdeh imkan verməmişdir. Məhkəmə bu xüsusatları nəzərə almadan hesab etmişdir ki, hazırkı iddia ilə əvvəlki iddia eyni mahiyyətlədir. Əslində isə birinci dəfə iddia verərkən o, qapını bağlamağa cəhd etməmişdir. Odur ki, bu hal eyni tərəflər arasında eyni predmet üzrə təkrar iddianın mümkünsüzlüyünün təsiri altına düşmür və cavabdehin hərəkəti mülkiyyət hüquqlarını pozmur. Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadı ilə şikayətin təmin olunmaması və şikayətin işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MMin) 397.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)- 336/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası iş materiallarını baxaraq müəyyən etmişdir ki, iş materiallarında olan Zərdab Rayon Məhkəməsinin 2(035)-37/2021 saylı işi üzrə 09 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçının eyni cavabdehə qarşı olan eyni iddia tələbinə məhkəmədə bir dəfə baxılmış və iddia tələbi rədd edilmiş və qətnamə artıq qanuni qüvvəsini almışdır. Hazırda İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin həyətyanı sahəsi ilə onun həyətyanı sahəsi arasında açılmış 2 gediş-gəliş qapısının bağlanmasına, dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Göründüyü kimi hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı cavabdehin həyətyanı sahəsi ilə onun həyətyanı sahəsi arasında açılmış 2 gediş-gəliş qapısının bağlanmasına, dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutlması tələbinə dair artıq qanuni qüvvəyə minmiş qətnamə mövcuddur. Yəni tərəf eyni, predmet eyni və əsas eynidir. Birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə tərəflər eyni əsas üzrə eyni predmet barəsində tələbi yenidən irəli sürə bilməzlər. Odur ki, İddiaçı Cavabdeh qarşı “həyət qapısının məcburi bağlanması və dövlət rüsumu tələbi”nə dair iddiası üzrə çıxarılmış Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadı qəbul edilərkən düzgün nəticəyə gəlmişdir. Belə ki, MPM-in 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Məhkəmə kollegiyası hesab edir ki, Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edildiyindən, qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli, iş üzrə Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 398.0.1-ci mаddəsinə əsаsən Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. MPM-in 402.2.4-cü maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının iş üzrə icraata xitam verilməsi barədə qərardadından kassasiya şikayəti verilə bilər. MPM-in 400-cü maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Məhkəmə kollegiyası göstərilənlərə əsаslanaraq və MPM-in 360, 363. 364 və 397- 400-cü mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 02 iyun 2022-ci il tarixli, 2(035)-336/2022 nömrəli qərardadı verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardad, qərardaddan kassasiya şikayəti verilməmişdirsə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir. Qərardaddan, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Kollegiyası vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2(107)-935/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-935/2022
19.07.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver