Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-937/2020 20.05.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Ələddin Tofiq oğlu (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Mahmudov Ayaz Akif oğlundan ibarət tərkibdə, Muradlı Yeganə Rafail qızının katibliyi ilə, İddiaçıxxxxCavabdeh qarşı pul tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2387/2019 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2387/2019 nömrəli qətnaməsi ilə (hakim Hüseyn Mirzəliyev) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh oğlundan 6117.54 (altı min bir yüz on yeddi manat əlli dörd qəpik) manat məbləğdə pulun alınıb “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə verilməsi, dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun Cavabdeh oğlundan alınıb “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi, ı̇ ddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. İşin halları isədnəyamünxxxx”xxxx“ iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək, Cavabdeh oğlundan 6117.54 manat əsas, 3405.21 manat cərimə borcu olmaqla, cəmi 9522.75 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb “xxxx” MMC-nə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ı̇ ddiaçı “xxxx”xxxxetibarnamə üzrə nümayəndəsi X1 oğlu iddia tələbində qalaraq verdiyi izahatında göstərmişdir ki, “xxxx” MMC, “MKT-Yevlax” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2016-cı il tarixli, 17274033 saylı müqaviləyə əsasən cavabdeh 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentner məhsul əldə etməklə 40 ton xampambıq məhsulu istehsal edib iddiaçıya satmağı öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar cavabdeh iddiaçıdan 9339.02 manat məbləğində avans vəsaiti götürmüşdür. Müqavilə şərtinə əsasən Cavabdeh götürdüyü avansın dəyərini xam pambıqla ödəməli və avans götürdüyü vəsait üzrə borcunu bağladıqdan sonra təhvil verməli olduğu halda, xam pambığın qalan dəyərini müqavilədə göstərilən müddətdə almalı olmuşdur. Lakin, nəticədə cavabdeh 2738.06 manat məbləğində 5947.93 kq xam pambıq təhvil vermişdir ki, bu da müqavilədə nəzərdə tutulan miqdardan az olmuş və müqavilə şərtləri pozulmuşdur. Fəxri Abuləzimov təhvil götürdüyüavans vəsaitlərin dəyərinə görə yaranmış ümumi borcundan 483.42 manat dəyərində vəsaitləri cəmiyyətə geri qaytarmışdır. Son nəticədə cavabdehin avans vəsaitə görə iddiaçıya 6117.54 manat borcu qalmışdır. Cavabdeh müqavilədə nəzərdə tutulan miqdarda xam pambıq vermədiyi halda yerinə yetirilməyən öhdəliklər üzrə xam pambığın 1-ci növ qiyməti ilə 20 faiz həcmdə cərimə ödəməlidir ki, bu cərimənin də məbləği 3405.21 manat təşkil etmişdir. Müqavilə üzrə cavabdeh tərəfindən 40 ton xam pambıq təhvil verilməli olduğu halda, yalnız 5947.93 kq təhvil verilmişdir. Buna görə də Cavabdeh oğlundan 6117.54 manat əsas, 3405.21 manat cərimə borcu olmaqla, cəmi 9522.75 manat məbləğdə pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınıb “xxxx” MMC-nə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh oğlu iddia tələbi ilə razı olmadığını bildirərək verdiyi izahatında göstərmişdir ki, ona məxsus, Yevlax rayonun Hürüuşağı kəndində yerləşən 20 hektar torpaq sahəsinin pambıq əkininə yararlı olubolmadığı yoxlanılmadan ona 2016-cı ilin aprel ayında həmin sahədə məcburi pambıq əkilməsi tapşırılmış və bu barədə iddiaçı “xxxx” MMC ilə müqavilə bağlamışdır. Müqaviləyə əsasən iddiaçı “xxxx” MMC bütün aqrotexniki işləri və becərilməyə köməklik göstərilməsini öz üzərinə götürmüşdür. Lakin, həmin sahədə pambığın vaxtında əkilməsi üçün iddiaçı tərəfindən heç bir tədbir görülməmiş, suvarma ilə təmin edilməmiş və bu işlərə nəzarət edən Yevlax rayon İ̇cra Hakimiyyəti tərəfindən heç bir köməklik göstərilməmişdir. Bunun da nəticəsində məhsuldarlıq olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi çıxarılmışdır. Qətnаmədən nаrаzı qalan Cavabdeh apelyasiya şikаyəti vermişdir. Apelyasiya şikayətinin dəlilləri Cаvаbdeh Cavabdeh apelyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki,xx xxxxxx 2016-cı il tarixdə "xxxx"xxxx"MTK-Yevlax" filialı ona məxsus olan Yevlax rayon Hürüuşağı kəndində yerləşən 20 hektar torpaq sahəsinin pambıq əkininə yararlı olub-olmadığı yoxlanılmadan ona 2016-cı ilin aprel ayında həmin sahədə məcburi pambıq əkilməyi tapşırılmış və bu barədə onunla "xxxxsı"xxxx"xxxx"MMC bütün aqrotexniki işləri və becərilməyə köməklik göstərilməsini öz üzərinə götürmüşdür. Lakin, həmin sahədə pambığın vaxtında əkilməsi üçün onlar tərəfindən heç bir tədbir görülməmiş, suvarma ilə təmin edilməmiş və bu işlərə nəzarət edən Yevlax rayon İcra Hakimiyyəti tərəfindən heç bir köməklik göstərilməmişdir. Bununda nəticəsində məhsuldarlıq az olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin qət etdiyi bu qətnamədən narazıdır. Çünki “xxxx” MMC müqavilədə göstərilən şərtlərin heç birinə əməl etməyib. Hətta o, bununla bağlı Azərbaycan Respublikasının Prezidenti X2 rəsmi olaraq müraciət etmişdir. Prezident Aparatından ona verilən rəsmi məlumata görə bu işin araşdırılması üçün Yevlax İcra Hakimiyyətinin keçmiş icra başçısı Qoca Səmədova göndərilib. Ancaq yenə də Yevlax İcra Hakimiyyətindən heç bir məlumat ona verilməmişdir. Bundan sonra Prezident aparatına teleqram vuraraq yenidən işə baxılmasını xahiş etmişdir. Onlar yenidən işə baxaraq rəy verilməsi üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə göndərmişlər. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyin verdiyi rəyə əsasən yonca sahəsinin yazda şumlanaraq yerinə pambıq əkilməsi aqrotexniki və iqtisadi baxımından əlverişli olmadığından sözügedən yonca sahəsinin şumlanaraq yerinə pambıq bitkisinin əkilməsi məqsədəuyğun hesab edilmir. Ancaq buna baxmayaraq "xxxxsi" MMC yenə də ondan məhsul tələb edir. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)- 2387/2019 nömrəli qətnaməsinə yenidən baxılaraq qətnamə çıxarılmasını xahiş edir. Tərəflərin İzahatları İddiaçıxxxxnümayəndəsi və Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apelyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətlərində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətlərin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, Cavabdeh apelyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2387/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apelyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Ona görə də məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir. İşdə olan2017-ci il mövsümüüzrə xam-pambığın alqı-satqısına dair xx xxxxxx 2016-cı il tarixli müqaviləsinin surətindən görünür ki, həmin tarixdə bir tərəfdən “xxxx” MMC ilə Cavabdeh oğlu arasında müqavilə bağlanmışdır. Müqavilənin predmeti 2017-ci il mövsümüüzrə xam-pambığın istehsalı və alqısatqısı sahəsində tərəflərin öhdəlikləri üzrə vəzifələrinin tənzimlənməsindən ibarətdir. Müqavilənin 2.1.1-ci bəndinə əsasən Cavabdeh oğlu 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara əsasən Azərbaycan Elmi- Tədqiqat Pambıqçılıq İ̇nstitutunun Pambıqtəmizləmə Sənayesi üzrə filial tərəfindən hazırlanmış və əd”üçküradəT“ saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. İşdə olanpretenziyadan görünür ki, Cavabdeh oğlundan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks təqdirdə məhkəmə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Аzərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 14.2.1, 386.1, 425.1, 442, 443.1, 448.1, 462.1, 463.2, 598, 600.2, 600.4, 601.1 və 602.6-cı maddələrinə istinad etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri kimi tərəflər arasında müqavilənin olması müəyyən edilmişdir. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinəəsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.2-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 598-ci maddəsinə görə, əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanın qiymətini vaxtında ödəmirsə, satıcı əşyanın qiymətini ödəməyi tələb edə bilər. Mülki Məcəllənin nisyə satılmış əşyanın ödənilməsini tənzimləyən 600.2-602.6-cı maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini tələb edə bilər. Qanunvericiliyə görə satılan əşyanın ödənilməsi qaydaları və vaxtı tərəflər arasında bağlanan müqavilənin şərtləri ilə müəyyən olunur. Mülki Məcəllənin 601.1-ci maddəsində göstərilmişdir ki, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən olunmuşdur ki, iddiaçı “xxxx” MMC ilə Cavabdeh oğlunun arasında xx xxxxxx 2016-cı il tarixdə Yevlax şəhərində xam-pambığın alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh oğlu 20 hektar sahədə pambıq əkməyi və hər hektardan 20 sentnerdən az olmamaqla istehsal etdiyi xam-pambığı bütünlüklə mövcud standartlara əsasən Azərbaycan Elmi-Tədqiqat Pambıqçılıq İ̇nstitutunun Pambıqtəmizləmə Sənayesi üzrə filial tərəfindən hazırlanmış və əd”üçküradəT“ saxlanılan etalonlara uyğun olaraq kondisiya çəkidə müqavilədə qeyd olunmuş qiymətlərlə alıcının mülkiyyətinə təhvil verməyi öhdəsinə götürmüşdür. Lakin, Cavabdeh müqavilə üzrə götürdüyüöhdəliyi lazımi qaydada yerinə yetirməmiş, nəticədə onun 6117.54 manat əsas və 3405.21 manat cərimə borcu yaranmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri alqı-satqı münasibətləri ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də mübahisənin həlli zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin alqı-satqıya dair 29-cu fəslinin birinci paraqrafının müddəaları tətbiq olunmalı və aşağıdakılara əsasən iddia tələbi qismən təmin edilməlidir. Cavabdeh ilə bağlanmış müqavilələrin şərtinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinin tələbinə görə, iddiaçı cavabdehə alqı-satqı müqaviləsi üzrə öhdəlikləri icra etmədiyi üçün 3405.21 manat məbləğdə cərimə hesablamışdır. Lakin birinci instansiya məhkəməsi cavabdehə 3405.21 manat məbləğdə dəbbə pulunun düzgün hesablanmadığı qənaətindədir. İddiaçı cavabdehdən 3405.21 manat məbləğdə cərimə pulu tələb etsə də, bu barədə məhkəməyə heç bir əsaslı sübut təqdim etməmişdir. Buna görə də iddia tələbinin cərimə pulunun ödənilməsinə dair hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğdə pul vəsaiti iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnamə qəbul edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanları nəzərə alan məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi iddianın qisməntəmin edilməsini qət etməklə əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyasının apelyasiya baxışında apelyasiya şikayətində qoyulmuş əsaslarla qətnamənin ləğv olunmasına və apelyasiya şikayətinin təmin edilməsinə əsas ola biləcək hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda bunu etmədiyindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları birinci instansiya məhkəməsinə təqdim etdiyindən cavabdehin göstərdikləri əsaslı hesab edilə bilməz. İddiaçı cavabdehdən 3405.21 manat məbləğdə cərimə pulu tələb etsə də, birinci instansiya məhkəməsi iddianı həmin hissədə təmin etməmişdir. Lakin, iddiaçı qətnaməni mübahisələndirmədiyindən həmin hissədə araşdırma aparılmamışdır. Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Həmin Məcəllənin 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərəkhesаb edirki, birinci instаnsiyа məhkəməsi iddianın qismən təmin edilməsini qət edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin apelyasiya qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apelyasiya şikаyəti təmin edilmədən, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)-2387/2019 nömrəli qətnaməsi isə dəyişdirilmədən sаxlаnılmаlıdır. Azərbаycаn Respublikаsı Mülki-Prosessuаl Məcəlləsinin 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 384.0.1-ci mаddəsinə görə apelyasiya instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, apelyasiya şikаyətini isə təmin etmədən sаxlаyа bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(051)- 2387/2019 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Cavabdeh tərəfindən verilmiş аpelyasiya şikayəti təmin edilməsin. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Ələddin Məcidov Hаkimlər: Mahir Əsədli Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-937/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-937/2020
20.05.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver