Məhkəmə qərarları › İş №2(107)-938/2022

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-938/2022

26.07.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-938/2022 26.07.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” barədə qarşılıqlı iddia tələbinə dair (Açar sözlər: aliment miqdarının artırılması- aliment miqdarının azaldılması) Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5 və İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair ilk, Cavabdeh İddiaçı qarşı “alimentin miqdarının azaldılması” barədə qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(035)-278/2022 nömrəli qətnaməsindən İddiaçı, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şamaxı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə evliliklərindən xx.xx.2012-ci il təvəllüdlü X8 anadan olmuşdur.

2. Zərdab Rayon Məhkəməsinin 2(035)-374/2020 saylı xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1502/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir.

3. Dövlət Sosial Müdafiə Fondunun Şamaxı rayon şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş 000605 nömrəli vəsiqənin notariat qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh gözdən əlildir.

4. Şamaxı Rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixdə верилмиш nikah haqqında şəhadətnamənin notariat qaydasında təsdiq olunmuş surətindən эюрцнцр ки, Cavabdeh ilə X4 арасында xx.xx.2015-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 270 № ilə qeyd edilməklə rəsmi nikah bağlanmış, ərə Əsgərov, arvada Əsgərova soyadı verilmişdir.

5. Şamaxı rayon qeydiyyat şöbəsi tərəfindən verilmişdoğum haqqında şəhadətnamələrin notariat qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh və Validə Əsgərovanın birgə nikahından iki uşağı - xx.xx.2016-cı il təvəllüdlü X9 və xx.xx.2018-ci il təvəllüdlüƏsgərli Mədinə Altay qızı doğulmuşdur.

6. X2 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, № MŞİH-14671 nömrəli “ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, ilkin İddiaçı məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, qarşılıqlı iddiaçı Cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. İlkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərcini İddiaçı tək ödəmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

7. İlk İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Zərdab Rayon Məhkəməsinin 2(035)-374/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən tutulan alimentin miqdarı dəyişdirilərək xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 manat məbləğində alimentin və ilkin mediasiya xərci üçün ödədiyi 50 manat pulun cavabdehdən onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Qarşılıqlı iddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ikin iddianın rədd olunması və onun qarşılıqlı iddia tələbinin təmin edilərək xx.xx.2012-ci il təvəllüdlü övladı X1 üçün ondan tutulan alimentin miqdarının azaldılaraq hər ay 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İlk iddia tələbi onunla əsaslandırılmışdır ki, Zərdab Rayon Məhkəməsinin 2(035)- 374/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən oğlu xx.xx.2012ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment tutulması qət edilmişdir. Həmin qətnamənin çıxarılmasından artıq təxminən 02 il keçmişdir. Dövlət tərəfindən aliment miqdarının artırılmasına hər il qərar verilir. Bu il üçün bir uşağa görə alimentin miqdarı 193 manat müəyyən edilmişdir. Uşağı xəstə olduğuna görə heç bir yerdə işləyə bilmir, heç bir yerdən gəliri yoxdur, uşağın ehtiyaclarını tam ödəyə bilmir, dolanışıqda əziyyət çəkir. Cavabdeh uşağı Adillə maraqlanmır. Tutulması qət edilən alimentin miqdarı hazırkı bazar şəraitində, bahalaşma vəziyyətində uşağın tələbatını təmin etmir. Məsələnin mediasiya qaydasında həll edilməsi üçün müraciət etsə də, cavabdeh mediasiya sesiyasında iştirak etməmişdir. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, gözdən birinci qrup əlil olmaqla 430 manat müavinət alır. Yeni ailəlsindən iki uşağı var. Birinci evliliyindən doğulan uşağı Adilin saxlanılması üçün Zərdab Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən hər ay 150 manat tutulması qət edilən alimenti vaxtlı-vaxtında ödəyir. Müavinətinin qalan hissəsi ilə isə hazırkı ailəsini çətinliklə təmin edir. Adilin artıq 10 yaşı var və onun ana qayğısına ehtiyacı yoxdur, yəni anasının bütün günü yanında qalmasına zərurət yoxdur, gedib işləyə bilər. Uşağı saxlamaq öhdəliyi tək onun üzərinə qoyulmalı deyil, uşağın anası İddiaçı da uşağın tələbatlarını ödənilməsində iştirak etməlidir.

11. Zərdab Rayon Məhkəməsinin (hakim T.Qubadov) 2(035)-374/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarının dəyişdirilərək Cavabdeh xx.xx.2012ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 180 manat aliment tutularaq ilk İddiaçı verilməsi, dəyişdirilən miqdarda alimentin tutulmasının əvvəlinin qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanması, iddia ərizəsinə məhkəmədə baxılması üçün ödənilməli olan 30 manat dövlət rüsumunun qarşılıqlı iddiaçı Cavabdeh tutularaq dövlət mədaxilinə, ilkin mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 50 manat məbləğində mediasiya xərci isə İddiaçı ödənilməsi, ilk iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zərdab Rayon Məhkəməsinin 22.06.202-ci il tarixli, 2(035)-374/2020 saylı qətnaməsinə əsasən İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası qismən təmin edilərək, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1502/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən tutulan alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 150 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin çıxarılmasından 01 il, 11 ay müddət keçmişdir.

13. İlkin İddiaçı uşağın saxlanılması üçün həmin miqdarda alimentin tutulmasının davam etməsinin hazırkı bazar şəraitində uşağın saxlanmasında yetərli olmadığını iddia edərək artırılmasını xahiş etmişdir.

14. Qarşılıqlı iddiaçı ondan tutulmalı olan alimentin azaldılaraq 100 manat məbləğində müəyyən edilməsini xahiş etmişdir.

15. Məhkəmə həm ilk iddia ərizəsinə, həm də qarşılıqlı iddia ərizəsinə, işin yuxarıda müəyyən olunan hallarına və iş materiallarına qarşılıqlı şəkildə qiymət verərək belə nəticəyə gəlir ki, hazırkı qarşılıqlı iddiaçı Cavabdeh alimentin tutulmasına dair Zərdab Rayon Məhkəməsinin 2(035)-374/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin qəbul edilməsindən təxminən 02 il, daha doğrusu 01 il, 11 ay müddət keçdiyindən alimentin ödənilməsinin əvvəlki qaydada davam etməsi hazırkı şəraitdə uşağın normal inkişafını təmin edilməsi üçün yetərli deyildir. Həmin məbləğ Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən xeyli azdır.

16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci hissəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Malinin Rusiyaya qarşı” iş üzrə 12 dekabr 2017-ci il tarixli qərarına, “Uşaq hüququları haqqında” Azərbaycan Respublikası qanununun 13 və 19-cu maddələrinə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1 və 112.1-ci maddələrinə, Azərbaycan Respublikasında 2022ci il üşün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1, 76.2, 106.1 və 233.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

17. Qətnamədən narazı qalan İddiaçı, Cavabdeh apellyasiya şikayəti vermişlər.

18. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərdab rayon məhkəməsinin iş üzrə qətnaməsində yazılanlardan görünür ki, o gözdən 1-ci qrup əlildir. Faktiki olaraq o bu işıqlı həyatı görmür və buna görə də 430 (dörd yüz otuz) manat əlillik pensiyası alır.

19. Əlavə olaraq Apellyasiya Məhkəməsinə bildirir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində yazılanlardan görünür ki, o, hal-hazırda yeni ailə həyatı qurmuş və yeni birgə nikahlarından iki övladı vardır. Ailə üzvləri - yeni həyat yoldaşı, hazırki iki uşağı və birdə keçmiş həyat yoldaşı ila birgə nikahdan olan bir uşağı olmaqla cəmi 5 nəfərdirlər. Ailə üzvlərinin hamısı yeganə aylıq gəliri olan bu 430 manat pensiyaya göz dikiblər. Hərəyə nə qədər pay düşürsə, bunu Apellyasiya Məhkəməsi müəyyənləşdirməsini istəyir. Zərdab rayon məhkəməsi düzgün bölgü apara bilməmişdir. Birinci instansiya məhkəməsi 430 manat pensiyanın 180 manatı bir uşağa, qalan 250 manatı isə qalan 4 nəfər ailə üzvünə çatmalıdır. Digər tərəfdən Zərdab rayon məhkəməsində ona qarşılıqlı iddia ərizəsi imzalatdırıb buna görə. 40 manat rüsum ödətdirmişlər, amma bunun bir faydası olmamışdır. O, 1-ci qrup əlildir. Gözləri görmür, Zərdab rayon məhkəmə orqanları isə bundan istifadə edib onun əlillik pensiyasını faydasız yerlərə rüsum kimi ödətdirdilər. Həmin 40 manat rüsum onun özünə qaytarılmalıdır.

20. Zərdab Rayon Məhkəməsi 2(035)-278/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməni qət edərkən özünün korrupsiya maraqlarına xidmət etməklə iş üzrə maddi və prosessual hüquq normalarını pozaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1ci maddəsini nəzərə almamışdır. Nəticədə iş üzrə düzgün olmayan qətnamə qət edilmiş, qanunlar düzgün təfsiq edilməmişdir.

21. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini Zərdab Rayon Məhkəməsinin 2(035)-278/2022 saylı, 29 aprel 2022-ci il tarixli qətnaməsini tamamilə ləğv edərək iş üzrə yeni qətnamə çıxarmaqla iddia tələbinin rədd edilməsini, qarşılıqlı iddia tələbini təmin edərək iddiaçı ilə birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X6 yetkinlik yaşınadək saxlanması üçün ondan tutulan alimentin məbləğinin azaldılaraq hər ay 100 manata endirilməsi barədə yeni qətnamə qət edilməsini, birinci instansiya məhkəməsində ödətdirilmiş 40 manat rüsumun və hazırki apellyasiya şikayəti üçün ödədiyi 15 manat rüsumun iddiaçıdan alınaraq ona qaytarılmasını, iddiaçının 50 manat Mediasiya xərcinin isə iddiaçının özünə aid edilməsi bərədə qətnamə qət edilməsini xahiş etmişdir.

22. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Zərdab rayon Məhkəməsinin 2(035)-278/2022 nömrəli mülki iş üzrə29.0A.2022-ci il tarixdə qəbul etdiyi qətnamədə onun hüquqları pozulmuşdur. Demək olar ki, əvvəllər himayəsində yaşadıqları birinci qrup yataq xəstəsi olan atasının pensiyası ilə dolanmaqlarını, atasının 2020-ci ilin ayında vəfat etməsini, bunun nəticəsində də çətin olan vəziyyətlərinin daha da çətinləşməsi və verilən alimentin miqdarının azlığı nəzərə alınmamışdır.

23. Zərdab Rayon Məhkəməsinin 2(035)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin nəticə hissəsində qət edilmiş ardıcıllığa nəzər saldıqda görünür ki, hakim tərəfindən alimentin cüzi artırılması ilə uşağın təlabatın ödənilməsi daha da çətinləşmişdir. Məhkəmənin bu qənaəti onun mənafeyinə tamamilə ziddir. Demək olar ki, o uşağının dərmanlarının və gündəlik ərzağının bir hissəsinin atasının pensiyası ilə alırdı. Nədənsə məhkəmə bu faktları demək olar ki, heç nəzərə almamışdır. Məhkəmənin bu qənaəti onun mənafeyinə tamamilə ziddir. Belə ki, həmin ödəniləcək alimentin miqdarı çox aşağı olması uşağın gündəlik tələbatının ödənilməsində ona çətinlik yaradır.

24. Zərdab rayon Məhkəməsinin 2(035)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilməli və onun iddiası üzrə yeni qətnamə ilə təmin edilməlidir. Demək olar ki, iddianın qismən təmin olunması ilə uşağının və onun mənafeyinin məhkəmə tərəfindən nəzərə alınmaması və məhkəmənin gəldiyi nəticə tamamilə ədalətsizdir.

25. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin olunmasını, Alimentin 200 manat artırılmasını, mediasiya şurasına ödədiyi 50 manatın cavabdehdən alınaraq ona verilməsini, Zərdab Rayon Məhkəməsinin 2(035)-278/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsini ləğv edib yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, hazırda heç bir yerdə işləmir. Uşaq böyüdükcə onun tələbatları da günbəgün artır. Cavabdeh isə uşağın saxlanılması üçün əlavə heç bir köməklik göstərmir. Cavabdeh rəsmi işləməsə də, həm normal pensiya alır, həm də təsərrüfatla məşğul olur. Ona görə də özü tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını və alimentin məbləğinin 200 manat müəyyən edilməsini xahiş edir. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını xahiş edir.

28. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh (qarşılıqlı iddiaçı) Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişdir. Kollegiya Mülki Prosessual Məcəlləin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

29. Azərbaycan Respublikası Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

30. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 75.1.-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəlirləri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

31. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

32. “Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunun: Azərbaycan Respublikası “Uşaq Hüquqları” haqqında Qanunun 3-cü maddəsinə görə, uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir.

33. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci ildə uşaqlar üçün yaşayış minimumu 193 manat müəyyən edilmişdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. maddəsinə görə, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

35. Apellyasiya şikayətlərindən görünür ki, iddiaçı Zərdab Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(035)-278/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin artırılmasını, cavabdeh isə həmin alimentin azaldılmasını xahiş edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur

37. İlk olaraq cavabdehin apellyasiya şikayətinə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır. Ona görə də təmin edilməməlidir.

38. Birincisi ona görə ki, cavabdehin göstərdiyi dəlillər onu uşağı ilə bağlı hər hansı bir vəzifəsindən, o cümlədən uşağı saxlamaq, saxlamadıqda isə uşağın saxlanması üçün məhkəmə qaydasında müəyən edilmiş aliment ödəmək vəzifəsindən azad etmir. Cavabdehin, apellyasiya şikayətində göstərdiyi arqumentlər onu həm mənəvi, həm də hüquqi cəhətdən borclu olduğu uşağının saxlanılmasına görə müəyyən edilmiş aliment ödəmək öhdəliyindən azad edilməsi üçün əsas ola bilməz. Çünki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi cavabdehin də valideyn kimi borcu və vəzifəsi olduğundan onun da həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir.

39. İkincisi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir.

40. Üçüncüsü, məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir, lakin məhkəmə qaydasında müəyyən olunmuş alimentin miqdarının dəyişdirilməsini tərəflərin ailə və maddi vəziyyətində yaranmış dəyişikliklə şərtləndirilməsi zəruri və vacib elementlərdəndir.

41. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğini 180 manat müəyyən etməklə düzgün nəticəyə gəlmişdir.

42. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yanaşı formal mülahizələrlə əsaslandırılmışdır. Ona görə də təmin edilməsi üçün hər hansı əsas mövcud deyildir.

43. Birincisi ona görə ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində göstərilənlər alimentin artırılması üçün deyil, daha çox yaranmış xərclərin ödənilməsinə dair olan dəlillərdir ki, hazırki iş üzrə də belə bir tələb olmamışdır. Bundan əlavə məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq iddiaçı həmin dəlilləri təsdiq edən mötəbər sübutlar təqdim edilməmişdir.

44. İkincisi, iddiaçı cavabdehin maddi imkanının yetərli olduğunu bildirsə də, bu imkanın tələb edilən alimentin ödənilməsini təmin edəcək dərəcədə olmasına dair nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə hər hansı bir mötəbər sübut təqdim etməmiş, göstərdiyi dəlilləri öz mülahizəsi ilıə əsaslandırmağa çalışmış, eləcə də özünün izahatının daha mötəbər sübut kimi qiymətləndirilməsini israr etmişdir.

45. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə düzgün nəticəyə gəlmişdir.

46. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmamış, tərəflərin apellyasiya şikayətlərində göstərdiyi dəlillər isə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi tərəflərin hər ikisinə münasibətdə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz .

47. Kollegiya həmçinin MPM-in 402.1-ci çmaddəsinə əsasən belə qənaətə gəlir ki, qətnamənin mübahisələndirilən hissəsi-bir illik ödəməsinin məcmusu 5000 manatdan az olduğundan hazırki qətnamədən kassasiya şikayət verilə bilməz.

48. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ: İddiaçı və Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 29 aprel 2022-ci il tarixli, 2(035)-278/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikаyəti verilə bilməz.

Sədrlik edən Ayaz Mahmudov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar