Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-94/2024 17.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcu, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı ASCnin nümayəndəsi X3, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Məmmədov Cahid Məhərrəm oğlunun hüquqi varisi X4 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 2(046)-1145/2023 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. Məmmədov Cahid Məhərrəm oğlu ilə İddiaçı ASC arasında xx.xx.2019-ci il tarixli Rest № 003CASA191900022 saylı güzəştli kredit müqaviləsi bağlanmış, Məmmədov Cahid Məhərrəm oğluna 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 11.605 manat məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1 ilə 003FİZAM49289303 saylı xx.xx.2019-cu il tarixli, Cavabdeh2 ilə 003FİZAM13294510 sayıl xx.xx.2019-cu il tarixli, Cavabdeh3 ilə 003FİZAM47775503 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Məmmədov Cahid Məhərrəm oğlu xx.xx.2020-ci il tarixində ölmüşdür.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Məmmədov Cahid Məhərrəm oğlu ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-ci il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9138 manat 20 qəpik məbləğində əsas kredit borcunun, 50 manat 49 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun, cəmi 9188 manat 69 qəpik məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 111 manat 89 qəpik məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2019-cu il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsinə əsasən Məmmədov Cahid Məhərrəm oğluna 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 7054 manat 81 qəpik məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi bankla cavabdehlər Cavabdeh1 ilə 003FİZAM49289303 saylı xx.xx.2019-cu il tarixli, Cavabdeh2 ilə 003FİZAM13294510 sayıl xx.xx.2019-cu il tarixli, Cavabdeh3 ilə 003FİZAM47775503 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmış və onlar, kredit müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərlərinə götürmüşlər. Məmmədov Cahid Məhərrəm oğlu onunla bağlanmış güzəştli kredit müqaviləsinin şərtlərinə əməl etmədiyindən, onun özünə, eləcədə öhdəlik üzrə zaminləri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 dəfələrlə şifahi və rəsmi (bildirişlə) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Güzəştli kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən Məmmədov Cahid Məhərrəm oğlunun xx.xx.2023-ci il tarixə İddiaçı ASC-nə 9138 manat 20 qəpik məbləğində əsas kredit borcu, 50 manat 49 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu olmaqla,cəmi 9188 manat 69 qəpik məbləğində borcu qalmaqdadır. Məmmədov Cahid Məhərrəm oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir və bü günədək hər hansı bir əmlakı üzrə vərəsəlik işi açılmamışdır.
4. Cavabdeh1 nümayəndəsi Nümayəndə2 iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, kredit alan mərhum Məmmədov Cahid Məhərrəm oğlu 05 dekabr 2020-ci il tarixdə vəfat etmiş və öldüyü günədək ödəniş cədvəlinə uyğun olaraq kredit borcunu vaxtında banka ödəmişdir. Buna baxmayaraq iddiaçı mərhumun kredit öhdəliyinin zaminlərinə qarşı məhkəmədə iddia qaldırmışdır. Halbuki iddia tələbi mərhum miras qoyanın mirasını qəbul etmiş vərəsələrinə qarşı verilməli idi. Lakin iddiaçı iddia tələbi ilə birbaşa zaminlərə qarşı müraciət etmişdir.Həmçinin iddiaçı iddia tələbini əsaslandırdığı hallara dair hər hansı sübutu ərizəsinə əlavə etməmişdir.
5. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X5 iddianı müdafiə etdi, izahat verərək bildirdi ki, Məmmədov Cahid Məhərrəm oğlu ilə İddiaçı ASC arasında xx.xx.2019ci il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsi bağlanmış, Məmmədov Cahid Məhərrəm oğluna 5 il müddətinə illik 1% dərəcəsi ilə, 1 il güzəşt müddəti olmaqla 7054 manat 81 qəpik məbləğində kredit verilmişdir. Cavabdehlər Cavabdeh1 ilə 003FİZAM49289303 saylı xx.xx.2019-cu il tarixli, Cavabdeh2 ilə 003FİZAM13294510 sayıl xx.xx.2019-cu il tarixli, Cavabdeh3 ilə 003FİZAM47775503 saylı xx.xx.2019-cu il tarixli zaminlik müqavilələri bağlanmışdır. Məmmədov Cahid Məhərrəm oğlu xx.xx.2020-ci il tarixində vəfat etmişdir. Bu vaxtadək vərəsəlik işi açılmadığından və mirasın qanunla müəyyən edilmiş müddət ərzində qəbul edilməsi faktı müəyyən edilmədiyindən tələb zaminlərə qarşı yönəldilmişdir.İddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin edilməsini xahiş etmişdir.
6. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, Cavabdeh3 ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
7. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, İddiaçı ASC-i ilə Məmmədov Cahid Məhərrəm oğlu arasında etibarlı kredit müqaviləsinin bağlanmasına baxmayaraq, borclu Məmmədov Cahid Məhərrəm oğlu kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. Əsas öhdəlik icra edilmədiyinə görə zamin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu Məmmədov Cahid Məhərrəm oğlu ilə yanaşı kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında birgə məsuliyyət daşıması barədə məsuliyyəti üzərlərinə götürmüşlər.
8. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borclu Məmmədov Cahid Məhərrəm oğlu ilə birlikdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tələbini zaminlərə qarşı irəli sürmək hüququna malik olmuşdur.Belə ki,vəfat etmiş borclu Məmmədov Cahid Məhərrəm oğlunun vərəsələri tərəfindən qanunla müəyyən edilmiş qaydada mirası qəbul etmələri və vərəsəlik işinin açılması müəyyən edilməmişdir.Məhkəmə nəzərə çatdırır ki ,borclunun sıradan çıxması əsas öhdəliyin xitamına səbəb olmur,nə də ki,zaminliyə xitam verilməsi üçün əsas yaratmır. Belə ki, öhdəliklərə xitam verilməsi əsasları Mülki Məcəllənin 527-ci maddəsində, zaminliyə xitam verilməsi əsasları isə Mülki Məcəllənin 477-ci maddəsində qeyd edilmişdir. Ona görə də məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin yalnız cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 pulun alınması barədə tələbinin olmasını nəzərə alıb, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələblərinə uyğun olaraq işə baxmalı olmuşdur.
9. Hazırki iş üzrə də xx.xx.2019-cu il tarixli Rest№ 003CASA191900022saylı güzəştli kredit müqaviləsi üzrə borclu Məmmədov Cahid Məhərrəm oğlunun borcun qaytarılması öhdəliyinə xitam verilməmiş, nə də ki, əsas öhdəliyin və zaminliyə xitam verilməsinə qanuni əsaslar mövcud olmamışdır.
10. Göyçay Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 2(046)-1145/2023 nömrəli qətnaməsi ilə (hakim Elçin Qurbanov) iddia təmin edilmiş, iddiaçı "xxxx" Respublika ASC ilə Məmmədov Cahid Məhərrəm oğlu arasında bağlanmış xx.xx.2019-ci il tarixli Rest№ 003CASA191900022 saylı güzəştli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9138 manat 20 qəpik məbləğində əsas borc, 50 manat 49 qəpik məbləğində faiz borcu, cəmi 9188 manat 69 qəpik məbləğində pulun alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi, dövlət rüsumu üçün ödənilmiş 111 manat 89 qəpik məbləğində pulun cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472, 527 və 739-cu maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
12. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli güzəştli kredit müqaviləsindən görünür ki, İddiaçı ASC ilə Məmmədov Cahid Məhərrəm oğlu arasında illik 1 faiz olmaqla 05 il müddətinə 01 il güzəşt müddəti olmaqla 11.605 manat məbləğində kredit verilməsi barədə müqavilə bağlanmışdır.
13. İşə əlavə edilmiş xx.xx.2019-cu il tarixli zaminlik müqavilələrindən görünür ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 kredit alan Məmmədov Cahid Məhərrəm oğlu öhdəliyini icra etmədikdə (kredit və onun faizini, cəriməni və digər zərəri şərtləşdirilmiş müddət və qaydada ödəmədikdə) həmin öhdəliyin tam icra olunmasını üzərlərinə götürmüşlər.
14. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Məmmədov Cahid Məhərrəm oğlunun İddiaçı ASC-nə 9138 manat 20 qəpik məbləğində əsas, 50 manat 49 qəpik məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, cəmi 9188 manat 69 qəpik məbləğində borcu vardır.
15. İşə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Məmmədov Cahid Məhərrəm oğlu xx.xx.2020-ci il tariuxdə vəfat etmişdir.
16. İş üzrə qətnamədən narazı qalan Cavabdeh1 apellyasiya şikayəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
17. Cavabdeh1 apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, mərhum Məmmədov Cahid Məhərrəm oğlunun kredit öhdəliyinin təminatı kimi o və digər cavabdehlər bankla 09 iyul 2019-cu il tarixdə zaminlik müqaviləsi bağlamışlar. Kredit alan mərhum Məmmədov Cahid Məhərrəm oğlu 05 dekabr 2020-ci il tarixdə vəfat etmiş və öldüyü günədək ödəniş cədvəlinə uyğun olaraq kredit borcunu vaxtında banka ödəmişdir. Kredit alanın ölümündən sonra oğlu Aydın Məmmədov mərhumun kredit borcundan banka ödənişlər etmişdir. Mərhum kredit alanın vərəsələrinin sonuncunun borcunu ödəmək öhdəlikləri olmasına baxmayaraq bank hazırkı tələblə borclunun vərəsələrinə qarşı deyil, zaminlərinə qarşı məhkəmədə iddia qaldırmış və məhkəmə də borclunun vərəsələrini işə cəlb etmədən, onların borcu ödəmək istəyinin olub-olmadığını araşdırmadan zaminlərə qarşı iddia tələbini tam təmin etmişdir.
18. Bu səbəbdən də bankın kredit, faiz və cərimə məbləğini düzgün hesablamasına şübhə edərək obyektiv və düzgün qətnamə qəbul edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini məhkəməyə vəsatət verməklə xahiş etsə də, vəsatəti təmin edilməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş hesabdan çıxarışlar da natamamdır.
19. Ona görə də, Göyçay Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 2(046)- 1145/2023 nömrəli qətnaməsinin ləğv edilib iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
20. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
21. Məhkəmə kollegiyasının iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh3, o cümlədən Məmmədov Cahid Məhərrəm oğlunun hüquqi varisi X6 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
22. Məhkəmə kollegiyasının iclasında İddiaçı ASC-nin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 2(046)-1145/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
23. Cavabdehlərdən Cavabdeh2 işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilən hüquq
24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin kredit müqaviləsi bağlanan vaxt qüvvədə olan: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə görə əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 501-ci maddəsinə görə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Öhdəlik tam icra edilənədək qalan borcluların öhdəlikləri qüvvədə qalır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306-cı mаddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır.
26. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
28. Cavabdeh Göyçay Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 2(046)- 1145/2023 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı təmin edərkən faiz borcunun və cəmi borcun məbləği ilə bağlı hissədə gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472 və 501-ci maddələrinin tələbindən göründüyü kimi, hazırki iş üzrə iddiaçı bank 09 iyul 2019-cu il tarixdə bağlanmış Rest No 003CASA191900022 nömrəli kredit müqaviləsi üzrə borcu həmin müqavilənin təminatı olaraq bağlanmış zaminlik müqavilələri üzrə zaminlərdən tələb etməkdə haqlı olmuşdur.
30. Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinin 30 noyabr 2023-cü il tarixli 9/8376 nömrəli rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 09 iyul 2019cu il tarixdə bağlanmış Rest No 003CASA191900022 nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla cavabdeh Məmmədov Cahid Məhərrəm oğlunun iddiaçı “Bank Respublika" ASC-yə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2023-cü il (sualda göstərilən tarixə) borcu 9409,55 manat - əsas borc üzrə----------9380,63 manat - faiz borcu üzrə----------28,92 manat. İddia tələbində tələb olunan əsas borc 9138 manat 20 qəpik məbləğində olduğu halda, ekspert rəyində əsas borcun məbləği daha artıq - 9380,63 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxardığından kollegiya hesab edir ki, əsas borca aid hissədə ekspert rəyi əsas götürülə bilməz. Faiz borcunun məbləği isə iddia tələbində 50.49 manat tələb edildiyi halda. Ekspert rəyi ilə 28.92 manat müəyyən edildiyindən, kollegiya hesab edir ki, faiz borcunun məbləği ekspert rəyi əsas götürülməklə müəyyən edilməlidir.
31. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməsini qət etməklə faiz borcunun və cəmi borcun məbləğinə dair hissədə düzgün nəticəyə gəlmədiyindən, qətnаmə həmin hissədə fаktlаr nöqteyi-nəzərindən qаnunsuz və əsаssız, mаhiyyəti üzrə isə düzgün olmadığındаn, həmin hissədə qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulduğuna görə Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Göyçay Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 2(046)-1145/2023 nömrəli qətnaməsi faiz borcunun məbləği 28.92 manat və cəmi borcun məbləği 9167.12 manat müəyyən edilməklə dəyişdirilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Göyçay Rayon Məhkəməsinin 7 iyul 2023-cü il tarixli 2(046)-1145/2023 nömrəli qətnaməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada alınıb İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli olan faiz borcunun məbləği 28.92 manat və cəmi borcun məbləği 9167.12 manat müəyyən edilməklə dəyişdirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri olan 100 manat pul Cavabdeh1 tutularaq dövlət büdcəsi hesabına keçirilsin. (AZ34CTRE**********00020 88501; Az.MEM, VÖEN**********, X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli
Elçin Mehdiyev