Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-941/2024 30.07.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə Hakimlər Cavadova Günay İsmayıl qızı (sədrlik edən və məruzəçi), X4 və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Həmidova Günel Vahid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra - Bank) Cavabdeh qızna(bundan sonra- cavabdeh) qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Qəbələ Rayon Məhkəməsinin 29 aprel 2024-cü il tаrixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxılmışdır. İşin halları Bank ilə X3(borcalan) arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 109804-845291/4 nömrəli kredit müqaviləsindən görünür ki, Bank borcalana 36 ay müddətinə illik 20% dərəcəsi ilə 5100 manat məbləğində kredit vermişdir. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. 2V-226 nömrəli, xx.xx.2023-cü il tarixlli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə müəyyən olunur ki, Cavabdeh(hazırki iş üzrə cavabdeh) X1 miras əmlakından tam hissədə pay almış vərəsəsidir. Bank tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən, X1 xx.xx.2021-ci il tarixli, 109804-845291/4 nömrəli kredit müqaviləsi üzrə 09 yanvar 2024-cü il tarixə ödənilməmiş qalmış əsas kredit borcu 5100 manat, əsas borc məbləğinə hesablanmış faiz borcu 95,82 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat Bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12 aprel 2021-ci il tariхli, 109804-845291/4 nömrəli krеdit müqaviləsi üzrə 5100 manat məbləğində əsas bоrc və 95,82 manat faiz borcu оlmaqla, ümumilikdə 5195,82 manat və 72,36 manat məbləğində dövlət rüsumunun tutularaq Banka ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə borcalan X3 arasında bağlanmış 12 aprel 2021-ci il tariхli, 109804-845291/4 nömrəli krеdit müqaviləsinə əsasən borc alana 36 ay müddətinə, illik 20% dərəcəsi ilə 5100 manat məbləğində krеdit vеrilmişdir. Borcalan 12 may 2021-ci il tarixdə vəfat etmişdir. Borcalanın vərəsələrinin olub-olmaması araşdırılarkən məlum olmuşdur ki, X2 dair xx.xx.2023-cü il tarixdə 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Bundan sonra 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisinə vəkil sorğusu verilmiş və sorğu nəticəsində müəyyən edilmişdir ki, X1 vərəsəsi kimi arvadı Cavabdeh tanınmış və bu barədə 03 may 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Cavabdeh miras əmlak olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəs., İnşaatçılar küçəsi, 145, M7, mənzil 4- dən tam hissədə pay almışdır. Bundan sonra X1 vərəsəsi olaraq, kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, lakin Banka olan borc ödənilməmişdir. Qəbələ Rayon Məhkəməsinin(bundan sonra- Rayon Məhkəməsi) e-2(025)- 362/2024 nömrəli iş üzrə qəbul etdiyi 29 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim A.Əliyev) iddia tələbi təmin edilmiş, Cavabdeh 12 aprel 2021-ci il tariхli, 109804-845291/4 nömrəli krеdit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 5100 manat əsas borc və 95,82 manat faiz borcu olmaqla, cəmi 5195,82 manat məbləğində kredit borcu və 72,36 manat dövlət rüsumunun tutulması qət olunmuşdur. Rayon Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara istinadla belə qənaətə gəlmişdir ki, mərhum X1 vərəsəsi Cavabdehdır. Bu mənada hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından (mərhum) X1 vərəsəsi Cavabdeh kreditor (iddiaçı) qarşısında məsuliyyət daşıyır və xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə əsas borc və faiz borcu ondan tutulmalıdır. Mülki iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia təmin olduğundan hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş və tələb edilən 72.36 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Rayon Məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 04 iyun 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.1, 445.2.1, 448.2, 1306, 1146, 1255, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Cavabdeh apellyasiya şikayəti verərək həmin qətnamənin tamamilə ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Hazırki mübahisə üzrə cavabdeh üzərinə hər hansı bir öhdəlik götürməmiş, hər hansı pul vəsaitini iddiaçıdan qəbul etməmişdir. Belə olan halda onun iddiaçıya qarşı öhdəliyindən, iddiaçının xeyrinə pul vəsaiti ödəməli olmağından söhbət gedə bilməz. Mövcud iş materiallarından da aydın olduğu kimi mübahisləndirilən müqavilə xx.xx.2021-ci il tarixində bağlanılmış, mərhum həyat yoldaşı isə xx.xx.2021-ci il tarixində (yəni 1ay sonra) dünyasını dəyişmişdir. Belə olduğu halda, faiz borcu necə hesablanmışdır? Beləliklə, borc üzrə faizin hesablanması qanunsuz olduğundan məhkəmə bu hissəyə də münasibət bildirməmiş, cavabdehin qanunla qorunan hüquqlarını kobud surətdə pozmuşdur. Məhkəmə işə formal yanaşaraq bu kimi halları gözardı etmişdir. X3 xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanılarkən borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanmışdır. Belə olduğu halda, müqavilə üzrə göstərilmiş sığorta hadisəsi baş verdiyindən pul vəsaitinin ondan tələb edilməsi qanunsuzluqdur. b) Apellyasiya şikayətlərinə qarşı etirazın dəlilləri Bank apellyasiya şikayətinə qarşı etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya baxışının məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. Bank apellyasiya baxışının iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra Məhkəmə) prosessual qanunvericiliyin qeyd olunan müddəasını nəzərə almaqla qeyd edir ki, cavabdeh apellyasiya şikayətində qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktının qanuniliyi tam yoxlanılmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. Maddə 740.2. Bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi(MPM) Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, işdə olan sənədlərdən görünür ki, Bank tərəfindən X2 12 aprel 2021-ci il tarixdə illik faiz dərəcəsi 20% olmaqla, 36 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında həmin tarixdə 109804-845291/4 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqavilə X3 tərəfindən imzalanmışdır. X3 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir və cavabdeh onun miras əmlakından tam hissədə pay almış vərəsəsidir. Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi bağlanılarkən götürülmüş kreditinin onun tərəfindən deyil, mərhum əri tərəfindən götürüldüyünü bildirsə də, cavabdehin mərhum X1 vərəsəsi olması işin mübahisəsiz halıdır. Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarının tələblərinə görə, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Məhkəmə qeyd edir ki, cavabdehin mərhum ərinin kredit(borc) öhdəliyi onun ölümü ilə xitam olunmayan öhdəlikdır və mirasa miras qoyanın əmlak hüquqları ilə yanaşı əmlak vəzifələri də daxil olduğuna görə cavabdeh mərhum ərinin kredit öhdəliyi üçün Bank qarşısında məsuliyyət daşıyır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borcalan aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MPM-nin 77-ci maddəsinə görə isə bu öhdəliyin icra edilməsini sübut etmə vəzifəsi borcalanın üzərinə düşür. Lakin iş materiallarından görünür ki, cavabdeh öhdəliyi vaxtında və lazımi qaydada icra etdiyini sübut edə bilmir. Apellyasiya şikayətinin digər dəlili ondan ibarətdir ki, borcalan kredit götürdükdən bir ay sonra ölüb və belə olan halda faiz borcunun hesablanması əsassızdır. Cavabdehin bu dəlili ilə bağlı Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Bank ilə mərhum X3 arasında xx.xx.2021-ci il tarixdə bağlanmış və yuxarıda qeyd edilən kredit müqaviləsindən görünür ki, borcalan kreditdən istifadəyə görə illik 20% dərəcəsi ilə hesablanmış faizləri Banka ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, borcalan sözügedən kredit müqaviləsini bağlamaqla, müqavilənin bütün şərtlərini, o cümlədən də faizin hesablanması və ödənilməsi qaydası barədə şərtlərini qəbul etmişdir. Apellyasiya şikayətinin başqa dəlili isə budur ki, kredit müqaviləsi bağlanarkən borcalan ölüm halından sığortalanmışdır. Belə olduğu halda, müqavilə üzrə göstərilmiş sığorta hadisəsi baş verdiyindən pul vəsaitinin cavabdehdən tələb edilməsi qanunsuzluqdur. Apellyasiya şikayətinin bu dəlilili ilə bağlı Məhkəmə bildirir ki, cavabdeh müzakirə olunan hissədə bildirdiklərini təsdiq edə biləcək sübutu(sığorta müqaviləsi) məhkəmələrə təqdim etməmişdir. Beləliklə də, apellyasiya baxışının nəticələri ilə müəyyən edilir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsaslı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392 və 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Qəbələ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 aprel 2024-cü tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(107)-941/2024
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-941/2024
30.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver