Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-942/2020 16.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X8, İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2 (sonuncu prosesdə iştirak etmir) və Cavabdeh3 iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ödənilmiş behin iki qat qaytarılması və vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə çıxarılmış Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-1778/2019 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayətinə Şəki Apelyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 xx xxx 2019-cu il tarixli beh müqaviləsi əsasında ödədiyi 3500 manat pulun 2 qat- 7000 manat, Cavabdeh2 və Cavabdeh1 4000 manat və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin təmirinə çəkilmiş 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-1778/2019 nömrəli(hakim U.Osmanov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 3500 və 4000 manat məbləğində, cəmi 7500 manat, Cavabdeh3 mənzilin təmirinə çəkilmiş 4000 manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlər Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. . Qətnamədən narazı qalan Cavabdeh3 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 alınaraq iddiaşıya ödənilməsi və Cavabdeh1 barəsində cinayət təqibinin başlanması üçün prokurora məlumat verilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun xüsusi mülkiyyətində mənzil olmuş, bacısı xəstə olduğundan, onun müalicəsinə təcili pul tələb olunmuş və o, mənzilini satıb, daha ucuz qiymətə mənzil almaq qərarına gəlmişdir. Bu niyyətlə o, Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 saylı ünvanda fəaliyyət göstərən «xxxxx» MMC-nin rəisi Cavabdeh1 müraciət etmiş, sonuncu ucuz qiymətə tam təmirsiz, lakin sənədləri qaydasında olan bir mənzil satıldığını və beh müqaviləsi bağlandıqdan sonra alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir. xx xxx 2019-cu il tarixdə 7500 manata almağa razılaşdıqları Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzili almaq üçün mənzilin sahibi Cavabdeh3 nümayəndəsi kimi özünü təqdim edən Cavabdeh2 və xxxxx MMCnin rəisi Cavabdeh1lə beh müqaviləsi bağlayıb 3700 manat pulu sonuncuya vermiş, o da həmin pulun 3500 manatını Cavabdeh2, 200 manatını isə özünə xidmət haqqı kimi götürmüş və 3 (üç) gündən sonra mənzili təhvil almışdır. Mənzilin sənədlərinin hazırlanmasıüçün 1-2 ay vaxt tələb olunduğundan, habelə mənzildə yaşayış qeyri mümkün olduğundan Cavabdeh2 və Cavabdeh1 təkidi və onu inandırmaları səbəbindən mənzildə təmir işlərinə başlamış, təmir üçün materialları isə Cavabdeh1 iştirakı ilə birgə almışdır. Bu müddət ərzində Cavabdeh1 Cavabdeh2 sənəd üçün pulun qalanını da verməli olduğunu bildirdiyindən qalan 4000 manat pulu da hissə-hissə xxxxxə vermiş və bu barədə xx xxx 2019-cu il tarixdə Cavabdeh2 və «xxxxx» MMCnin rəisi Cavabdeh1 də imzası və möhürü ilə Cavabdeh2 pul vəsaitinin hamısının ödənildiyi barədə qəbz almışdır. Hazırki müddətə qədər mənzilə 4000 manatdan artıq təmir üçün vəsait xərcləmiş, lakin mənzilin alqı-satqısını rəsmiləşdirmək istədikdə, Cavabdeh2 qalan 4000 manat pulu almadığını bildirərək müqavilənin rəsmiləşdirilməsindən imtina etmişdir. Bundan sonra o, Mingəçevir şəhər prokurorluğuna şikayət etmiş, orada ona mübahisənin məhkəməyə aid olduğunu bildirmişlər. Ona görə də məhkəmədən Cavabdeh2 xx xxx 2019-cu il tarixli beh müqaviləsi əsasında ödədiyi 3500 manat pulun 2 qat- 7000 manat vəsaitin, Cavabdeh2 və Cavabdeh1 4000 manat və Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 mənzilin təmirinə çəkilmiş 4000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apelyasiya şikayətinin dəlilləri: Cavabdeh3 apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, onun kürəkəni, Cavabdeh2 onun etibarnaməsi olmadan, onun mərhum qaynanasının adına olan mənzili satmaq üçün İddiaçı ilə "xxxxx" MMC-də beh müqaviləsi bağlamışdır. Onun xəbəri olmadan İddiaçı 7.500 manat pul almışdır. "xxxxx" MMC-nin rəhbəri Cavabdeh1 heç bir səlahiyyəti olmadan qanunsuz olaraq notarius funksiyasını yerinə yetirərək Cavabdeh2 ilə əvvəlcədən əlbir olaraq iddia predmeti olan mənzilin satılması üçün cinayət əlaqəsinə girmiş, dələduzluq yolu ilə özgənin əmlakını ələ keçirmək üçün qanunsuz olaraq tərtib edilmiş beh müqaviləsini təsdiq etmişdir. Ona görə də Cavabdeh2 İddiaçı 7.500 manat pul almağa nail olmuşdur. O, İddiaçı mənzilin açarını verməmiş, həmin mənzildə təmir işlərinin aparılması üçün ona hər hansı icazə və zəmanət də verməmişdir. Ona görə də o, 7.500 manat pulun və təmirə çəkilmiş 4.000 manat pulun müştərək qaydada cavabdehlər Cavabdeh2 və X5 tutulmalı olduğunu və xüsusi qərardad qəbul edərək prokurora xəbər verilməsini xahiş edir. Apelyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 apelyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, onun iddiaçı ilə heç bir əlaqəsi olmamışdır. Cavabdeh2 onun kürəkənidir. Düzdür, o qayınanasından miras qalmış mənzili satmaq istəmişdir. Lakin iddiaçıya deyil, tamamilə kənar şəxsə satmaq niyyətində olub. İddiaçı da mənzilin pulunu ona deyil, Elçinlə xxxxxə vermiş, sonra da mənzilə daxil olaraq mübahisəli mənzili təmir etdirmişdir. Hazırda həmin mənzildə iddiaçı yaşayır. Hesab edir ki, mənzilin təmirinə çəkilmiş xərc də ondan deyil, digər cavabdehlərdən tutulmalı, ya da iddiaçı təmir işlərinə qoyduğu materialları söküb aparmalıdır. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ondan 4000 manat pulun tutulması hissəsində ləğv olunaraq, yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 izahat verərək bildirdi ki, mübahisəli mənzilin satışa çıxarılmasını qayınanası Çicək Fətəliyeva ondan xahiş etmişdir. O, da Mingəçevir şəhərində ev alqı-satqısı ilə məşğul olan Cavabdeh1lə əlaqə saxlamış və Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzilin satılması üçün müştəri tapılmasında köməklik göstərməsini xahiş etmişdir. Mənzil tam təmirsiz olduğundan 7500 manata qiymətləndirilmişdir. Bundan sonra Cavabdeh1 İddiaçı adlı müştəri taparaq onlarla əlaqələndirmişdir. İddiaçı ilk dəfə onlara beh olaraq 3500 manat vermiş, 200 manat da vasitəçi (makler) haqqı ödəmişdir. Qalan 4000 manat isə hissəhissə vasitəçi Cavabdeh1 vasitəsilə ödənilmiş, lakin həmin pul ona verilməmişdir. O, xxxxxə əvvəlcədən evin sənədlərində problem olduğunu demiş, lakin xxxxx ona «mənlikdir, evin açarını ver» dediyi üçün, onlar da mənzili boşaldıb, açarını xxxxxə təhvil vermişlər. Bundan sonra iddiaçı həmin mənzildə təmir işləri aparmışdır. Cavabdeh sonda məhkəmə kollegiyasından ədalətli qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 izahat verərək bildirmişdir ki, neçə vaxtdır ki, Mingəçevir şəhərində daşınmaz əmlakın alqı-satqısı ilə bağlı vasitəçilk edir. Mübahisəli mənzilə də müştəri tapılmasını ondan Elçin və onun qayınanası Çiçək xahiş etmişdir. Mənzil tam təmirsiz olduğundan 7500 manata qiymətləndirilmişdir. Bir müddət keçəndən sonra İddiaçı həmin mənzilə baxmış və qiymətlə razılaşdıqdan sonra 3500 manat beh vermişdir. O da dərhal həmin pulu Elçinə vermişdir. Çünki Çiçək özü ondan xahiş etmişdir ki, bu işlərlə Elçin məşğul olacaq. Sonra mənzilin açarını Çiçəkdən alaraq iddiaçıya vermiş, iddiaçıda həmin mənzildə təmir işləri apararaq yararlı vəziyyətə gətirmişdir. Mənzilin də təmirinə 4000 manat pul xərclənmişdir. Mənzilin qalıq 4000 manatı isə hissə-hissə olmaqla Elçin və Çiçəyə ödənilmiş, bu barədə Elçindən və Çiçəkdən qəbz alınmışdır. Hətta iddiaçı və cavabdeh Çiçək bir neçə dəfə notariat kontoruna da getmişlər. Lakin sonradan nə baş verdisə cavabdeh iddiaçı ilə sənədləşmə aparmaqdan imtina etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, bacısının müalicəsi məqsədilə öz mənzilini satmış və daha uçuz mənzil almaq qərarına gəlmişdir. Bu niyyətlə də Mingəçevir şəhəri, H.Əliyev prospekti 42 saylı ünvanda vasitəçilik fəaliyyəti ilə məşğul olan Cavabdeh1 müraciət etmiş, sonuncu ucuz qiymətə tam təmirsiz, lakin sənədləri qaydasında olan bir mənzil satıldığını və beh müqaviləsi bağlandıqdan sonra alqı-satqı müqaviləsi bağlanacağını bildirmişdir. Mənzil 7500 manat qiymət qoyulmuşdur. Həmin mənzili almaq üçün mənzilin sahibi Cavabdeh3 nümayəndəsi (kürəkəni) kimi özünü təqdim edən Cavabdeh2 və Cavabdeh1lə beh müqaviləsi bağlayıb 3700 manat pulu sonuncuya vermişdir. xxxxx də həmin puldan 200 manatını xidmət haqqı kimi götürmüş, qalan 3500 manatı isə Cavabdeh2 vermişdir. Üç gündən sonra mənzili təhvil almışdır. Mənzilin sənədlərinin hazırlanması üçün 1-2 ay vaxt tələb olunduğundan, habelə mənzildə yaşayış qeyri-mümkün olduğundan Cavabdeh2 və Cavabdeh1 təkidi və onu inandırmaları səbəbindən mənzildə təmir işlərinə başlamış, təmir üçün materialları isə Cavabdeh1 iştirakı ilə birgə almışdır. Bu müddət ərzində Cavabdeh1 Cavabdeh2 sənəd üçün pulun qalanını da verməli olduğunu bildirdiyindən qalan 4000 manat pulu da xxxxxin vasitəsilə Elçinə ödəmiş, bu barədə qəbz almışdır. Hazırki müddətə qədər mənzilə 4000 manatdan artıq təmir üçün vəsait xərcləmiş, lakin mənzilin alqısatqısını rəsmiləşdirmək istədikdə, Cavabdeh2 və Cavabdeh3 qalan 4000 manat pulu almadığını bildirərək müqavilənin rəsmiləşdirilməsindən imtina etmişdir. İddiaçı sonda birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Hüquqi məsələlər: Cavabdeh3 apelyasiya şikayətindən görünür ki, sonuncu qətnamənin ləğv olunmasını tələb etsə də, yalnız özünə münasibətdə mübahisələndirmiş, qətnamənin digər hissəsi mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, şikayətə yalnız bu hədd daxilində baxılmalı və qətnamə həmin hissədə yoxlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 371-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. Buna görə də, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apelyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apelyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Mülki Prosessual Məcəllənin 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə kollegiyası tərəfindən tədqiq edilmiş; Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin RX1423718 nömrəli çıxarışının surətindən görünür ki, Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzil X2 və Fətəliyev Hakim Həsib oğlunun ümumi birgə mülkiyyətinə verilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 678413 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, Fətəliyev Hakim Nəsib oğlu xx.xx.2014-cü ildəölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014cü il tarixdə 289 nömrə ilə qeyd edilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 706711 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2015-ci ildəölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2015cü il tarixdə 168 nömrə ilə qeyd edilmişdir. Ağdam rayonu VVAQ şöbəsi tərəfindən verilmiş İ-JQ 279476 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Fətəliyev Hakim Həsib oğlu X1 oğludur. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05/70-106/69 saylı nikah haqqında arayışdan görünür ki, X3 Hakim Nəsib oğlu ilə xx.xx.1999-cu il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Nikah bağlandıqdan sonra arvada Fətəliyeva soyadı verilmişdir. Mingəçevir şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş XX-JQ 481168 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Fətəliyeva Səbinə Hakim qızının atası Fətəliyev Hakim Nəsib oğlu, anası Cavabdeh3dır. xx.xx.2019-cu il tarixdə xxxxx MMC-də Cavabdeh2 ilə İddiaçı arasında bağlanmış alqısatqı və beh müqaviləsindən görünür ki, Cavabdeh2 Ramiz oğlu Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzili İddiaçı 7500 manata satılmasına razılıq vermiş və sonuncu beh kimi 3000 manat, əlavə 500 manat, cəmi 3500 məbləğində pulu Cavabdeh2 vermişdir. Müqavilənin 9-cu bəndində göstərilmişdir ki, müqavilənin şərtləri alıcı tərəfindən pozularsa verilən beh geri qaytarılmır, satıcı tərəfindən pozularsa verilən beh 2 qat qaytarılır. xx.xx.2019-cu il tarixli qəbz iltizamdan görünür ki, Bəşirov X7 şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzilin satışından qalmış 4000 manat pulu almış və alıcıda pulu qalmamışdır. xx.xx.2019-cu il tarixli qəbz iltizamdan görünür ki, Bəşirov X7 şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzili iddiaçının adına keçirməyi vəd etmiş, keçirməyəcəyi halda qanun qarşısında cavab verəcəyini göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, qüvvədə olan mülki qanunvericilik normalarına müvafiq olaraq mülki hüquq məsuliyyəti qanunda və müqavilədə nəzərdə tutulan elə bir tədbirdir ki, bunun tətbiqi öhdəliyi lazımınca icra etməyən və ya icra etməyən borclu üçün dövlətin məcburetmə qüvvəsi ilə təmin edilən əmlak xarakterli mənfi nəticələr yaradır. Mülki hüquq məsuliyyətinin tətbiq edilməsi üçün tərəflər arasında müqavilə öhdəlikləri olmadığı halda mülki hüquq pozuntusu barədə mübahisələr mülki qanunvericiliyin mülki hüquq pozuntularını tənzimləyən normaları əsasında həll olunur. Beləliklə, müqavilədən kənar (delikt) məsuliyyət odur ki, bu məsuliyyət bir-biri ilə müqavilə münasibətlərində olmayan zərərvuranla (borcu ilə) zərərçəkən (kreditor) arasında əmələ gəlir. Bu cür məsuliyyət fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına və işgüzar nüfuzuna ziyan vurulması nəticəsində əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Mülki Məcəlləsinin (bundan sonra-Mülki Məcəllə) 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 386.3-cü maddəsinin tələbinə görə danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Apelyasiya instansiyası məhkəməsi hesab edir ki, apelyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğv edilməsi və yeni qətnamə qəbul edilməsi üçün əsas ola bilməz. Belə ki, işin faktini halları ilə müəyyən olunur ki, Mingəçevir şəhəri Təbriz 2/17 küçəsində yerləşən 9 saylı mənzil X2 ilə Fətəliyev Hakim Həsib oğlunun ümumi birgə mülkiyyətində olmuş, Hakim Fətəliyev xx.xx.2014-cü ildə, Kifayət Fətəliyeva isə xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bundan sonra sözügedən miras mənzili vərəsə, hazırki iş üzrə Cavabdeh3 faktiki qəbul etmişdir. Cavabdeh3 qızı Səbinə Fətəliyevanın nişanlısı olan Cavabdeh2 mənzili vasitəçi Cavabdeh1 vasitəsi ilə 7500 manata iddiaçıya satmağa razı olmuşdur. İddiaçı Cavabdeh2 ilkin olaraq 3500 manat vermiş, qalan 4000 manatı isə Cavabdeh1 vasitəsi ilə Cavabdeh2 vermişdir. Bundan sonra iddiaçı cavabdehlərin razılığı ilə sözügedən mənzilə köçərək orada təmir işləri aparmış və mənzilin təmirinə 4000 manat xərc çəkmişdir. Cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddiaçı tərəfindən mənzilə çəkilən 4000 manat xərci mübahisələndirməsələr də, lakin Cavabdeh2 mənzilin satışından iddiaçıda qalan 4000 manat pulu almadığını bildirmişdir. Göründüyü kimi iddiaçı cavabdehlərin qanunazidd və təqsirli hərəkəti nəticəsində bağlanması baş tutmayan alqı-satqı müqaviləsinə görə maddi ziyan çəkmişdir. Apelyasiya şikayətinin dəlillərinə gəlincə kollegiya qeyd edir ki, əgər mübahisəli mənzilin açarı Cavabdeh3 tərəfindən iddiaçıya verilməsəydi, açarın verilmə anında və ya təmir gedən ərəfədə hər hansı mübahisə yaransaydı yəqin ki, iddiaçı sözügedən mənzildə təmir işləri aparmazdı. Belə olan halda sual yaranır, əgər mənzillə bağlı tərəflər arasında hər hansı sövdələşmə yox idisə, iddiaçı həmin mənzilə necə daxil olmuş, necə təmir etdirmiş və necə yaşamışdır. Cavabdeh də bu müddət ərzində hər hansı mübahisə qaldırmamışdır. Məhkəmə kollegiyasının arşdırması zamanı həmçinin müəyyən edildi ki, iddiaçı tərəfindən mübаhisəsi gedən mənzildə təmir işlərinin aparılması heç də özbаşınа bаş verməmiş, cavabdeh tərəfin, o cümlədən Cavabdeh3 irаdəsinə uyğun оlmuşdur. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, Cavabdeh3 mənzillə bağlı mülkiyyət hüquqna malik olsa da, iddiaçı tərəfindən aparılmış təmir xərcinə münasibətdə heç bir subyektiv hüququn sahibi deyil. Buradan da göründüyü kimi iddiaçı cavabdehlərlə öz aralarındakı danışığı etimad kimi qiymətləndirərək, mənzili artıq özününki zənn etmiş və orada yuxarıda qeyd olunduğu kimi, zəhmət və xərc tələb edən təmir işləri görmüş və sonda həmin mənzili yaşamaq üçün mövcud yararlı vəziyyətə gətirib çıxara bilmişdir. Kollegiya apelyasiya şikayətinin dəlillərinə tənqidi yanaşaraq qeyd edir ki, işin faktiki halları ilə də müəyyən olunduğu kimi miras qalan mənzili Cavabdeh3 faktiki qəbul etmiş, məhkəmə iclasında verdiyi izahatından da məlum olur ki, iddiaçıya mənzildə təmir işlərinin aparılmasına razılıq vermiş, iddiaçı tərəfindən mənzilin təmiri üçün çəkilən 4000 manat xərci etiraf etmiş və həmin mənzilin yaxşılaşdırılmasından yalnız o bəhərlənmişdir. Ona görə də kollegiya belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi haqlı olaraq mənzilə çəkilmiş xərcin Cavabdeh3 tutulması ilə bağlı düzgün qənaətə gəlmişdir. Əks halda sonuncu heç bir hüquqi əsas olmadan başqa şəxsin hesabına bəhərlənmiş olardı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Prosessual Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətindəgöstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq edilmir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnaməninləğviüçünheç bir hüquqi əsas yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli, 2(051)-1778/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-942/2020
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-942/2020
16.06.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver