Məhkəmə qərarları › İş №2(107)-942/2025

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-942/2025

29.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-942/2025 29.08.2025 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: apellyasiya baxışından çıxarma, işin istənilməsi) Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X1 və X2 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin inzibati binasında bаxаrаq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə borca görə 15000 (on beş min) manat,dövlət rüsumuna görə 135 (bir yüz otuz beş) manat olmaqla cəmi 15135 (on beş min bir yüz otuz beş) manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(035)-547/2024 nömrəli qətnaməsi ilə (hakim İ.Həsənquliyev) iddianın qismən təmin edilməsi, Cavabdeh xx.xx.2022-ci il tarixli borca əsasən 14000 (on dörd min) manat və 132 manat dövlət rüsumu olmaqla, cəmi 14132 (on dörd min bir yüz otuz iki) manat pul tutularaq, İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh 14 noyabr 2024-cü il tarixdə nümayəndəsi Nümayəndə2 vasitəsilə apellyasiya şikayəti vermişdir. Sonradan 13 dekabr 2024-cü il tarixdə Zərdab Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Zərdab Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(035)-547/2024 saylı qətnaməsindən verdiyi apellyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 13 dekabr 2024-cü il tarixli, 2(035)-547/2024 saylı qərardadı ilə, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. 13 iyun 2025-ci il tarixdə Cavabdeh yenidən apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(035)-547/2024 saylı qətnaməsindən apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını və apellyasiya şikayətinin baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilməsini məhkəmədən xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(035)-547/2024 saylı qərardadı ilə, ərizə təmin edilmiş, Zərdab Rayon Məhkəməsinin 2(035)-547/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin buraxılmasının səbəbi üzürlü hesab edilməklə, buraxılmış prosessual müddət bərpa edilmiş və Cavabdeh apellyasiya şikayəti mülki işin materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş apellyasiya icraatına qəbul olunmazdan öncə Zərdab Rayon Məhkəməsinin hakimi X4 Apellyasiya Məhkəməsinə məktub ünvanlayaraq göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli 2(035)-547/2024 nömrəli qərardadından İddiaçı şikayətinə baxılması və iş üzrə digər zəruri tədbirlərin həyata keçirilməsi üçün mülki işin Zərdab Rayon Məhkəməsinə göndərilməsinə göstəriş verilməsini xahiş edir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiya məhkəməsinə qaytara bilər. Hazırki halda, birinci instansiya məhkəməsi tərəfindən işin istənilməsi hazırki apellyasiya şikayəti apellyasiya icraatına qəbul edilməzdən öncə edildiyindən, ləğv edilməli olan icraata qəbul qərardadı mövcud deyildir. Azərbaycan Repsublikası Mülki Prоsessuаl Məcəlləsinin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessuаl Məcəlləsinin 263-264, 384 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARAALDİ: Zərdab Rayon Məhkəməsinin 19 sentyabr 2024-cü il tarixli 2(035)-547/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti mülki işin Zərdab Rayon Məhkəməsinə qaytarılması üçün apellyasiya baxışından çıxarılsın və Zərdab Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar