Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-945/2021 18.05.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), Məcidov Ələddin Tofiq oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, X1 iclas katibliyi ilə Kreditor “Azərbaycan Mikromaliyyələşdirmə” X3 borclular Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması tələbinə dair ərizəsi üzrə Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2008-ci il tarixli, 2(075)- 621/2008 nömrəli məhkəmə əmrindən cavabdeh (borclu) Cavabdeh2 verdiyi etirazın qaytarılmasına dair Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)- 621/2008 saylı qərardadından borclu Cavabdeh2 tərəfindən verilmiş şikаyətə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Kreditor “Azərbaycan Mikromaliyyələşdirmə” X4 ərizə ilə məhkəməyə müraciət edərək, borclular Cavabdeh1 və Cavabdeh2 xeyrinə 4693.29 ABŞ dolları əsas, 749.54 ABŞ dolları faiz və 1200 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 6642.83 ABŞ dolları borcun və 10 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. “Azərbaycan Mikromaliyyələşdirmə” X3 ərizəsi Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2008-ci il tarixli, 2(075)-621/2008 saylı əmri ilə təmin olunmuş, əmrin surəti həmin tarixdə poçt vasitəsi ilə tərəflərə göndərilmişdir. 05 mart 2021-ci il tarixdə borclu Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2008-ci il tarixli, 2(075)-621/2008 saylı əmrindən etirazı məhkəməyə daxil olmuş, 05 mart 2021-ci il tarixli qərardadla etirazın geri qaytarılması qərara alınmışdır. Həmin qərardaddan iş üzrə borclu Cavabdeh2 şikayəti 29 mart 2021-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli qərardadını qanunsuz və əsassız hesab edir. Belə ki, əvvəla, Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2008-ci il tarixli, 2(075)-621/2008 saylı əmnrinin surəti ona təkrarən göndərilsəydi məhkəmə ondan "Dövlət rüsumu haqqında" ARQ-nun 8.4.8-ci maddəsinə əsasən məhkəmə aktının təkrarən verilməsinə görə 10 manat məbləğində dövlət rüsumunun ödənilməsini təsdiq edən qəbzi tələb edərdi. Bundan başqa iş materiallarında da məhkəmə əmrinin qanunvericiliyə uyğun olaraq ona göndərilməsi barədə heç bir sübut mövcud deyildir. Belə bir sübut olsaydı məhkəmə öz qərardadında bunu qeyd edər və ona təqdim edərdi. Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2008-ci il tarixli, 2(075)-621/2008 saylı əmri prosessual qanunvericiliyə uyğun olaraq ona göndərilməmiş, yalnız rəsmi qaydada tərəfindən məhkəməyə müraciət edildikdən sonra məhkəmə əmri ona göndərilmiş və o da əmrdən etiraz verilməsi üçün nəzərdə tutulmuş 10 gün prosessual müddəti ötürmədən əmrə etiraz vermişdir. Lakin məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qanunsuz və əsasız qərardad çıxarılmış, bununla da onun məhkəmədə öz hüquq və azadlıqlarımı müdafiə etmək hüquqları məhdudlaşdırılmışdır. Şəki Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(075)-621/2008 saylı qərardadı ilə şikаyət təmin edilməmiş və bаxılmаsı üçün işlə birlikdə Şəki Аpellyаsiyа Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Şikayət vermiş şəxs Cavabdeh2 məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbаycаn Respublikаsı MPM-nin 376.2-ci mаddəsinə əsаsən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kоllegiyаsı аşаğıdаkı hаllаrа görə bu qənаətə gəldi ki, şikаyət əsаssız оlduğundan təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 2(075)621/2008 saylı çağırış vərəqinin təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh2 13 noyabr 2008-ci il tarixdə, saat 11:00-da Şəki Rayon Məhkəmə icraçıları bölməsinə borclu qismində çağrılmışdır. Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2015-ci il tarixli, 3(075)-664/2015 saylı qərarından görünür ki, Cavabdeh2 Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2008-ci il tarixli, 2(075)-621/2008 saylı icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirilməmiş, barəsində Azərbaycan Respublikasının İXM-nin 313-1.1-ci (yeni redaksiyada 528.1-ci) maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş, sonuncu həmin inzibati xəta üzrə təqsirli bilinərək ona inzibati qaydada xəbərdarlıq edilmişdir. Şəki rayonu üzrə İcra və probasiya şöbəsi tərəfindən “xxxx” MMC-yə ünvanlanmış 07 dekabr 2020-ci il tarixli, 13242/7 saylı məktubdan görünür ki, Cavabdeh2 əmək haqqına tutma yönəldilmişdir. Beləliklə iş materialllarından müəyyən edilir ki, cavabdeh (borclu) Cavabdeh2 göndərilmiş Şəki Rayon Məhkəməsinin 01 sentyabr 2008-ci il tarixli, 2(075)-621/2008 saylı əmrinin yekununda məhkəmə əmrinin surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə məhkəmə əmrindən borclunun etiraz vermək hüququ izah olunmasına baxmayaraq, iş materialından görünür ki, məhkəmə əmrinin qəbul edilməsindən 12 (on iki) ildən çox müddət keçdikdən sonra Cavabdeh2 etirazı məhkəməyə daxil olmuşdur. İşdə olan sənədlərdən göründüyü kimi Cavabdeh2 məhkəmə əmrindən xəbərdar olmuş, onun icra şöbəsində dəfələrlə izahatı alınmış, icra sənədi üzrə inzibati məsuliyyətə cəlb edilmiş, əmək haqqına tutma yönəldilmişdir. Qeyd olunanlardan kollegiya belə nəticəyə gəlir ki, borclu Cavabdeh2 tərəfindən məhkəmə əmrinə verilmiş etiraz prosessual müddət ötürülməklə verilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Kollegiya qeyd edir ki, prosessual hərəkətlərin edilməsi üçün dəqiq müddətlər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsində prosessual müddətlərin buraxılmasının hüquqi nəticələri müəyyən olunaraq göstərilmişdir ki, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eyni zamanda mülki prosessual qanunvericilik prosessual müddətlərin üzrlü səbəblərdən ötürülməsi halında tərəfin hüquqi müdafiə mexanizmini müəyyən edərək, məhkəmənin qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddətin bərpa edilməsinin mümkünlüyünü də nəzərdə tutur (MPM-nin 133.1-ci maddəsi). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya etitrazı geri qaytarmaqda haqlı olmuşdur. Şikayətin təmin olunması üçün əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-nin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin qərardaddan verilmiş şikayətə baxıb, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 263, 264, 267 və 402-ci maddələrini rəhbər tutaraq qərara aldı: Borclu Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 2(075)- 621/2008 saylı qərаrdаdı dəyişdirilmədən saxlansın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-945/2021
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-945/2021
18.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver