Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-947/2021 01.06.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mahmudov Ayaz Akif oğlu (sədrlik edən və məruzəçi), X4 və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, Cavabdeh və onun nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi ziyan tələbi”nə dair mülki iş üzrə Zərdab Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(035)-01/2021 nömrəli qətnaməsindən İddiaçı və Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən onun xeyrinə maddi ziyana görə 100.000 manat, mənəvi zərərə görə 1.000.000 manat pulun alınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Zərdab Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(035)-01/2021 nömrəli (hаkim T.Qubadov) qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh mənəvi zərərə görə 10.000 (on min) manat pulun tutularaq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinə məhkəmədə baxılması ilə əlaqədar iddiaçı tərəfindən köçürülmüş dövlət rüsumu iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan İddiaçı Zərdab Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(035)-01/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini, ilkin iddiasının tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyаsiyа şikаyəti verərək, Zərdab Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(035)-01/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, ibtidai araşdırma və məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, cavabdeh 16 yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olaraq qızlıq bəkarətini pozub, bundan sonra da onunla cinsi əlaqədə olub. O, cavabdehlə cinsi əlaqədə könüllü olmamışdır. Bu barədə ərizə və şikayətlərində göstərmişdir. Cavabdehin cinayət və əxlaqsız hərəkətləri nəticəsində onun Elməddin Bərxudarovla nişanları pozulmuş, sonradan nişanlandığı Nizaməddin adlı şəxslə toyu olsa da bakirəliyinin pozulması səbəbindən ailəsi dağılmışdır. Onun hazırkı şəraitdə ailə qurmağı mümkünsüzdür. Cavabdeh onun xalasının əridir. Onun əxlaqsız və milli mentalitetlərinə yad, cinayətkar hərəkəti nəticəsində ailələri arasında münasibətlər pozulmuşdur, hazırda ailələr arasında münaqişəli və ədavətli vəziyyət var. Bundan başqa onun hərəkətləri hər iki ailəyə qarşı yaşadıqları kəndin, məsələdən xəbərdar olan insanlarda onlara -onun özünə, həm də ailə üzvlərinə qarşı ikrah hiss formalaşdırmışdır. Hazırda qohum və tanışları, onları tanıyan insanların üzünə baxa bilmir, cəmiyyətdən demək olar ki, təcrid olunmuş, depressiyaya düşmüşdür. Cinayət nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Heç bir kompensasiya həmin maddi və mənəvi ziyanı əvəz etmək gücündə olmasa da ondan maddi və mənəvi ziyan tələb edir və hesab edir ki, həm də bu tələb cavabdehə bir sıxıntı yaşatmağa imkan verər. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız olduğundan dəyişdirilməli, iddiasının tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. İşin faktiki halları tərəflər arasında mübahisə doğurmamışdır. Məhkəmə hesab etmişdir ki, o maddi ziyan tələb etsə də maddi ziyan hissədə tələbini əsaslandıran sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əslində onun maddi ziyan çəkməyi o dərəcədə aydın faktdır ki, bu məsələdə əlavə sübuta ehtiyac olmamışdır. Mənəvi ziyan hissədə iddianın qismən təmin olunması hissəsində də məhkəmə aktı əsaslı deyildir. Cavabdehin hərəkətləri bütün qohumlar arasında dərin nifaq, düşmənçilik yaratmışdır. Bundan əlavə onun həyatı puç olmuş, toy gecəsindən sonra rüsvayçılqla ata evinə qayıtmalı olmuş, bundan sonra da ailə həyatı qurmağı mümkünsüzdür. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(035)-01/2021 nömrəli qətnaməsinin dəyişdirilməsini, ilkin iddiasının tam həcmdə təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəzaçəkmə müəssisəsində olduğu üçün ona məhkəmə barədə bildiriş gəlmiş və o tam əsassız olduğu üçün həmin iddianı qəti surətdə qəbul etmədiyini ərizə ilə məhkəməyə bildirmişdir. Lakin Zərdab Rayon Məhkəməsi 01 fevral tarixdə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Qeyd edilənlərə əsasən Zərdab Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(035)-01/2021 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri: Məhkəmə kollegiyasının iclasında Cavabdeh özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, o iddiaçıya qarşı heç bir əxlaqsız hərəkət etməmiş, onu yalandan şərləmişlər. Barəsində olan hökm də tam qanunsuz çıxarılmışdır. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi X2 cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə edərək bildirmişdir ki, iddiaçı tərəf onlardan acıq çıxmaq üçün onun ərinin üzərinə yalandan şər-böhtan atır. Cavabdehin bu işdə heç bir günahı yoxdur. Ona görə də birinci instansiya məhkəməsinin ləğv olunmasını məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq İddiaçı məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Apellyasiya şikayəti qətnamənin ləğvinə yönəldiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam, maddi və prosessual hüquq normalarına riayət edilməsini isə apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayıb aşağıdakı nəticəyə gəlir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti isə qismən təmin olunaraq, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Zərdab Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli hökmünün surətindən görünür ki, hazırkı Cavabdeh cinsi ehtirasını təmin etmək məqsədi ilə аşkаr surətdə оnа məlum оlаn 16 yаşınа çаtmаmış, xx xxxxx 2002-ci il təvəllüdlü İddiaçı ilə 05 iyun 2016-cı il tаrixdə, sааt 20 rаdələrində Zərdab rayonu Şahhüseynli kəndində olan fərdi yaşayış evinin həyətində qızı Əfsanə Eyyubovanın nişan mərasimi zamanı, evinin yataq otağında təbii yolla cinsi əlaqədə olaraq sonuncunun qızlıq pərdəsinin tamlığını pozmuş, sonra 26 аvqust 2016-cı il tаrixdə sааt 19 rаdələrində qızı Əfsanə Eyyubovanın bаzаrlıq tоy mərаsimində yenə də öz evində və 2018-ci ilin may ayında sааt 11 rаdələrində Zərdab rayonu Şahhüseynli kəndində İddiaçı yaşadığı evlərində sonuncu ilə təbii yоllа cinsi əlаqədə оlduğu üçün Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli qərarının surətindən görünür ki, Zərdab Rayon Məhkəməsinin 29.10.2019-cu il tarixli hökmü dəyişdirilərək Cavabdeh Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan ən son həddə, 03 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 08.09.2020-ci il tarixli qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsinin 16.01.2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, onların izahatlarını iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia ərizəsinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi tərəflər arasındakı yaranmış münasibətlər üzrə düzgün nəticəyə gəlsə də, mənəvi ziyanın məbləğinə münasibətdə düzgün qiymətləndirmə aparmamışdır. Belə ki, mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyriəmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir... Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır... Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu sözügedən Qərarında həmçinin izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun... Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər... Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Beləliklə məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh qanunsuz hərəkəti, yəni yuxarıda qeyd edilən cinayət əməlini törətməsi nəticəsində mənəvi sarsıntı keçirmiş, cavabdehin həmin qanunsuz hərəkəti iddiaçının şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olmuşdur. Nəticədə iddiaçıya mənəvi zərər dəymişdir. Məhkəmə kollegiyası iddiaçı tərərfindən verilmiş apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək belə hesab edir ki, аpellyаsiyа şikаyətində göstərilən dəlillər əsаssız оlduğundаn iddiа tələbinin tam təmin edilməsi üçün əsаs оlа bilməz. Apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərə də qiymət verərək belə qənaətə gəlir ki, şikayətdə göstərilən dəlillər qətnamənin tam ləğv edilməsi və iddianın təmin edilməməsi üçün əsaslı olmasa da, qətnamənin mənəvi zərərin həcmi hissəsində dəyişdirilməsi üçün əsasdır. Belə ki, iddia tələbinin faktiki halları tələbin delikt törədilməsi ilə bağlı yaranan mənəvi ziyanın ödənilməsi ilə bağlı qanuni əsasının şərtlərinə, yəni dizpozisiya şərtlərinə uyğundur. Çünki, iddiaçı cavabdehdən ona vurulmuş mənəvi zərərə görə pul tələb edir, cavabdeh isə apellyasiya şikayətində göstərilən dəlillərə istinad edərək ona münasibətdə qətnamənin ləğv, iddianını isə rədd olunmasını xahiş edir. İkincisi, cavabdeh apellyasiya şikayətində özünün “günahsız, təqsirsiz” olmasını bildirsə də, artıq bununla bağlı qanuni qüvvədə olan məhkəmə hökmünün olmasını unudur. Həmin hökmün məzmunu ona izah olunduqda isə, hökmün qanunsuz olduğunu israr edir. Kollegiya bununla bağlı qeyd edir ki, Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir . Beləliklə, göründüyü kimi hazırki mülki mübahisənin də yaranmasına əsas səbəb, məhz yuxarıda qeyd olunan cinayət işi ilə birbaşa bağlıdır. Ona görə də kollegiya belə qənaətə gəlir ki, cavabdehin apellyasiya şikayətində və məhkəmə iclasında bildirdikləri onu heç də mülki hüquqi məsuliyyət daşımaqdan kənarda qoya bilməz. O, törətmiş olduğu cinayət əməli nəticəsində cəzasının çəksə də, bu əməl nəticəsində vurduğu zərər üçün məsuliyyət daşıyır və zərəri də ödəməlidir. Üçüncüsü, apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüququ olmuşdur. Çünki, baş vermiş hadisə zərərçəkmiş şəxs olmaqla, yuxarıda qeyd olunduğu kimi, son nəticədə ona mənəvi ziyan dəymişdir. Vurulmuş zərəri tələb etmək isə, yalnız onun marağına uyğundur. Lakin mənəvi zərərə görə iddiaçının xeyrinə tutulmalı olan pulun miqdarı ilə razılaşmayan məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi cavabdehin iddiaçının xeyrinə həmin pulu tutarkən onların maddi, əmlak və ailə vəziyyətlərini düzgün nəzərə almamışdır. Belə ki, məhkəmə kollegiyası iclasında müəyyən edildiyi kimi, cavabdeh hazırda cəzaçəkmə müəssisəsində olmaqla yanaşı kifayət qədər maddi təminatlı deyildir. Ona görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehdən mənəvi zərərə görə tutulmalı olan məbləğ onun maddi həyat səviyyələrinə uyğunlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Zərdab Rayon Məhkəməsinin 01 fevral 2021-ci il tarixli, 2(035)-01/2021 nömrəli qətnaməsi “mənəvi zərərin məbləğinə münasibətdə dəyişdirilərək 6000 (altı min) manat məbləğində müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ayaz Mahmudov
Məhkəmə qərarları › İş №2(107)-947/2021
Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-947/2021
01.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver