Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-95/2022 17.02.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakim Əsədli Mahir Abdulla oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu, X1 ibarət tərkibdə, İsayev Mikayıl Qərib oğlunun katibliyi, Yevlax Rayon Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(039)-761/2021 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: müəyyən etdi: İddiaçı Yevlax Rayonu Səmədabad Bələdiyyəsi Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış torpaq icarə müqaviləsinin ləğv edilməsi və cavabdehin həmin torpaq sahəsindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(039)-761/2021 saylı qətnaməsi ilə iddia təmin edilmiş, Yevlax rayonu Səmədabad Bələdiyyəsi ilə Cavabdeh arasında bağlanmış 30 dekabr 2003-cü il tarixli, 35 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin ləğv edilməsi və Cavabdeh həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Cavabdeh tərəfindən Yevlax Rayon Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(039)- 761/2021 saylı qətnaməsindən apellyasiya şikayəti verilmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(039)-761/2021 saylı qətnaməsi ləğv edilməli, iddiaçı Yevlax Rayonu Səmədabad Bələdiyyəsinin Cavabdeh qarşı icarə müqaviləsinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. İş materiallarından görünür ki, iddiа ərizəsi ilə birinci instansiya məhkəməsinə verilərkən iddiaçı tərəf Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinin tələblərinə riayət etməmiş, pretenziya qaydasına əməl etməmişdir. Həmçinin iş materiallarında olan 13.12.2021-ci il tarixli, 972 saylı Arayışdan görünür ki, Cavabdeh 07.08.2021-ci il tarixdə vəfat etmiş və onun hüquqi varisləri işə cəlb edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(039)-761/2021 saylı qətnaməsi ləğv edilməli, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilməlidir. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyin tələbinə görə hazırki qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 74, 385 və 386-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Yevlax Rayon Məhkəməsinin 24 may 2021-ci il tаrixli, 2(039)-761/2021 saylı qətnaməsi ləğv edilsin, iddia ərizəsi baxılmamış saxlanılsın. İddiаçıyа iddiаnın bаxılmаmış sаxlаnılmаsı üçün səbəb olаn halları аrаdаn qаldırdıqdаn sonrа ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etmə hüququ izah edilsin. Qərаrdаd qəbul edildiyi аndаn qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(107)-95/2022
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-95/2022
17.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver