Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-95/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: zərərin ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X3 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2(051)-1115/2022 saylı qətnaməsindən İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin hal-hazırda qüvvədə olan xx.xx.2021-ci il tarixli 1(107)- 141/2021 saylı hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və onun AR CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmü ləğv edilərək ona bəraət verilmiş və həmin tarixdə o, məhkəmə iclas zalından həbsdən azad edilməklə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ tanınmışdır.
Birinci instansiya məhkəməsində icraat:
2. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı və işləmədiyi müddətin həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilməsi, qanunsuz həbsdə saxlanıldığı müddətdə işləmədiyi üçün itirdiyi gəlirin hesabına 20000 manat, itirdiyi sağlamlığının bərpa olunması və fiziki ziyanın hesabına 15000 manat, vəkil xidmətinə ödədiyi 1000 manat, torpağın satılması ilə əlaqədar həmin torpağın dəyəri olan 12000 manat və vurulmuş mənəvi zərərə görə 50000 manat məbləğində pulun Azərbaycan Respublikasının Dövlət büdcəsinin hesabına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi vasitəsi ilə ona ödənilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
3. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, həbs olunana qədər daimi olaraq ünvan 1 ünvanda ailəsi birgə yaşamışdır. Həmin vaxta qədər fərdi əməklə məşğul olmuşdur. 29 yanvar 2018-ci ildə Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz həbs edilmişdir. Həbs edilərkən ona etmədiyi cinayəti etiraf etməyinə dair tələblər qoyulmuş, məhz polis şöbəsində olan təhdidlər nəticəsində etmədiyi cinayəti etiraf etdiyinə görəməhkəməyə verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 4 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarı ilə hökmdən verdiyi apellyasiya şikayəti təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 fevral 2021-ci il tarixli qərarı ilə verdiyi kassasiya şikayəti təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin 21 may 2020-ci il tarixli qərarı ləğv edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 07 iyun 2021-ci il tarixli qərarı ilə verdiyi apellyasiya şikayəti təmin edilmiş, Mingəçevir şəhər məhkəməsinin 27 iyun 2018-ci il tarixli hökmü ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 234.1 və 234.2-ci maddələri ilə təqsirləndirilməyinə dair cinayət işi üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmiş, cinayət prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozduğuna görə Mingəçevir şəhər Polis Şöbəsinin istintaq bölməsinin müstəntiqi, polis kapitanı Tahir Şirinov barəsində xüsusi qərar çıxarılmışdır. Beləliklə, bəraət ala bilməsi üçün 3 il 4 ay 9 gün haqsız yerə həbsdə qalmalı olmuşdur. Bu müddət ərzində ailəsindən ayrı düşmüşdür. 2 azyaşlı uşaqları, anası, arvadı mənəvi iztirab keçirmişlər. Həbsdən azad olunduqdan sonra səhhətini bərpa edə bilməmişdir. Uzun müddətdir ki, nevropatoloq müalicəsi qəbul edir. İşindən olmuş, əvvəlki gəlirini bərpa edə bilməmişdir. Sağlamlığını itirmişdir. İşinə Mingəçevir şəhər məhkəməsində baxılarkən aparılan cinayət işinə etiraz olaraq 30 may 2018-ci ildə özünə qəsd edərək metal udmuşdur. Belə ki, ona qarşı baş verən haqsızlığa dözə bilməmişdir. Bu səbəbdən əməliyyat olunmuş və 04 iyun 2018-ci il tarixədək Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qalmalı olmuşdur. Həmin tarixdə isə kafi vəziyyətdə həbsxananın xəstəxanasına aparılmışdır. Uzun müddət bu araşdırma getdiyindən barəsində müxtəlif şayiələr gəzmişdir. Beləliklə, o, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində ziyan çəkmiş, cəmiyyət içərisində hörmətdən düşmüşdür. Etmədiyi cinayəti etiraf etməyinə ona təzyiq göstərildiyindən mənnən əzab çəkmişdir. Bütün bunlar onun ağır mənəvi sıxıntı və sarsıntılar keçirməyinə səbəb olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir.
4. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iştirak etdiyi məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, əsasən iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun izahat verərək göstərmişdir ki, İddiaçı təhqiqat və ibtidai istintaq orqanlarının qanunsuz hərəkətləri nəticəsində dəymiş maddi və mənəvi ziyana görə kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Maliyyə Nazirliyi bu prosesə cavabdeh qismində cəlb edilmişdir. Qeyd olunan tələb əsaslı olmadığından iddia tələbi rədd edilməlidir. Belə ki, iddiaçı həbsdə olduğu müddətdə 20.000 min manat gəlirdən məhrum olduğunu qeyd etmişdir. Lakin hansı əmək fəaliyyəti ilə məşğul olması və aylıq gəliri ilə bağlı hər hansı təsdiqedici sübutlar təqdim etməmişdir. Belə ki, vergi ödəyicisi kimi qeydiyyatda olması və konkret ödənilən verginin miqdarı barədə, habelə ayda konkret qazancı barədə sənədlər işin materillarına əlavə edilməmişdir. Bundan başqa, iddiaçı vəkilə 1000 manat ödənildiyini qeyd etmişdir. Lakin hüquqi yardımla bağlı sənədlər işin materiallarına əlavə olunmalı və hətta bunların iddiaçıya qarşı cinayət işi ilə bağlı olması sübut olunmalıdır. Belə olan halda məhkəməyə müdafiəçi ilə bağlanılmış müvafiq müqavilələrin surətləri təqdim olunmalıdır. İddiaçı həbsdə olduğu müddətdə ailəsi tərəfindən ona sovqat gətirilməsi məqsədilə torpağının satıldığını əsas gətirərək bunun əvəzi olaraq 12.000 manat ödənilməsini tələb edir. Lakin iddia etdiyi torpaq sahəsi ilə bağlı, onun satılması ilə bağlı müvafiq sənədlərin surətləri işin materiallarına əlavə edilməmişdir. «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsihaqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində ödənilən ziyanın növləri konkret göstərilir və iddiaçı ləbsdə olduğu müddət ərzində ailə üzvləri tərəfindən ona sovqatın gətirilməsi xərclərinin və iddiaçının bununla bağlı tələb etdiyi xərclərin ödənilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Həmçinin iddiaçı səhhətində yaranmış problemlərin bərpası məqsədilə bağlı 15.000 manat kompensasiyanın ödənilməsini tələb edir. Lakin iddiaçının məhz həbs olunduqdan sonra bu xəstəliyə məruz qalmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçı bəlkə həbs edilmədən öncə bu xəstəliyin daşıyıcısı olub, yəni həmin xəstəliyə məhz həbsdə olarkən məruz qalmasını təsdiq edən sənəd YOXdur və qeyd olunan məbləğin həqiqətən də müalicə ilə bağlı xərclənməsini sübut edəcək hər hansı bir dəlil təqdim etməmişdir. Ona görə də tələb olunan məbləğ ağlabatan deyil. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
5. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir.
6. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Daha sonra o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Məhkəmənin həmin hökmündən apelyasiya şikayəti verilsə də, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-42/2020 saylı hökmü ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. Bundan sonra Şəki Apelyasiya Məhkəməsinin həmin hökmündən kassasiya şikayəti verilmiş və AR Ali Məhkəməsinin qüvvədə olan xx.xx.2021–ci il tarixli 1(102)– 125/2021 nömrəli qərarı ilə Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il taixli hökmü ləğv edilmiş və həmin cinayət işi məhkəmə baxışına təyin edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021ci il tarixli 1(107)-141/2021 saylı hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və onun AR CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmü ləğv edilərək ona bəraət verilmiş və həmin tarixdə o, məhkəmə iclas zalından həbsdən azad edilməklə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ tanınmışdır. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)-141/2021 saylı hökmündən verilmiş kassasiya protesti təmin edilməmişdir. Bununla da iddiaçı qanunsuz olaraq tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, barəsində həbs qətimkan tədbiri seçilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi və məhkum edilməsi, ümumilikdə 3 il 4 ay 9 gün müddətə cinayət təqibinə məruz qalması nəticəsində həm maddi, həm də mənəvi ziyana məruz qalmışdır. Ona görə də iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malik olmuşdur.
7. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə itirilmiş gəlirə görə 20000 manat, sağlamlığının bərpasına görə 15000 manat maddi, hüquqi yardıma görə 1000 manat və həsbdə saxlandığına görə 50000 manat mənəvi zərərə məruz qalmasını sübutetmə yükü iddiaçının üzərinə düşür.
8. Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin qüvvədə olan xx.xx.2021-ci il tarixli 1(107)-141/2021 saylı bəraət hökmünün tədqiqi nəticəsinə əsaslanaraq qənaətə gəlir ki, iddiaçının qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi və məhkum edilməsi ilə birlikdə ümumilikdə 3 il 4 ay 9 gün müddətə cinayət təqibinə məruz qalması nəticəsində iddiaçıya dəyən ziyan ödənilməlidir.
9. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququna malikdir.
10. Məhkəmə ilk növbədə iddia tələbinin xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək həbsdə saxlanıldığı və işləmədiyi müddətin həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilməsi hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsasızdır.
11. Göründüyü kimi şəxsin həbsdə olma və cəzaçəkmə müddətlərinin onun əmək stajına daxil edilməsi üçün həmin şəxs qanunsuz məhkum edilməsi və ya cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar işdən çıxarılmış və ya işdən kənarlaşdırılmış şəxs olmalıdır. İddiaçı həbsdə saxlanıldığı və işləmədiyi müddətin həm ümumi əmək stajına, həm də ixtisas üzrə və fasiləsiz staja daxil edilməsini məhkəmədən tələb etsə də, onun qanunsuz tutulmazdan əvvəl hansı əmək fəaliyyəti ilə məşğul olması, həmçinin həmin əmək fəaliyətindən məhz qanunsuz tutulduğuna görə kənarlaşmalı olduğu ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsasızdır.
12. Məhkəmə, iddiaçının hüquqlarının pozulması nəticəsində dəymiş ziyanın ödənilməsini tələb etmək hüququ qüvvədə olan bəraət hökmündə tanındığından, həmin halı işin mübahisə edilməyən faktiki halı kimi qəbul edir, lakin iddiaçıya dəymiş maddi və mənəvi ziyanın məbləği ilə bağlı qeyd edir ki, hazırkı vəziyyətdə iddiaçı qanunsuz həbsdə qaldığı müddət ərzində məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirləri barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Belə olan halda iddiaçının həbsə alınmamışdan əvvəl qazancının və gəlirlərinin miqdarının müəyyən edilməsi mümkün olmamışdır. Buna baxmayaraq, məhkəmə iddiaçının rəsmi iş yerinin və qazancının olmamasına istinad edərək, iddianın rədd edilməsini işin həqiqi hallarına uyğun hesab etmir.
13. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, iddiaçı qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həbsdə saxlanmış, məhkəməyə verilmiş, məhkəmənin hökmünə əsasən məhkum edilmiş, ən başlıcası isə o, 3 il 4 ay 9 gün müddətə cinayət təqibinə məruz qalmışdır. Bununla da iddiaçıya cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində həm maddi, həm də mənəvi ziyan dəymişdir. Halbuki, iddiaçı tutulduğu vaxtadək əmək qabiliyyətli olmuş, öz təsərrüfatında və sair sahələrdə qeyri–rəsmi də olsa işləmişdir. Çünki həmin vaxtadək ailəsinin maddi cəhətdən məhz iddiaçı təmin etmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçı həbsə alınmamışdıan əvvəl yaşadığı Mingəçevir şəhəri ərazisində hər ay muzdlu əməklə məşğul olan başqa şəxslər kimi orta aylıq əmək haqqı miqdarında olmasa da, minumum əmək haqqı miqdarında gəlir əldə etmək iqtidarında olmuşdur. İddiaçı həbsdə qalması nəticəsində məhz həmin gəlirdən məhrum olmuşdur. Ona görə də iddiaçıya dəymiş maddi ziyanın məbləği, həmin minumum əmək haqqımiqdarında gəlirinin qanunsuz həbsdə qaldığı aylara vurulması yolu ilə müəyyən edilməlidir.
14. Məhkəmə istinad olunan maddi və prosessual hüquq normalarının tələbləri baxımından hesab edir ki, iddiaçıya dəymiş maddi ziyanının cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində baş verməsi qanuni qüvvəyə minmiş məhkəmə hökmündə öz əksini tapmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş həmin hökmü hazırkı mülki iş üzrə preyudisial əhəmiyyətə malikdir.
15. Məhkəmə iddiaçıya dəymiş maddi ziyanın məbləği ilə bağlı qeyd edir ki, iddiaçı xx.xx.2018-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və barəsində seçilmiş həbs qətimkan təbdirinin müddəti də xx.xx.2018-ci il tarixdən hesablanmışdır. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə AR CM-nin 234.1 və 234.2cimaddələri ilə təqsirli bilinərək məhkum edilmişdir. Daha sonra isə Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə AR CM-in 234.1 və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ləğv edilmiş və o məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Həmin müddət, yəni iddiaçı 3 il 4 ay 9 gün ərzində əvvəllər əldə etdiyi minumum əmək haqqından miqdarında gəlirdən məhrum olmuşdur. Ona görə də iddiaçıya xx.xx.2018–ci il tarixdən xx.xx.2021–ci il tarixədək Azərbaycan Respublikası üzrə minumum aylıq əmək haqqı məbləği nəzərə alınmaqla maddi ziyan hesablanmalıdır.
16. İş materiallarında olan Dövlət Statistika idarəsinin Mingəçevir şəhər Statistika İdarəsi tərəfindən xx.xx.2022–ci il tarixdə verilmiş, 118 nömrəli məktubdan da görünür ki, Azərbaycan Respublikasında orta aylıq nominal əmək haqqı 2018–ci il üzrə 544.6 manat, 2019–cu il üzrə 635.1 manat, 2020–ci il üzrə 707.3 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək isə 724.4 manat məbləğində olmuşdur.
17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən Azərbaycan Respublikasında minumum aylıq əmək haqqı 2018-ci il üçün 130 manat, xx.xx.2019-cu il il tarixli Sərəncamına əsasən 2019-cu il üçün 180 manat, xx.xx.2019-cu il tarixli Sərəncama əsasən xx.xx.2019-cu il tarixdən isə 250 manat məbləğində müəyyən edilmişdir.
18. Belə olan halda xx.xx.2018–ci il tarixdən xx.xx.2021–ci il tarixədək olan müddət ərzində İddiaçı dəymiş maddi ziyanın məbləğinin 8270 manat olduğu müəyyən edilir. Lakin iddiaçı tərəfindən 20000 manat məbləğində dəymiş maddi ziyan tələb etsə də, həmin halı təsdiq edən sübut təqdim etməmişdir.
19. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş maddi zərərə görə 20000 (iyirmi min) manat məbləğində kompensaiya ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və iddiaçıya vurulmuş maddi ziyana görə 8270 manat məbləğində kompensasiya ödənilməlidir.
20. Məhkəmə, həmçinin hesab edir ki, iddiaçının qanunsuz və əsassız olaraq 3 il 4 ay 9 gün müddətə cinayət təqibinə məruz qalması və məhkum edilməsi nəticəsində ona maddi ziyanla bərabər, mənəvi ziyan da vurulmuşdur. Həmin halın aradan qaldırılması, yəni iddiaçının pozulmuş hüququnun bərpa olunması, vurulmuş mənəvi ziyana görə pul kompensasiyası ödənilməsi yolu ilə mümkündür.
21. Belə olan halda məhkəmə iddianın mənəvi zərərə görə 50.000 (əlli min) manat məbləğində pul tələbinə dair hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də qismən əsaslıdır.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində iddiaçının səhhətində problem yaranmış, o, cərrahi əməliyyata məruz qalmış, ona görə də fiziki ağrı və iztirab keçirmiş, həmçinin barəsində mənfi fikrin formalaşmış, onu əhatə edən şəxslərlə münasibətləri pisləşmiş, onun haqqında mənfi fikir formalaşmış, yəni onu tanıyan şəxslərin hamısı ondan qaçmış və onu narkotik vasitə satıcısı kimi qınamışdır. Bununla da iddiaçıya mənəvi ziyan dəymişdir.
23. Məhkəmə iddianın mənəvi zərərə görə 50.000 manat məbləğində pul tələbinə dair hissəsinə münasibətdə o qənaətdədir ki, cinayət prosesini həyata keçirən orqanın vəzifəli şəxslərinin qanunsuz hərəkəti nəticəsində iddiaçının qanunsuz olaraq təqsirləndirilən şəxs qismində cəlb edilməsi, həbsdə saxlanması, məhkəməyə verilməsi və məhkum edilməsi onun qanunsuz və əsassız olaraq 3 il 4 ay 9 gün həbsdə saxlanılması, şübhəsiz ki, iddiaçının şəxsi keyfiyyətləri, yaşayış yerində onun tanıyan şəxslər arasında təşəkkül tapmış şəxsi keyfiyyətləri ilə bir araya sığmadığına görə onun şüurunda mənfi reaksiyaya səbəb olmuşdur. İddiaçı uzun müddət qanunsuz və əsassız olaraq cinayət təqibinə məruz qaldığı və məhkum edildiyi üçün yaşadığı ərazidə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs kimi tanınmış və ictimaiyyət tərəfindən qınanmışdır. Ona görə də iddiaçı mənəvi zərərə məruz qalmışdır.
24. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 50. 000 manat mənəvi zərərə görə kompensasiya tələbi işin hallarına, onun keçirdiyi mənəvi sarsıntı və fizki iztirabın xarakterinə, həmin iztirab və sarsıntının kəskin mənfi nəticələrə səbəb olmamasına görə kifayət qədər yüksək, açıq–aşkar ədalətsiz pul tələbidir.
25. Belə ki, mülki işə məhkəmədə baxılarkən iddiaçı tələb etdiyi məbləğdə mənəvi zərərə məruz qalmasına dair əlavə sübutu məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarından da belə sübutların olması görünmür.
26. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cinayət prosesini həyata keçirən orqanın hüquqa zidd hərəkətlərinin təhlükəlilik dərəcəsi iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı zərər vuran şəxsin həmin hərəkətləri törətməkdə təqsirli olması, habelə iddiaçının əsassız olaraq cinayət təqibinə məruz qalması və məhkum edilməsi nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsi, onun qanunla qorunan hüquqlarının pozulması ilə müşayiət olunsa da, iddiaçı tələb etdiyi həcmdə mənəvi zərərə məruz qalmamışdır.
27. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, iddiaçının hərəkətlərinə hüquqi qiymət verilmiş və onun barəsində bəraət hökmü çıxarılmışdır. Bu hal isə iddiaçının təqsirsiz olmasını, onun qanunsuz olaraq cinayət təqibinə məruz qalmasını göstərir. İddiaçının cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində onu tanıyan şəxslər arasında nüfuzdan düşməsi, sonradan onun barəsində bəraət hökmünün çıxarılması və ona maddi zərərə görə kompensasiya verilməsi yolu ilə pozulmuşhüquqlarının bərpa olunması mümkündür. İddiaçının fiziki əzab çəkməsi ilə əlaqədar olaraq məruz qaldığı mənəvi zərər isə cavabdehin 5.000 manat məbləğində təzminat ödəməsi yolu ilə aradan qaldırıla bilər.
28. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi mənəvi zərərin 50.000 manat məbləği onun keçirdiyi iztirab və sarsıntının xarakterinə adekvat deyildir.
29. Məhkəmə işin müəyyən olunmuş bütün hallarını, tərəflərin maddi, əmlak vəziyyətini və digər diqqətə layiq halları nəzərə alaraq hesab edir ki, mənəvi zərərin məbləğinin 5.000 manat miqdarında müəyyən edilməsi qanuni, əsaslı və ədalətlidir.
30. Ona görə də məhkəmə hesab edir ki, iddianın, cinayət prosesini həyata keçirən orqanların qanunsuz hərəkətləri nəticəsində vurulmuş mənəvi zərərə görə 50.000 manat məbləğində kompensaiya ödənilməsinə dair hissəsi qismən əsaslı olduğundan qismən təmin edilməli və iddiaçıya vurulmuş mənəvi zərərə görə 5.000 manat məbləğində kompensasiya ödənilməlidir.
31. Məhkəmə iddia tələbinin 15000 manat məbləğində fiziki ziyan tələbi ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsaslı deyildir
32. Belə ki, iddiaçı ona qarşı olan haqsızlığa etiraz olaraq cinayət işinə məhkəmədə baxılarkən xx.xx.2018-ci il tarixdə metal udmasını, buna görə də əməliyyat olunduğunu bildirərək bunun onun səhhətinə ziyan vurması səbəbindən fiziki ziyan tələb etdiyini qeyd etmişdir. İş materiallarında olan xəstənin stasionar tibbi kartasından olan çıxarışdan da göründüyü kimi iddiaçı həqiqətən də cinayət işinə məhkəmədə baxılarkən metal udmuş və buna görə də əməliyyat olunmuşdur. Lakin iddiaçı bütün bunların nəticəsində onun səhhətində hansı ağırlaşmaların olduğunu, sağlamlığının hansı dərəcədə pozulduğunu və itirilmiş sağlamlığının bərpa edilməsi məqsədi ilə maddi cəhətdən nə qədər pul xərclədiyini bildirməyərək 15000 manat məbləğində fiziki ziyan tələb etmişdir. Həmçinin iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir. Eləcə də, iddiaçının mənəvi ziyan tələbi qismən təmin edilərkən, onun cərrahi əməliyyata məruz qalması, ona vurulmuş mənəvi ziyanla əhatə olunmuş və mənəvi ziyana görə kompensasiya təyin edilərkən nəzərə alınmışdır. Belə olan halda iddiaçının 15000 manat məbləğində fiziki ziyan tələbi əsassızdır.
33. Məhkəmə həmçinin iddia tələbinin torpağın satılması ilə əlaqədar olaraq onun dəyəri olan 12000 manat məbləğində pulun alınması hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə də əsassızdır.
34. Belə ki, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində hər bir şəxsə ödənilən ziyanların konkret dairəsi müəyyən edilmişdir. Sözügedən maddədə daşınmaz əmlakın satılması ilə bağlı ziyanın ödənilməsi nəzərdə tutulmamışdır.
35. Belə olan halda isə iddiaçı tərəfindən torpaq sahələrinin satılması ilə bağlı onların dəyəri olan 12000 manat məbləğində pulun tələb edilməsi tam əsassızdır və məhkəmə tərəfindən təmin edilməməlidir.
36. Məhkəmə yekun olaraq hüquqi yardımın göstərilməsi ilə əlaqədar olaraq 1000 manat məbləğində pulun tələb edilməsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslıdır.
37. Belə ki, təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüququ pozulmuşdur. Ona görə də iddiaçı pozulmuş hüquqlarının bərpa edilməsi üçün məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Məhkəməyə müraciət edərkən, vəkilin xidmətlərindən istifadə etdikləri üçün vəkilə qonarar ödəmişdir. İddiaçı çəkdiyi həmin xərc onun qanunsuz olaraq məhkum edilməsi səbəbindən olmuşdur. Belə olan halda hüquqi yardımın göstərilməsi üçün vəkilə ödənilmiş məbləğlər cavabdehdən alınıb iddiaçıya verilməlidir.
38. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli müqavilədən görünür ki, iddiaçının anası X5xx.xx.2020-ci tarixdə Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X10 ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlamış və həmin müqaviləyə uyğun olaraq, xx.xx.2020ci il tarixdə Mingəçevir şəhər Vəkil Bürosunun ******************** saylı hesabına 500 manat məbləğində pul köçürmüşdür.
39. İşdə olan xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, iddiaçı xx.xx.2022-ci tarixdə Mingəçevir şəhər Vəkil Bürosunun vəkili X10 ilə ******* nömrəli Vəkil Orderi əsasında müqavilə bağlamış və həmin müqaviləyə uyğun olaraq, xx.xx.2022- ci il tarixdə Mingəçevir şəhər Vəkil Bürosunun ******************** saylı hesabına 500 manat məbləğində pul köçürmüşdür.
40. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1972-ci il tarixdə X11 ilə X2 birgə nikahından doğulmuşdur
41. Odur ki, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən maddi zərərə görə 8270 manat, mənəvi zərərə görə 5000 manat və hüquqi yardımım göstərilməsi ilə əlaqədar 1000 manat məbləğində pul alınıb iddiaçıya verilməlidir.
42. Mingəçevir Şəhər Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2(051)- 1115/2022 saylı qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia qismən təmin olunmuş, bəraət almış İddiaçı Azərbaycan Respublikasının Maliyyə nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabına maddi zərərə görə 8270 (səkkiz min iki yüz yetmiş) manat, mənəvi zərərə görə 5000 (beş min) manat və hüquqi yardım görə 1000 (bir min) manat, cəmi 14270 (on dörd min iki yüz yetmiş) manat məbləğində pulun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
43. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1101-ci maddələrinə, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 6, 7 və 12-ci maddələrinə, Əmək Pensiyaları haqqında AR Qanununun 28-ci maddəsinə və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 58, 61, 63 və 65-ci maddələrinə istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir:
44. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmündən görünür ki, İddiaçı AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 4 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanmış və ona qəti olaraq 4 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Azərbaycan Respublikasının 76.6.3-cü maddəsinə əsasən Salyan rayon məhkəməsinin xx.xx.2017-ciil tarixli qərarı ilə cəzasının çəkilməmiş 11 ay 03 gündən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilmiş və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən İddiaçı hal-hazırki hökümlə təyin edilmiş 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına Mingəçevir şəhər məhkəməsini xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş 11 ay 03 gün hissəsi hökmlərin məcmusu üzrə qismən birləşdirilərək üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanmışdır.
45. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(107)-42/2020 saylı hökmündən görünür ki, İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir.
46. İşdə olan AR Ali Məhkəməsinin qüvvədə olan xx.xx.2021–ci il tarixli 1(102)– 125/2021 nömrəli qərarından görünür ki, İddiaçı barəsində Şəki Apelyasiya Məhkəməsinin cinayət kollegiyasının xx.xx.2020-ci il taixli qərarı ləğv edilmiş və cinayət işi baxılması üçün Şəki Apelyasiya Məhkəməsinə məhkəmə baxışına təyin edilmişdir.
47. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)-141/2021 saylı hökmündən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və onun AR CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmü ləğv edilmiş və təqsirliliyi sübuta yetirilmədiyinə görə ona bəraət verilmişdir. İddiaçı cinayət prosesini həyata keçirən orqanın səhvi nəticəsində vurulmuş ziyanın ödənilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək və kompensasiya almaq hüququ tanınmışdır.
48. İşdə olan AR Ali Məhkəməsinin xx.xx.2021–ci il tarixli 1(102)–1687/2021 nömrəli qərarından görünür ki, Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)- 141/2021 saylı hökmündən verilmiş kassasiya protesti təmin edilməmiş və hökm dəyişdirilmədən saxlanılmışdır.
49. İşdə olan xəstənin stasionar tibbi kartasından çıxarışdan görünür ki, İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək mədəsində aşkar edilmiş yad (metal) cisim dioqnozu ilə stasionar üzrə daxil olmuş və əməliyyat olunmuş, həmin yad cisimlərin çıxarılması və qarın boşluğunun drenajlanması aparılmışdır.
50. İşdə olan xx.xx.2018-ci il tarixli AN ******* saylı və xx.xx.2018-ci il tarixli AN ******* saylı daşınmaz əmlakın alqı-satqısı müqavilələrindən görünür ki, X5 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən iki ədəd hər birinin ümumi sahəsi 0.06 ha olan torpaq sahələrini X4 və X1.
51. Bu qətnamənin 39-40-cı bəndlərindən görünür ki, Mingəçevir şəhər Vəkil Bürosunun hesabına vəkil X10 tərəfindən hüquqi yardım göstərilməsi üçün iki dəfə 500 manat olmaqla cəmi 1000 manat pul ödənilmişdir.
52. Qətnаmədən nаrаzı qаlаn İddiaçı vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
53. Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1101.1-ci maddəsinə istinad edərək qətnaməni əsaslandırmağa çalışsa da, digər tərəfdən həmin Məcəllənin 1114- cü maddəsinin tələblərini nəzərə almamışdır.
54. Maliyyə Nazirliyi heç bir delikt törətmədiyi halda son nəticədə yanlış olaraq Maliyyə Nazirliyi iş üzrə delikt törətmiş şəxs kimi dəyərləndirilmişdir.
55. Məhkəmə tərəfindən dövlət büdcəsindən vəsaitin iddiaçıya ödənilməsi qət edilərkən, həmin vəsaitin gələcəkdə dövlət büdcəsinə bərpası (qaytarılması) məqsədilə ziyanı vuran təqsirli vəzifəli şəxs müəyyən edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən iddiaçının tələbi ilə bağlı qətnamə qəbul edilərkən pul vəsaitinin dövlət büdcəsindən iddiaçının xeyrinə tutulması qət edilmiş, həmin vəsaitin hansı qaydada dövlət büdcəsinə qaytarılması barədə qətnamədə heç bir izah verilməmiş və beləliklə də tərəflərin (tərəflərin və dövlətin) bərabərlik prinsipi, maddi hüquq normaları pozulmaqla qərar qəbul edilmişdir.
56. Maliyyə Nazirliyi tərəfindən heç bir qanunsuz hərəkət (hərəkətsizlik) edilmədiyi halda məhkəmə cavabdeh qismində Maliyyə Nazirliyini tanımış və iddia tələbini ona yönəltmişdir.
57. Qətnamədən də göründüyü kimi məhkəmə baxışı zamanı qeyd olunanlarla bağlı, hər hansı faktlar göstərilməmiş, eyni zamanda, mənəvi zərərlə bağlı hər hansı sübut tədqiq olunmamışdır. Şəxsin fiziki və mənəvi iztirabları barədə sübutlar mövcud olduğu halda məhkəmə onların hər birinə konkret istinad etməklə (sənədin adı, tarixi və digər rekvizitləri qeyd olunmaqla) hər bir xərci ayrıca göstərməli idi.
58. Ərizədə iddiaçının hüquq-mühafizə orqanlarının hərəkətini qanunsuz hesab etməsi, bununla bağlı iddia tələbini Maliyyə Nazirliyinə yönəltməsi və Nazirliyin Mingəçevir Şəhər Məhkəməsi tərəfindən cavabdeh qismində tanınması əsassız olduğundan, məhkəmə tərəfindən iddia baxılmamış saxlanılmalı və ya iş üzrə icraata xitam verilməli idi.
59. Göründüyü kimi məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni hərtərəfli araşdırmamış, kifayət qədər əsaslar olmadan yalnız mülahizələrə əsaslanmaqla, heç bir sübut olmadığı halda və qanunsuz olaraq iddia tələbi üzrə öhdəlik Maliyyə Nazirliyinin üzərinə qoyulmuşdur.
60. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2(051)- 1115/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
61. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin və birinci instansiya məhkəməsində verdiyi izahatın dəlilləri ilə əsaslandıraraq göstərmişdir ki, məhkəmə qanunsuz həbsdə saxlanılma müddəti 3 il 4 ay 9 gün olmasına baxmayaraq 5000 manat pulu mənəvi zərərin ödənilməsi üçün yetərli hesab etmişdir. Bununla da məhkəmə onu başqa şəxslərə münasibətdə aşağılamışdır. Onun bu müddət ərzində fiziki əzab çəkməyini cüzi qiymətləndirmişdir.
62. Məhkəmə ona vurulmuş maddi ziyanı respublika üçün orta aylıq əmək haqqı məbləğini nəzərə almadan yaşayış minimumunu qəbul etməkdə haqlı olmamışdır.
63. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2(051)- 1115/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
64. Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
65. Məhkəmə kollegiyasının iclasında İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil öz verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şiakyətinin təmin edilməməsini xahiş etdilər.
66. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi X12 öz verdikləri apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, həmin apellyasiya şikayətinin təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
Tətbiq edilən hüquq
67. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1 –ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2–ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər) və s. başa düşülür. 1096.1–ci maddəsində qeyd olunmuşdur ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2–ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1101.1–ci maddəsinə əsasən qanunsuz məhkum etmə, cinayət məsuliyyətinə qanunsuz cəlb etmə, qətimkan tədbiri kimi həbsə almanın və ya başqa yerə getməmək haqqında iltizamın qanunsuz tətbiqi, inzibati tənbehin qanunsuz verilməsi nəticəsində fiziki şəxsə vurulmuş zərərin əvəzini təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq, Azərbaycan Respublikası qanunla müəyyənləşdirilmiş qaydada tam həcmdə ödəyir.
68. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi: 56–cı maddəsinə əsasən, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. 58.1–ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui– istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. 58.2–ci maddəsinə əsasən fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. 61.1–ci maddəsinə əsasən cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. 61.2–ci maddəsinə əsasən bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui–istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. 63–cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui– istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir. 65.4–cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, inzibati və ya iqtisadi mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub–olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.
69. “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Azərbaycan Respublikasinin Qanunu: 1-ci maddəsinə görə bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyan təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının vəzifəli şəxslərinin təqsirindən asılı olmayaraq tam həcmdə ödənilir. 6–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsindənəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu Qanunun 5–ci maddəsinin 1–ci bəndində nəzərdə tutulmuş ödənilməli olan məbləğlərin miqdarı şəxsin işdən (vəzifədən) kənarlaşdırıldığı, təyin olunmuş cəzanı çəkdiyi dövrdə əldə edilməmiş gəliri nəzərə almaqla müəyyən edilir. 7–ci maddəsinə əsasən təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui–istifadəsi nəticəsində şəxsə vurulmuş fiziki vəmənəvi ziyan ödənilməlidir. Şəxsin barəsində mənfi fikrin formalaşmasına, onu əhatə edən şəxslərlə münasibətlərin pisləşməsinə gətirib çıxaran və digər mənəvi xarakterli mənfi nəticələr mənəvi ziyan hesab edilir. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində şəxsə vurulmuş fiziki və mənəvi ziyan mülki qanunvericiliklə nəzərdə tutulmuş qaydada ödənilir. 12–ci maddəsinə əsasən bu Qanunun 5–ci maddəsinin 1–ci, 2– ci və 4–cü bəndlərində nəzərdə tutulmuş ziyanın məbləği qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir. Fiziki və mənəvi ziyan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir. İstintaq və ya inzibati icraat müddətində və ya cəza çəkdiyi dövrdə şəxsə vurulmuş mənəvi ziyanın ümumi məbləği Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəmə tərəfindən müəyyən edilir.
70. Əmək Pensiyaları haqqında AR Qanunu: 21.2.8-ci maddəsinə əsasən şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət sığortaolunanın sığorta stajına daxil edilir.
71. Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
72. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23–cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002–ci il tarixli qərarında göstərilmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən ziyan törədir. Zərər yetirmə şəxsin subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Şəxsin şərəfi, ləyaqəti və işgüzar nüfuzu təhqir olunursa, o sarsıntı, iztirab keçirir və bununla da mənəvi təhqirə məruz qalır. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
73. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008–ci il tarixli 7 nömrəli qərarının 1–ci bəndində qeyd olunmuşdur ki, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın 41–ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri–əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2–ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X9 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri–əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqətiolaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin Qərarın 4–cü bəndində göstərilmişdir ki, şəxsə mənəvi zərərin vurulması istənilən xarakterli qeyri–hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Həmin Qərarın 7–ci bəndində göstərilmişdir ki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115–ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Həmin Qərarın 10–cu bəndində göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərər vuran şəxsin təqsiri və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablarda dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.4–cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub–olmaması və ya bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi YOXdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
75. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə YOXladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi YOXladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə YOXlanılmalıdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
76. Hər iki apellyator Mingəçevir Şəhər Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2(051)-1115/2022 saylı qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam YOXlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
77. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı qismən təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
78. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində bu qətnamənin 53-59cu bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, iddiaçı Rüstəmov X8 Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmü ilə AR CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə, CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib üzərində qəti olaraq 4 (dörd) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(107)-141/2021 saylı hökmü ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş və onun AR CM-nin 234.1-ci və 234.2-ci maddələri ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 1(051)-57/2018 saylı hökmü ləğv edilərək ona bəraət verilmiş və həmin tarixdə o, məhkəmə iclas zalından həbsdən azad edilməklə vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ tanınmışdır. Həmin hökm hal-hazırda qüvvədədir. Bu qətnamənin 68-69 və 71-ci bəndlərində göstərilmiş normaların tələbinə əsasən iddiaçı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
79. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində bu qətnamənin 61-62-ci bəndlərində göstərdiklərinə münasibət bildirərək qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissələri ilə bağlı gəldiyi nəticəni obyektiv və adekvat olaraq əsaslandırmışdır ki, həmin əsaslandırmalar bu qətnamənin 21-33-cü bəndlərində göstərilmişdir. İddiaçı apellyasiya şikayətində həbsdə saxlanılma müddətində çəkdiyi fiziki əzabı vurğulamışdır ki, həmin hissədə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ona qarşı olan haqsızlığa etiraz olaraq cinayət işinə məhkəmədə baxılarkən xx.xx.2018-ci il tarixdə metal udmasını, buna görə də əməliyyat olunduğunu bildirərək bunun onun səhhətinə ziyan vurması səbəbindən fiziki ziyan tələb etdiyini qeyd etmişdir. İş materiallarında olan xəstənin stasionar tibbi kartasından olan çıxarışdan da göründüyü kimi iddiaçı həqiqətən də cinayət işinə məhkəmədə baxılarkən metal udmuş və buna görə də əməliyyat olunmuşdur. Lakin iddiaçı bütün bunların nəticəsində onun səhhətində hansı ağırlaşmaların olduğunu, sağlamlığının hansı dərəcədə pozulduğunu və itirilmiş sağlamlığının bərpa edilməsi məqsədi ilə maddi cəhətdən nə qədər pul xərclədiyini bildirməyərək 15000 manat məbləğində fiziki ziyan tələb etmişdir. Həmçinin iddiaçı tərəfindən bununla bağlı hər hansı mötəbər sübut iş materiallarına əlavə edilməmişdir.
80. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2(051)-1115/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
81. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən verilmiş аpellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 8 sentyabr 2022-ci il tarixli 2(051)-1115/2022 saylı qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.
Sədrlik edən: Ələddin Məcidov
Hаkimlər: Mahir Əsədli Elçin Mehdiyev