Məhkəmə qərarları › İş №2(107)-95/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-95/2024

23.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-95/2024 23.01.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurəddin qızına qarşı (açar sözlər: Borc müqaviləsi üzrə mübahisələr) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, İddiaçı - İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurəddin qızına qarşı “pul tələbinə dair” mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(039)-557/2023 saylı qətnаməsindən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları

1. Cavabdeh1 tərəfindən xx.xx.2022-ci il tarixdə imzalanmış qəbzdən görünür ki, cavabdeh İddiaçı 3500 manat borc pul almış, həmin borcu xx.xx.2022-ci il tarixdə qaytaracağını qeyd etmişdir.

2. Yevlax şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3765 saylı xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı Yevlax şəhər, Ü.Hacıbəyov küçəsi ev 40-da qeydiyyatdadır və yaşayır.

3. Cinayət işinin başlanılmasının rədd olunması barədə Yevlax rayon polis şöbəsinin təhqiqat şöbəsinin təhqiqatçısı Tərxan Allahverdiyevin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, İddiaçı mütaciəti əsasında toplanmış material hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır.

4. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurəddin qızına qarşı pul tələbinə dair iddia ərizəsi ilə Yevlax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 3500 manat məbləğində borcun və 56 manat dövlət rüsumu tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

II. Birinci instansiya məhkəməsində icraat

5. İddia tələbi belə əsaslandırılmışdır ki, Cavabdeh1 avtomaşını girov qoyaraq, ondan 3500 manat borc almış, söz vermişdir ki, maşını sataraq borcunu qaytaracaqdır. Maşını satmaq məqsədi ilə dövlət qeydiyyat şöbəsinə apararkən məlum olmuşdur ki, maşının mühərrik nömrəsi düz deyil bu səbəbdən cərimə meydancasınada saxlayaraq, Bakıdan düzəlməsi üçün razılıq alınmasını tələb edirlər. O, icazələri alaraq qeydiyyat şöbəsinə şöbəsinə təqdim etmiş, lakin Cavabdeh1 Yevlaxda olmadığını bildirərək tezliklə gələrək maşını onun adına keçirəcəyini birlikdə satacağını söləmiş, onu xx.xx.2022-ci il tarixə kimi gözləməsini xahiş etmiş, buna baxmayaraq xx.xx.2022-ci il tarixdə maşını oğlu X1 adına rəsmiləşdirərək başqasına satmışlar. Bu faktı ondan gizlədərək onun evinə gələrək xx.xx.2022-ci il tarixdək gözləməyini və maşını onun adına qeydiyyata aldıracaqlarını söylədiyindən həmin vaxtı gözləməli olmuşdur. Qızı Cavabdeh2 zamin durub qəbzə qol çəkmişdir ki, xx.xx.2022-ci il tarixdə borc qaytarılacaqdır. Vaxtı çatanda nə maşını, nə də pulu vermişdir. Maşın başqasına satılıb və ona borcunu vermək istəmirlər. Bu barədə o, polis şöbəsinə müraciət etmiş, orada Cavabdeh1 olanları etiraf edərək 3500 manat borcu verəcəyini söyləmişdir.

6. Birinci instansiya məhkəməsinin iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.

7. Birinci instansiya məhkəməsinin vaxtı və yeri barədə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Nurəddin qızının ünvanına göndərilən məhkəmə bildirişi “bu ünvanda yaşamır” qeydi ilə məhkəməyə geri qaytarılmışdır. Məhkəmə bildirişi cavabdehə çatdırılması üçün Yevlax şəhəri 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, lakin sonuncunun məhkəməyə ünvanladığı arayışda Yevlax şəhəri, C.Əzizov küçəsi ev 136 saylı ünvanda qeydiyyatda olan Cavabdeh1 və Ü.Hacıbəyov küçəsi ev 127 saylı ünvanda qeydiyyatda olan Cavabdeh2 Nurəddin qızına aid məhkəmə bildirişi barədə məlumat vermək mümkün olmamışdır. Nümayəndəlikdə hansı ünvanda yaşamaları barədə məlumat yoxdur. Cavabdehlərin faktiki olduğu yer məlum olmadığından Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (MPM) 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmışdır.

8. Yevlax Rayon Məhkəməsinin (hakim Kamil Əliyev) 14 mart 2023-cü il tаrixli, 2(039)-557/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək Cavabdeh1 3500 (üç min beş yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 56 (əlli altı) manat İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti verilmişdir.

III. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

10. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuşdur. Belə ki, o, iddiaçıdan 500 manat pul götürmüşdür. Sonra isə 300 manat pul götürmüşdür. Bundan sonra isə 500 manat götürmüşdür. Üst-üstə 1300 manat pul götürmüşdür. Həmin pulun da 25%-ni sələm olaraq vermişdir. Əvəzində Samsung markalı sökülməmiş şəkildə karopkanın içində samsung paltaryuyan maşınını girov qoymuşdur. İddiaçı bununla razılaşmadığından o, 50 qram çəkidə 583 əyyarlı Mafios sepini vermişdir. O, bütün bunların müqabilində hər ay götürdüyü pulun 25%-ni ona qaytarmalı idi. 2 ay keçəndən sonra 500 manat ona ödəmişdir. 1 ay keçəndən sonra təkrar 500 manat ödəmişdir. 1 ay keçəndən sonra 300 manatını ödəmişdir. 4-5 ay ərzində ona 1300 manat ödəmişdir. Ancaq nə qızılı, nədə paltaryuyan maşını ona qaytarılmışdır. Onun iddiaçıya heç bir borcu qalmadığı halda, yalan qəbz yazdıraraq onun üzərinə 3500 manat yazmışdır. O, həmin qəbzdən imtina edir və qeyd edir ki, qəbzdə olan imza ona məxsus deyil. O, bütün bunları qəbul etmir. Qəbz yalandır. Ona görə də qəbzə münasibətdə ekspertizanın keçirilməsini istəyir. Göstərilənlərə əsasən Yevlax Rayon məhkəməsini 14 mart 2023-cü il tаrixli, 2(039)- 557/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin əsassız olduğundan təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərərək Yevlax Rayon məhkəməsini 14 mart 2023-cü il tаrixli, 2(039)-557/2023 saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Yevlax Rayon məhkəməsini 14 mart 2023-cü il tаrixli, 2(039)-557/2023 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

14. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

16. İş üzrə cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdikləri üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı verilmiş apellyasiya şikayətinə münasibətdə tam olaraq yoxlanılacaqdır. V. Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Mülki Məcəlləsi:

17. Maddə 14.2.1 Qаnunvericilikdə nəzərdə tutulmuş müqаvilələr və bаşqа əqdlər mülki hüquqlаrın və vəzifələrin əmələ gəlməsi əsаslаrındаn biridir.

18. Maddə 280.1. Girov müqaviləsi yazılı formada bağlanmalıdır.

19. Maddə 280.2. Girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər.

20. Maddə 280.3. Bu Məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır.

21. Maddə 280.4. Bu maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır.

22. Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

23. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

24. Maddə 445. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 739 (köhnə redaksiyada) Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

26. Maddə 14.2-ci Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

27. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

29. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

30. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

31. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

35. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

36. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

VI. Apellyasiya məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki apellyasiya şikayəti təmin olunmamalı, Yevlax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(039)- 557/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

38. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

39. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

40. Müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 3500 manat məbləğində pul vermiş, Cavabdeh1 3500 manat məbləğində pulu iddiaçıya qaytarmalı olduğu halda, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir.

41. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddia ərizəsində iddiaçı cavabdehlərlə müəyyən girov və zaminlik mülki münasibətlərinə olduğunu bildirsə də, Mülki Məcəllənin yuxarıda göstərilən maddi normalarından da görünür ki, hər iki müqavilə yazılı formada bağlanmalı, habelə girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. Əks halda qanunverici bu qaydalara riayət edilməməsinin sözügedən müqavilələrin etibarsızlığına səbəb olduğunu imperativ şəkildə göstərmişdir.

42. Qeyd edildiyi kimi cavabdehin nümayəndəsi və vəkili vermiş olduğu apellyasiya şikayətində göstərmişdir ki, Onun iddiaçıya heç bir borcu qalmadığı halda yalan qəbz yazdıraraq onun üzərinə 3500 manat yazmışdır. O, həmin qəbzdən imtina edir, və qeyd edir ki, qəbzdə olan imza ona məxsus deyil. O, bütün bunları qəbul etmir. Qəbz yalandır. Ona görə də qəbzə münasibətdə ekspertizanın keçirilməsini istəyir.

43. Apellyasiya baxışının əvvəlki iclasında Cavabdeh1 və onun nümayəndəsi və vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda məhkəmə-xətşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmişlər.

44. Bu səbəbdən Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 oktyabr 2023-cü il tarixli, 2(107)-1142/2023 saylı qərardadı ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbаycаn Respublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizаsı Mərkəzinə həvalə edilmişdir.

45. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 dekabr 2023-cü il tarixli, 3-16-16/2-4/1769 nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyində qeyd olunur ki; - ekspertizaya təqdim edilmiş 08 oktyabr 2022-ci il tiraxli borc qəbzindəki “Я, Махмудова Зинаида Вазирзовна, получила 3500 манат от азат сулейманова в долг. Обязуюз вернуть долк 3500 манат xx.xx.2022 году” yazıları (2022 yazısındakı 2 rəqəmindən başqa) və “Махмудова” ifadəsinin qarşısındakı imza Cavabdeh1 tərəfindən icra olunmuşdur. - ekspertizaya təqdim edilmiş 08 oktyabr 2022-ci il tiraxli borc qəbzindəki “Я, Махмудова Зинаида Вазирзовна, получила 3500 манат от азат сулейманова в долг. Обязуюз вернуть долк 3500 манат xx.xx.2022 году” yazılarında (2022 yazısındakı 2 rəqəmindən başqa) “Махмудова” ifadəsinin qarşısındakı imzada qəsdən dəyişdirilməklə icra olunma əlamətləri müəyyən edilmədi.

46. Beləliklə apellyasiya şikayətinin Cavabdeh1 08 oktyabr 2022-ci il tiraxli borc qəbzindəki yazı və imzanın ona məxsus olmaması barədə dəlilləri iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının ekspert rəyi ilə də təkzib edilir.

47. İş üzrə verilmiş ekspert rəyi hazırki real vəziyyəti əks etdirdiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq həmin rəyi sübut növü kimi qəbul etmiş və həmin rəyə uyğun nəticəyə gəlmişdir.

48. Belə ki, Azərbaycan Republikası MPM-in 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

49. Azərbaycan Republikası MPM-in 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

50. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşır və belə nəticəyə gəlir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.

51. “X3rşı işi üzrə” 16 fevral 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər.

52. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsi və vəkilinin apellyasiya şikayətində göstərdiyinə ümumilikdə münasibət bildirərək qeyd edir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdeh də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduğu halda, bunu etmədiyindən onun göstərdikləri əsaslı hesab edilə bilməz.

53. Beləliklə məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə Cavabdeh1 nümayəndəsi və vəkilinin dəlilləri ilə razılaşmır. Belə ki, məhkəmə kollegiyasının iclasında apellyasiya şikayəti tədqiq edilərkən müəyyən edilmişdir ki, şikayət ancaq formal mülahizələrdən ibarət olmuşdur.

54. Apellyasiya şikayətlərinin dəlillərini əsassız sayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə və işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də mübahisəni düzgün həll etmişdir.

55. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.

56. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx.xx.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun

57. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

58. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir.

59. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Yevlax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(039)-557/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.

60. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul cаvаbdeh Cavabdeh1 tutulmalı və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilməlidir.

61. Hazırkı mülki iş üzrə mübahisələndirilən məbləğ 5 (beş) min manatdan az olduğuna görə iş üzrə çıxarılmış qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Yevlax Rayon Məhkəməsinin 14 mart 2023-cü il tаrixli, 2(039)-557/2023 saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan məhkəmə-xətşünaslıq ekspertiza tədqiqatının dəyəri təşkil edən - 127 (bir yüz iyirmi yeddi) manat məbləğində pul cаvаbdeh Cavabdeh1 tutulsun və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********, AZ34CTRE********************) hesabına ödənilsin. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar