Məhkəmə qərarları › İş №2(107)-953/2023

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(107)-953/2023

20.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(107)-953/2023 20.07.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), X4 və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, İbrahimov Səbuhi Təmraz oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və ziyan tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin sədri Paşayev Nemət Şirkət oğluna edilmiş etiraza аçıq məhkəmə iclаsındа baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və ziyan tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 800 manat pulun və 2000 manat mənəvi ziyanın, cəmi 2800 manat pulun alınıb İddiaçı1 və 500 manat maddi ziyanın, 2000 manat mənəvi ziyanın, cəmi 2500 manat pulun alınıb İddiaçı2 verilməsi və 73 manat dövlt rüsumunun cavabdehdən alınıb iddiaçılara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 xx.xx.2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək, mülki işə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə baxılmasına etiraz etmişlər. İşə baxan hakim xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə baxışı iclasında ayrıca akt şəklində tərtib olunmadan məhkəmə iclası protokoluna yazılmaqla, iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən məhkəmənin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğluna və Mingəçevir Şəhər Məhkəməsinə edilmiş etiraz məsələsini həll edilməsi üçün etiraz ərizəsinin məhkəmənin sədri Paşayev Nemət Şirkət oğluna verilməsi barədə qərardad qəbul etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 mülki işə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi ilə baxılmasına etdikləri etiraz təmin edilmiş və mülki iş baxılmaq üçün məhkəmənin hakimi, Paşayev Nemət Şirkət oğlunun icraatına verilmişdir. İddiaçılar yenidən ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə Mingəçevir Şəhər Məhkəməsinin hakimi Paşayev Nemət Şirkət oğlunun sədrliyi ilə baxılmasına da etiraz etmişlər. Etiraz onunla əsaslandırılmışdır ki, iş üzrə cavabdeh Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Cavabdeh oğlu X1 Şəhər Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. Ona görə də, hazırki mülki iş üzrə işin obyektivliyinə və qərəzsizliyinə əsaslı şübhələri olduğundan, məhkəmənin hakimi Ələkbər Hüseynova, həmçinin mülki işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına etiraz etmişlər. Mingəçevir Şəhər Məhkəməsinin 24 iyun 2023-cü il tаrixli qərаrdаdı ilə, Mingəçevir Şəhər Məhkəməsinin sədri Paşayev Nemət Şirkət oğluna edilmiş etiraz baxılması üçün iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və ziyan tələbinə dair iddiası üzrə mülki işin materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, etirazın dəlillərini araşdırıb hesab edir ki, aşağıda şərh olunanlara əsasən etiraz təmin edilməlidir. Hakim tərəfindən işə baxılmasına yol verilməyən hallar və hakimə etiraz edilməsi üçün əsaslar Azərbaycan Respublikası MPM-nin 19-cu maddəsində müəyyən edilmişdir. Etiraz ərizəsində hakimə etiraz edilməsi üçün sözügedən maddədə göstərilən əsaslar mövcud olmasa da, məhkəmə aşağıdakı səbəblərdən etirazın təmin olunması və baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini məqsədə müvafiq hesab edir. Belə ki, hazırki mülki iş üzrə cavabdeh Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Cavabdeh oğlu X1 Şəhər Məhkəməsində hakim köməkçisi vəzifəsində işləyir. Bu halda işə Mingəçevir Şəhər Məhkəməsində baxılması zahirən işə obyektiv baxılmasını şübhə altına ala bilər. Hakimin işin həllində hər hansı şəkildə marağı olmasa belə, məhkəmənin işçisi barədə mülki işin həllində maraqlı olması görüntüsü yarada bilər. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsində göstərilmişdir ki, hər kəs onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Göründüyü kimi, Konvensiyada “qərəzsiz” məhkəmə baxışının keçirilməsi ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi, təməl prinsipi kimi nəzərdə tutulur. Konvensiyanın bu prinsipinin təcrübədə tətbiqi ilə bağlı İnsan hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra mətində Avropa Məhkəməsi) bir sıra qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Məsələn, «Fay Avstriyaya qarşı» 24 fevral 1993-cü il tarixli qərarın 28-ci bəndində məhkəmə izah etmişdir ki, 6-cı maddənin 1-ci bəndinin məqsədləri üçün qərəzsizliyin mövcudluğu subyektiv test əsasında, yəni konkret hakimin konkret işüzrəşəxsi mövqeyi əsasında, habelə obyektiv test əsasında, yəni hakimin təqdim etdiyi təminatların onun qərəzsizliyi ilə bağlı hər hansı haqlışübhələri istisna edib-etmədiyini müəyyənləşdirmək əsasında müəyyən edilməlidir. Subyektiv testə gəldikdə, bunun əksi sübut olunmayınca ehtimal edilməlidir ki, hakimin şəxsi qərəzliliyi yoxdur. Obyektiv testə əsasən, hakimin şəxsi davranışından savayı, onun qərəzsizliyinə qarşı şübhələr yarada bilən inandırıcı faktların olub-olmadığı müəyyən edilməlidir. Bu baxımdan hətta zahiri əlamətlər də müəyyən əhəmiyyət kəsb edə bilər. Burada söhbət demokratik cəmiyyətdə məhkəmələrin ictimaiyyətdə və ilk növbədə proses iştirakçısında doğurduğu inamdan gedir. Bu o deməkdir ki, konkret halda konkret hakimin qərəzsiz olmadığından ehtiyatlanmaq üçün haqlı səbəbin mövcud olub-olmadığı barədə qərar çıxararkən proses iştirakçısının mövqeyi önəmlidir, amma həlledici deyil. Həlledici olan odur ki, bu ehtiyatlanmanın obyektiv əsasa söykəndiyi müəyyən edilməlidir. Avropa Məhkəməsi Konvensiyanın bu normasının şərhi ilə bağlı qərarlarında göstərmişdir ki, məhkəmənin müstəqilliyi həm də zahiri əlamətlərə malik olmalıdır. Avropa Məhkəməsi Belilos İsveçrəyə qarşı 29 aprel 1988-ci il tarixli qərarın 66-67-ci bəndlərində göstərmişdir ki, hüquq pozuntularının araşdırılması ilə məşğul olan yerli komissiya yeganə üzvdən-işlərə şəxsən baxan polis əməkdaşından ibarət idi. Baxmayaraq ki, o, hər hansı göstərişlərə tabe deyildi, vəzifəsinin icrasına başlayarkən and içmişdi və vəzifəsindən azad edilə bilməzdi. O, bu vəzifəsindən əlavə polis departamentinə qayıdaraq oradakı vəzifələrini də icra etməli idi. Onu öz rəhbərliyinə tabe olan vəöz həmkarlarına rəğbət bəsləyən polis əməkdaşı hesab etmək olardı, bu isə məhkəmə orqanına qarşı inam hissinə xələl gətirə bilərdi. Beləliklə, komissiyanın təşkilati qərəzsizliyi barəsində əsaslı şübhələr vardı və o, 6-cı maddənin 1-ci bəndinin tələblərinə cavab vermirdi. Məhkəmə Avropa Məhkəməsinin yuxarıda şərh olunan presednt hüququna istinad edərək bu nəticəyə gəlir ki, cavabdeh Mingəçevir şəhər Vəkil Bürosunun vəkili Cavabdeh oğlu X1 Şəhər Məhkəməsində hakim köməkçisi vəzifəsində işlədiyi üçün mülki işə həmin məhkəmənin hakimləri tərəfindən baxılması məhkəmənin zahiri müstəqilliyinə xələl gətirən haldır. Ona görə də məhkəmə araşdırmasının ədalətliliyi baxımından etirazın təmin edilməsi məqsədə uyğundur. Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsi olan "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19.2.3-cü maddəsinə əsasən, hakim şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsi ilə maraqlıdırsa, ya da onun obyektivliyinə və qərəzsizliyinə şübhə doğuran kifayət qədər əsas varsa hakimin işə baxmasına yol verilmir. Həmin Məcəllənin 22.5 və 22.6-cı maddələrinə əsasən əgər etiraz birinci instansiya məhkəməsində işə baxan məhkəmə sədrinə, yaxud təktərkibli məhkəmənin hakiminə edilmişsə, bu halda etiraz, baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilir. Etiraz etmə və ya özü özünə etiraz etmə məsələləri barədə məhkəmə qərardadı çıxarılır ki, bundan da şikayət verilməsinə yol verilmir. Məhkəmə kollegiyası hakimə etiraz edilməsi üçün MPM-nin 19.2-ci maddəsində nəzərdə tutulmuş əsasların olmaması və belə əsaslara dair sübutların təqdim edilməməsi, eləcə də məhkəmənin qərəzsizliyinə şübhə doğuran heç bir hal olmasa da, iddiaçıların mülki işə Mingəçevir Şəhər Məhkəməsində baxılmasına etiraz etməsini nəzərə alaraq, gələcəkdə qəbul ediləcək məhkəmə aktının obyektivliyinə şübhəni aradan qaldırmaq üçün belə nəticəyə gəlir ki, etiraz təmin olunmalı və mülki iş mahiyyəti üzrə baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilməlidir. Məhkəmə Kollegiyası qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19, 22, 23-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Mingəçevir Şəhər Məhkəməsinin sədri Paşayev Nemət Şirkət oğluna etdiyi etiraz təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul və ziyan tələbinə dair mülki iş baxılması üçün Yevlax Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar