Məhkəmə qərarları › İş №2(107)-953/2024

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(107)-953/2024

18.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(107)-953/2024 18.09.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi, pul tələbi) Hakim Məcidov Ələddin Tofiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və X1 ibarət tərkibdə, Abdullayev Xəzri Elxan oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyan tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(024)-51/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları

1. Cavabdeh xx.xx.2023-cü il tarixdə axşam saat 22:00 radələrində Qax şəhəri, H.Əliyev prospektində özünə məxsus olan iribuynuzlu mal-qaranı yolda nəzarətsiz qoymuş və nəticədə İddiaçı idarə etdiyi “VAZ 21154” minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomaşın iribuynuzlu heyvanla toqquşaraq avtomaşının sahibinə maddi zərər vurmuşdur. Qax Rayon Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçı hazırda ona dəymiş maddi ziyanı tələb edir.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək ona dəymiş olan 1215 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 34 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o ailəsi ilə Qax rayonu İlisu kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə idarə etdiyi “VAZ 2115” markalı **-XT-*** dövlət nişanlı avtomobillə Qax şəhəri H.Əliyev prospektində hərəkətdə olan zaman yol kənarından qəflətən sahibsiz 1 baş iri buynuzlu heyvan yola çıxaraq avtomobilə çırpılmışdır. Daha sonradan tanıdığı Qax rayonu Qaxingiloy kənd sakini Cavabdeh hadisə yerinə gəlmiş və həmin vaxtı dəymiş ziyanı ödəyəcəyini bildirmişdir. Hadisə vaxtı xəsarət alan olmamışdır. Avtomobil qəza nəticəsində yararsız hala düşmüşdür. Daha sonra hadisə yerinə YPX-nin əməkdaşları gəlmişdir. Həmin vaxt Cavabdeh barəsində protokol tərtib olunmuşdur. Avtomobili tanınmaz hala düşmüşdür. Avtomobilə dəymiş ziyanı mütəxəssis hesablamış və usta xərci ilə birlikdə ümumilikdə 1215 manat miqdarında ziyan dəydiyi müəyyən olunmuşdur. Qax rayonu Qaxingiloy kənd sakini Cavabdeh qəsdən pulu ödəməkdən yayınır. Belə olan halda o məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bundan əlavə o məhkəmədə iddia qaldırmaq üçün 34 manat dövlət rüsumu ödəmişdir. Göstərdiklərini nəzərə alaraq məhkəmədən ona dəymiş olan 1215 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 34 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Birinci instansiya məhkəməsinin araşdırmaları zamanı müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə axşam saat 22 radələrində Qax şəhəri, H.Əliyev prospektində özünə məxsus olan iribuynuzlu mal-qaranı yolda nəzarətsiz qoymuş və nəticədə qəflətən İddiaçı idarə etdiyi “VAZ 21154” minik markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomaşının qarşısına çıxmış, iribuynuzlu mal avtomaşına dəyərək həmin avtomaşının sahibinə maddi zərər vurmuşdur. Qax rayon məhkəməsinin 10 oktyabr 2023cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə təqsirli bilinib 100(yüz) manat məbləğində cərimə edilmişdir. İddiaçı hazırda ona dəymiş olan 1215 manat maddi ziyanı və onun iddia qaldırmaq üçün ödədiyi 34 manat dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsini xahiş etmişdir.

5. Məhkəmə araşdırması zamanı əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın 09 aprel 2024-cü il tarixli 9/1992 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə iş materiallarında olan xx.xx.2023-cü il tarixli qüsur aktı məlumatlarına əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla “VAZ 2115 minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri hadisə baş verən tarixə təxminən 1215.00 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək iddiaçıya 1250 manat yox, 400 manat məbləğində maddi ziyan vurduğunu etiraf etmiş, lakin həmin məbləğdə ziyan dəyməsi ilə bağlı məhkəməyə hər hansı əsaslı və mötəbər sübut təqdim etməmişdir. Məhkəmə iş materiallarına, işin faktiki hallarına və tərəflərin izahatlarına hüquqi qiymət verərək hesab edir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı iddiaçıya məxsus “VAZ 2115” markalı **-XT-*** dövlət nişanlı avtomobilə 1250 manat ziyan dəyməsi sübuta yetirilmişdir.

6. Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(024)-51/2024 nömrəli qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin olunmuş, Cavabdeh İddiaçı məxsus “VAZ 2115 minik” markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi ziyana görə 1215 manat pul və 34 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi, Cavabdeh 50 manat ekspertiza xərcinin alınıb (Büdcə təsnifatının kod-142595, büdcə səviyyəsinin kodu-3, SAP(XİİS) hesabı, adıDövlət Xəzinədarlıq Agentliyi, kodu 210005, VÖEN **********, Müxbir hesab Az41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi - VÖEN **********, Hesab-AZ34CTRE********************) saylı hesaba ödənilməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 1097-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına istinad etmişdir.

8. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Qax rayon məhkəməsinin 10 oktyabr 2023- cü il tarixli qərarı avtomobilin qeydiyyat şəhadətnaməsi əmtəəşünaslıq ekspertizasının 09 aprel 2024-cü il tarixli 9/1992 nömrəli rəyi şəxsiyyət vəsiqəsi məlumatları

9. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o, milliyyətcə gürcüdür və 6 məhkəmə iclasının sadəcə sonuncusunda ona tərcüməçi təqdim edilmişdir. Digər 5 məhkəmə iclasında ona tərcüməçi təqdim edilməmiş və o məhkəmə iclasında qeyd edilənləri düzgün anlaya bilməmişdir. Belə ki, o Azərbaycan dilini az bilsə də hüquqi termilərdən və rəsmi danışıqları başa düşə bilmir. Buna görə də o hüquq və vəzifələrini anlaya bilməmişdir. O dəfələrlə məhkəmədən tərcüməçi tələb etsə də, ona tərcüməçi təqdim edilməmişdir. O, Azərbaycan dilini bilmədiyindən məhkəmə tərəfindən ona öz ana dilində hüquq və vəzifələri izah edilmədiyindən məhkəmə iclaslarında müdafiəsini qura bilməmişdir. O, sonuncu məhkəmə iclasında tərcüməçi ilə təmin olunandan sonra məhkəməyə bildirdi ki, onda qeyd etdiklərini təsdiq edəcək video görüntü var, lakin onda işə baxan hakim bildirdi ki, artıq sonuncu məhkəmədi sübutlar qəbul edilmir. Görünür ki, işə baxan birinci instansiya məhkəməsinin iddianın təmin edilməsində marağı olub və qəsdən ona tərcüməçi təqdim etməyərək sadəcə olaraq sonuncu məhkəmə iclasında ona tərcüməçi təqdim etməklə öz qanunsuzluğunu pərdələyərək qətnaməsində tərcüməçinin olmasını qeyd etmişdir.

11. İddiaçı tərəfindən təqdim edilmiş 22 sentyabr 2022-ci il tarixli 114 nömrəli saxta qüsur aktına nəzər saldıqda görünür ki, həmin akt hansısa maraq naminə tərtib edilmiş saxta aktdır. Belə ki, həmin aktda müəyyən 14 adda ehtiyat hissələrinin işlənməsi və xidmət haqqı ilə birlikdə avtomobilə 1215 manat xərcin çəkilməsi qeyd edilmişdir. Lakin işə baxan birinci instansiya məhkəməsi həmin aktdakı məlumatların həqiqiliyini aydınlaşdırmamışdır. Belə ki, həmin akt Qax “Avtomotoservis və ticarət müəssisəsinin” direktoru V.M.Orucov və qaynaqçı çilingər S.Z.Mövsümov tərəfindən tərtib edilmişdir. Lakin vergi xidmətində yoxlanılsa, həmin müəssisənin illik gəliri belə 1215 manat təşkil etmir. Göründüyü kimi aktda həmin avtomobilin təmiri zamanı istifadə edilmiş ehtiyat hissələrinin hansı mənbədən əldə edilməsi, onun əldə edilərkən qiymətinin neçəyə olması, həmçinin avtomobilin təmirdən əvvəlçi fotoşəkilləri, təmir zamanı avtomobildə zədələnməsinə görə dəyişdirilmiş detalların fotoşəkilləri, onların fərqlənmə məlumatları (yəni bəzi ehtiyat hissələrinin nömrələri, barkodları, hansı ölkə tərəfindən istehsal edilməsi barədə fərdiləşmə məlumatları), həmçinin təmir zamanı həqiqətəndə həmin hissəsnin təmir edilməsini təsdiq edən təmirdən əvvəlki və təmirdən sonrakı fotoşəkilləri qeyd edilməmişdir. Əgər həmin akt həqiqəti əksetdirsəydi həmin aktda qeyd etdiyi məlumatlar əks olunar, qeyd etdiyi fotoşəkillər əlavə edilər və avtomobildə dəyişdirilməsi qeyd edilən ehtiyat hissələrinin qaifə-fakturası və ödəniş qəbzləri əlavə edilərdi. Həmçinin aktda qeyd edilən şəxslərin Qax “Avtomotoservis və ticarət müəssisəsi” ilə əmək müqavilələrinin mövcud olub olmaması, akt tərtib edilən dövrdə həmin xidmətin görülməsi ilə əlaqədar Qax “Avtomotoservis və ticarət müəssisəsinin” tərəfindən vergi ödənilib ödənilmədiyi, həmin xidmətin vergiyə bəyan edilib edilmədiyini, iddiaçı tərəfindən Qax “Avtomotoservis və ticarət müəssisəsinin”nə 1215 manatın ödənilməsi ilə bağlı kassa mədaxil qəbzinin olub-olmaması araşdırılmamışdır. Bilindiyi kimi, həmin akt saxtadır və orada olan məlumatlar şişirdilmişdir. Həmin avtoqəza nəticəsində avtomobilinə dəymiş zərərin şəkillərinə və video görüntüsünə nəzər saldıqda görünür ki, avtomobilə həmin həcmdə zərərin dəyməsi mümkün deyil. Belə ki, qəzadan sonra onlar iddiaçı ilə birlikdə həmin avtomobili tanıdığı ustanın yanına apardı və ehtiyat hissələri ilə birlikdə 400 manata həll olacaq, lakin iddiaçı bildirdi ki, həmin ustanı o bəyənmir. İş üzrə təyin edilmiş ekspert də heç bir araşdırma aparmadan heç bir sübut əldə etmədən həmin saxta qüsur aktı əsasında saxta ekspert rəyi tərtib etmişdir.

12. Ona görə də, Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(024)-51/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.

15. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(024)-51/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

17. Qərarlar: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 167.1.2. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında tərəflərə təqdim olunmuş yazılı sənədləri tamamlamağı, zərurət olduqda təqdim olunmuş yazılı materiallarla bağlı izahlar verməyi, habelə iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməyi təklif edir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

19. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

20. Cavabdeh Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(024)-51/2024 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, birinci instansiya məhkəməsinin iddianı təmin edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.

22. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 10-cu bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, iş materiallarından görünür ki, 1 noyabr 2023-cü ildə məhkəmə hazırlıq iclası keçirilmiş, cavabdeh iclasda iştirak etmədiyindən hazırlıq iclası təxirə salınmışdır. 16 noyabrda keçirilən məhkəmə hazırlıq iclasında cavabdeh yenə iştirak etməmiş, nəticədə iş baxışa təyin edilmişdir. 27 noyabrda keçirilən məhkəmə baxış iclası yenidən cavabdehin iştirak etməməsinə görə təxir edilmişdir. Cavabdeh apellyasiya şikayətində onun tərcüməçi ilə təmin edilməməsi səbəbindən sübut kimi təqdim etmək istədiyi video görüntünün qəbul edilməməsini bildirir. Halbuki, Mülki Prosessual Məcəllənin 167-ci maddəsinin tələbinə əsasən tərəflər iş üçün əhəmiyyətli olan sənədləri və digər sübutları işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim etməlidirlər. Yəni, cavabdeh hər hansı sübutu təqdim etmək imkanını iki dəfə məhkəmə hazırlıq iclası barədə məlumatlandırılmasına baxmayaraq, iclasa gəlməməklə itirmişdir.

23. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin bu qətnamənin 11-ci bəndində göstərilmiş dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh işə əlavə edilmiş qüsur aktının və həmçinin, ekspert rəyinin nəticələrində göstərilmiş qiymətlərin həqiqətə uyğun olmamasını təsdiq edəcək və aktın və rəyin həqiqiliyinin şübhə altına alacaq hər hansı sübut və ya dəlil təqdim etməmiş, yalnız qüsur aktını təqdim edən müəssisə ilə əlaqədar hazırki işə aidiyyatı olmayan halların araşdırılmasını tələb etmişdir. Nəzərə alınmalıdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, etirazın əsaslarını təsdiq etmək isə cavabdeh tərəfin üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 60 və 127, həmçinin Azərbaycan Respblikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyasının (Avropa Konvensiyası) 6-cı maddəsinə, habelə Azərbaycan Respublikası MPM-nin 9 və 14-cü maddələrinə əsasən məhkəmə işdə tərəf deyildir və hər hansı işə baxılmasında arbitr funksiyasını daşıyır. Məhkəmə tərəfləri təmsil etmək və onların adından hər hansı prosessual hərəkəti etmək, o cümlədən sübut toplamaq səlahiyyətinə malik deyildir. Məhkəmənin əsas vəzifəsi ədalətli məhkəmə araşdırmasını təmin etməkdir ki, bu da tərəflər üçün ilkin şərtlərin bərabərliyini, yəni işdə iştirak edən şəxslərə öz işlərini aparmaq üçün bərabər imkanlar yaradılmasını və çəkişmə prinsipinin bərqərar edilməsini ehtiva edir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutlar əsasında qərar verir.

24. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(024)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

25. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT ETDİ:

Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli 2(024)-51/2024 nömrəli qətnaməsi dəyişdirilmədən sаxlаnılsın. Qətnamə çıxarıldığı аndаn qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən: Ələddin Məcidov

Hаkimlər: Mahir Əsədli

Elçin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar